World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə46/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   42   43   44   45   46   47   48   49   ...   102

94 
 
Qazaxıstan  üçün  də  söyləmək  olar.  Azərbaycanın  Qazaxıstana  neft  ixracının  və  neft 
avadanlığının  yenidən  ixracının  (re-export)  həcmi  kifayyət  qədər  böyük  olsa  da,  digər 
məhsulların  ixracı  minimal  olmuĢdur.  Neft  (əsasən  xam  neft)  Azərbaycanın  Avropa  Birliyinə 
ixrac  etdiyi  ən  əsas  məhsuldur  (2007-ci  ildə  7.1  milyard  ABġ  dolları).  Bununla  belə, 
Azərbaycan  sürətlə  inkiĢaf  edən  Asiya  bazarlarına  daxil  olmur.  Belə  ki,  son  zamanlara  qədər 
(Çinə  az  miqdarda  neft  və  neft  məhsulları,  Honk-Konqa  isə  aluminium  idxal  etməyə  qədər) 
Azərbaycanın Çinə ixracı cüzi olmuĢdur. Azərbaycanın Hindistana ixracı da böyük deyil. 2004-
cü ilə  qədər o, qeyri-dayanıqlı  olub: alüminium   ixracı  1 milyon ABġ dollarına çatıb və sonra 
azalıb.   
 
 
2.36.
 
Azərbaycan  sənaye  baxımından  inkiĢaf  etmiĢ  ölkələrdən  və  Çindən  idxalı 
artırmaqdadır… Yeni idxal mənbələrinin meydana çıxması  təəcübli deyil, çünki Azərbaycan 
qlobal  rəqabətə  açılır,  qeyri-səmərəli  sənaye  sektorları  azalır  və  Azərbaycanın  müqayisəli 
üstünlüyü  olan  sənaye  sahələri  ilə  əvəz  olunur  (Diaqram  2.6  və  Diaqram  2.7-də  qeyri-neft 
ixracın  artımı  bunu  təsdiqləyir).    2001-ci  ildə  Ġran  geniĢ  çeĢidli  mallar  üzrə  Azərbaycanın  ən 
böyük  ixracatçısı  olmuĢdur  (məs.  ərzaq  məhsullarının  həcmi  20  milyon  dollar  və  istehsal 
olunmuĢ məhsulların həcmi də 20 milyon dollar olmuĢdur). Bununla belə, 2001- 2007-ci illər 
ərzində Azərbaycanın Ġrandan idxal etdiyi qeyri-neft məhsullarının payı 22 faizdən 1.3 faizədək 
azalmıĢdır  (Diaqram  2.9).  Rusiyanın  Azərbaycanın  idxalında  payının  artmasına  baxmayaraq, 
Azərbaycanın  Çin,  Avrozona  və  Böyük  Britaniyadan  da  idxalları  olmuĢdur
68
.  Faktiki  olaraq, 
əgər vahid ərazi kimi baxılarsa, Avrozona Rusiyanı da keçərək 2006-cı ildə Azərbaycan üzrə ən 
böyük ixracatçı olmuĢ və Azərbaycanın idxalının ən böyük mənbəyinə çevrilmiĢdir
69
.  
2.37.
 
…  və  əvvəlkindən  daha  fərqli  məhsul  dəstləri  idxal  edir.  Türkiyədən  gələn  idxalın 
strukturunda baĢ verən dəyiĢikliklər cərəyan edən prosesləri yaxĢı təsvir edir. 10 il bundan əvvəl 
Azərbaycan indi Rusiyaya və Gürcüstana ixrac etdiyi bir sıra məhsulları Türkiyədən idxal edirdi 
(qənnadı  və  buğda  məhsulları  daxil  olmaqla).  Bundan  baĢqa  elektrik  enerjisi  uzun  müddət 
ərzində Türkiyədən idxal olunan əsas məhsul növü idi (həmçin də Ġrandan). Bu gün Türkiyədən 
idxal  olunan  əsas  məhsullar  zərgərlik  məmulatları,  xalçalar,  telekommunikasiya  və  qida  emalı 
avadanlığıdır.  2001-ci  ildə  Türkmənistan  neft  və  qazın  iri  təchizatçısı  olmuĢdur  (digər  idxal 
olunan malların həcmi isə çox kiçik olmuĢdur). Bununla belə, 2006-cı ildə neft platformaları (bu 
platformalar əvvəl Azərbaycana Türkmənistandan ixrac olunmuĢdur) Azərbaycana yenidən ixrac 
olunmuĢdur ki (re-export), bunun nəticəsində Türkmənistandan Azərbaycana idxal göstəricisində 
birdəfəlik  artım  müĢahidə  olunmuĢdur.    Çin  də  həmçinin  geniĢ  çeĢidli  elektronika,  traktor  və 
geyim  malları  təchizatçısına  çevrilib  (2007-ci  il  ərzində  346  milyon  ABġ  dollarından  yuxarı). 
Yaponiya əsasən neft sektoru üçün nəqliyyat vasitələri, elektrik avadanlıqları və materiallar idxal 
                                                                                                                                                             
ticarətində  göstərildiyi  kimi),  amma  Ġranın  ixrac  təyinatı  baxmından  əhəmiyyətinin  azaldığını  nümayiĢ  etdirmək 
məqsədilə bu məlumat diaqram 2.7-yə daxil edilib.   
 
68
 Avro Zona Avronu pul vahidi kimi istifadə edən bütün 12 ölkədən ibarətdir. 
69
 2007-ci  il  üzrə  ilkin  məlumatlar  bildirir  ki,  Türkiyə  və  Rusiya  birlikdə  Azərbaycanın  qeyri-neft  idxalını  əhatə 
etməklə  Azərbaycan  idxalının  əsas  mənbələri  kimi  öz  mövqelərini  saxlamıĢlar  (birlikdə  Azırbaycanın  qeyri-neft 
idxalının  40%  təĢkil  edirlər).  Faktiki  olaraq  bu  məlumatlar  bildirir  ki,  2001-2007-ci  illər  ərzində  Azərbaycana 
Rusiyanın qeyri-neft ixracı on dəfədən artıq artmıĢdır. Eyni dövrdə Türkiyənin qeyri-neft ixracı beĢ dəfəyə yaxın 
artmıĢdır. 


95 
 
edir. ABġ-ın Azərbaycan idxalında payı adətən təxminən 5 faiz təĢkil edir ki, bu da əsasən neft 
sektoru avadanlıqları, farmaseftik və kənd təsərrüfatı mallarıdır. 
2.38.
 
Xidmətlərin  beynəlxalq  ticarəti  son  on  ildə  Azərbaycan  ÜDM-inın  20  faizini  təĢkil 
etmiĢdir. Xidmət ixracı bu dövr ərzində zəif inkiĢaf etmiĢdir. Bunun əksinə olaraq 2001-ci ildən 
baĢlayaraq  xidmət  sektoru  idxalı  sürətli  artım  nümayiĢ  etdirmiĢdir.  Bu  artım  əsasən  həm  neft 
sektorunun  geniĢlənməsi,  həm  də  neft  gəlirləri  sayəsində  artan  gəlirlərlə  əlaqəli  olan  tikinti 
bumuna görə olmuĢdur. ―Digər biznes xidmətləri‖ kateqoriyasının təfərruatlı strukturu mövcud 
tədiyyə  balansı  statistikasında  göstərilməyib.  Bu  kateqoriya  idxal  və  ixrac  edilmiĢ  xidmətlər 
arasında  ikinci  ən  böyük  kateqoriyadır.  Nəqliyyat  sektoru  Azərbaycanın  ən  iri  xidmət 
sektorudur. Eyni zamanda, bu sektor digər xidmət sektorlarında mühüm istehsal amili kimi çıxıĢ 
edir. Son illərdə nəqliyyat xidmətləri ticarətinin dəyəri sabit olaraq artmaqdadır. Bununla belə, 
bu artım beynəlxalq ticarətin ümumi artımı hesabınadır. Sərhədlər boyunca daha çox məhsulun 
hərəkəti  nəqliyyat  xidmətlərinə  tələbi  artırır.  Malların  ticarətinə  nisbətən,  Azərbaycanın 
nəqliyyat  xidmətlərinin  beynəlxalq  ticarəti  1999-cu  ildən  baĢlayaraq  sabit  qalmıĢdır  (malların 
ümumi  idxal  və  ixracının  7-9  faizi  civarında).  Ölkənin  regional  nəqliyyat  və  paylayıcı 
mərkəzinə çevrilmək istəyini nəzərə alaraq, bu statistika ürəkaçan deyil.  
2.39.
 
Azərbaycanın  ixracı  keçid  dövrünün  yaĢanmasını  göstərir.  2001-2005-ci  illərdə 
kəskin  Ģəkildə  artımdan  sonra  qeyri-neft  ixracın  qeyri-neft  ÜDM-də  payı  sabit  olaraq 
qalmaqdadır – 8-9 faiz  ətrafında. Azərbaycanın  ixracında bəzi  sektorların payı  (tekstil,  plastik 
və  kimya  məhsulları)  azaldıqca,  digərlərinin  çəki  qazanmağı  müĢahidə  olunur  (Diaqram  2.7). 
Ərzaq  və  içkilərin,  həmçinin  aluminiumun  geniĢlənən  ixracı  diversifikasiyanın  artması 
baxımından müsbət iĢarədir.    
World Development Report (WDR) 2009 hesabatından çıxarılan dərslər  
2.40.
 
WDR  2009  hesabatı  ölkələrin  potensial  ticarət  tərəfdaĢlarına  nisbətən    coğrafi 
yerləĢməsini  qiymətləndirərək  uğurlu  diversifikasiya  strategiyalarını  nəzərdən  keçirir  və 
bununla  Azərbaycana  vacib  dünya  təcrübəsini  gətirir.  Bununla  belə,  WDR  2009  hesabatı 
bildirir  ki,  ölkənin  müqayisəli  üstünlük  yarada  biləcəyi  malların  çeĢidi  qlobal  ticarətdəki 
inkiĢafla  bağlı  geniĢlənmiĢdir.  Bu  günlərdə  aralıq  mal  və  xidmətlərə  tələbin  artması  inkiĢaf 
etməkdə olan ölkələr üçün əvvəllər olduğundan daha çox diversifikasiya imkanları açır. Yüksək 
ixrac  o  zaman  baĢ  tutur  ki,  ölkələr  regional  baxımdan  əməkdaşlıq  edirlər,  iqtisadiyyatın 
miqyasını  geniĢləndirirlər,  iqtisadiyyatda  mobilliyi  artırırlar,  nəqliyyat  xərclərini  azaldırlar  və 
qlobal  baxımdan  inteqrasiya  edirlər.  Regional  əməkdaşlıq  o  deməkdir    ki,  qonĢu  ölkələrdə 
yerləĢən  Ģirkətlər  tək  bir  ölkədə  olan  təchizatçılara  bel  bağlamaqdansa,  beynəlxalq  təchizat 
zəncirləri  yaratmaq  vasitəsilə  son  məhsulları  daha  ucuz  qiymətə  əldə  edə  bilərlər.  Qlobal 
əməkdaşlıq belə səmərəli regional təchizat Ģəbəkələri yaratmaq üçün tələb və stimul təmin edir. 
Regional  və  qlobal  inteqrasiyanın  belə  kombinasiyasını  bu  günün  zəngin  (çoxsaylı) 
qonĢuluğunda  uğurlu  inkiĢaf  etmiĢ  ölkələr  yaratmıĢdır  (Cənubi-ġərq  Asiya,  Qərbi  Avropa  və 
Sahilyanı Çin ərazisi kimi)
70
.  
2.41.
 
Bazar  əsaslı  inteqrasiya,  institut  əsaslı  inteqrasiyaya  qarĢı.  Ġnteqrasiya  prosesində 
bazar  amili  aparıcı  rol  oynadığı  zaman  (ġərqi  Asiyada  olduğu  kimi)  istehsal  faktorları  təkrar 
dislokasiya  olunur  və  qonĢu  ölkələrin  adambaĢına  gəlir  səviyyələrində  uyğunluğun  baĢ 
                                                 
70
 Bu  yanaĢma  Çili,  Mavritius  və  çox  yaxĢı  tanınan  ġərqi  Asiya  pələngləri  ölkələrindən  fərqlənir.  Bu  ölkələr  
regional baxımdan qonĢularla çox da əməkdaĢlıq etmədən qlobal baxımdan inteqrasiya etmiĢlər. , lakin inteqrasiya 
edən bəzi ölkələrlə təzad təĢkil edir. Onlar fəaliyətə erkən baĢlamanın verdiyi üstünlükdən faydalanıblar.  


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə