[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə239/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   235   236   237   238   239   240   241   242   ...   258

 

487 


əhatə  edər»

1458


.  Əbu  Bəkr  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu aleyhi və səlləm – buyurdu: «Rəhbərə yaxşılıq edənə Allah da Qiyamət 

günü  yaxşılıq  edər.  Ona  pislik,  qeybət  ilə  gözdən  salmaq  istəyəni  də  Allah 

Qiyamət günü  alçaldar»

1459


.  Əbu  İshaq  əs-Səbii  deyir  ki: «Hər  hansı  bir  qövm 

əmirlərini söyməyə başlayarsa onun xeyrindən məhrum olar»

1460

. Əbu Həmzə 



əl-Dabi  deyir  ki:  “(Abdullah  İbn  Zubeyrlə)  döyüşən  Həccacın  Kəbəni 

yandırma  xəbəri  mənə çatdıqda İbn  Abbasın  - radıyallahu anhu – yanına  daxil 

oldum.  Onun  yanında  Həccacı  söyməyə  başladım.  İbn  Abbas:  “Şeytan  üçün 

köməkçi  olma”

1461

.  Muaz  İbn  Cəbəl  -  radıyallahu  anhu  –  deyir  ki:  “Müsəlman 



əmiri  Allahın  istəyi  ilə  olur.  Kim  ki,  əmiri  söyərsə  Allahın  istəyini  söymüş 

olur”


1462

.  Uqbə  İbn  Vəcis  deyir  ki:  “Mənə  Xəvariclər  və  onların  əmirləri 

pisləmələri barəsində danışdılar. Bir gün Abdullah İbn Amrı - radıyallahu anhu 

–  gördüyüm  zaman  ona:  “Sən  Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  – 

səhabələrindən  və  Allahın  elm  verdiyi  kimsələrdənsən.  İraqda  bir  qrup 

insanlar  öz  əmirlərini  pisləyir,  onların  yanılmaları  barəsində  açıq-aydın  söz 

açırlar.  Bu  barədə  nə  deyə  bilərsən?”.  O:  “Bu  o,  kəslərdir  onların  üzərinə 

Allahın,  mələklərin  və  bütün  insanların  lənəti  vardır”

1463


.  Əbu  Darda  

radıyallahu  anhu  –  deyir  ki:  “İnsanda  münafiqliyin  ilk  təzahürü  – 

müsəlmanların  rəhbərlərinə  qarşı  təhqir  etməkdir”

1464

.  Əbu  İdris  əl-Xulyani  – 



rahmətullahi aleyhi – deyir ki: “Əmirləri söyməkdən çəkinin, həqiqətən də bu – 

məhv  olmaqdır.  Onların  sözyən  pislərin  pisidir”

1465

.  İmam  Mənəvi  – 



rahmətullahi aleyhi – deyir  ki:  “Sələflər əmirləri lənətləməkdən çəkindirərdilər. 

Çünki  bu  müsəlmanlar  üçün  yalnız  şərri  və  müsibəti  artırar”

1466

.  Xalid  İbn 



Abdullah əl-Kəsri – rahmətullahi aleyhi – deyir ki: “Allaha and olsun! Əmirlərini 

söyən  bir  kimsə  mənim  yanıma  gətirilsə  onu  çarmıxa  çəkilməsini  əmr 

edərəm”

1467


.  Ona  görə  də  özünə:  “Mən  Sələfiyyəm”  deyən  Əhli  Sünnət 

imamlarının  yoluna  tabe  olsun.  Öz  nəfsi  istəklərinə  uymasın.  Sizdən  kimsə 

günah  etsə  və  bir  müsəlman  qardaşın  bu  günahın  barəsində  Cümə  günü 

insanlar  arasında  onu  bəyan  etsə  sənin  xoşuna  gələrmi?  Allah  xatirinə  cavab 

ver? Sənin xoşuna gəlmədiyi kimi heç kəsində xoşuna gəlməz! Dilini qoru ki, 

yandırmayasan özünü! Şeyx AbdurRahman əs-Sədi – rahmətullahi aleyhi – deyir 

                                                

1458


 əl-Albani «Ziləlul Cənnə» hədis 94, «Səhihul Tərğib» hədis 83,84,85,86.  

1459


 Əhməd 5/42, əl-Albani «Səhih Hədislər Silsiləsi» 5/376.  

1460


 İbn Əbdul Bərr «Təhmid» 21/287.  

1461


 Buxari “Tarixul Kəbir” 8/104.  

1462


 Əbu Amr əd-Dani “əl-Fitən” 1/404.  

1463


 İbn Əbu Asim “Sunnə” 933, Bəzzar 207, əl-Albani “Səhih”.  

1464


 İbn AbdulBərr “Təmhid” 21/287.  

1465


 “əl-Əmvəl” 1/78.  

1466


 “Fəthul Qadir” 6/499.  

1467


 İbnul Covzi “Muntəzim Fi Tarixul Mulk” 6/299.  


 

488 


ki:  “İnsanlar  müsəlman  əmirlərin naqisliklərini  danışmaqdan  və onları  təhqir 

etməkdən  özlərini  qorumalıdır.  Əksinə  onlar  Allahdan  əmirin  haqq  üzərində 

möhkəmlənməsini  istəməlidirlər.  Həqiqətən  də  müsəlman  əmirlərini  təhqir 

etməkdə böyük şər və zərər vardır həm cəmiyyət, həm də fərdi şəxslər üçün. 

Əmirləri təhqir edən insanlar görürsən ki, heç nəsihət də etmək istəmir. Bu isə 

əmirə qarşı xəyanətdir”

1468

. Bəzən elə düşünürlər ki, alimlərin bu sözləri onun 



üçündür  ki,  əmirləri  razı  salsınlar,  yaltaqlıq  və  s.  Amma  Vallahi  ki:  Bu 

müsəlmanların  təhlükəsizliyi  üçün  atılan  bir  addımdır.  Huzeyfə  -  radıyallahu 



anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

“Məndən sonra bir çox əmirlər olacaqdır. Onlar yalan danışacaq və ədalətsizlik 

edəcəklər.  Kim  yalanda  onların  tərəfini  saxlayar  və  zülmdə  onlara  yardımçı 

olarsa mənə heç bir adiyyatı yoxdur və mənim hovuzuma yaxın gəlməz. Kim 

də  onları  yalanda  təsdiq  etməz  və  zülmdə  onlara  dəstək  olmazsa  o,  kimsə 

mənə  aiddir,  mən  də  ona  və  o  mənim  hovuzuma  yaxınlaşdırılar”

1469



Muhəmməd  İbn  Munkədir  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Nə  zaman  Yəzid 



İbn Muaviyəyə beyət edildi bu haqda İbn Ömərə deyildi. O dedi: “Əgər yaxşı 

olarsa biz razı qalacağıq, pis olarsa – səbr edəcəyik”

1470

. Əbu Dərda - radıyallahu 



anhu  –  deyir  ki:  “Əmirləri  lənətləməkdən  çəkinin!  Həqiqətən  onları 

ləənətləmək  ölüm,  onlara  nifrət  isə  -  alçalmaqdır.  Ona:  “Ey  Əbu  Dərda! 

Onlarda xoşa gəlməz şeylər gördükdə nə edək?” deyə soruşduq. O: “Səbr edin! 

Həqiqətən Allah  sizin  dediklərinizi  əmirlərdə  görsə  sizi onlardan ölümləriylə 

azad  edər”

1471


.  Əbu  Usamə əz-Zahid  –  rahmətullahi aleyhi – deyir  ki:  “Əmirinə 

nəsihət  et  və onun saleh olması,  doğru  yolla  getməsi  - sözlərində və qərarında - 

dua edin. Həqiqətən də əmirlər saleh olarlarsa bu səbəblə də cəmaat da saleh 

olar. Onları lənətləməkdən çəkinin, bu şərri artırar və müsəlmanlar üçün bəla 

olar.  Onlar  üçün  bağışlanma  dilə  ki,  müsəlmanları  incitməkdən  və  zülm 

etməkdən çəkinsinlər”

1472

.  


 

SƏLƏF İMAMLARININ BU HAQDA SÖZLƏRİ 

 

Müsəlman  olan  hər  bir  kəs  öz  rəhbərinə  qulaq  asıb  itaət  etməlidir. 



Həmçinin  onun  ünvanına  nəlayiq  sözlər  deməkdən  çəkinməlidir.  Çünki 

rəhbərlərə olan itaətsizlik həm dini, həm də dünyəvi məsələlərdə pis sonluğa 

gətirib  çıxardır.  Bu  hallardan  biri  də  müsəlman  dövlətinin  daxildən 

zəifləməsidir ki, müsəlman dövlətlərinin düşmənlərinin öz hiyləgər planlarını 

                                                

1468


 “Nurul Basirul Albab” 66.  

1469


 Əhməd 5/384, İbn Əbi Asim 759, əl-Albani “Səhih”.  

1470


 İbn Əbi Zamani “Usulu Sünnə” 990, İbn Sad “Tabaqat” 4/182.  

1471


 İbn Əbi Asim “Sunnə” 1015.  

1472


 Beyhəqi “Şuabul İman” 13/99.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə