Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,01 Mb.
səhifə10/17
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38398
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

HADİSƏDƏN 2 GÜN ƏVVƏL

Toledo. İspaniya

Çarpayıda uzanaraq qazet oxuyan Samir yaxınlaşan addım səslərini eşidib dikələrək oturdu. Danielin gətirdiyi şam yeməyini yarım saat bundan qabaq yediyindən onun gəlməyəcəyini bilirdi. Ona görə də qapı açılan kimi maraqla boylanaraq gələnin kimliyini öyrənməyə çalışdı. Içəri girən Con Samirlə zarafatlaşmağa başladı


  • salam Samir. Yəqin məndən ötrü darıxmısan ?

  • əlbətdə. Qazetlərdən təsəlli alırdım. Nə qədər istədim qayçi vermədilər. Sənin haqqında olan məqalələri kəsib divara yapışdırmaq istiyirdim. Bəs sən ? sən məndən ötrü darıxanda neyniyirdin ?

  • xəbərlər sağ olsun. Teleulduz olmusan xəbərin yoxdur

  • darıxma, bütün telekanallar zibillikdə üzünün dərisi soyulmuş və bədəni yandırılmış kişi meyidinin tapıldığı haqda danışanda sən də teleulduz olacaqsan

  • ( Samiri yamsılayaraq ) dayan görüm qorxuzma məni. Onnansa sadə bir sualıma cavab ver

  • Yəqin mənasız demək istədin ?

  • Yox. Sadə. Heç ömründə ölüb dirilmisən ?

  • Mən haqlıydım

  • O qədər də yox. Sən sabah öləcəksən, bir gündən sonra isə diriləcəksən

  • Mənə ispaniyanı göstərəcəksiniz yoxsa dünyanı ?

  • ( ağır-ağır gülərək) düşündüyümdəndə ağıllısan Samir. Səni madriddən toledoya qədər gəzdirmişəm. Indi istiyirəm dünya səyahətinə çıxaq. Eşitmişəm siz azərilər türkləri özünüzə qardaş sayırsınız, ümid eliyirəm türkiyəni gəzmək sənə maraqlı olacaq

  • Dönər də alassan ?

  • Türk dönəri. Yemişəm, ləzzətlidi. Alacam. Dönər də alacam, ayran da. Hələ istəsən sənin üçün zeytun yağlı dolma da bişirtdirəcəm. Yeni doğulan insanın qeydinə qalmaq lazımdı

  • Yeni doğulan ? yoxsa yenidən doğulan ?

  • Necə istiyirsən fikirləş. Amma sənin üçün elə bir tabut düzəltirmişəm ki baxanın ölməyi gəlir. Içi yumşaq maçalka ilə əhatə olunub ki orda rahatca uzanasan özünçün. Kənarlardan da ki içəriyə hava keçməsi bir neçə yerdən xüsusi yarıqlar qoyulub. Içinnən çıxmaq istəməyəcəksən

Con durub getmək istəyəndə Samir soruşdu

  • ölümqabağı kiçik bir sualıma cavab verərsən ?

  • məntiqi sualdı ?

  • ona oxşar bir şey. Murad bu yaşda belə bir beynəlxalq qrupa necə rəhbərlik etmək imkanı tapıb ?

  • ( Con qapıdan çıxa-çıxa dedi ) o varisdir əzizim. varis

HADİSƏDƏN 1 GÜN ƏVVƏL

Karabük. Türkiyə

Pedro artıq 2 saat idi ki kolun dalında gizlənib yuvada gizlənən dovşanın çölə çıxmasını gözləyirdi. Nəhayət dovşan başını yuvadan çıxararaq qulaqlarını şəkliyib ətrafı yoxlamağa başladı. Deyəsən onu gözləyən təhlükəni hiss etmişdi deyə yuvadan çıxmağa cəsarət eləmirdi. Başını bir neçə dəfə yuvadan çıxarıb - içəri saldıqdan sonra cəsarətlənib yuvadan çıxıb Pedronun yuvanın kənarına qoyduğu yerkökünü yeməyə başladı və bu vaxt Pedronun açtığı atəşdən sonra kənara sıçrayaraq düşdüyü yerdə qaldı. Pedro yaxınlaşıb dovşanı götürərək maşına doğru apardı. Artıq neçə gün idi ki ərzağı qurtardığından qarnını dovşn və quş ovlamaqla doydururdu. Dovşanın dərisini soya-soya “ artıq bəsdir ” deyə düşündü “ əgər məni tutmaq istəsəydilər indiyə qədər mütləq tutardılar. Yəqin ki uşaqlar məni satmıyıblar. Burda nə vaxta kimi qalacam. Yəqin indi evdəkilər əməlli-başlı narahat olublar. Bir də ki lap həps etsinlər, gördüyümüz işin nə cəzası olacaq ki ? “ dünən furqonda patron götürmək üçün paltarları bir kənara yığanda hansınınsa cibindən pulqabı düşmüşdü. Pedro ilk əvvəl pulqabının ağzını açmaq istəməsədə sonradan “ onsuzda burda heç kimə lazım deyil. Heç sahibi də bilinmir ” deyə fikirləşərək içinə baxmışdı. Pulqabının içindən çıxan pul böyük məbləğdə olmasa da 125 dollar paytaxta getmək üçün bəs eliyirdi. dovşanın dərisini bir kənara tullayaraq içalatını təmmizləməyə başlayan Pedro bu barədə düşünürdü “ paytaxta çatan kimi səfirliyə gedib deyərəm ki pullarımla sənədlərimi oğruyublar. Yox belə desəm mənə kömək etmələri üçün polisə müraciət eliyəcəklər. ən yaxşısı deyərəm itirmişəm. ” dovşanın içalatını təmmizləyib qurtardıqdan sonra tonqal qalamaq üçün odun yığmağa başladı.

Toledo. İspaniya



Samir qapının səsinə yuxudan ayılaraq gözlərini ovuşdurub gələnin kimliyini bilmək üçün qapıya baxdı. Içəri girənin Con olduğunu görüb qalxıb oturaraq soruşdu

  • gecə vaxtı nə olub ? yuxuda görmüsən məni ?

Con gəlib onun yanında otururaraq əlindəki qazeti Samirə uzadıb dedi

  • al oxu. Məncə bu səni maraqlandırmalıdır. ( bir neçə saniyə pauza verərək əlavə etdi ) dördüncü səhifədə

Samir Conun dediyi səhifəni açıb gözdən keçirməyə başladı. Şəhərdəki binalardan birində qaz sızması nəticəsində baş verən partlayış haqda və yumurtadan çıxan 3 ayaqalı toyuq cücəsi haqda olan məqalələri oxuyaraq heç nə anlamasa da maşın qəzası nəticəsində həlak olan türkiyə vətəndaşı haqda xəbəri oxuduqdan sonra hər şeyi başa düşdü və ucadan oxumağa başladı

  • aftomobil qəzası nəticəsində həlak olan türkiyə vətəndaşı Taruk Yılmazın cənazəsi sabah təyyarəylə vətəninə aparılacaq. Afərin. Pis fikirləşməmisən. Amma bir şeyi yaddan çıxartmısan

  • bilmək olar o nədi ?

  • mənim bacarığımımı düzgün qiymətləndirməmisən

  • ( gülümsünərək ) sən özündən çox razısan Samir. Muradın yaratdığı xüsusi həkim heyyəti türkiyədə səni gözdüyür. Onlar müxtəlif dərmanlarla və aparatlarla sənin bütün bildiklərini beynindən çıxardıb Murada verəcəklər. Sən isə onlara heç bir müqavimət göstərmədən sakitcə onlar deyəni eləyəcəksən. Murad isə sənin fikirlərindən, düşüncələrindən və mərkəz haqda olan planlarından istifadə edərək “ samir ” mərkəzinə rəhbərlik edəcək. Budur sənin bacarığın ? necə öləcəyini bilmək istəyirsən ?

  • Bunu ALLAHdan başqa heç kəs bilə bilməz

  • Bəlkə də belədi. Ancaq fikirləşirəm ki Muradın sənə necə ölüm hazırladığını bilməyə haqqın var. O səni öldürməyəcək. içi yırtıcı heyvanlarla bol olan meşəyə ataraq şərait yaradacaq özün öləsən. Bəli məhs özün. Yavaş-yavaş, əzabla, qorxu içində, vəziyyətin hər gün bir az daha da pisləşəcək. Acından öləcəksən, acından ölməsən aldığın yaralardan, itirdiyin qandan öləcəksən, onnan da ölməsən vəhşi heyvanlara yem olacaqsan, o da olmasa başqa şeydən öləcəksən, amma mütləq öləcəksən. Kim olduğuvu bilmədən, nə baş verdiyini anlamadan. Murad bütün düşmənlərini bu üsulla öldürür. Deyir kimisə öldürmək və öldürtmək günahdır. Güya ki onları öz taleylərinin ixtiyarına buraxır. Hələ heç kim bu tələdən sağ çıxmıyıb. Bir də ki bilmək olmaz, bəlkə də səni yuxudan ayıltmadan öldürtdü.

  • Niyə bunları mənə deyirsən ?

  • Bunları bütün qurbanlara deyirəm. Ölümün bir addımlığında çarəsiz vəziyyətə düşəcəklərini bilən adamların üzlərinə baxmaq xoşuma gəlir. Nə qədər gizlətməyə çalışsalarda daxildəki narahatlıqları qorxu dolu gözlərindən və titrəyən əllərindən hiss olunur. ( gülümsünərək ) bu da mənim hobbimdi.

  • Bəs mənim Murad üçün nə hazırladığımı bilirsən ?

  • Yenə lovğalandın ? Muradın qüdrətindən xəbərin yoxdur ona görə belə danışırsan. Murad səninçün 2 dənə sürpriz hazırlayıb. O sürprizləri görəndən sonra onun kim olduğunu başa düşəcəksən

  • O nə sürprizlərdi elə ?

  • Desəm sürpriz olmayacaq. Tək onu deyə bilərəm ki şəxsən mən heç vaxt belə sürprizlərlə qarşılaşmaq istəməzdim ( cibindən içinə dərman doldurulmuş şprisi çıxardıb dedi ) indi isə bacarıqlı oğlan, sakit dayan bu iynəni qoluna vurum

  • O nə iynədir ki belə ?

  • Yuxu dərmanıdır. Çox güclü təsiri var, ən az 20-24 saat şirin-şirin yatassan

  • Mən bacarığımdan danışanda bilirsən nəyi nəzərdə tuturdum ?

  • Nəyi ?

Samir - bax bunu - deyərək Conun sifətinə bir yumruq vurdu. Zərbə nəticəsində Conun burnundan qan açıldı, əlindəki şpris isə yerə düşdü. Con bunun cavabında Samiri vurmaq istəyəndə Samir qolunu onun zərbəsinin qarşısına verdi. Samirin qolu Conun dirsəyinin iç tərəfinə dəydiyindən Con ağrıdan qışqırdı. Con onun səsinə içəri girən 2 nəfərə - bunu əzişdirin, amma öldürməyin - deyə əmr etdi. adamlar əllərindəki silahı dəhlizə ataraq Samirin üstünə cumdular. Samir bir neçə zərbədən yayınıb adamlardan birinin dıxanyasına zərbə vura bilsə də Conun atdığı bıçağın qoluna batmasından sonra ağrı hiss edib dayandı. Qoluna batmış bıçağı çıxardıb silah kimi istifadə etmək istəyəndə onun başının qarışdığını görən adamlardan biri Samirin sifətinə güclü bir yumruq vurdu. Zərbənin təsirindən özünü itirən Samir oturduğu çarpayıdan yerə yıxıldı. Samirin yerə yıxıldığını görən 2 nəfər onu təpikləmək üçün irəli şığıdılar. Hər tərəfdən bədəninə çoxsaylı zərbələr dəyməyə başladı. Zərbələrdən biri qabırğasını qırdı, digəri isə əlini zədələdi. Başını əlləri ilə qorumağa çalışsa da artıq taqətdən düşmüşdü. Ağrıdan və vurulan zərbələrdən artıq huşunu itirirdi və son gördüyü şey qarşıdan sürətlə üzünə tərəf gələn təpik zərbəsiydi. Zərbədən yayınmaq üçün başını kənara çəkmək istəsədə alınmadı və zərbənin təsirindən huşunu itirərək yerdə hərəkətsiz qaldı. Onun hərəkətsiz qaldığını görən Con burnunun qanını silə-silə əsəbi halda adamlarına Samiri yerdən qaldıraraq çarpayıda uzatmalarını əmr etdi. Özü isə əyilərək çarpayının altına düşmüş iynəni götürərək Samirin qoluna vurdu. Sonra Danieli çağıraraq dedi

  • bıçağı çıxardaraq yaranı sarıyarsan. Yolumuz uzundu, gərək tezliknən yola düşək.

  • yaxşı. Indi onu da hazırlayaram, özüm də hazırlaşaram

  • sən burda qalacaqsan. Mənə burda lazımsan

  • baş üstə

Con gedəndən sonra Daniel tibb çantasını gətirib ehtiyatla bıçağı Samirin qolundan çıxartmağa başladı.

HƏMİN GÜN

Kastamonu. Türkiyə

Axşam saat 8-də kastamonudakı aeroportda Burakın adamları Samirin olduğu tabutu təyyərədən endirib helikopterə qoyanda qoca kişi qiyafəsində qrimlənmiş Con bir kənarda dayanaraq əlindəki dəsmalla yalandan gözlərinin yaşını silirdi. Bir az sonra işlərin bitdiyini görüb helikopterə yaxınlaşanda içəridəki ağ parçaya bükülərək tabutun yanında qoyulmuş əşyanı görəndə təəcüblə Burakdan soruşdu


  • bu nədi belə

  • Taruk Yılmaz. Ispaniya qazetlərində adı çəkilən şəxs budur. Murad tapşırdı ki tabutu helikopterə qoyandan sonra Samiri ordan çıxardıb yerinə bunu qoyaq

  • bu iy bundan gəlir ?

  • hə. Dünəndən öldürüb atmışam bura ki bir sorun olmasın

  • mən bu iydə otura bilmərəm. Siz gedin, mən taksiylə gələcəm bir problem çıxsa dərhal mənə xəbər ver

  • oldu

Con aşağı enəndən sonra Burak helikopteri işə salıb havaya qaldırdı. Helikopter gözdən itənə qədər onun arxasınca baxan Con əvvəlcə taksilərə tərəf getsə də sonradan bərk acdığını hiss edib istiqamətini dəyişərək kafeyə tərəf getdi.

Toledo. İspaniya

Daniel otaqda oturub gözünü bir nöqtəyə zilləyərək dərin fikrə getmişdi. “ mən gərək mütləq polisə xəbər verim. Bu belə davam eliyə bilməz. Bütün günü qorxu içində yaşıyıram. Polislərin qorxusundan çöldə rahat yaşaya bilmirəm, Conun qorxusundan içəridə. Con yol verdiyi ən xırda səhvə görə belə öz adamını öldürür. əgər o həps olunsa Samir xilas olar, mən də canımı bu cəhənnəmdən qurtararam ” Daniel fikrli halda telefonu götürüb polisə zəng vuranda Conun bütün öz adamlarının telefonunu dinlətdiyini bilmirdi. Ona görə də telefonlara qulaq asan Conun ən yaxın adamı gözündən gün eynəyini heç vaxt çıxartmayan Viktor Danielin polisə zəng vurduğunu görüb tez əmrindəki adamlardan birini Danieli öldürmək üçün göndərdi. Heç nədən xəbərsiz Daniel isə polislərə hadisə ilə bağlı məlumat verirdi. Samirin aparıldığı ünvanı tam dəqiqliyi ilə polslərə bildirən Daniel telefonü söndürəndən sonra içində bir rahatlıq hiss elədi. Telefonu stolun üstünə qoyduqdan sonra dərindən nəfəs alan Daniel qapının zərblə açılmasından səksənərək qapıya tərəf çevrildi. Qapının ağzında dayanan adam əlindəki silahla təəcüblə ona baxan Danielə 2 dəfə atəş açdı. Başından və ürəyindən güllə yarası alan Daniel yerə yıxılaraq öldü.

Madrid. İspaniya

Almeyda kabinetində oturub sənədlərə baxırdı ki qapı astadan döyüldü. Almeydanın -girin- deməsindən sonra içəri girən leytenant dedi


  • cənab, Samir barədə məlumat almişiq

  • ( Xuan cəld oturduğu kreslodan qalxıb soruşdu ) nə məlumat almısınız ?

  • Özünü Daniel adlandıran bir nəfər polis idarəsinə zəng vurub Samirin bu vaxtlar ərzində toledo şəhərindəki restoranlardan birinin zirzəmisində saxlanıldığını, bu gün səhər isə türkiyəyə aparıldığını deyib

  • Elə bunları deyib ? başqa heç nə demiyib ?

  • Deyib cənab. Zəng vuran şəxs toledo şəhərindəki dəqiq ünvanı, Samirin türkiyədə hansı şəhərə aparıldığını və hətda onu aeroprtdan məkana qədər aparacaq olan helikopterin nömrəsini də deyib.

  • Siz polislərə xəbər verin toledo şəhərindəki ünvana baş çəksinlər. Türkiyəylə bağlı bütün məlumatları isə yoxlayıb tezliknən mənə məlumat verin. ( fikirli-fikirli astadan öz-özünə soruşdu ) görəsən onu ölkədən necə çıxardıblar ?

  • Tabutda çıxardıblar cənab. Güya ki avtomobil qəzasında həlak olan türkiyə vətəndaşıdır ( deyə leytenant cavab verdi və Almeydanın təəcüblə ona baxdığını görüb əlavə etdi ) zəng vuran şəxs polislərə belə deyib

Leytenant gedəndən sonra onun geri dönməsini gözləyən Almeyda həyəcandan gah kabinetində o tərəf-bu tərəfə gəzişdi, gah da kresloda oturaraq gözünü tavana zillədi. Nəhayət 10 dəqiqədən sonra geri dönən leytenant qapıdan içəri girən kimi onu sual atəşinə tutdu

  • hə leytenant nə oldu ? məlumatları yoxladınız ? düzdü ya yox ? Samirin izinə düşə bilmisiniz ?

  • bəli cənab düşmüşük. Verilən bütün məlumatlar doğrudur. Bu gün ispaniyadan türkiyəyə kişi meyidi aparılıb, üstəlik deyilən nömrəli helikopter məlumatda verildiyi aeroprtdan yola düşüb. hal-hazırda səmadadır, məlum istiqamətdə gedir

  • tez türkiyəylə əlaqə saxlayın. Qoy onlar helikopter yerə enənə qədər heç bir şey etməsinlər, yalnız uzaqan izləsinlər. Helikopterin yenəcəyi yerdə pusqqu qurub. əməliyyatı orda keçirtsinlər

  • baş üstə cənab

Kastamonu. Türkiyə

Con yeməyini bitirdikdən sonra hesabı ödəyib kafedən çıxanda telefonu zəng çaldı. Bir kənara çəkilib telefona cavab verdi



  • Alo

  • boss problem var

  • nə olub ki ?

  • Daniel bizi polislərə satdı

  • ( Con təəcübdən qışqırdı ) nəə ?

  • Hə boss. Telefonda hər şeyi polislərə danışdı. Hətta Samirin türkiyəyə aparılmasını da. Yəqin indi Almeyda bütün ispan polisini üzərimizə göndərəcək. Nə əmr eliyirsən ? neyniyək ?

  • ( əsəbdən Conun sifəti qızarmışdı ) B planını həyata keçirin. Almeyda isə lap zəhləmi tökdü. Madriddəki uşaqlara xəbər elə qarabaşın xətrinə dəysinlər, bəlkə onda ağıllandı

Con adboy verib Buraka zəng vurdu

  • Burak mənə yaxşı-yaxşı qulaq as. Türkiyə polisi Samirin helikopterdə olduğunu bilir. Və çox güman ki sürdüyün helikopteri nəzarətə götürəcəklər. Buna görə də helikopteri saxlamadan bacardığın qədər alçaqdan sürüb Samiri meşəyə atın. Samir ayılana qədər mən onu götürəcəm. Siz isə polislərə müqavimət göstərməyin. Elə bilsinlər doğrudan da meyid aparırsınız

  • axı bura vəhşi heyvanlarla doludur. Bəlkə tabutda ataq ?

  • yox olmaz. Polislərin əlinə keçməkdənsə qoy ayılara yem olsun. Polislər tabutdakı meyidin kimliyini araşdırıb onun ispaniyadan gətirilmədiyini öyrənənə qədər mən Samiri tapıb gizlədəcəm. Sonra sizin üçün də bir şey fikirləşərəm

Burak Conla əlaqəni kəsib diqqətlə ətrafa baxaraq hündürlüyü azaltmaq üçün münasib yer axtarmağa başladı. Hava getdikcə qaraldığından qarşısına çıxan ilk talada helikopteri bir az aşağı endirb Samiri meşəyə ataraq yenidən yüksəkliyə qalxıb ordan uzaqlaşdılar.

Madrid. İspaniya

Vəziyyətlə bağlı mütəmadi olaraq Almeydaya məlumat verən leytenant növbəti dəfə otağa girəndə Almeyda onun üzünə baxıb pis xəbərlə gəldiyini və bu xəbəri ona deməyə çətinlik çəkdiyini hiss etdi


  • yaxşı çəkinmə, denən görüm nə xəbər gətirmisən.

  • Xəbərlər pisdir cənab. Türkiyədən bizə məlumat gəlib. Polislər helikopterə baxış keçiriblər amma Samir orda olmayıb. Türkiyə tərəfi tabutdakı meyidlə, onu aparan şəxslərin kimliyini araşdırıb bizə məlumat verəcəklər

  • Həə bu həqiqətən pis xəbərdi. Bəs toledo şəhərindən nə xəbər var ?

  • Məndə elə indi sizə onu demək istəyirdim. Polislər restoranı mühasirəyə alıb təslim olmaları üçün içəridəkilərə xəbərdarlıq ediblər. Ancaq heç bir səs gəlmədiyini görüb əməliyyata başlayıblar. Polislər içəri girəndən bir dəqiqə sonra restoranda güclü partlayış olub

Almeyda əsəbindən bağıraraq əliylə vurub masanın üstündəkiləri yerə səpələdi

  • mən türkiyəyə gedirəm. ( kinayəli şəkildə ) Helikopterdəkilərə başsağlığı vermək lazımdır. Siz isə restoranın ətrafındakı bütün telefon siqnallarını toplayıb tam dəqiqliklə yoxlayın. Həmin ərazidə olan bütün kamera görüntülərinə də baxın. “ hoja de sauce ” qruplaşması haqqında bütün məlumatları toplayıb mənə təqdim edin. ( cibindən vərəq çıxardaraq ) bunu isə Silvaya verin.

Karabük. Türkiyə

Pedro bir xeyli getdikdən sonra yorularaq dincini almaq üçün ağacın dibində oturdu. Bir az istirahət etdikdən sonra havanı qaraldığılnı görüb “ burda ağaclar sıxdır, tonqal qalamaq olmaz. Gərək tala tapım ” deyə fikirləşərək yola düşmək istəyəndə helikopterin səsini eşidib dayandı. əvvəlcə səsin hansı tərəfdən gəldiyini ayırd edə bilməsə də sonradan uzaqdan helikopterin meşənin içində aşağı endiyini və tezliklə də yuxarı qalxaraq uzaqlaşdığını görüb heç nə başa düşməsə də “ helikopter aşağı yenə bilibsə orda mütləq tala var “ deyə fikirləşib o tərəfə getməyə başladı. Talaya çatmağına az qalmış güclü yağış yağmağa başladı. Pedro ağaca söykənib neyləyəcəyini fikirləşməyə başladı. “ burda qalsam yağışdan daldalana biləcəm, ancaq vəhşi heyvanlardan qorunmaq çətin olacaq. ən yaxşısı açıq talaya çıxmaqdır. Mən odun toplayıb tonqal yandırana qədər yağış da kəsəcək ”. Pedro bu düşüncəylə qarşısına çıxan quru ağac budaqlarını toplaya-toplaya helikoterin enib-qalxdığı yerə doğru irəliləməyə başladı. Açıq talaya çıxıb tonqal yandırmaq üçün münasib yer axtarmaq məqsədiylə ətrafa göz gəzdirəndə gördüyü mənzərədən yerində donub qaldı və yığdığı quru ağac budaqları qucağından yerə töküldü. Heyrətdən böyümüş gözlərini gördüyü mənzərədən çəkməyərək təəccüblə baxa-baxa qaldı.

Madrid. İspaniya

Silva işlədiyi idarədən çıxıb evə gedərkən yolda tıxac olduğundan dayanmağa məcbur oldu. Başını pəncərədən çıxardıb yaxınlıqdakı polisdən qabaqda nə baş verdiyini soruşdu



  • burda nə baş verib ?

  • yol qəzası olub cənab. Qəza nəticəsində maşın aşaraq yolun ortasına düşüb. Onu yolan götürməyə çalışırıq

  • uzun çəkər ?

  • xeyr cənab. Artıq evakuator burdadır. Bir-iki dəqiqəyə yolu açacayıq

Silva əyilərək maqnitafonu işə salıb başına qaldıranda bir nəfərin onun maşınının yanında dayanaraq əlindəki səsboğucusu olan silahı onu tuşladığını gördü. - sizə nə lazımdı ? - deyə soruşduqda həmin adam heç nə demədən Silvanın sinəsinə 2 güllə vurub cəld ordan uzaqlaşdı.

Saray. Azərbaycan

Gecənin qaranlığında 3 otaqlı həyət evinə bayırdan benzin çiləyən 4 nəfərin tək bir məqsədi vardı “ Samirə göz dağı vermək üçün Əlini öldürmək ” içəri girməyə cəhd eləsələr də pəncərələrin qalın reşotkalarla örtülü olması və qapının möhkəmliyi onlara mane olmuşdu. Ona görə də əllərin reşotkadan içəri salaraq almazla pəncərənin şüşəsini kəsib içəri benzin tökürdülər. Pəncərəsi olan bütün otaqlara benzin tökdükən sonra qapıdan çıxmasınlar deyə qapını arxadan qıfılla bağladılar və kömək çağrılmaması üçün telefon xəttini kəsdilər. Işlərini qurtardıqdan sonra benzin tokdükləri yerlərə od vurub cəld ordan uzaqlaşdılar.

Madrid. İspaniya

7-8 nəfər üzü maskalı və əli silahlı adam abalos küçəsindəki 111-ci evin qarşısında dayanan maşından düşən kimi Lusianı öldürmək üçün iri addımlarla evə tərəf getdilər. Qapıya çatan kimi öndə gedən təpiklə qapını açdı və Silahlılar lusiyanın gizləndiyi evə girdilər.

Karabük. Türkiyə

Üzünə dəyən yağış damcilarından özünə gələndə bədəninin ağrısını hiss edib sevindi -yaşıyıram - bir vaxtlar yaşamaq ondan ötrü yalnız əziyyətli günlərinin dərdini çəkmək üçün bir vasitə idisə indi tamam başqa cür idi. Ona görə də başına gələn bu qədər əzab-əziyyətə və qarşıda onu gözləyən bəlalara baxmayaraq sağ qaldığı üçün Allaha şükr etdi. Hər yeri ağrıyırdı. əlini ehmalca sifətinə toxundurdu, burnu qırılmasada üzü qan içindəydi və alnı şişmişdi. Ona dəyən zərbələri xatırladıqca bədəni daha çox ağrıyırdı, son yadında qalan başına dəyən zərbəydi. Başını çevirib qoluna baxdı. Yarası sarınsada ağrıyırdı. Qalxıb oturmaq istəsə də bacarmadı, zədələnən qabırğasından qopan dəhşətli agrının təsirindən ufuldayaraq əlini qeyri-ixtiyari sağ böyrünə qoydu və uzandığı yerdən ətrafa göz gəzdirməyə başladı. qaranlıqda yaxşı görə bilməsə də dəhşətli bir yerdə olduğunu anladı. Hər tərəfi ağaclarla həhatəli bir yerdəydi, ətrafda tək-tük kəsilmiş ağac gözə dəyirdi. - aydındır - öz-özünə düşündü sağ qalmaq üçün təbiətlə mübarizə aparmalıydı. Bunun nə qədər davam edəcəyini, başına nələrin gələcəyini bilməsədə mübarizə aparmalıydı. Çünki buna məcburuydu, verdiyi sözü yerinə yetirmək üçün yarımçıq qalan işini tamamlamalıydı. Yağış getdikcə şiddətini artırırdı. Ac, yaralı və taqətsiz olmasına baxmayaraq sol böyrü tərəfdən çevrilib üzü üstə uzanaraq yağışdan daldalanmaq üçün bir yer tapmaq ümidiylə kolların arasıyla ağaclara tərəf sürünməyə başladı. sürünməyə başladı. bir az getdikdən sonra taqətdən düşüb dayanaraq başını qolunun üstünə qoyub hərəkətsiz qaldı. Artıq qabırğasının ağrısı dözülməz olmuşdu. Bir müddət belə qaldıqdan sonra səs eşidib başını qaldırdı və qarşısında qaranlıqda işıldayan gözləri görəndə canından üşütmə keçdi. Soyuq külək və yağışın təsirindən onsuzda sümüklərinə qədər üşüyürdü və indi belə üşüyə-üşüyə bu üşütməni necə hiss etdiyinə özü də təəcübləndi və parıldayan işıqları saymağa başladı. 6 dənəydi deməli 3 canavarla qarşı-qarşıyaydı. - bu da axırı - deyə pıçıldadığı vaxt canavarlar onu parçalamaq üçün hücuma keçdilər. Aralarındakı məsafə get-gedə qısalırdı, 5 metr, 4 metr, 3 metr, 2 metr, 1 metr, və................

HƏMİN GÜN

Marid. İspaniya

Silva işlədiyi idarədən çıxıb evə gedərkən yolda tıxac olduğundan dayanmağa məcbur oldu. Başını pəncərədən çıxardıb yaxınlıqdakı polisdən qabaqda nə baş verdiyini soruşdu


  • burda nə baş verib ?

  • yol qəzası olub cənab. Qəza nəticəsində maşın aşaraq yolun ortasına düşüb. Onu yolan götürməyə çalışırıq

  • uzun çəkər ?

  • xeyr cənab. Artıq evakuator burdadır. Bir-iki dəqiqəyə yolu açacayıq

Silva əyilərək maqnitafonu işə salıb başına qaldıranda bir nəfərin onun maşınının yanında dayanaraq əlindəki səsboğucusu olan silahı onu tuşladığını gördü. - sizə nə lazımdı ? - deyə soruşduqda həmin adam heç nə demədən Silvanın sinəsinə 2 güllə vurub cəld ordan uzaqlaşdı. Silva özünə gələndə səkinin kənarında xərəkdə uzandığını gördü və ətrafında polislərlə ambulans işçiləri dayanmışdı. Sinəsində bərk ağrı var idi və güclə nəfəs alırdı. Onu müayinə edən həkimlərdən biri Silvanın ayılaraq durmaq istədiyini görüb dedi

  • sakit olun. Hələlik sizə tərpənmək olmaz

polislərdən biri onun ayıldığını görüb dedi

  • bəxtin gətirib dost. əgər ehtiyatlı tərpənib qoruuyucu jilet geyinməsəydin indi anan parçalanmış ürəyi və dağılmış ciyəri olan oğlunun meyidinin kənarında oturub özüyçün ağlıyırdı

  • ( Silva polisin sözlərinə gülümsünərək həkimdən soruşdu ) ciddi bir zədə yoxdur ki ?

  • Xeyr yoxdur. Lakin atəş yaxın məsafədən açıldığından bir müddət sinəndə ağrı olacaq, nəfəsalma isə çətinləşəcək. Biz sizi xəstəxanaya aparacayıq. Səhərə qədər yatıb dincəlsəniz tam sağalaraq ayağa dura biləcəksiniz

Silva ambulansda hadisə yerindən uzaqlaşanda polislərdən biri Silvanın xaişiylə onun maşınını yaxınlıqdakı avtodayanacağa apardı.

7-8 nəfər üzü maskalı və əli silahlı adam abalos küçəsindəki 111-ci evin qarşısında dayanan maşından düşən kimi Lusianı öldürmək üçün iri addımlarla evə tərəf getdilər. Qapıya çatan kimi öndə gedən və gözündə eynək olan adam təpiklə qapını açdı və silahlılar Lusiyanın gizləndiyi evə girdilər. Otağa girən kimi ətrafa dağılışıb Lusianı axtarmağa başladılar. Kimi mətbəxə baxdı, kimi hamam-tualetə, kimi də şkafa. Nəhayət hər tərəfi axtardıqdan sonra dəstə rəhbəri Lusianın burda olmaığını görüb Cona zəng vurdu

- qız burda yoxdu boss. əşyalarınıda götürüb qaçıb

- hər ehtimala qarşı orda gözətçi qoy, bəlkə qayıtdı. Özünüz isə türkiyəyə gəlin. Burda mənə lazımsınız

Başçı - oldu deyib 2 nəfərə bir az aralıda tikilmiş hündür binanın damına çıxıb bura nəzarət eləmələrini tapşırdı, qalanlarıyla birgə isə maşına minib ordan uzaqlaşdı.

Azərbaycan

Gecənin qaranlığında 3 otaqlı həyət evinə bayırdan benzin çiləyən 4 nəfərin tək bir məqsədi vardı “ Samirə göz dağı vermək üçün Əlini öldürmək ” içəri girməyə cəhd eləsələr də pəncərəlrin qalın reşotkalarla örtülü olması və qapının möhkəmliyi onlara mane olmuşdu. Ona görə də əllərin reşotkadan içəri salaraq almazla pəncərənin şüşəsini kəsib içəri benzin tökürdülər. Pəncərəsi ola bütün otaqlara benzin tökdükən sonra qapıdan çıxmasınlar qapını arxadan qıfılla bağladılar və kömək çağrılmaması üçün telefon xəttini kəsdilər. Işlərini qurtardıqdan sonra benzin tokdükləri yerlərə od vurub cəld ordan uzaqlaşdılar.

Rəna sevimli teleserialından ayrılmaq istəməsə də aramsız gələn telefon zəngi onu ayağa qalxmağa məcbur elədi. Dəstyi götürüb acıqlı-acıqlı - alo - dedikdə dəstəkdə rəfiqəsinin təlaşlı səsini eşitdi



  • bu vaxta qədər hardasan ay qız ? mobil terlefonu da söndürmüsən. Az qalmışdım taksiyə minib gəlim sizə. Bir hadisə olmuyub ki ?

  • yox ay qız, nə olasıdı ki ? sadəcə serialdan ayrıla bilmidim

  • məndə dedim görəsən noolub. Bəs telefonu niyə söndürmüsən ?

  • mən söndürməmişəm. Yəqin zaryadka qurtarıb

  • yaxşı get serialıva bax, sonra zəng vuraram

  • narahat olma reklam fasiləsidir. Rahatca sözüvü deyə bilərsən.

  • Sabah tezdən həkimə getməliyəm, mənimlə gedərsən ?

  • Bağışla, gələ bilməyəcəm. Bu gün Əlinin nənəsi yıxılaraq ayağını zədələyib. Ona görə də bir neçə gün Əliyə mən baxmalı olacam

  • Əli sizdədi ? sabah həkimdən çıxan kimi gələcəm sizə, Əlini görməyə. Çox şirin uşaqdı

  • Bayaqan bəri məni o qədər güldürüb ki. Çox şən uşaqdı. Onun oyanma qorxusu olmasaydı heç telefona cavab verməyəcəydim

  • Nə əcəb belə tez yatıb ?

  • Bu gün lunaparka aparmışdım. O qədər oynadı ki yorğunluqdan yolda əsniyirdi

  • Day bağışla da, səni serialdan ayırdım

  • Innən beləsinə baxmağa imkan versən bağışlayaram

  • Hələlik. Sabah görüşərik

Rəna dəstəyi yerinə qoyan kimi cəld qaçaraq divanda oturub gözlərini telvizora zillədi.

Karabük. Türkiyə

Üzünə dəyən yağış damcilarından özünə gələndə bədəninin ağrısını hiss edib sevindi -yaşıyıram - bir vaxtlar yaşamaq ondan ötrü yalnız əziyyətli günlərinin dərdini çəkmək üçün bir vasitə idisə indi tamam başqa cür idi. Ona görə də başına gələn bu qədər əzab-əziyyətə və qarşıda onu gözləyən bəlalara baxmayaraq sağ qaldığı üçün Allaha şükr etdi. Hər yeri ağrıyırdı. əlini ehmalca sifətinə toxundurdu, burnu qırılmasada üzü qan içindəydi və alnı şişmişdi. Ona dəyən zərbələri xatırladıqca bədəni daha çox ağrıyırdı, son yadında qalan başına dəyən zərbəydi. Başını çevirib qoluna baxdı. Yarası sarınsada ağrıyırdı. Qalxıb oturmaq istəsə də bacarmadı, zədələnən qabırğasından qopan dəhşətli agrının təsirindən ufuldayaraq əlini qeyri-ixtiyari sağ böyrünə qoydu və uzandığı yerdən ətrafa göz gəzdirməyə başladı. qaranlıqda yaxşı görə bilməsə də dəhşətli bir yerdə olduğunu anladı. Hər tərəfi ağaclarla həhatəli bir yerdəydi, ətrafda tək-tük kəsilmiş ağac gözə dəyirdi. - aydındır - öz-özünə düşündü sağ qalmaq üçün təbiətlə mübarizə aparmalıydı. Bunun nə qədər davam edəcəyini, başına nələrin gələcəyini bilməsədə mübarizə aparmalıydı. Çünki buna məcburuydu, verdiyi sözü yerinə yetirmək üçün yarımçıq qalan işini tamamlamalıydı. Yağış getdikcə şiddətini artırırdı. Ac, yaralı və taqətsiz olmasına baxmayaraq sol böyrü tərəfdən çevrilib üzü üstə uzanaraq yağışdan daldalanmaq üçün bir yer tapmaq ümidiylə kolların arasıyla ağaclara tərəf sürünməyə başladı. sürünməyə başladı. bir az getdikdən sonra taqətdən düşüb dayanaraq başını qolunun üstünə qoyub hərəkətsiz qaldı. Artıq qabırğasının ağrısı dözülməz olmuşdu. Bir müddət belə qaldıqdan sonra səs eşidib başını qaldırdı və qarşısında qaranlıqda işıldayan gözləri görəndə canından üşütmə keçdi. Soyuq külək və yağışın təsirindən onsuzda sümüklərinə qədər üşüyürdü və indi belə üşüyə-üşüyə bu üşütməni necə hiss etdiyinə özü də təəcübləndi və parıldayan işıqları saymağa başladı. 6 dənəydi deməli 3 canavarla qarşı-qarşıyaydı. - bu da axırı - deyə pıçıldadığı vaxt canavarlar onu parçalamaq üçün hücuma keçdilər. Aralarındakı məsafə get-gedə qısalırdı, 5 metr, 4 metr, 3 metr, 2 metr, 1 metr, və yaxından açılan atəşdən bir neçə saniyə sonra onun yanında yalnız bir canavar qalmışdı. Başını qaldırıb xilaskarına baxmaq istəsədə bacarmadı, huşunu itirib başını nəm torpağın üstünə qoydu


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə