[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə242/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   238   239   240   241   242   243   244   245   ...   258

 

493 


etməyin  vacib  olduğunu  bizlərə  bəyan  etməkdədir.  «Ey  iman  gətirənlər! 

Allaha,  Peyğəmbərinə  və  özünüzdən  olan  ixtiyar  sahiblərinə  itaət  edin!  Əgər 

bir iş barəsində mübahisə etsəniz Allaha və Qiyamət gününə inanırsınızsa onu 

Allaha  və  Peyğəmbərə  həvalə  edin!  Bu  daha  xeyirli  və  nəticə  etibarilə  daha 

yaxşıdır». (ən-Nisa 59). Burada Uca Allah «Rəsula itaət edin» deyə buyurduğu 

halda «Sizdən olan əmr sahiblərinə də itaət edin» deyə buyurmamışdır. Çünki 

əmr  sahibləri  özü-özlüyündə  onlara  (hər  bir  şeydə)  itaət  ediləcək  kimsələr 

deyillər.  Onlara  yalnız  Allahın  və  Rəsulunun  əmrlərinə  uyğun  gələn  (asi 

olmayan)  məsələlərdə  itaət  olunur.  Allahın  Rəsuluna  itaət  etməkdən  söhbət 

getdikdə isə itaəti əmr  edən əməl  Allah  Rəsulu  ilə  birlikdə  təkrarlanır. Çünki 

Allah Rəsuluna itaət edən birbaşa Allaha itaət etmiş olur. Çünki Allah Rəsulu 

Allaha  itaət  olmayan  bir  işi  (əməli)  əmr  etməz.  O,  belə  bir  əmri  verməkdən 

uzaqdır.  Əmirlər  isə  bəzən  Allaha  itaət  olmayan  işlər  əmr  edə  bilirlər.  Buna 

görə  də  onlara  yalnız  Allaha  və  Rəsuluna  itaət  olan  xüsuslarda  itaət  olunur. 

Buna  baxmayaraq  müsəlmanlar  öz  əmirlərinə  itaət  etməlidirlər  hətta  onlar 

qanunsuzluq  və  ədalətsizlik  etsələrdə  belə.  Onlara  olan  itaətsizliyin 

nəticəsindən törənən pisliklər onların zülmlərindən hasil olan pisliklərdən qat-

qat çox olmasıdır. Əgər mömin qul səbrlə ona edilən haqsızlığı, zülmü səbrlə 

qarşılayarsa onu bağışlanma və mükafatının çoxaldılması gözləyir. Bir şeyi də 

unutmamalıyıq  ki, Uca  Allahın  bizim  üzərimizə təyin  etdiyi  günahkar,  zalım 

əmirləri yalnız və yalnız bizim öz əllərimizlə törətdiyimiz günahların ucbatına 

görədir.  Cəza  da  əməlin  növündəndir.  O,  halda  bizim  üzərimizə  düşən 

Allahdan  bağışlanma  diləmək,  Ona  tövbə  etmək  və  əməllərimizin  islah 

olunmasını  istəməkdir.  «Sizə  üz  verən  hər  bir  müsibət  öz  əllərinizlə 



qazandığınız  günahların  (etdiyniz  əməllərin)  ucbatındandır».  (əş-Şura  30), 

«Siz  (Bədr  müharibəsində  yetmiş  nəfəri  öldürüb,  yetmiş  nəfəri  əsir  alaraq) 

onları  ikiqat  müsibətə  düçar  etdiyiniz  halda,  (Uhud  müharibəsində)  başınıza 

bir  müsibət  gəldiyi  zaman:  Bu  haradan  gəldi?  –  dediniz.  (Ya  Muhəmməd!) 

Söylə  ki:  Bu  sizin  özünüz-dəndir.  Həqiqətən  Allah  hər  şeyə  qadirdir».  (Ali 

İmran 165), «Beləliklə qazandıqları günahlara görə zalimlərin bəzisini digərinə 

hakim  edərik».  (Ənam  129)

1487

.  Qatədə  – rahmətullahi aleyhi  –  deyir  ki:  «Allah 

insanlar üzərində hakimiyyəti onların işlərinə görə verir. Mömin mömini, kafir 

də kafiri idarə edir, nə vaxt və harada olurlarsa olsun»

1488


. Mənsur İbn Abdul 

Asud  – rahmətullahi aleyhi  –  deyir  ki:  Mən  Aməşdən  – rahmətullahi aleyhi  –  bu 

ayə  barəsində  soruşdum”.  O:  “Mən  bu  barədə  eşitdim:  Əgər  insanlar 

korlanarsa  onların  üzərində  hakimiyyət  ən  pislərinə  verilər”

1489

.  Məlik  İbn 



                                                

1487


 Təhavi Əqidəsi.  

1488


 İbn Kəsir Təfsir 2/346, 446, “Təfsir Əbu Xatim” 7899.  

1489


 “Təfsir Durrul Mənsur” 3/358.  


 

494 


Dinar  – rahmətullahi aleyhi –  deyir  ki:  “Hər  dəfə siz  günah  etdikdə  Allah  sizin 

əmirlər tərəfdən sizlərə cəza göndərir”

1490

.  


Müsəlman  gərək  özünü  tənbeh  etsin.  Çünki  bizə  görə  bu  cür  əmirlər 

hakimiyyətdədir.  Əgər  itaət  edənlər  zalım  əmrin  zülmündən  qurtulmaq 

istəyirlərsə  ilk  növbədə  özləri  zülm  etməkdən  çəkinməlidirlər.  “Siz  necə 

olsanız əmirlərinizdə elə olacaqdır”. Bu hədis deyil, alimlər içərisində yayılmış 

bir  sözdür.  Allah  Fironu öz  qövmünə hakim  edir.  Çünki fasiqlər  idi.  Onların 

səviyəsinə  uyğun  hakim  verdi.  Sizin  əməlləriniz  əmirlərinizdir,  siz  necə 

olsanız əmirləriniz də elə olar. Əmirlərin zülmü sizin əməllərinizin zülmüdür. 

Kəmə  Təkunu  Yuvəlli  Aleykum  –  Sultan  zülm  edirsə  bu  böyük  bir  bəladır. 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – bütün gücünü dəvətə vermişdi. Dövlət 

qurmaq, hakimiyyət  dəyişmək  əmirlər  təyin  etmək  deyildir.  Əgər ümmət  pis 

gündədirsə əmir dəyişməyin nə faydası? İnsanları dəvət etmək birinci məqsəd 

olmalıdır.  Əgər  insanlar  korlansalar  onların  əmirləri  ən  pis  olanlar  olacaqlar. 

Vaxt günahkar deyil, sənin əməllərin bu vaxtı korlayıb. Əgər bir cəmaatda şirk, 

küfr,  zülm  artarsa  Allah  onları  məhv  etmək  üçün  üzərlərinə  elə  bir  başçılar 

təyin  edər  ki,  başlarına  oyun  açarlar.  Həccaca  deyirlər  ki,  bəsdir  zülm, 

haqsızlıq  etdin.  Axı  sən  Öməri  -  radıyallahu  anhu  –,  onun  hakimyyətini 

görmüsən. Onun kimi ol! Həccac: “Siz də Əbu Zərr kimi olun, mən də Ömər 



radıyallahu anhu – kimi olum. İbn Qeyyim  – rahmətullahi aleyhi – deyir ki: “Sən 

bu  barədə  Allahın  hikmətini  düşün.  Dövlətin  başçısı  onların  əməllərinin 

növündən  olur.  İnsanların  əməlləri  hökmdarın  surətində  üzə  çıxır.  Əgər 

insanlar düz olarsa əmirlər də düz olar. Adil olarlarsa onlara qarşı adil olarlar. 

Zalım  olarlarsa  onlara  qarşı  da  zülm  edilər.  Aldatmaq  olarsa  onları  da 

aldadarlar, Allahın haqqını verməzlərsə Əmrlər də onların haqqını verməzlər. 

Əgər  insanlar  özlərinin  layiq  olmadıqları  şeyləri  götürərlərsə  əmirlər  də  belə 

edərlər.  Allahın  hikmətindən  deyildir  ki,  zalımların  üzərinə  adil  əmirlər 

qoysun.  Onlara  uyğun  olan  qoyulur.  Ona  görə  də  səhabələrin  dövrü  gözəl 

olduğu  üçün  əmirləri  də  gözəl  idi.  Ona  görə  də  deməyin  ki,  bizim  üzərimizi 

Muvayə  və  Ömər  İbn  AbdulAziz  –  rahmətullahi aleyhi  –  əmr  olsun.  Qaldı  ki, 

Əbu Bəkr və Ömər - radıyallahu anhum –

Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Onu da bil ki – Allah sənə rəhm 

etsin  –  hökmüdarların  zülmləri  Allahın  intiqamlarından  bir  intiqamdır.  Uca 

Allahın  intiqamlarına  da  qılıncla  qarşılıq  verilməz.  Bu  intiqamlar  dua,  tövbə, 

Allaha  dönüş,  günahlardan  çəkinmək  ilə  bir  tərəf  edilir  və  silinir.  Allahın 

intiqamı qılıncdan daha da kəskindir»

1491

. Başqa bir rəvayətdə: «Həsənul Bəsri 



– rahmətullahi aleyhi  –  Həccaca  bəd  dua  edən  bir  kimsənin  sözlərini  eşitdikdə 

                                                

1490

 “Təfsir Durrul Mənsur” 8/395.  



1491

 İbnul Cövzi «Ədəbul Həsənul Bəsri» s. 119. 




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə