Vii. Uluslararasi



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə139/159
tarix06.05.2018
ölçüsü3,89 Mb.
#42938
1   ...   135   136   137   138   139   140   141   142   ...   159

VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ

354 


təzahürü  məhz  azərbaycan  dilində  yazılmış  mətnlərdə  bu  şəxsiyyətlərin  bədii 

fikirlərinin təcəssümü, onların təxəyyülü ilə vətənin tərənnümü ilə bağlıdır.  

Həmin  dövrdə  klassik  musiqinin  qeyd  olunan  janrının  yeni  səpkidə,  yeni 

mühitin  mövzuları  ilə,  bu  janrın  özü  üçün  də  yeni  olan  bir  musiqi  sisteminin 

qanunauyğunluqları  ilə  qovuşaraq  inkişaf  etməsinə  və  yeni  mühitdə  bərqərar 

olmasına  səbəb  olmuşdur.  Bu  baxımdan  bu  janra  müraciət  edən  bəstəkarların 

özünəməxsus yanaşma tərzi də təbii qəbul olunmalıdır.  

İkinci  istiqamətdə,  Vasif  Adıgözəlovun  “Qarabağ  şikəstəsi”,  “Odlar  yurdu”, 

“Qəm karvanı” “Çanaqqala” oratoriyalarını, Ramiz Mustafayevin “Salatın”, “Bu qan 

yerdə  qalmaz”,  “Məhəmməd  və  Leyla”,  Arif  Mirzəyevin  “Yanvar  passionları” 

oratoriyalarını qeyd edə bilərik.  

Xüsusilə XX əsrin son onilliyində Azərbaycanın müstəqillik əldə etməsi, bu 

mübarizələr  dövründə  Qarabağ  müharibəsinin  başlanması,  20  yanvar  hadisələri, 

müstəqillik  dövründə  xalqın  həyatında  baş  verən  ictimai-siyasi  hadisələr, 

vətənpərvərlik  hisslərinin  coşğunluğu,  ictimai  şüurun  yüksəlişi  dövrü  Azərbaycan 

bəstəkarlarının yaradıcılığında yeni və yüksək bir mərhələdir. 

Bu  dövrdə  yaranmış  musiqi  əsərlərinin  konseptuallığı,  monumentalizmi, 

möhtəşəm 

səs 

diapazonu 



bəstəkarların 

bədii-fəlsəfi 

üslub 

fərdiyyətini 



müəyyənləşdirmişdir.  Bu  əsərlərdə  ümumtürk  epos  təfəkkürü,  yüksək  vətəndaşlıq 

pafosu və milli-mənəvi özünüdərk ehtirası diqqəti cəlb edir. Bu dövr digər janrlarda 

olduğu  kimi,  oratoriya  janrında  da  yeni  ideya-estetik  istiqamətlərdə  intensiv 

axtarışları genişləndirmişdir.  

V.Adıgözəlov  oratoriyalarında  milli  musiqidən  -  muğam  intonasiya 

üslubundan,  asıq  havalarından,  mahnı  və  rəqslərimizin  intonasiya-melodik,  ritmik 

xüsusiyyətlərindən  bəhrələnmişdir.  Oratoriya  üçün  vacib  sayılan  musiqi 

dramaturgiyasının  teatrlaşdırılmasıdır  ki,  bəstəkar  buna  çox  böyük  ustalıq, 

özünəməxsus  yüksək  fitri  istedad  və  zövqlə  nail  olmuşdur.  Hər  üç  oratoriyanın 

partiturasında biz ümdə məsələnin, yəni yüksək dərəcədə yaradıcılıqla həllini açıq-

aydın görmək olur. 

“Odlar  yurdu”  oratoriyasında  (1987,  Rəfiq  Zəka  Xəndanın  sözlərinə)  odlar 

yurdu  qədim  Azərbaycanın  keçdiyi  keşməkeşli  tarixi  mərhələlərlə  açıqlanır,  bu 

xalqın azadlıq və müstəqillik uğrunda mübarizəsi və qələbəsi tərənnüm olunur.  

V.Adıgözəlovun  “Qarabağ  şikəsətəsi”  (1988,  Teymur  Elçin)  oratoriyası 

Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə əlaqədardır. Oratoriyanın 

mətnində “Qarabağ Şikəstəsi” zərbi-muğamından istifadə etmişdir. Eyni zamanda, 

bəstəkar  əsərində  simfonik  və  xor  epizodlarından,  ariya-romans  üslubundan  və 

muğama xas olan reçitativlikdən özünəməxsus şəkildə faydalanmışdır. Müəllif solo 

tar ifasını və bədii qiraəti də əsərə salmışdır. 

V.Adıgözəlovun  “Çanaqqala”  (1998,  Sabah  Duru)  1915-ci  ildə  Turkiyədəki 

tarixi  hadisələrə  -  Türk  xalqının  qəhrəman  oğlu  Atatürkün  rəhbərliyi  ilə  xarici 

ölkələrin istilaçılarına qarşı mübarizəsinə,  Çanaqqala savaşında türk xalqının şanlı 

qələbəsinə  və  müstəqil  Türkiyə  Respublikasının  yaradılmasına  həsr  olunmuşdur. 

Əsər  qəhrəmanlıq  salnaməsinə  töhfə  kimi  qəbul  edilir.  V.Adıgözəlov  “Çanaqqala” 

oratoriyası  vasitəsilə  bu  janrın  sərhədlərini  genisləndirmişdir,  burada  opera 

dramaturgiyasının və simfonik musiqinin səciyyəvi cizgiləri daha da artır. Oratoriya 

müasirlik ilə qədim milli ənənələrin bağlılığını təsdiq edən parlaq nümunədir. 

Oratoriya  janrında  özünü  göstərən  dəyişikliklərə  nümunə  olaraq,  Arif 

Mirzəyevin  1990-cı  ildə  bəstələdiyi  “Yanvar  passionları”nı  göstərə  bilərik.  Bu  əsər 




VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ

355 


xor, orqan, kamera-simfonik orkestr, qiraətçi və 2 xalq musiqi ifaçısı – kamança və 

xanəndə  (ağı  matəm  oxuması)  nəzərdə  tutulmuşdur.    A.Mirzəyevin  “Yanvar 

passionları”  əsərini  bəzən  “Yanvar  mərsiyələri”  də  adlandırırlar,  bu  da  əsərin  janr 

xüsusiyyətləri ilə bağlıdır.  

Bəstəkar Qərb dini musiqisində oratoriyanın bir növü kimi meydana gəlmiş 

passion  janrını  daha  sərbəst,  ənənəvi  mətndən  kənarda  təfsir  edir.  Passionların 

əsas cəhəti olan İsa peyğəmbərin iztirabları ilə bağlı mətnlərdən deyil, 20 yanvarda 

şəhidlik  zirvəsinə  ucalmış  insanların  ölümünü,  bu  faciəni  yaşamış  xalqın  kədərini 

təsvir edən mətnlərdən istifadə edir. Bəstəkar üçün passion – dini məna deyil, daha 

dünyəvi mahiyyət kəsb etmişdir.  

“Yanvar  Passionları”  bir  hissəli  əsərdir,  lakin  bir  hissə  daxilində  bir  neçə 

müxtəlif  xarakterli  epizodların  verilməsi,  müəyyən  mənada  əsərin  məzmunundan 

irəli gələrək, dramaturji inkişafı əks etdirir. Əsərdə geniş inkişaflı polifonik epizodlar 

və  muğam  improvizasiyasına  əsaslanan  epizodlar  bir-birini  əvəz  edir.  Beləliklə, 

A.Mirzəyevin  əsas  yaradıcılıq  məqsədi  Şərq  və  Qərbin  musiqisinin  üslub 

xüsusiyyətlərini qovuşdurmaq olmuşdur.  

Üçüncü  istiqamətlə  bağlı  Firəngiz  Əlizadənin  Türk  şairi  Nazim  Hikmətin 

sözlərinə bariton, xor və simfonik orkestr üçün “Ölümsüzlüyə yolculuq” oratoriyasını 

(1999) göstərə bilərik.  

F.Əlizadənin  alman  şairi  Y.V.Hötenin  “Şərq-Qərb  divanı”  əsasında  yazdığı 

“Gottes  ist  der  Orient”    (“Allahlar  Şərqdən  gəlir”)  kiçik  həcmli  xor,  orqan,  arfa  və 

zərb alətləri üçün oratoriyası (2000, alman və azərbaycan dillərində) əlamətdardır. 

Höte  öz  poemasını İslam  dininin müqəddəs  kitabı  olan  Qurandan və  klassik  Şərq 

poeziyasından, Sədi Şirazinin divanından bəhrələnərək qələmə almışdır. Bəstəkar 

Hötenin  fikirlərinin  davamı  kimi,  Azərbaycanın  dahi  şairləri  Nizami,  Şah  İsmayıl 

Xətai, Mirzə Şəfi Vazehin qəzəllərinə müraciət edərək, öz yaradıcılıq ruhuna uyğun 

musiqi ilə ifadə edir.   

Qalib  Məmmədovun  “Alban  oratoriyası”  Azərbaycan-Norveç  xalqlarının 

mədəni  əlaqələrinə  həsr  olunub.  Norveç  alimlərinin  iddiasına  görə  norveçlilərin 

əcdadı  əvvəllər  bu  ərazidə  yaşamış  albanlar  olmuşdur.  Azərbaycanın  Şəki 

şəhərinin  I-II əsrlərə aid olan qədim Alban kilsəsi Norveç-Azərbaycan əlaqələrinin 

dərinliyini  sübut  edir.  Azərbaycanın  milli  dəyərlərinə  hörmət  və  dostluq 

münasibətlərinin    nümunəsi  olaraq  Norveç  Krallığının  sifarişi  ilə  Qalib  Həsən 

Məmmədov  “Alban  oratoriyası”nı  bəstələmişdir  (Oslo  və  Bakı  şəhəri  1998/99-cu 

illərdə).  Əsər  Norveç  şairi  Eyvind  Skeienin  dini  mövzulu  şeirləri  əsasında 

yazılmışdır.  Bəstəkar bu oratoriyanı solistlər, qarışıq xor, böyük simfonik orkestrin 

ikili tərkibi üçün nəzərdə tutmuşdur.  

Göründüyü  kimi,  janr  xüsusiyyətləri  baxımından  bu  mövzuların  təcəssümü 

oratoriya janrının çərçivəsini genişləndirərək,  yeni cizgilərlə zənginləşdirir. Burada 

multikulturalizm ənənələrinin dərin təsiri duyulmaqdadır. Azərbaycan cəmiyyətində 

dini  tolerantlığın,  multikulturalizmin  ənənələri  özünü  qabarıq  büruzə  verir. 

Azərbaycan  müsəlman  ölkəsi  olaraq,  öz  musiqi  mədəniyyətində  Avropa 

musiqisindən  gələn  və  xristian  dini  ilə  bağlı  janrların  və  mövzuların  tətbiqinə  yol 

açır.   


SONUÇ 

Azərbaycan  bəstəkarlarının  yaradıcılığında  oratoriya  janrının  təşəkkülünü 

və  inkişafını  iki  cəhətdən  xarakterizə  etmək  olar.  Bir  tərəfdən,  bu  əsərlər  müasir 



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə