[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə230/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   226   227   228   229   230   231   232   233   ...   258

 

469 


Çünki  mənim  salehliyim  yalnız  özümün,  başçıların  salehliyi  isə  bütün 

müsəlmanların (ölkələrin islahı) xeyrinədir – bu sözləri eşidən İbn Mübarək – 



rahmətullahi aleyhi – onun alnından öpərək: «Ey xeyir (işlərin) müəllimi! Bunu 

sənin kimi gözəl (şəkildə kim çatdıra bilərdi?»

1382

. Həsənul Bəsri – rahmətullahi 



aleyhi  –  deyir  ki:  «Onu  da  bil  ki  –  Allah  sənə  rəhm  etsin  –  hökmüdarların 

zülmləri Allahın intiqamlarından bir intiqamdır. Uca Allahın intiqamlarına da 

qılıncla  qarşılıq  verilməz.  Bu  intiqamlar  dua,  tövbə,  Allaha  dönüş, 

günahlardan çəkinmək ilə bir tərəf edilir və silinir. Allahın intiqamı qılıncdan 

daha  da  itidir»

1383


.  Başqa  bir  rəvayətdə:  «Həsənul  Bəsri  – rahmətullahi aleyhi – 

Həccaca  bəd  dua  edən  bir  kimsənin  sözlərini  eşitdikdə  belə  demişdir:  «Bunu 

etmə,  Allah  sənə  rəhmət  etsin.  Əslində  bu  müsibətlər  sizə  öz  əllərinizlə 

etdiklərinizdən ötrü gəlmişdir. Biz qorxuruq ki, Həccac əsir edilir və ya ölürsə, 

meymunlar  və  donuzlar  gəlib  sizə  rəhbər  olurlar»

1384


.  İmam  Nəvəvi  – 

rahmətullahi  aleyhi  –  deyir  ki:  «Müsəlman  rəhbərlərə  nəsihətə  gəlincə,  haqq 

üzərə  onlara  yardım  etmək,  bu  xüsusda  onlara  itaət  etmək,  yumşaqlıqla  və 

uyğun bir dillə onlara haqqı əmr etmək, onları başa salmaq, öyüd vermək və 

unutduqları  şeyləri  onlara  təkrar  bildirməklə  olur»

1385

.  əl-Xalləl  öz  «Sünnə» 



1/83 əsərində İmam Əhməd – rahmətullahi aleyhi – nin rəhbərlər haqqında belə 

dediyini  rəvayət  etmişdir:  «Mən  gecə-gündüz  imam  üçün  müvəffəqiyyət 

arzulayır və Allahın ona kömək olması üçün dua edirəm və bunu özümə vacib 

bilirəm».  

 

ƏMİRLƏRƏ NƏSİHƏT ETMƏK 

 

İbn  Kusayb  əl-Adai  deyir  ki:  “Bir  gün  Əbu  Bəkrə  ilə  minbərin  yanında 



oturmuşdum  Bu  zaman  Abu  Amir  çox  nazik  bir  libasda  xütbə  verirdi.  Əbu 

Bilal  dedi:  “Bizim  əmirə  baxın,  fasiqlərin  libasını  (ipək)  geyinir”  dedi.  Əbu 

Bəkrə  dedi:  “Yum  ağzını,  mən  Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  -  belə 

dediyini  eşitdim:  Kim  əmirini  alçaltmağa  çalışarsa  Allah  da  onu  alçaldar”

1386



Əbu  Ruqayyə  Təmimi  b.  Əus  əd-Dari  -  radiyallahu  anhu  –  rəvayət  edir  ki, 



Peyğəmbər  – sallallahu aleyhi və səlləm -  buyurdu: «Din nəsihətdir».  Kimə?  (Ya 

Rəsulullah!)  deyə  soruşduq.  (Peyğəmbər)  buyurdu:  «Allaha,  kitabına, 

rəsuluna,  müsəlmanların  rəhbərlərinə  və  bütün  müsəlmanlara»

1387


.  Bir  halda 

ki, nəsihətin vacibliyi sübuta yetirildi, deməli hər bir müsəlmanın buna riayət 

                                                

1382


 «Şərhu Sünnə» s. 114, Əbu Nueym «Hiylətul Övliya» 8/91. 

1383


 İbnul Cövzi «Ədəbul Həsənul Bəsri» s. 119. 

1384


 İbnul Cövzi «Ədəbul Həsənul Bəsri» s. 119. 

1385


 Şərhu Səhih Müslim 2/241. 

1386


 Tirmizi 2224, əl-Albani “Səhih”.  

1387


 Səhih Müslim 55. 


 

470 


etməsi  labüddür.  İbn  Rəcəb  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Müsəlman 

rəhbərlərə  qarşı  nəsihətə  gəlincə  –  onları  saleh  və  ədalətli  görmək, 

müsəlmanların  bir  əmir  ətrafında  birləşmələrini  istəmək,  müsəlmanların 

dağılmasını,  partiyalara,  firqələrə  bölünməsini  istəməmək,  Allahın  əmrlərinə 

uyğun  gələn  hər  bir  məsələdə  onlara  itaət  etmək,  onlara  qarşı  çıxmaq 

istəyənlərə nifrət hissi bəsləmək və Allaha itaətdə onların güclənməsini ümid 

etmək»

1388


. İyad b. Ğanəmin Hişam b. Hukeyməyə belə dediyi rəvayət olunur: 

«Məgər  sən  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in:  «Kim  öz  başçısına 

nəsihət vermək istəyirsə bu işi (hamıya) car çəkərək aşkarda ona bildirməsin. 

(Əksinə) onun  əlindən tutub xəlvətə çəkilsin. Əgər başçısı onun bu nəsihətini 

qəbul edərsə söz yox, yox  əgər qəbul etməzsə artıq nəsihət verən öz borcunu 

yerinə yetirmişdir» sözlərini eşitməmisənmi?»

1389

. Peyğəmbər – sallallahu aleyhi 



və səlləm - buyurdu: “Kim əmirinə nəsihət etmək istəyərsə bunu gizlində etsin, 

aşkarda deyil”

1390

. İbn Abbasdan - radıyallahu anhu – əmirlərə nəsihət barəsində 



soruşduqda  dedi:  “Əgər  sən  bunu  etmək  istəyirsənsə  elə  et  ki,  səninlə  onun 

arasında heç kimsə olmasın və öz imamın haqqında qeybət etmə!”

1391

. İbn Bazz 



–  rahmətullahi  aleyhi  –  bu  hədis  ilə  bağlı  deyir  ki:  «Saleh  Sələflər  heç  vaxt 

əmirlərin  səhvlərini  bəyan  etməzdilər.  Onlar  haqqında  məscidlərin 

minbərlərindən xəbər verməzdilər. Çünki onlar bilirdilər ki, bu cür əməllər pis 

nəticələrə və əmirlərə haram olmayan əməllərdə də itaətsizliyə gətirib çıxardır. 

Əmirlərə qarşı bu cür çıxışlar üsyanlara gətirib çıxardır ki, bunun da ziyandan 

başqa  bir  nəticəsi  olmur.  Saleh  Sələflər  onlara  nəsihətlər  verər,  onlara 

məktublar yazar, yaxud da əmirlərə yaxın olan insanlar vasitəsilə onlara gözəl 

nəsihətlər  verərdilər.  İnsanları  günahlardan  çəkindirdikdə  (içkidən,  zinadan, 

rüşvətdən və s.) onların adlarını çəkmədən bunu edərdilər. İstər bu alim olsun, 

istərsə də sıravi bir müsəlman»

1392

.  


Bir gün insanlar Usamə b. Zeyd  - radıyallahu anhu – ya Osman  - radıyallahu 

anhu  –  ilə  danışmağı  xahiş  etdilər.  O:  «Siz  elə  zənn  edirsiniz  ki,  mən  onunla 

söhbət etməmişəm. Vallahi mən hər kəsdən öncə heç kəsin etmədiyini edərək 

onunla  üzbəüz söhbət  etdim»

1393


.  İbn  Həcər əl-Əskalani  – rahmətullahi aleyhi – 

deyir  ki:  «Bu  hədis  bizlərə  onu  bəyan  edir  ki,  əmirlərlə  danışdıqda  onlara 

hörmətlə  yanaşmalı  və  onlarla  danışdıqda  müəyyən  ədəb  formalarına  riayət 

                                                

1388

 Cəmiul Ulum bəl Hikəm 1/222.  



1389

 İbn Əbi Asim «Sünnə» Məhəmməd Nəsirin təhqiqi ilə 2/521 hədis 1096, Həkim «Mustədrək» 3/329 hədis 

5269, Beyhəqi «Sünnənul Kubra» 8/164, Təbərani «Mucəmul Kəbir» 17/167 hədis 1007. 

1390


 Əhməd 3/403, İbn Əbi Asim 1097, əl-Albani “Səhih”.  

1391


 İbn Əbi Şeybə 15/74, Səid İbn Mənsur 4/1657.  

1392


 Fətvalar toplusu 27-28 səh.  

1393


 Buxari 3267, Müslim 2989.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə