[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə243/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   239   240   241   242   243   244   245   246   ...   258

 

495 


belə  demişdir:  «Bunu  etmə,  Allah  sənə  rəhmət  etsin.  Əslində  bu  müsibətlər 

sizə öz  əllərnizlə  etdiklərinizdən ötrü gəlmişdir. Biz  qorxuruq  ki,  Həccac əsir 

edilir və ya ölürsə, meymunlar və donuzlar gəlib sizə rəhbər olurlar»

1492


. Malik 

b.  Dinar  İsrailiyyatdan  rəvayət  edir  ki,  Allah  buyurdu:  «Məliklərin  Məliki 

Mənəm.  Onların  qəlbləri  Mənim  əlimdədir.  Əgər  insanlar  Mənə  itaət  etsələr 

Mən öz rəhmətimlə onların üzərinə ədalətli əmirlər təyin edərəm. Əgər onlar 

Mənə  asi  olub  itaət  etməsələr  Mən  onlardan  intiqam  almaq  üçün  onların 

üzərinə  ədalətsiz,  zalım  əmirlər  təyin  edərəm.  Buna  görə  də  hökmüdarlara 

küfr  etməyin.  Lakin  mənə  tövbə  edin  ki,  onları  sizə  qarşı  şəfqətli  edim». 

Qatadə  – rahmətullahi aleyhi  – deyir  ki:  «Yunus  – əleyhissəlam –  belə  demişdir: 

«Ya  Rəbbim!  Sən  göydəsən,  biz isə  yerdə.  Sənin qəzəbinin  və  rizanın  əlaməti 

nədir?». Allah: «Sizə ən xeyirli idarəçiləri başçı təyin etmişəmsə bu sizdən razı 

olduğumun əlamətidir. Əgər ən şərli idarəçini sizə başçı təyin etmişəmsə bu da 

sizə  olan  qəzəbimdir».  İbn  Əbi  Dunya,  Fudeyl  b.  İyad  –  rahmətullahi  aleyhi  – 

dən  rəvayət  edir  ki:  «Allah  Peyğəmbərlərindən  bəzisinə  belə  vəhy  etmişdir: 

«Əgər  Məni  tanıyan  bir  insan  Mənə  asi  olarsa  Mən  onun  üzərinə  Məni 

tanımayan azğın birisini salaram». İbn Əbi Dunya, İbn Ömər - radıyallahu anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Nəfsim 

əlində  olan  and  olsun  ki,  Allah  yalançı  idarəçilər,  günahkar  vəzirlər,  xain 

məmurlar,  qəlbləri  leşdən  daha  iyrənc,  fasiq  din  adamlarını  göndərmədikcə 

Qiyamət qopmaz.  Allah bu din adamlarına bulanlıq bir fitnə göndərir ona da 

uyarlar.  Muhəmmədin  nəfsi  əlində  olana  and  olsun  ki,  İslamın  dayaqları 

silinəcək  sonda  isə  Allah,  Allah  deyən  qalmayacaqdır.  Ya  yaxşılığı  əmr  edib 

pislikdən çəkindirəcəksiniz, ya da Allah sizə ən şərlilərini göndərər və onlar da 

sizə  əzabın  ən  şiddətlisini  daddırarlar.  Sonra  xeyirliləriniz  dua  etsə  də  belə 

qəbul olunmaz. Ya yaxşılığı əmr edib pislikdən çəkindirəcək-siniz, ya da Allah 

sizə  kiçiklərinizə  rəhm  etməyən  və  böyüklərinizə  də  hörmət  göstərməyən 

kimsələri  göndərər».  Sələflər  deyirlər  ki:  «Allah  bir  millətə  xeyir  diləyərsə 

idarəçiliyi  həlim  olanlara,  xəzinələrini  də  comərd  olanlara  verər.  Bir  millət 

pislik edərsə idarəçilərini ağılsız səfehlər, xəzinələrini də simiclərə verər»

1493


.  

Saleh  Abdul  Aziz  –  Allah  ondan  razı  olsun  -  öz  Fitnələr  kitabında  deyir  ki: 

«Əhli Sünnə vəl Cəmaatı təfriqəçiliyi sevən fitnə bidət əhlindən fərqləndirəcək 

xüsusiyyətlərdən  biri  də  Allahın  izni  ilə  üzərlərinə  təyin  edilmiş  başçıya 

nəsihət  vermələri  və onun  üçün çoxlu  (xeyir)  dua  etmələridir.  Hətta onlar öz 

başçılarının əməllərində xoşlarına gəlməyən bir şeyi görsələr də belə, yenə də 

Allahdan başqa heç kimdən nə bir mükafat, nə də bir təşəkkür istəmədən ona 

çoxlu  xeyir  dua  və  nəsihətlər  verərək  Allahın  (niyyətlərdən)  agah  olduğunu 

                                                

1492


 İbnul Cövzi «Ədəbul Həsənul Bəsri» s. 119. 

1493


 Bu rəvayətlər üçün İbn Qeyyimin «Cəvabul Kəfi» kitabına baxa bilərsən.  


 

496 


unutmazlar. Əgər bu məsələ bizim də qəlbimizdə beləcə qərar tutarsa artıq biz 

də həqiqi şəkildə Əhli Sünnə vəl Cəmaat toplumundan sayılmış olarıq». Digər 

bir  yerdə  isə:  «Əhli  Sünnə  vəl  Cəmaat  təsdiqləyir  ki,  əməli  saleh  və  ya  asi 

(böyük  günah  sahibi  olan)  başçının  rəhbərliyi  ilə  aparılan  cihadın  (döyüş 

hökmünün)  həmişəlik  qüvvədə  qalmasıdır.  (Bir  daha  təkrarlayıram)  İstər 

əməli saleh, istərsə də asi olan başçının rəhbərliyi ilə aparılan cihadın (hökmü) 

həmişə  öz  qüvvəsindədir.  Heç  kəsə  zəmanəsindən  aslı  olmayaraq  başçısının 

müxalifliklərini səbəb gətirmə yolu ilə döyüşdən yayınmasına icazə verilmir». 

Sünnə  əhlinin  bu  məsələdə  mövqeyi  belədir.  Əgər  müsəlmanlar  onlara 

etibarlı olsalar heç bir şey onların imanına xələl gətirə bilməz. «Əgər səbr edib 



özünüzü  qorusanız  (Allahdan  qorxsanız)  onların  hiyləsi  sizə  heç  bir  zərər 

yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir». (Ali İmran 120).  

 

FİTNƏLƏR ZAMANI MÜSƏLMANIN SIĞINACAĞI 

 

Saleh  Abdul  Aziz  –  Allah  ondan  razı  olsun  -  öz  Fitnələr  kitabında  deyir  ki: 



«Fitnələr vaxtı müsəlman hər hansı bir ölkə və ya dəvətçi tərəfindən yüksələn 

şüarları,  bayraqları  şəriətin  –  Əhli  Sünnə  vəl  Cəmaatın  –  ədalət  tərəzisi  ilə 

ölçməlidir.  Məhz  bu  tərəzi  ilə  ölçən  şəxsin  tərəzisi  ədalətlə  qurular  və  o  heç 

kimə  qarşı  haqsızlıq  etmiş  olmaz.  «Biz  Qiyamət  günü  üçün  ədalət  tərəzisi 



qurarıq.  Heç  kəsə  əsla  haqsızlıq  edilməz».  (əl-Ənbiya  47).  Əhli  Sünnə  vəl 

Cəmaatın  əməlləri,  fikirləri  və  qeyri-sabitlik  vaxtı  meydana  çıxmış  müxtəlif 

şüarları ölçəcək ədalət tərəziləri vardır. Tərəzilər iki qismdir:  

1.  Bu  tərəzilərlə  İslam  kökündən  ölçülür.  Başqa  sözlə  desək,  İslami 

(şüarlarla bəzədilmiş) çağırışın doğru-dürüstlüyü bu çağırışın kökünün doğru-

dürüst  olması  ilə  bəlli  olur.  İslama  aid  edilərək  ucaldılmış  şüarların  çoxsaylı 

olmasından  dolayı  onların  ədalət  tərəzisilə  ölçülməsi  zəruridir.  Əgər  şüar 

həqiqətən də İslamla əlaqəlidirsə və şəriət əhkamları üzərində qurulubsa, ona 

riayət  etmək  lazımdır.  Çünki  sən  Allahın  və  Onun  Peyğəmbərinin  əmrlərini 

yerinə yetirməlisən.  

2.  Bu  tərəzilə  biz  İslam  kamiliyyini  (yəni  onun  tam  şəkildə  qəbulunu)  və 

onun düzgün istiqamətini meydana çıxmış şüarın kökünə baxaraq ölçürük. 

Deməli  nəticə  etibarı  ilə  birinci  qism  tərəzidən  ya  küfr,  ya  da  iman  alınır. 

(Elə isə görəsən) şüar İslamidir, yoxsa yox? 

İkinci qismdən isə belə bir nəticə çıxır: Görəsən, bu şüar Allahın sevib razı 

qaldığı doğru yola yönəldib, yoxsa onda hər hansı əyrintilər var?  

İmanı küfrdən ayıracaq birinci qism tərəzi üçdür: 1) Baxmalısan ki, bu şüar 

Allaha tək və şəriksiz olaraq ibadət edilmə (yəni Tövhid) üzərində qurulub ya 

yox?  Çünki  bütün  Peyğəmbərlərin  göndərildikləri  dinlərin  əsli  Allaha  tək  və 

şəriksiz  olaraq  ibadət  etmək  üzərində  qurulmuşdur.  Tövhid  isə  işin  əsası, 




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə