[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə240/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   236   237   238   239   240   241   242   243   ...   258

 

489 


həyata  keçirmək  üçün  gözəl  fürsət  yaradır.  Əgər  müsəlman  rəhbər  öz 

dövlətində  sevilən  biridirsə  və  onun  əmrləri  Allahın  buyurduğu  qaydalar 

üzərə  öz  dövlətində  həyata  keçirsə  İslam  düşmənləri  onlardan  qorxar  və 

onlara  hörmət  edərlər.  Əgər  müsəlmanlar  öz  dövlətlərinə  və  bu  dövlətin 

başında  duran  rəhbərə  qarşı  hörmətsizlik  və  soyuq  münasibət  bəsləyərlərsə 

onların  düşmənləri  də onlara  bu cür  pis  münasibət  bəsləyərlər.  Buna görə  də 

hər  bir  müsəlman  qul  ağır  yükün  altına  girmiş  müsəlman  ölkəsinin  başında 

duran  hər  bir  dövlət  başçısına  hörmətlə  yanaşmalıdır.  Çünki  bu  kimsə  bu 

dövlətdə  yaşayan  hər  bir  şəxsin  ağır  yükünü  boynuna  götürərək  onlara  görə 

cavabdehlik daşıyır.  

Həmçinin də Allah onlara itaətin vacibliyini bildirmiş və onlara itaət etməyi 

əmr  edərək:  «Ey  iman  gətirənlər!  Allaha,  Peyğəmbərinə  və  özünüzdən  olan 



ixtiyar sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz Allaha və 

Qiyamət gününə inanırsınızsa onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha 

xeyirli və nəticə etibarilə daha yaxşıdır». (ən-Nisa 59). İbn Abbas - radıyallahu 

anhu  –  deyir  ki:  «Bu  ayə  Abdullah  b.  Xuzafə  haqqında  nazil  olmuşdur.  Əli  

radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  –  sallallahu  aleyhi  və  səlləm  –  bir 

ordu  göndərdi  və  ənsarlardan  birini  (Abdullah  b.  Xuzafəni)  də  onlara  başçı 

təyin  edib  mücahidlərə  də  başçılarını  dinləmələrini  və  ona  itaət  etmələ-rini 

əmr  etmişdi.  Yolda  bəzi  şeylər  başçını  qəzəbləndirdi.  Başçı:  «Mənə  odun 

toplayın  deyə  əmr  etdi.  Mücahidlər  də  ona  odun  topladılar.  Başçı:  «Odunu 

yandırın!» deyə əmr verdi. Mücahidlər odunu yandırdılar. Sonra: «Rəsulullah 

sizlərə  məni  dinləmənizi  və  mənə  itaət  etmənizi  əmr  etmişdimi?»  deyə 

soruşdu.  Onlar  da:  «Bəli»  əmr  etmişdi  dedilər.  Başçı:  «Elə  isə  bu  qaladığınız 

atəşə girin» dedi. Bu əmirdən sonra əskərlər bir-birilərinə baxmağa başladılar. 

Sonra isə: «Bizlər atəşdən qaçıb Rəsulullahın himayəsinə sığınmış kimsələrik» 

dedilər. Onlar bu söhbətlərini davam edərkən başçının qəzəbi soyudu, atəş də 

söndü.  Mədinəyə  döndükdə  isə  bu  hadisəni  Peyğəmbərə  çatdırdılar. 

Peyğəmbər:  «Əgər  mücahidlər  bu  atəşə  girsələrdi  artıq  ondan  bir  daha 

çıxmazdılar. (Çünki əmirə) itaət ancaq mərufdadır» deyə buyurdu

1473

.  


İxtiyar  Sahibləri  Kimlərdir?  –  bu  haqda  bir  çox  fikirlər  vardır.  Əbu 

Hureyrə,  İbn  Abbas,  Zeyd  b.  Əsləm,  əs-Suddi,  Muqatil  –  Allah  onlardan  razı 



olsun – qeyd edirlər ki, bunlar hakimiyyətdə olan rəhbərlərdir. İbn Abbas, Əbu 

Təlhə,  Cabir  b.  Abdullah,  Həsənul  Bəsri,  Mucahid,  Nəhai,  Dəhhaq  –  Allah 



onlardan  razı  olsun  –  qeyd  edirlər  ki,  bunlar  alimlərdir.  İkrimə  –  rahmətullahi 

aleyhi – qeyd edir ki: «Bu ayədə Əbu Bəkr və Ömər qəsd olunur». İbn Kəsir – 

rahmətullahi  aleyhi  –  deyir  ki:  «Bu  ayədə  həm  müsəlman  rəhbərləri,  həm  də 

                                                

1473

 Müslim 1840.  




 

490 


müsəlman alimləri qəsd olunur. Allah isə daha doğrusunu bilir»

1474


. Şovkani – 

rahmətullahi aleyhi – bu ayənin təfsirində deyir ki: «Əmr sahibləri – müsəlman 

imamları,  əmirlər  və şəriətin  qayda-qanuları ilə əmr  edən  bütün qazılar  bura 

daxildir.  Şeytanın  və  kafirlərin  qayda-qanunları  ilə  əmr  verənlər  bura  daxil 

deyillər.  Haram  (günah) olmadığı  müddətdə onlara  əmr  edib,  çəkindirdikləri 

şeylərdə  itaət  etmək  lazımdır.  Allahın  qullarına  Allaha  asi  olan  məsələlərdə 

itaət  etmək  olmaz.  Bu  haqda  Peyğəmbər  – sallallahu aleyhi və səlləm –  dən  bir 

çox hədislər varid olmuşdur»

1475


. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: 

«Allaha  və  Onun  Rəsuluna  itaət  etmək  vacib  olduğu  kimi,  əmirlərə  də  itaət 

Allahın  əmrinə  görə  vacibdir.  Əmirlərə  Allah  xatirinə  itaət  edən  Allaha  və 

Onun  Rəsuluna  itaət  etmiş  olur.  Əmirlərə  Allah  xatirinə  itaət  edənlərin  əcri 

Allah qatındadır. Belələri Allaha və Onun Rəsuluna itaət etmiş olur. Əmirlərə 

yalnız onların verdikləri mal və vəzifəyə (qayğıya) görə itaət edib vermədikdə 

isə  onlara  asi  olanların  axirətdə  heç  bir  payı  olmaz»

1476


.  Əbu  Hurəyrə  

radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  «Üç  kimsə vardır  ki,  Qiyamət günü Allah onlarla  danışmaz, onlara 

nəzər salmaz (baxmaz), onları təmizə çıxarmaz və onlar üçün şiddətli bir əzab 

vardır.  Bunlar  susuz  bir  səhrada  suyu  olduğu  halda  səfər  yoldaşından  onu 

gizlədən,  Əsr  namazından  sonra  mal  satar  və  bu  malı  satarkən  filan-filan 

qiymətədir  deyərək  müştərini  aldadaraq  Allaha  and  verər.  Müştəri  də  onu 

təsdiq edib malı alan kimsə, bir dövlət başçısına yalnız dünya malı üçün beyət 

edər. Əmir ona  dünyalıq  mal  verdiyi  zaman  əhdinə sadiq olar,  ona  dünyalıq 

verilmədiyi zaman əhdinə sadiq olmaz»

1477


. İbn Teymiyyə – rahmətullahi aleyhi 

–  deyir  ki:  «Peyğəmbər  –  sallallahu  aleyhi  və səlləm  –  bizə  insanların  siyəsətini 

aparmağa  səlahiyyəti  çatan  (hakimiyyəti  idarə  edə  bilən)  mövcud  və  məlum 

olan  imamlara  (rəhbərlərə)  itaət  etməyi  əmr  etmişdir»

1478


.  Şeyx  Useymin  – 

rahmətullahi aleyhi – deyir ki: «Rəhbərlərə münasibətdə Saleh Sələflərin anlamı 

çox əhəmiyyətlidir. Rəhbərlərin səhvləri insanların üsyana qalxmağına və eyni 

zamanda  qəlblərin  onlardan  uzaqlaşması  üçün  səbəb  olmamalıdır.  Çünki  bu 

fəsadın  törənməsi  və  fitnənin  baş  verməsinə  səbəb  olar.  Qəlbləri  əmr 

sahiblərinin  əleyhinə  yönəltmək  şər,  fitnə  və  qalmaqal  yaratdığı  kimi,  onları 

(qəlbləri) alimlərin əleyhinə yönəltdikdə də onların şərəfinin azaldılmasına, bu 

da  öz  növbəsində  onların  (alimlərin)  daşıdığı  şəriətin  şərəfinin  azalmasına 

səbəb olur. İnsanlar alimin və rəhbərin nüfuzunu azaltmağa çalışarsa şəriət və 

əmin-amanlıq  itər.  Çünki  insanlar  alimlərin  dediklərinə  inanmaz,  rəhbərin 

                                                

1474

 İbn Kəsir 1/519.  



1475

 Şəukani «Fəthul Qadir» 1/480.  

1476

 Məcmuul Fətava 35/16,17. 



1477

 Müslim 108. 

1478

 Minhəc əs-Sünnə ən-Nəbəviyyə 1/115. 




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə