[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə231/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   227   228   229   230   231   232   233   234   ...   258

 

471 


edilməlidir

1394


.  (İdarə  etdiyi)  dövlətdəki  insanların  yaşayış  tərzindən  və  onun 

haqqında  olan  fikirlərini  əmirə  bildirmək.  Bunu  da  etdikdə  mülayim  bir 

formada, ədalətli bir şəkildə etmək lazımdır ki, (başqalarına əziyyət vermədən) 

istənilən  nəticəyə  çata  biləsən»

1395

.  İmam  ən  Nuhas,  əs-Sindi,  əş-Şovkani, 



İbrahim İbn AbdulLətif və s. İmamlar – rahmətullahi aleyhi – deyirlər ki: “Əmirə 

nəsihəti gizli etmək lazımdır, insanlar içərisində deyil”

1396

.  


Bütün bu sözlər bizim əmin-amanlığımız və Peyğəmbər – sallallahu aleyhi və 

səlləm – in dediklərinə itaətimiz üçündür. Əgər onlara riayət etsək, Allahın izni 

ilə  biz  nicat  tapanlarıq.  Yox  əgər  asi  olsaq  Əhli  Sünnə  vəl  Cəmaata 

müxalifliyimiz  qədər  ixtilaf  və  nöqsanlara  düçar  olarıq.  Buna  görə  də  bütün 

müsəlmanların  islahını  istəyən  hər  bir  kəs  səmimi  qəlbdən  Allahın  izni  ilə 

onlara  başçılıq  edən  kimsənin  islahını,  onun  Allahın  kitabı  və  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  in  sünnəsilə  əməl  etməyə  müvəffəq  olmasını  dua 

etməlidir.  Biz  heç  də  tutulan  yolun  və  əməlin  Quran  və  Sünnə  ilə  olmasını 

kimdənsə az istəmirik. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Bunun da 

səbəbi odur ki, əgər xəlifə və əmir saleh olarlarsa onların ardınca bütün xalq da 

gedər,  yox  əgər  onlar  günah  içərisində  batarlarsa  bu  aqibət  bütün  xalqı  da 

bürüyər.  Buna  görə  də  Osman  -  radıyallahu  anhu  –  deyir  ki:  «Həqiqətən  də 

Allah  əmirin  əli  ilə  bir  tək  Quranın  vasitəsilə  etmədiyini  edir»

1397


.  Bu  qayda 

bütün  əməlisaleh  müsəlmanlara  aiddir  ki,  onlar  əmirləri  üçün  dua  etsinlər, 

onların xətalarını ört-basdır edərək onlara nəsihət verməyə çalışsınlar. Heç bir 

müsəlmana  yaraşmaz  ki,  əmirlərin  səhvlərini  xalqın  içərisində  bəyan  edərək 

onları  gözdən  salmağa  çalışsın.  Həsənul  Bəsri  – rahmətullahi aleyhi  – deyir  ki: 

“Allaha  and  olsun  ki,  din  müsəlman  əmirləri  olmadan  qaydasına  düşməz. 

Hətta  onlar  zalım  və  günahkar  olsalar  da  belə.  Allaha  and  olsun  onların 

səbəbilə  Allah  daha  çox  xeyir  edir,  nəinki  onların  zülmü”

1398

.  İmam  Alusi  – 



rahmətullahi aleyhi – deyir ki: “Əgər Allah insanların bəzilərini digərləri ilə dəf 

etməsəydi,  yer  üzü  fəsada  uğrayardı.  Lakin  Allah  aləmlərə  qarşı  lütfkardır”. 

(əl-Bəqərə  251)  ayəsi  barəsində  deyir:  “Bu  ayə  hakimiyyət  və  idarəçiliyin 

fəzilətini  göstərir.  Ona  görə  də  deyilir  ki:  “Din  və  hakimiyyət  bir-birindən 

ayrılmazdır.  Birinin  itməsilə  digəri  də  itə  bilər.  Din  –  başdır,  hakimiyyət  – 

keşikçidir.  Məlumdur  ki,  bir  şeyin  ki  keşikçisi  (mühafizəçisi)  yoxdursa  itə 

bilər”

1399


.  

                                                

1394

 Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Rum, Fars  imperatorlarına göndərdiyi məktublarından  da  biz 



bunun  şahidi  ola  bilərik.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  onlara  müraciət  etdikdə:  Böyük  Fars 

imperatoru, Əzəmətli Rum imperatoru deyə müraciət edərdi.  

1395

 Fəthul Bəri 13/53.  



1396

 “əl-Mətbu” 24/50, “Seylul Cərrar” 4/556, “Durarus Səniyyə” 9/119.  

1397

 Məcmuu Fətava 28/391.  



1398

 “Cəmiul Ulum Vəl Hikəm” 327.  

1399

 “Ruhul Məni” 1/174.  




 

472 


MÜSƏLMAN ƏMİRLƏRƏ QARŞI ÇIXMAĞIN 

QADAĞAN EDİLMƏSİ 

 

Abdullah b. Amr  - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah  – sallallahu 



aleyhi  və  səlləm  –  buyurdu:  «…Namaza  toplanın»  deyə  nida  etdi.  Biz  də 

Rəsulullah  – sallallahu aleyhi və səlləm  – in  hüzurunda  toplandıq.  O,  buyurdu: 

«Həqiqətən  də,  məndən  əvvəl  yaşamış  hər  bir  Peyğəmbərin  üzərinə  düşən 

borc ümmətini onlara xeyirli olan şeylərə sövq etməsi və ümməti üçün şər olan 

şeylərdən  isə  çəkindirməsidir.  O,  ki  qaldı  bu  ümmətə,  ilk  dövrlərində  onlara 

xeyir-bərəkət veriləcəkdir

1400

, sonda isə bir çox bəlalar və sizin xoşlamadığınız 



bir çox işlər baş verəcəkdir. Üzərinizə (gecə qaranlığı) kimi fitnələr çökəcəkdir 

ki, hər bir fitnə əvvəlkindən daha şiddətli və ya (əvvəlki sonra gələn fitnədən 

daha yüngül olacaqdır). Elə bir fitnələr gələcəkdir ki, hər bir mömin: «Bu məni 

həlak  edəcək  fitnədir»  deyəcəkdir.  Sonra  o,  fitnə  qaldırıldıqdan  sonra  digəri 

daha  ağırı  gəldikdə  mömin:  «(Məni  həlak  edəcək  fitnə)  budur»  deyəcəkdir. 

Kim bu (fitnə dönəmində) Cəhənnəmdən uzaqlaşdırılıb Cənnətə girməyi arzu 

edirsə ölüm onu  yaxaladığı  zaman Allaha  və  Axirət gününə  iman  edən  birisi 

olsun  və  insanlarla  necə  özü  ilə  rəftar  olunmağı  arzu  edirsə  o,  cür  də  rəftar 

etsin.  Hər  kim  də  əmirinə  beyət  edərək  əlini  tutub  qəlbini  ona  verərsə  gücü 

çatdığı qədər ona itaət etsin. Bir başqası da gəlib (hakimiyyət) üstündə onunla 

mübarizə  apararsa  onun  boynunu  vurun»

1401


.  Peyğəmbər  – sallallahu aleyhi və 

səlləm  –  buyurdu:  «Ey  Ənsar  cəmaatı!  Məndən  sonra  sizlər  (dünya  işlərində 

sizə məxsus olan bir şeyi özlərinə aid etdiyi) zamana qovuşacaqsınız. Bununla 

bərabər  sizlər  səbr  edin.  Nəhayət  (Qiyamət  günü)  Kövsər  hovuzu  başında 

mənimlə qovuşana qədər»

1402

. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, 



Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Hər  kim  (əmirə)  itaətdən 

çıxar və cəmaatdan ayrılaraq bu hal üzərə ölərsə o, kimsə bir cahiliyyə ölümü 

ilə ölmüş olar.  Hər  kim haqq  və  batil olduğu  bilinməyən  məchul  və  qaranlıq 

bir  müharibənin  kor-koranə  asılmış  bayrağı  altında  sırf  qövmiyyət  üçün  (heç 

bir  haqqın  yüksəlməsi  üçün  deyil)  mübarizə  edərək  (və  ya  bu  işə  yardım 

edərək)  öldürülürsə  o,  kimsə  mənim  ümmətimdən  deyildir...»

1403

.  Arfəcə  



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu: «Hər kim bu ümmətin işini birlik və bərabərlik halda ikən onu firqə-

firqə bölmək istərsə harda olursa olsun o, təfriqəçi insanı qılıncla vurun (Başqa 

rəvayətdə: Bütün işləriniz tək bir adam üzərində birlik və vəhdət halında ikən 

                                                

1400


 Qurtubi deyir ki: «Burada qəsd ilk üç Rəşidi xəlifələri nəzərdə tutulur. Çünki onların dövürlərində İslam 

ümməti birliyi ilə seçilirdi».  

1401

 Müslim 1844.  



1402

 Müslim 1845. 

1403

 Müslim 1848.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə