World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə38/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   34   35   36   37   38   39   40   41   ...   102

78 
 
istiqamətdə  cərəyan  edir  və  regional  və  qlobal  inteqrasiyaya  köklənib.  Özəl  sektor  üçün  biznes 
mühitinin  yaxĢılaĢdırılmasına  yönəldilmiĢ  institusional  islahatlara  və  infrastrukturun 
müasirləĢdirilməsinə  verilən  önəm,  habelə  həyata  keçirilən  sosial  siyasətlər  də  təqdirəlayiqdir. 
Özəl  sektorun  artımı  və  həyata  keçirilən  sosial  siyasətlərin  məqsədi  qısa  və  uzunmüddət 
baxımından  yoxsulluğun  azaldılmasıdır.  Neft  bumunun  əvvəlində  makroiqtisadi  idarəçilik 
sahəsində  problemlər  yaranmıĢdır.  Bu  baxımdan,  qeyri-neft  özəl  investisiyaların,  qeyri-neft 
ixracın və qeyri-neft BXĠ-lərin əlveriĢsiz meyllərinin dayandırılması üçün müvafiq tədbirlər tələb 
olunurdu.  Qlobal  maliyyə  böhranı  Ģəraitini  və  iqtisadiyyatın  dayanıqlığının  təmin  olunması  və 
gələcək nəsillər üçün neft gəlirlərinin bir qisminin qorunub saxlanılması məqsədini nəzərə alaraq 
dövlət  xərclərinin  azaldılması  xüsusilə  vacib  və  təxirəsalınmaz  məsələdir.    Təbii  ehtiyatlarla 
zəngin  olan  və  kiçik  iqtisadiyyatların  təcrübəsi  göstərir  ki,  qlobal  inteqrasiyaya  yönəldilmiĢ 
strateji  yanaĢma  hətta  dünyanın  üzləĢdiyi  qlobal  böhran  Ģəraitində  də  qorunmalı  və 
gücləndirilməlidir. Bu hesabat Azərbaycanın orta və uzunmüddətli inkiĢaf məqsədlərinə çatmağa 
yardım edə bilən fiskal siyasət və iqtisadiyyatın idarə olunması institutlarının gücləndirilməsinə 
həsr olunub. Bu məsələlərə keçməkdən öncə növbəti fəsildə Azərbaycan iqtisadiyyatının sektoral 
inkiĢafı dərindən təhlil olunur. 
FƏSĠL 2. 
 IQTISADIYYAT VƏ ONUN PERSPEKTIVLƏRĠ 
 
Azərbaycanın cari hasilat strukturu özəl sektorun ortamüddətli dövrdə inkiĢafı üçün əhəmiyyətli imkanlar 
yaradır. Azərbaycan kənd təsərrüfatı, aqrobiznes və xidmət sektorlarının inkiĢafından faydalana bilər. Çox 
vaxtı  Azərbaycan  iqtisadiyyatı  istehsal  imkanlarından  tam  Ģəkildə  istifadə  edə  bilmir  ki,  bu  da  istehsal 
üçün zəruri olan komponentlərin çatıĢmazlığından (qıt və aĢağı keyfiyyətli komponentlər, yüksək dəyərli 
idxal  və  ya  know-how  çatıĢmazlığı)  bəzən  də  institusional  problemlərdən  irəli  gəlir  (zəif  fəaliyyət 
görsədən  bazarlar).  Bu  maneələr  Azərbaycanın  son  illərdə  ikirəqəmli  iqtisadi  inkiĢafa  nail  olmasının  və 
qeyri-neft  ixracın  artımının  qarĢısını  ala  bilməmiĢdir. Lakin,  onlar  istehsal  məsrəflərini  artırdığına  görə, 
qeyri-neft özəl investisiyaların və birbaĢa xarici investisiyaların cəlb olunmasına mane ola bilərlər. Belə 
ki, problemlərin müəyyənləĢdirilməsi və həll olunması neft hesabına yüksək xərclərin zəifləməsi təqdirdə 
və  ya  ölkənin  qlobal  iqtisadi  mühitdə  baĢ  verən  gözlənilməyən  problemlərlə  qarĢılaĢması  halında 
Azərbaycana daha rəqabətli olmasına imkan yaradar.  
Bazarların fəaliyyətinə mane olan məhdudiyyətlərin aradan qaldırılması Azərbaycana bütün iqtisadiyyatı 
boyunca  inkiĢafa  nail  olmaq  imkanı  yaradacaqdır.  Birincisi,  kənd  təsərrüfatı  əlavə  dəyəri  daha  yüksək 
olan  məhsulların  istehsalına  və  daha  iri  kommersiyalaĢmaya  keçə  bilər  ki,  bununla  kənd  təsərrüfatı 
məhsullarını  gəlirli  edər  və  onlara  ortagəlirli  bazarlardan  daha  yüksək  rəqabətli  bazarlarda  tələbi  artıra 
bilər.  Ġkincisi,  kommersiya  baxımından  cəlbedici  olan  neft  və  qaz  emalı  və  satıĢı  fəailyyətlərinə 
investisiya  təĢviq  oluna  bilər.  Üçüncüsü,  bütün  növ  investisiyalar  üçün  tikinti  xərcləri  azaldıla  bilər. 
Dördüncüsü,  xidmət  sektorlarının  keyfiyyət  və  həcmi  yaxĢılaĢdırıla  bilər  ki,  bunlar  da  öz  növbəsində 
Azərbaycanı  təkçə  tranzit  ölkə  kimi  yox,  emal  və  yüksək  əlavə  dəyərli  məhsulların  istehsalçısına 
çevrilməsi üçün Ģərait yaradar.  
Bu  fəsil  Azərbaycan  haqqında  geniĢ  məlumatı  olmayan  oxuyucunu  makro  səviyyəli  inkiĢaf  dialoqunun 
mikro konteksti ilə təmin edir (dialoq hesabatın digər fəsillərində davam edir) və  iqtisadi perspektivlərin 
qiymətləndirilməsi üçün baza rolunu oynayır.  


79 
 
A.
 
A
ZƏRBAYCANIN GƏLƏCƏYI
:
 ORTA MÜDDƏT ÜÇÜN GENIġ MIQYASLI FƏALIYYƏTLƏR 
 
2.1.
 
Azərbaycanın  kiçik  iqtisadiyyatlı  ölkə  olaraq  (miqyas  və  bazarın  gücü  üzrə)  orta 
müddət  baxımından  davayanıqlığı  və  inkiĢafı  regional  və  dünya  iqtisadiyyatlarına 
inteqrasiya  etmə  qabiliyyətindən  asılıdır.  Ġnteqrasiya  baxımından  dayanıqlı  olmaq  dünya 
bazarlarının  qeyri-hasilat  sənayesində  effektiv  Ģəkildə  iĢtirak  etmək  deməkdir.  Eyni  zamanda, 
qeyri-hasilat  sənayesində  regional  və  qlobal  baxımdan  rəqabətli  olmaq  iĢ  yerlərinin  qorunub 
saxlanılması  deməkdir.  Bu  baxımdan,  infrastrukturun  qurulması  və  məhsuldarlıq  və 
rəqabətliliyin  artırılması  məqsədilə  geniĢ  islahat  proqramının  həyata  keçirilməsi  strateji 
baxımdan çox əhəmiyyətlidir. Bu paralel təĢəbbüs Azərbaycana gələcəkdə yaxĢı xidmət edəcək, 
çünki Azərbaycanın seçim imkanları geniĢdir.   
2.2.
 
Azərbaycanın  kənd  təsərrüfatı  və  aqrobiznes  sektorları  böyük  inkiĢaf  potensialına 
malikdirlər. Mövcud bilik və ixrac bazasını, həmçinin iqlim və coğrafi üstünlükləri nəzərə alaraq 
(Azərbaycanda  yaz  Rusiya  ilə  müqayisədə  bir  ay  tez  gəldiyindən  daha  geniĢ  ixrac  imkanları 
yaradır)  kənd  təsərrüfatı  və  aqrobiznes  sektorlarının  biznes  fəaliyyəti  və  iĢ  yerlərinin  açılması 
baxımından  çox  geniĢ  imkanları  var.  Azərbaycanın  artıq  Rusiyanın  ərzaq  bazarlarında 
əhəmiyyətli  yer  tutduğunu  nəzərə  alaraq  bu  xüsusilə  ölkənin  cənub  və  Ģərq  bölgələrinə  Ģamil 
edilə bilər. Azərbaycan Rusiyaya emal olunmamıĢ bir sıra məhsulları ixrac edir (meyvə, tərəvəz, 
fındıq,  qida  yağı,  pambıq,  çay  və  qənd).  Qeyd  olunan  məhsulların  istehsal  zəncirində  daha 
yüksək  əlavə  dəyər  həlqəsinə  keçid  üçün  imkanlar  mövcuddur  (məsələn  konersvləĢdirilmiĢ 
qidaların  və  emal  olunmuĢ  fındıqların  istehsalı  və  ixracı).  Azərbaycan  həmçinin  Gürcüstana 
Ģəkər, yem (heyvandarlıq üçün) və buğda ixrac edir. Bu baxımdan ölkənin elektrik və nəqliyyat 
sektorlarında aparılan iĢlər də məhsulların ixracına yardım edəcək. 
 
 
2.3.
 
Azərbaycanın  təbii  ehtiyatlarla  bağlı  fəaliyyəti  təkcə  hasilatı  əhatə  etməklə 
məhdudlaĢmamalıdır.  Ölkənin  təkmilləĢməkdə  olan bilik  bazasını  nəzərə  alaraq Azərbaycan bu 
sektorların  kommersiya  və  rəqabətlilik  baxımından  potensialını  yenidən  qiymətləndirməlidir. 
Birincisi,  diversifikasiyaya  nail  olmuĢ  təbii  ehtiyatlarla  zəngin  olan  ölkələrin  təcrübəsi  göstərir 
ki, bu ölkələr təbii ehtiyatlar sektorlarının geniĢlənməsinə də müvəffəq olublar (Norveçin kağız 
istehsalı sahəsində olduğu kimi).
48 
Ġkincisi, kimya və aqrobiznes sektorlarına gəldikdə, tədqiqat 
göstərir ki, diversifikasiyaya nail olmağın bir  yanaĢması mövcud olan ixrac sənayelərinə diqqət 
yetirməklə  istehsal  zəncirində  daha  yüksək  əlavə  dəyər  həlqəsinə  keçməkdir.
49
 
Azərbaycan 
həmçinin  enerji və  qazla bağlı regional imkanları  əldən buraxmamalıdır. Eyni  zamanda Cənubi 
Qafqaz,  Rusiya,  Ġran  və  Türkiyəni  əhatə  edəcək  regional  enerji  bazarının  yaranması  üçün 
potensial var ki, burada Azərbaycan mərkəzi qovĢaq rolunu oynaya bilər.   
2.4.
 
Azərbaycanın  ticarət  və  nəqliyyat  sektorları  da  bir  çox  imkanlar  təklif  etməkdədir. 
Azərbaycan  artıq  regional  ticarət  mərkəzinə  çevrilmiĢdir.  O,  Çin  (yüngül  sənaye),  Ġran  (xalı, 
meyvə,  tərəvəz,  ərzaq  məhsulları)  və  Türkiyədən  (xalı,  geyim)  idxal  edərək  Gürcüstana  və 
Rusiyaya ixrac edir. TəkmilləĢdirilmıĢ yol infrastrukturu nəqliyyat xərclərini azaldacaq. Bununla 
belə,  digər  qitələrdə  aparılan  tədqiqatlar  göstərir  ki,  institusional  maneələrlə  bağlı  xərclər 
(xüsusən  sərhəd  keçidilə  bağlı  və  yol  nəqliyyatı  xərcləri  (yəni,  təhlükəsizlik  xərci,  polis 
mühafizəsi və s.)) zəif infrastruktur səbəbindən yaranan xərclərdən daha çox ola bilər. Mərkəzi 
Asiya Regional Ġqtisadi ƏməkdaĢlıq Forumunun (CAREC) nəticələri də bu fikri dəstəkləyir.  
                                                 
48
 Lederman and Maloney 2007. 
49
 Ibid. 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə