Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə6/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   2   3   4   5   6   7   8   9   ...   412

mülahizəsi də var idi. O, bu Ģeri üç mətnlə, yəni ərəbcə, ―Tanrının küləkləri əsirdi‖ Ģeri və Ġosif 

Flavinin ―Dağlardan yerə küləklər əsdi‖ sözləri ilə və nəhayət, Onkelosun ―Tanrıdan doğan 

ruzigar sular üzərində əsirdi‖ sözlərini yəhudi təfsiri ilə müqayisə etmiĢdi. BaĢqa bir əsərində 

Ptolemaid yepiskopu və bu kitabın müəllifinin ulu babası olan Hüqonun ilahiyyat əsərlərini təhlil 

edir və müəyyən edir ki, keçən əsrdə Barleykur təxəllüsü ilə nəĢr edilmiĢ müxtəlif kiçik əsərlər 

də həmin yepiskop tərəfindən yazılmıĢdır. 

Yepiskop bəzən hər hansı bir kitabı oxuduğu yerdə birdən dərin fikrə dalardı, fikrindən ayıldığı 

zaman həmiĢə o, kitabın kənarında bir neçə Ģey yazardı. Çox zaman bu cür yazılarla onların qeyd 

olunduğu kitabın məzmunu arasında heç bir rabitə olmazdı. Bizim əlimizdə olan bir kitabın 

kənarlarında yepiskopun yazıları vardır. Bu kitabın adı belədir: ―Lord Jermenin general Klinton, 

general Kornvalis və Amerika hərbi donanmasının admiralları ilə yazıĢması. Versalda kitabçı 

Puensonun, Parisdə isə sahil boyu Avqustinlər küçəsindəki kitabçı Pisonun mağazasında satılır‖. 

Kitabın üstündəki qeyd budur: 

―Ey həzirül-vicud! 

Ekkleziast sənə qadir Allah, Makkaveylərin kitabı Yaradan, efeslilərin adına yazılmıĢ Namə 

Azadlıq deyir. Barux səni Namütənahi, Zəbur – Hikmət və Həqiqət, Ġohan – ĠĢıq, Səltənətlər 

kitabı – Tanrı, Ġsxod – Qəzavü-qədər, Levit – Qüdsiyyət, Yezdra – Ədalət adlandırır, kainat sənə 

Allah, insan – Ata deyir, Süleyman peyğəmbər isə sənə Mərhəmət adı vermiĢdir və bu, sənin 

adlarının ən yaxĢısıdır‖. 

AxĢam saat doqquza yaxın hər iki qadın yuxarı gedər, yepiskop da səhərə qədər birinci 

mərtəbədə tək qalardı. 

Burada biz Din yepiskopunun mənzilini düzgün təsvir etməliyik. 

 

 

ALTINCI FƏSĠL. 



Yepiskop evini qorumağı kimə tapĢırmıĢdı. 

 

Biz dedik ki, yepiskopun yaĢadığı ev iki mərtəbədən ibarət idi: aĢağıda üç otaq, üstdəki 



mərtəbədə də üç otaq vardı. Evin ən yuxarısı çardaq idi. Evin dal tərəfində – dörddəbir 

desyatinlik bir bağ vardı. Qadınlar ikinci mərtəbədə, yepiskop isə birinci mərtəbədə olurdu. 

Qapısı birbaĢ küçəyə açılan birinci otaq – yemək otağı, ikincisi – yataq otağı, üçüncüsü də ibadət 

otağı idi. Ġbadət otağından çıxmaq üçün yataq otağından, yataq otağından çıxmaq üçün də yemək 

otağından keçmək lazım gəlirdi. Ġbadət otağının bir küncündə pərdə arxasında qonaqlar üçün 

çarpayı qoyulmuĢdu. Kəndlərdən öz kilsələrinin iĢi və ehtiyacları üçün Din Ģəhərinə gələn 

keĢiĢlərə yepiskop bu çarpayıda yatmaq üçün yer verirdi. 

KeçmiĢ xəstəxana apteki – evə yapıĢıq olan və bağçaya baxan kiçik bina – mətbəxə və ərzaq 

anbarına çevrilmiĢdi. 

Bundan baĢqa, bağçada bir pəyə də vardı ki, əvvəllər xəstəxana mətbəxi burada yerləĢirdi, indi 

isə orada yepiskop iki inək saxlayırdı. Bu iki inəyin südü az da olsa, çox da olsa, yepiskop hər 

səhər yarısını xəstəxanaya göndərər və: ―Mən zəkatımı verirəm‖, – deyərdi. 

Yepiskopun yataq otağı xeyli böyük idi. QıĢda onu qızdırmaq asan deyildi. Dində odun çox baha 

olduğundan, yepiskop inəklərin olduğu pəyədə taxtadan arakəsmə düzəldib özü üçün balaca bir 

otaq düzəltmiĢdi. Bərk Ģaxta olanda gecələrini həmiĢə orada keçirərdi. Bu otağı o, özünün qıĢ 

salonu‖ adlandırmıĢdı. 

Ġstər bu ―qıĢ salonu‖nda, istərsə də yemək otağında dördguĢəli sadə taxta masadan və dörd həsir 

stuldan baĢqa heç bir Ģey yox idi. Yemək otağında, bundan baĢqa, çəhrayı rənglə boyanmıĢ 

köhnə bir bufet dururdu. Bunun kimi baĢqa bir bufetin üstünə yepiskop ağ dəsmal və ucuz 

krujeva örtüb mehrab halına salmıĢdı, bu mehrab ibadət otağını bəzəkli göstərirdi. 

Yepiskopu özlərinə ruhani ata seçmiĢ varlı qadınlar və Din Ģəhərinin baĢqa dindar qadınları 

dəfələrlə yığıĢıb, monsenyorun Ġbadət otağı üçün təzə bəzəkli mehrab almağa pul toplamıĢdılar. 

Yepiskop hər dəfə pulları alıb, yoxsullara paylayardı. O deyirdi: ―Ən yaxĢı mehrab təsəlli tapmıĢ 

və Allaha Ģükür edən hər zavallının ruhudur!‖. 




Ġbadət otağında diz çökmək üçün qoyulmuĢ iki həsir oturacaq, yataq otağında isə bir həsir kreslo 

vardı. Birdən yepiskopun yanına yeddi, yaxud səkkiz qonaq, məsələn: prefekt, general, yerli 

qarnizon polkunun qərargah rəisi, ruhani məktəbinin bir neçə Ģagirdi gəldiyi zaman ―qıĢ 

salonunda‖, ibadət otağında olan pulları, yepiskopun yataq otağındakı kreslonu gətirmək lazım 

gəlirdi. Hər yeni qonaq üçün baĢqa otaqların birindən stul gətirilər və bu surətlə on birə qədər 

stul toplanardı. 

Bəzən birdən on iki qonaq gəlirdi, onda yepiskop çətin vəziyyətdən çıxmaq üçün, qıĢ günlərində 

buxarının yanında ayaq üstə durar, yay günlərində isə bağçada gəzinməyə baĢlardı. 

Küncdə pərdənin arxasında bir stul da vardı, ancaq həsiri yırtıq və yalnız üç ayağı salamat 

olduğundan, onu yalnız divara dayadıqdan sonra üstündə oturmaq olardı. Madmazel Batistitanın 

otağında da vaxtilə zərli bəzəkləri olan, üzünə güllü Çin taftası çəkilmiĢ böyük bir kreslo vardı; 

ancaq pilləkən çox dar olduğu üçün onu ikinci otağa pəncərədən keçirmək lazım gəlmiĢdi, 

deməli, lazım olduğu zaman bu kresloya ümid bəsləmək olmazdı. 

Bir zamanlar madmazel Batistina qırmızı ağacdan qayrılmıĢ və üstünə sarı utrext məxməri 

çəkilmiĢ divanı olan qonaq otağı mebeli almaq arzusunda idi. Lakin bu ən azı beĢ yüz franka 

tamam olardı; bu məqsəd üçün o, beĢ ildə yalnız qırx iki frank və on su yığa bildiyindən bir Ģey 

çıxmayacağını anlayaraq, bu arzusundan əl çəkmiĢdi. Bir də ki, həyatda öz idealına nail olan 

varmıdır? 

Yepiskopun yataq otağını təsəvvür etməkdən daha asan bir Ģey yoxdur. Bu evin aynabənd qapısı 

bağçaya çıxırdı, qapının qarĢısında bir dəmir xəstəxana çarpayısı vardı. Çarpayının qabağına 

yaĢıl sarjdan pərdə çəkilmiĢdi, çarpayının yanında, pərdənin arxasında zərif tualet Ģeyləri vardı; 

bütün bunlar yepiskopun vaxtilə kübar bir adam olduğunu və keçmiĢ adətlərini xatırladırdı; bu 

otağın daha iki qapısı olub, biri buxarının yanından ibadət otağına, o biri də kitab Ģkafının 

yanından yemək otağına açılırdı, ĢüĢə qapısı olan böyük kitab Ģkafının içi kitabla dolu idi, buxarı 

mərmər rəngində rənglənmiĢdi, üzü taxtadan idi, həm də heç vaxt qalanmazdı. Buxarının içində 

odun qoymaq üçün iki dəmir sacayaq vardı ki, bunların da qabaq tərəfləri bir zaman 

gümüĢlənmiĢ olan çiçək hörüyünə bənzər naxıĢlar və Ģırımlarla bəzənmiĢ iki vaza vardı, bunlar 

yepiskop evində bir bəzək nümunəsi idi. Buxarının üstündə isə zəri tökülmüĢ taxta çərçivə içində 

köhnə qara məxmərin üstündə vaxtilə gümüĢlənmiĢ olan, indi isə gümüĢü getmiĢ misdən çarmıxa 

çəkilmiĢ Ġsanın heykəli vardı. ġüĢə qapının qabağında böyük bir masa, onun da üstündə 

mürəkkəbqabı, kağız yığınları və bir neçə qalın kitab dururdu. Masanın qabağında bir həsir 

kreslo qoyulmuĢdu. Çarpayının yanında ibadət otağından gətirilmiĢ bir kiçik oturacaq dururdu. 

Çarpayının hər iki tərəfində divardan oval çərçivəli iki portret asılmıĢdı. ġəkillərin tutqun fonu 

üzərində qızıl hərflərlə yazılmıĢ sözlərdən burada kimin təsvir edildiyi aydın olurdu: bunlardan 

biri Sen-Klod yepiskopu abbat ġalionun, o biri isə – Aqd baĢ vikarisi, ġartr yeparxiyasında 

Sisterian rahibləri cəmiyyətinə mənsub olan QranĢan abbatı, abbat Turtonun portreti idi. 

Yepiskop bu otağı xəstələrdən aldığı zaman portretləri orada tapmıĢ və əvvəlki yerlərində 

saxlamıĢdı. Bunlar keĢiĢ idi və ehtimal ki, sədəqə verən keĢiĢlər idi, – yepiskopun portretlərə 

ehtiram etməsi üçün bu iki əsas kifayət idi. O bu portret sahibləri haqqında yalnız bunu bilirdi ki, 

hər ikisi bir gündə, yəni 1785-ci il aprelin 27-də kral tərəfindən biri yepiskop vəzifəsinə, o biri 

isə – vikari vəzifəsinə təyin edilmiĢdir. Bu qeyd QranĢan abbatının portretinin arxasında dörd 

parça yapıĢqanla yapıĢdırılmıĢ və zamanın gediĢindən saralmıĢ bir vərəq kağızın üzərində rəngi 

getmiĢ mürəkkəblə yazılmıĢ idi. Madam Maqluar tozunu silmək üçün portretləri çıxardığı zaman 

yepiskop bu qeydi görmüĢ və oxumuĢ idi. 

Yepiskopun yataq otağının pəncərəsindən qaba yun parçadan köhnə bir pərdə asılmıĢdı. Bu 

pərdə o qədər köhnəlmiĢdi ki, madam Maqluar təzəsini almamaq üçün, onu lap ortasından 

tikməyə məcbur olmuĢdu. Bu tikiĢ xaç Ģəklində idi. Yepiskop bunu tez-tez göstərər və deyərdi: 

– Nə yaxĢı olmuĢdur! 

Birinci və ikinci mərtəbələrdə olan otaqların hamısı, kazarmalarda və xəstəxanalarda olduğu 

kimi, əhənglə ağardılmıĢdı. 

Doğrudur, sonrakı illərdə aĢağıda görəcəyimiz kimi, madam Maqluar madmazel Batistinanın 

otağında divarlarda əhəngin altında bəzi rəsmlər kəĢf etmiĢdi. Bu ev xəstəxanaya 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə