World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə48/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   44   45   46   47   48   49   50   51   ...   102

98 
 
heyvandarlıq  məhsullarının  istehsalını  geniĢləndirmək,  istixanalar  və  mexanizasiyaya  daha 
güclü  investisiya  yatırmaq  üçün  konsolidasiya  edib  daha  böyük  təsərrüfat  vahidlərinə 
çevrilməsinə  ehtiyac var. Bununla belə,  əksər  rekapitalizasiya və kommersiyalizasiya olunmuĢ 
fermer  təsərrüfatlarında  əmək  qüvvəsinə  tələbin  azalması  qaçılmazdır.  Ġlkin  istehsalın 
kommersiyalizasiyası  idxalın  artımı  və  kənd  təsərrüfatı  üçün  tələb  olunan  malların  təchizatı 
baxımından  özəl  sektorun  geniĢlənməsilə  dəstəklənəcək.  Bu  aĢağıdakılarını  nəzərdə  tutur: 
toxumlar,  gübrə,  damazlığın  artırılması  üçün  genetik  materiallar,  heyvanlar,  qida  əlavələri, 
veterinar xidməti, kənd təsərrüfatı üçün maĢın və  avadanlıqlar. Eyni  zamanda, kənd təsərrüfatı 
sektoru kommersiya əsasında toxumlar sənayesinin inkiĢafının və seleksiya yolu ilə alınmıĢ yeni 
toxumların yetiĢdirilməsinin Ģahidi olacaq. Bu proses beynəlxalq Ģirkətlərlə birgə müəssisələrin 
yaradılması və əhəmiyyətli dərəcədə çevik toxum qanunu ilə dəstəklənəcək. Daxili heyvandarlıq 
idxal  və  damazlıq  heyvanların  yetiĢdirilməsində  daha  çox  özəl  heyvandarlıq  fermalarına 
arxalanmaqla səciyyələnəcək.    
2.47.
 
Qida emalı sənayesi yeniləĢmiĢ və müasirləĢmiĢ avadanlıqdan faydalanacaq. Bunlar 
yüksək  məhsuldarlıq  və  artan  məĢğulluq  ilə  nəticələnəcək.  Bu  məsələlər  kənd  təsərrüfatı 
biznesində  mühitin  yaxĢılaĢdırılmasının  və  biznesin  inkiĢafı  üçün  xidmətləri    ―kənd 
ərazilərində‖  fəaliyyət  göstərən  sahibkarların  tələblərinə  uyğunlaĢdırılmasını  nəzərdə  tutur. 
Bununla  belə  aĢağıdakılar  da  həyata  keçirilməlidir:  qida  emalı  marketinq  zəncirində  tədricən 
çatıĢmayan  aralıq  həlqələrin  yaradılması,  müasir  avadanlıq  və  keyfiyyətin  təmin  olunmasına 
investisiyaların  sürətləndirilməsi,  treninqlər  və  biznesin  avtomatlaĢdırılmıĢ  idarəolunması 
sistemləri,  tarasız  nəqliyyat,  emal  və  anbarlaĢdırma  (soyuducular  da  nəzərə  alınmaqla), 
təkmilləĢdirilmiĢ  çeĢidləĢdirmə  və  qablaĢdırma  sisteminin  tətbiqi,  SPS  sertifikatlaĢdırma 
prosedurları  (dövlət  tərəfindən  idarə  olunması  vacib  deyil).  Gömrük  islahatlarının  və  Rəqabət 
Komissiyasının  iĢinin  kənd  təssərüfatı  sektoruna  təsir  etməsini  nəzərə  alaraq 
demonopolizasiyanın  həyata  keçirilməsi  də  vacibdir.  Bu  yanaĢma,  eyni  zamanda,  Hökumət 
qurumlarının və dövlət müəssisələrinin qida sənayesi və ilkin istehsalın birbaĢa idarə və nəzarət 
edilməsini  aĢağıdakılarla  məhdudlaĢdırılmasını  nəzərdə  tutur:  standartların  müəyyən  olunması, 
tənzimləyici  nəzarət,  fövqalade  hallarda  müdaxilə,  dövlət-özəl  tərəfdaĢlığı  çərçivəsində  dövlət 
investisiya  proqramının  idarə  olunması  (məhdud  Ģəkildə),  xarici  resursların  cəlb  edilməsi  və 
kontraktların bağlanmasında yardım edilməsi.   
2.48.
 
Regional  maliyyə  bazarları,  sahibkarlıq  və  fermerlər  inkiĢaf  edən  və  geniĢlənməyə 
davam  edən  maliyyə  xidmətləri  və  kredit  xəttlərindən  faydalanacaqlar.  Bu  tədbirlər 
yığımları,  indeksləĢdirilmiĢ  sığorta  məhsullarını  və  xüsusi  kredit  imkanlarını  nəzərdə  tuturlar: 
anbarda  saxlanmağa  qəbul  olunmuĢ  mallar  üzrə  Ģəhadətnamə  (warehouse  receipts),  kənd 
təsərrüfatı  istehsalı  üçün  avans  ödəniĢləri,  fermer  təsərrüfatları  üçün  istehsal  komponentlərinin 
daha  çevik  maliyyələĢdirmə  mexanizmləri,  maĢın  və  avadanlıqların  lizinqi/alınması  imkanları, 
kənd təsərrüfatı məhsullarının mövsümü  emalı  və kənd təsərrüfatı məhsulları ticarətçiləri üçün 
dövriyyə  kapitalının  təmin  olunması  məqsədilə  kredit  xəttləri,  ticarətin  qısamüddətli 
maliyyələĢdirilməsi).  Bu  imkanlar  istər  maliyyə  sektoru,  istərsə  də  xarici  müĢtərilər  və 
təchizatçılar tərəfindən təmin oluna bilər.    
2.49.
 
Azərbaycanın sənaye sektorunun gələcəyi ciddi Ģəkildə nəzərdən keçirilməlidir. Neft 
və qaz emalı ilə bağlı yeni fəaliyyətlər geniĢ Ģəkildə Xəzər dənizinin hüquqi statusundan asılıdır. 
Bundan  baĢqa,  əlavə  nəqliyyat  fəaliyyətləri  (neft  və    qazla  bağlı  Azərbaycanın  Ģərq 
qonĢularından) geosiyasi amillərdən asılıdır. Lakin, neft və qaz emalının potensial olaraq daha 
dəqiq  iqtisadi  gələcəyi  var.  Hazırda  Azərbaycanın  neft  və  qaz  emalı  sektorları  inkiĢaf 
etməkdədir,  lakin  onları  inkiĢafı  dinamik  deyil.  Bu  sektor  investisiya  çatıĢmazlığından  əziyyət 


99 
 
çəkir  ki,  bu  da  iqtisadiyyata  böyük  tələb  təzyiqini  nəzərə  alaraq  hökumətin  prioritetlərini  əks 
etdirir.  Bununla  belə  neft  və  qaz  emalının  imkanlarından  davamlı  və  optimal  Ģəkildə 
faydalanmaq  aĢağıdakılarını  tələb  edir:  (i)  sektora  birbaĢa  və  dolayı  enerji  subsidiyalarının 
verilməsinin  ləgvi,  (ii)  Ġdarəçilik  (və  idarəetmə)  funksiyalarının  geniĢ  Ģəkildə  (daha  yaxĢı  olar 
ki,  tam  Ģəkildə)  özəl  sektora  verilməsi  və  (iii)  gəlir  əldə  etmək  mandatının  tətbiq  edilməsi. 
Tədqiqatlar göstərir ki, təbii ehtiyatlarla zəngin olan və uğurlu inkiĢaf edən ölkələr əhəmiyyətli 
emal sənayelərinin yaradılmasına müvəffəq olmuĢlar.    
2.50.
 
Tikinti  sektorunun  gələcəyi  parlaq  olaraq  qalır.  Əhəmiyyətli  səviyyədə 
investisiyaların  qoyulmasına  baxmayaraq,  ölkə  infrastrukturunun  və  mənzil  təsərrüfatının 
keyfiyyəti  (hətta  Bakı  daxilində  də)  ümumilikdə  aĢağıdır.  Tikinti  sektoru  əməkhaqqların  və 
sement kimi inhisarçılıq Ģəraitində istehsal edilən aralıq məhsulların artırılmasında əhəmiyyətli 
rol oynamıĢdır. BXĠ-lərin cəlb olunması və  yaxud idxal  yolu ilə daxili istehsalçılar üçün daha 
rəqabətli  mühitin  yaradılması  tikinti  sektoruna  və  ümumi  iqtisadiyyata  əhəmiyyətli  dərəcədə 
müsbət təsir göstərə bilər. 
2.51.
 
Azərbaycan  ölkənin  xidmət sektorunun potensialına güvənir. Qısa və orta müddətdə 
inkiĢaf etmək üçün Azərbaycanın xidmət sektorunun çoxlu imkanları mövcuddur. Birinci və ən 
əhəmiyyətlisi,  yol  infrastrukturunun  davam  etməkdə  olan  təkmilləĢdirilməsi  ölkənin  bir  sıra 
yüksək nəqliyyat xərclərini azaldacaq ki, bunun nəticəsində Ġran və Əfqanıstandan malların nəql 
edilməsi  imkanları  geniĢlənəcək.  Ġkincisi  regional  ticarət  mərkəzi  kimi  Azərbaycanın  mövqeyi 
möhkəmlənəcək.  Nəqliyatın  inkiĢaf  etməsilə  Azərbaycanın  topdan  satıĢ,  pərakəndə  satıĢ  və 
turizm sektorları güclənir. Azərbaycanın bank sektoru hələ də özəl sektora əhəmiyyətli dərəcədə 
açılmalıdır,  yəni  ki,  imkanlar  böyükdür.  OxĢar  olaraq,  telekommunikasiya  da  hələ  ki,  dövlət 
idarəçiliyindədir.  Özəl  idarəetməyə  açılmaq  xidmətlərin  keyfiyyətinin  və  tələbin  artırılmasına 
yardım  edəcək.  Digər  komunal  sahələr  (elektrik  enerjisi,  su  və  qaz)  əsas  investisiyaları 
tamamlamalı  –  və  ya  özəl  idarəçilik  praktikalarına  yiyələnməlidir  ki,  bu  da  onlara  keyfiyyətli 
xidmət göstərməyə imkan verəcəkdir.     
E.
 
N
ƏTICƏ
 
2.52.
 
Azərbaycanın geniĢ iqtisadi bazası və onun mövcud regional inteqrasiya səviyyəsi ölkəni 
davamlı  inkiĢaf  üçün  əhəmiyyətli  imkanlarla  təmin  edir.  Bununla  belə,  mövcud  olan 
səmərəsizliklər məhsuldarlıq baxımından Azərbaycanı komparator ölkələrlə müqayisədə arxada 
qoyur. Neft gəlirlərinin xərclənməsindən qaynaqlanan aĢağı məhsuldarlıq və yeni ticarət Ģərtləri 
Azərbaycanın  rəqabət  qabiliyyətinin  və  dayanıqlı  artımının  təmin  olunması  baxımından  yeni 
investisiyaların  yatırılmasını  tələb  edir.  Hökümətin  infrastruktur  üzrə  dövlət  xərcləri 
məhsuldarlığın  artırılmasına  əhəmiyyətli  dərəcədə  töhfə  verməlidir
71
.  Lakin,  Azərbaycan  üçün 
yeni  ticarət  Ģərtlərinə  uyğun  olaraq  innovasiya  və  yeni  məhsullar  yaratmaq  üçün  hələ  də  özəl 
investisiya  tələb  olunur.  Təbii  ehtiyatlarla  zəngin    olan  və  uğurla  inkiĢaf  etmiĢ  ölkələr 
diversifikasiyanı həyata keçirərək, iqtisadi artımı stimullaĢdırmaq üçün təbii ehtiyatlardan əldə 
olunan  gəlirin  istifadəsindən  öncə,  ölkələrinin  institusional  potensiallarının  adekvatlığını 
qiymətləndiriblər.  Ġnstitusional  potensialın  artırılmasının  mümkün  elementləri  xərclərin 
                                                 
71
Takizava,  Gardner  və  Ueda  (2007)  üst-üstə  düĢən  nəsillər  modelindən  (overlapping  generation`s  model)  istifadə 
etməklə  təbii  ehtiyatlarla  zəngin  olan  ölkələrdə  uzunmüddətli  makroiqtisadi  rifahı  maksimallaĢdırmaq  üçün  təbii 
resurslardan  gələn  gözlənilməz  gəlirlərin  ən  uyğun  istifadəsini  qiymətləndirmiĢlər.  Onlar  müəyyən  etmiĢlər  ki, 
dövlət xərclərinin  maliyyələĢdirilməsi üçün bu gəlirlərdən istifadə  məhsuldarlığı və özəl investisiyaları  artıra bilər. 
Xüsusilə  də  nümayiĢ  etdirmiĢlər  ki,  hökumət  neft  sərvətini  maliyyə  aktivlərinə  çevirməklə  adam  baĢına  düĢən 
xərclərin səviyyəsini sabit saxlaya bilər.
     


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə