VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ
349
çevrilmiş bir sıra tədbirlər həyata keçirmişdir. Məsələn, Azərbaycanda Atatürk
Mərkəzində “Latin əlifbası Azərbaycanda, Türkiyədə və türk dunyasında”
mövzusunda beynəlxalq konfrans keçirilmişdir (3, 2004, № 2, s. 32-33).
Atatürk Mədəniyyət, Dil və Tarix Qurumu ilə əlaqədar olan Türk Tarix
Qurumu öz işində Azərbaycana, Qafqaza xüsusi diqqət verir. XII Türk Tarix
Konqresinin işində Azərbaycan alimləri də iştirak etmiş, bu konqresin işinə aid
kitablarda ölkəmiz haqqında geniş məlumatlar getmişdir. Türk Dil Qurumunun Türk
dünyası ilə əlaqədar hazırladığı 37 kitabın hazırlanmasında Azərbaycan da iştirak
etmişdir. Ayrıca TDQ və TİKA həmrəyliyi obyekti olan “Müqayisəli türk ləhcələri
lüğəti və türk ləhcələrinin müqayisəli qrammatikalarını hazırlama layihəsi”ndə
Azərbaycanın elm adamları yaxından iştirak etmişlər və bu layihə Azərbaycan
turkcəsini də əhatə edir. Atatürk Mədəniyyət Mərkəzinin qurduğu Araşdırma
Mərkəzləri arasında Naxçıvan Atatürk Araşdırma Mərkəzi də vardır. 1999-cu ildə
Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin, Türk Dünyasının
böyük öndərinin adını daşıyan Azərbaycan Atatürk Mərkəzinin açılması barədə
fərman verməsi, bu mərkəzin fəxri başqanının özü olduğunu bildirməsi və lazımi
çalışmaların qısa müddətdə tamamlanması tapşırığını verməsi əlaqələrimizin
inkişafının canlı təcəssümüdür (7).
Məhz dövlətimizin qətiyyətli siyasəti, dərin elmi və zəkası, türk xalqlarının
mədəni birliyinə istiqamətlənmiş fəaliyyətləri sayəsindədir ki, müstəqilliyimizin
bərpasından otən illər ərzində Azərbaycan – Turkiyə elmi-mədəni əlaqələri
yuksələn xətlə inkişaf edir, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq
getdikcə daha işıqlı perspektivlər qazanır.
Göründüyü kimi, mədəni əlaqələrimizə nəzər salarkən, ən başlıcası onu
qeyd etmək lazımdır ki, Türkiyə-Azərbaycan mədəni əlaqələri təkcə dövlətlərimiz
arasında deyil, muzeylər timsalında da inkişaf etməkdə və genişlənməkdədir. Milli
Azərbaycan Tarixi Muzeyinin nümunəsində də biz bunu görürük.
Belə ki, mədəniyyətlər arası münasibət ayrıca iqtisadi, siyasi, hərbi və buna
oxşar digər siyasətləri də müəyyən edən bir cəhətdir.
ƏDƏBIYYAT SIYAHISI
1. Azərbaycan – Turkiyə əlaqələri və Heydər Əliyev (1-ci kitab), 1991-2001. Bakı,
Qafqaz Universiteti Nəşri, 2002, 180 s.
2. Azərbaycanda Ataturk və Turkiyə Cumhuriyyəti araşdırmaları (1941– 2003).
Biblioqrafiya (tərtib edən: Samirə Məmmədova). Bakı, AzAtaM, 2003,130 s.
3. Azərbaycanda Atatürk Mərkəzinin rüblük nəşri. Bülleten. AzAtaM (Payız, Bakı,
2002; Qış, Bakı, 2002; № 2 (10), Bakı, 2004; № 3 (11), Bakı, 2004; № 4 (12), Bakı,
2004; № 1-2 (14), Bakı, 2005; № 3 (15), Bakı, 2005).
4. Hüseynova F. “Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji
aspektləri (elm, təhsil, mədəniyyət)”, B. 2007.
5.
http://www.azhistorymuseum.az/
6. htpp://mehmetrihtim.blogspot.com / Seyid Yəhya Şirvani. Şəfa əl-Əsrar (Sufiliyin
sirləri). B., 2010; Mirzadə Mustafa Fəxrəddin Ağabali. Hümayi-Ərş (Qarabağlı
Seyid Mir Həmzə Nigarinin mənaqibnaməsi), B., 2015.
7. Heydər Əliyev və Şərq, 6 cilddə, III kitab: Turkiyə Cumhuriyyəti (Muəllif-
tərtibcilər: Qaley Allahverdiyev, Vəhdət Sultanzadə). Bakı, “Caşıoğlu”, 2003, 472 s
8. Sultanova M. “Bakıda Türkiyə mədəniyyəti həftəsinin uğurla keçəcəyinə
əminəm. “Mədəniyyət”, 23 iyul 2014-cü il, s. 11.
VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ
351
MULTİKULTURALİZM ƏNƏNƏLƏRİ KONTEKSTİNDƏ AZƏRBAYCAN
BƏSTƏKARLARININ ORATORİYALARININ MÖVZU VƏ JANR
XÜSUSİYYƏTLƏRİ
THEMATICS AND GENERIC FEATURES OF THE AZERBAIJANI
COMPOSERS 'ORATORIOS IN THE CONTEXT OF THE TRADITIONS OF
MULTICULTURALISM
Xumar BAYRAMOVA
ABSTRACT
The traditions of multiculturalism manifest themselves in the musical
creativity of Azerbaijani composers in various aspects. The genre of the oratorio,
formed in European music, as a major work on Biblical subjects, in Azerbaijani
music, finds its development on national grounds. In the oratorio creative work of
the composers, the themes devoted to: 1) historical personalities - outstanding
poets and statesmen (for example, Jangir Jangirov “Sabir”, “Huseyn Javid”, Ramiz
Mustafayev “Nizami”, “Nariman Narimanov”; 2) the martyrdom, heroism and
patriotism of people - the fallen heroes for the independence of the Motherland and
the events that occurred in the history of Azerbaijan, as well as in Turkey in the
20th century (Vasif Adigezalov “Karabakh shikestesi”, "Canakkale", Ramiz
Mustafayev “Salatyn”, “Magomed and Leila”, Arif Mirzoev” The January Passion");
3) spirituality and tolerance - (Franz Alizadeh "Gottes ist der Orient" on the words
of the German poet Goethe, based on religious thoughts, set forth in the holy book
of Muslims Koran and Azerbaijani poets Nizami, Shah Ismail Khatai, Mirza Shafi
Vazeh, “The Way to Immortality” On the words of the Turkish poet Nazim Hikmet,
Ghalib Mammadov “Oratorium Albanium” on the words of the Norwegian poet
Eivind Scheye). The author characterizes the oratorios of Azerbaijani composers in
two ways: on the one hand, they are works reflecting the tendencies of the
contemporary world musical culture, on the other hand works that appeared as a
response to the tragic events that occurred in Azerbaijan in recent decades. The
use of musical genres that grew on Christian religious grounds, as an oratorio,
passions and so on, as an expression of love for God and humanity, pure morals,
human feelings of sadness and grief. As a result, in Azerbaijan music, peculiar
style features were formed. In the interrelation of cultural values of different
peoples, the traditions of multiculturalism are refracted in the oratorio-creative work
of Azerbaijani composers. As a result, in Azerbaijan music, peculiar style features
were formed. In the interrelation of cultural values of different peoples, the
traditions of multiculturalism are refracted in the oratorio-creative work of
Azerbaijani composers.
GİRİŞ
Məlumdur ki, Avropa və Azərbaycan musiqi mədəniyyətlərinin qarşılıqlı
əlaqələrinin öyrənilməsi musiqişünaslıqda bütün dövrlərdə aktual mövzulardandır.
Əslində bu problemin məğzində multikulturalizm ideyaları özünü bariz şəkildə
göstərir. Avropa ölkələri - Qərb, Azərbaycan - Şərq mədəniyyəti ənənələri ilə bağlı
Bakı.