[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə241/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   237   238   239   240   241   242   243   244   ...   258

 

491 


dediklərinə qarşı çıxar  və  beləliklə  də fitnə-fəsad  yaranar.  Bizə  vacib olan isə 

sələflərin  rəhbərlərə  münasibətdə  tutduqları  mövqeyi  araşdırmaq,  nəfsimizi 

fitnə-fəsaddan  qorumaq  və  rəhbərə  qarşı  çıxmağın  aqibətini  bilməkdir.  İnsan 

bilməlidir ki, üsyan etməklə İslamın düşmənlərinə xidmət etmiş olur. İbrət isə 

üsyan  və  qəzəbdə  yox,  hikmətli  olmaqdadır»

1479


.  İzz  b.  AbdusSəlam  – 

rahmətullahi  aleyhi  –    deyir  ki:  «Müsəlman  icmasının  rəhbərlərə  itaətin  ən 

fəzilətli  itaətlərdən  olması  barəsində  müttəfiq  olmasını  xəbər  vermişdir»

1480



Səhl b. Abdullah  – rahmətullahi aleyhi – deyir ki: «İnsanlar rəhbərə və alimlərə 



hörmət etdikləri müddətdə xeyir içində olarlar. İnsanlar onlara hörmət edərsə 

Allah da onların dünya və axirət həyatlarını islah edər. Əks təqdirdə isə onlar 

özlərinin  dünya  və  axirət  həyatlarını  da  puç  edərlər»

1481


.  Əhməd  b  Əbd  əl-

Halim – rahmətullahi aleyhi – deyir ki: «Hökmdarların ədalətsizliyinə (etdikləri 

səhvlərə)  dözümlü  münasibət  Sünnə  tərəfdarlarının  və  vahid  müsəlman 

icmasının təməllərindən biridir».  

Bütün  bunlar onu  sübut  edir  ki, Peyğəmbər  – sallallahu aleyhi və səlləm – in 

hökmüdarların ədalətsizliyinə (etdiyi səhvlərinə) qarşı dözümlülük göstərmək 

və  heç  bir  vəchlə onlara  qarşı çıxmamaq  buyuruğu  bu  dünyada olduğu  kimi 

axirətdə  də  səadətə  çatmağın  ən  müdrik  yoludur.  Hər  kəs  bilərəkdən  və  ya 

səhvən bu əmri pozarsa yaxşı nəticə əldə etməz, əksinə müsəlman aləmindəki 

vəziyyəti  daha  da  pisləşdirər.  Əbu  Bəkr  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Rəhbərə  yaxşılıq  edənə 

Allah  da  Qiyamət  günü  yaxşılıq  edər.  Ona  pislik,  qeybət  ilə  gözdən  salmaq 

istəyəni  də  Allah  Qiyamət  günü  alçaldar»

1482


.  Əbu  İshaq  əs-Səbininin  belə 

dediyinin  rəvayət  edir:  «Əmirlərini  söyən  qövm  onun  xeyrindən  məhrum 

olar». Hənnəd «Zuhd» 2/464 demişdir: «Bir gün əz-Zibriqani, Əbu Vail Şəqiq b. 

Sələmənin  yanında  olarkən  Həccacı  söyüb  onu  pis  əməllərini  xatırlatdı.  Əbu 

Vail  dedi:  «Onu  söymə,  nə  bilirsən  bəlkə  o:  «Allahım  məni  bağışla!»  deyib, 

Allah  da  onu  bağışlayıb».  İbn  Mübarək  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 

«Alimlərini  qiymətləndirməyənin  axirəti  puç  olar,  əmirləri  qiymətləndir-

məyənin dünyası puç olar, qardaşını qiymətləndirməyənin əxlaqı puç olar»

1483



Aun əs-Saxmi – rahmətullahi aleyhi – deyir ki: “Bir gün Əbu Umamənin yanına 



gəldikdə  o  dedi:  “Həccacı  söymə,  çünki  sənin  əmirindir.  Mənim  əmirim 

olmasa da belə”

1484

.  


                                                

1479


 «Hakim və tabeçiliyindəkilərin hüquqları» risaləsi, “Şərh Riyadus Salihin” 1/340.  

1480


 «Qavaid» 1/104.  

1481


 Qurtubi «Təfsir» 5/260-261. 

1482


 Əhməd 5/42, İbn Əbdul Bərr «Təhmid» 21/287, əl-Albani «Səhih Hədislər Silsiləsi» 5/376.  

1483


 İbn Əsakir «Tarixud Dəməşq» 32/444. 

1484


 Buxari “Tarixul Kəbir” 7/18.  


 

492 


İndi baxaq görək biz Dini doğru başa düşürükmü? Cavab: Xeyr! Etdiyimiz 

əməllər  Dinə  uyğun  gəlirmi?  Cavab:  Xeyr!  Lakin  söhbət  müsəlman 

əmirlərindən  getdiyi  zaman  dərhal  can  ataraq,  səyy  göstərərək  deyirik:  “Nə 

üçün  onlar  Allahın  hökmü  ilə  hökm  vermirlər?”.  Belə  bir  sual  verənə  belə 

cavab  verilir:  “Çünki  biz  özümüz  Allahın  hökmü  ilə  hökm  vermirik. 

Əmirlərimiz  isə  kənardan  gələrək  bizə  başçı  seçilməmişdir,  öz  içimizdən  (bu 

millətdən)  çıxmışdır.  Bəs  nə  üçün  bizlər  özümüzü  buraxaraq  başqalarını 

ittiham  etməkdə  mahirik?  Əgər  biz  özümüzü  islah  etsək  heç  şübhə  yox  ki, 

Allah  da  bizərə  yardım  edər.  Çünki  bu  Alahın  vədidir.  Çünki  hər  bir  kəs  bu 

ayəni  bilir:  “Ey  iman  gətirənlər!  Əgər  siz  Allaha  (Onun  dininə)  kömək 



göstərsəniz,  O  da  sizə  kömək  göstərər  və  ayaqlarınızı  möhkəmlədər”. 

(Muhəmməd  7).  Allahın  vədi  haqdır,  Vədə  xilaf  çıxmaz.  “İnsanlar  elə  güman 

edirlər ki, təkcə: "İman gətirdik!"– demələri ilə onlardan  əl çəkiləcək və onlar 

imtahan  edilməyəcəklər?  Biz  onlardan  öncəkiləri  də  sınaqdan  keçirmişdik. 

Sözsüz ki,  Allah  doğru danışanları da, yalançıları  da aşkara  çıxardacaqdır”. 

(əl-Ənkəbut  2-3).  İslam  ümmətinin  problemi  Fasiq  əmirlərdə  deyildir. 

“Beləliklə, qazandıqları günahlara görə zalımların bir qismini digərinə hakim 

təyin edərik”. (əl-Ənam 129). İş kafirləri gücündə və hiyləsində deyildir. “Əgər 

səbir  etsəniz  və  Allahdan  qorxsanız,  onların  qurduğu  hiylə  sizi  ziyana  sala 

bilməz.  Həqiqətən,  Allah  onların  nə  etdiklərini  əhatə  edir”.  (Ali  İmran  120). 

AbdurRahman  əs-Sədi  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Allah  müsəlmanlara 

səbr  və  təqvalı  olmağı  əmr  edir.  Əgər  onlar  bu  əmri  yerinə  yetirsələr 

düşmənlərin  hiyləsi onlara heç  bir  zərər verməz.  Çünki  Allah öz  elmi  ilə  hər 

bir  şeyi  ehtiva  etmişdir.  Əgər  onlar  Allahdan  qorxsalar  heç  kəs  onlra  zərər 

verməz  və  müsəlmanlar  bu  şeydə  şübhə  etməməlidirlər”

1485

.  Ona  görə  də 



müsəlmanlar  bəla  və  xəstəliyi  də  özləri  tapıb  müalicə  etməlidirlər.  İbn 

Teymiyyə  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Əgər  müsəlmanlar  zəif  və 

gücsüzdürlərsə  və  düşmənləri  onların  üzərində  üstünlük  təşkil  edirlərsə  bu 

onların günahlarına görədir”

1486

.  


İmam Təhavi – rahmətullahi aleyhi – deyir ki: «Biz əmirlərə və imamlara qarşı 

çıxmağı qadağan edirik. Hətta onlar xəta edərək ədalətsiz olsalar da belə. Biz 

onlara lənət oxumur, bəd dua etmir və onlara itaətdən də əl çəkmirik. Biz iman 

edirik  ki,  onlara  itaət  etməklə  bizlər  Uca  və  Böyük  olan  Allaha  itaət  etmiş 

oluruq.  Onlara  itaət  etmək  isə  hər  bir  şeydə  vacibdir  yalnız  qadağa  olunan 

şeylərdən  başqa.  Uca  Allaha  əllərimizi  qaldıraraq  dua  edirik  ki,  Allah  onları 

doğru  yola  müvəffəq  etsin  və  onları  bu  yolda  sabit  etsin.  Göründüyü  kimi 

Quran  və  Sünnədə  günah  ilə  əmr  olunmadığımız  müddətdə  əmirlərə  itaət 

                                                

1485


 “Təfsir Sədi” 249.  

1486


 “Cavabu Səhih” 6/450.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə