[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə236/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   232   233   234   235   236   237   238   239   ...   258

 

481 


rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – hicrət vaxtı üzünü bizə 

çevirib buyurdu: «Ey mühacir cəmaatı! Beş şey vardır ki, ondan Allaha sığının. 

Hər  hansı  bir  qövmdə  zinakarlıq  açıq-aydın  yayılarsa  Allah  onları  taunla  və 

başqa  xəstəliklə  cəzalandırar  ki,  bundan  qabaq  bu  xəstəlik  haqqında 

eşitməyiblər. Hər hansı qövmdə çəkidə və ölçüdə aldadarlarsa Allah da onları 

aclıqla və qəddar sultanla sınağa çəkər. Hər hansı bir qövmdə zəkat verilməzsə 

Allah da onları quraqlıqla sınağa cəkər və əgər heyvanlar olmasaydı onlara heç 

yağış  da  yağmazdı.  Hər  hansı  bir  qövm  Allah  və  Rəsulunun  əhdini  pozarsa 

Allah  da  onların  üzərinə  onlardan  olmayan  düşmənlərini  salar  və  əllərində 

olan şeyləri də onlardan alarlar. Onların imamları (hər hansı bir qövm) Allahın 

kitabı ilə hökm etməzlərsə Allah da onları zəlil edər»

1437


. Peyğəmbər – sallallahu 

aleyhi və səlləm – buyurdu: “Allahın nemətəri barəsində danışın – bu şükürdür, 

onu tərk etmək isə - küfrdü”

1438

.  


 

RƏHBƏRİ SÖYƏN, GÖZDƏN SALMAĞA ÇALIŞAN VƏ 

DAİMA NARAZILIQ EDƏN (DEYİNƏN) KİMSƏLƏR 

BARƏSİNDƏ 

 

İmam Acurri – rahmətullahi aleyhi – əş-Şəria adlı kitabının səh 21-də deyir ki: 



«Sələf  və  Xələf  alimləri  Xəvariclərin  pis  bir  qövm,  Allah  və  Onun  Rəsuluna 

qarşı üsyan etmiş günahkarlar topluluğu olduğu xüsusunda ixtilaf etməmişlər. 

Onlar  oruc  tutsalar  da,  namaz  qılsalar  da  və  etdikləri  digər  ibadətlər  də  çox 

həvəs  göstərsələr  də  bütün  bu  əməllərin  onlar  üçün  bir  faydası  yoxdur. 

Bununla belə onlar yenə də yaxşılığı əmr etməyi və pislikdən çəkinməyi açıqca 

etsələr də, bu etdikləri onlara bir xeyir gətirməz. Çünki onlar Qurani Kərimi öz 

istək  və  arzularına  görə  təfsir  etmişlər  və  müsəlmanlara  qarşı  batili  haqq 

göstərmək mücadiləsinə girmiş bir qövmdür». Digər bir yerdə isə səh 28-37-də 

deyir ki: «Xaricilərin bir görüşünə sahib olub, adil olsun və ya zalım olsun, bir 

imama  qarşı  çıxan  və  bu  uğurda  yollara  düşüb  insanları  imamın  əleyhinə 

toplayaraq  qılıncına  sarılan  və  müsəlmanların  qanını  axıtmağı  halal  görən 

kimsənin  nə  Quran  oxuması,  nə  namazlardakı  qiyamının  uzunluğu,  nə 

orucunun davamlığı, nə də elmlə əlaqəli sərf etdiyi gözəl sözləri sizləri aldadıb 

çaşdırmasın»  deyər  və  onlar  haqqında  hədisləri  bir-bir  zikr  edər.  Xaricilərin 

məzhəbindən çəkindirmək üçün zikr  etdiyim  bu  xəbərlər  Kərim olan Allahın 

qoruduğu  kimsə  üçün  açıq-aydın  bir  xəbərdir.  Çünki  belə  bir  kimsə 

Xəvariclərin  fikirlərini  mənimsəməmiş,  imamların  pisliklərinə  və  idarəçilərin 

zülmlərinə  səbr  etmiş,  onlara  qarşı  qılıncıyla  üsyanda  olmamışdır.  Allahdan 

                                                

1437


 İbn Məcə 4019, İmam Əhməd, əl-Albani «Səhih Silsilə» 106.  

1438


 Əhməd 4/278, əl-Albani “Səhih Silsilə” 2/276.  


 

482 


həm  özümdən,  həm  də  bütün  müsəlmanlardan  zülmü  qaldırmasını  istəmiş, 

idarəçilərə  saleh  dua  etmişdir.  Yenə  də  onlarla  birlikdə  həcc  etmiş, 

müsəlmanların  düşmənlərinə  qarşı  idarəçilərlə  birlikdə  cihad  etmiş,  onların 

arxasında namaz, cümə və bayram namazlarını qılmışdır. Onlara itaət etməyi 

əmr  edildikdə  gücü  çatdığı  təqdirdə  onlara  itaət  etmiş,  əgər  mümkün 

olmamışsa  öz  üzürünü  onlara  bildirmişdir.  Əgər  ona  günah  etməyi  əmr 

etmişlərsə onlara itaət etməmişdir. Sonra o, idarəçilər arasında fitnələr zamanı 

evinə  çəkilmiş,  dilini  və  əlini  tutmuş,  onların  hallarına  meyl  etməmiş  və 

fitnəyə  yardım  etməmişdir.  Həqiqətən  də  bu  özəlliklərə  sahib  olan  kimsə 

Allahın diləməsi ilə doğru yol üzərindədir». İmam Şovkani – rahmətullahi aleyhi 



– öz «Seylul Cərrah» adlı kitabında 4/556-da deyir ki: «Bəzən imamın xətaları 

açıqca görünən kimsənin idarəçisinə nəsihət edərək şahidlərin gözləri önündə 

onların ayıblarını ifşa etməyərək hədisdə keçdiyi kimi imamın əlindən tutaraq 

və  onunla  təkbətək  qalaraq  nəsihət  etməkdir.  Bununla  bərabər  ona  qarşı 

nəsihətdə ədalətli olmalı və Allahın sultanını yer üzündə zəlil buraxmamalıdır. 

İmamlar zülmlərində hansı dərəcəyə çatırlarsa çatsınlar namazlarını qıldıqları 

və onlardan açıq-aydın bir küfr olmadığı müddətdə onlara qarşı çıxmağın caiz 

olmadığıdır.  Bu  mənada  varid  olan  hədislər  mütəvatir  dərəcəsindədir.  Fəqət 

idarəçisinə  itaət  edən  kimsə  bunu  da  bilməlidir  ki,  idarəçisinə  Allaha  itaətdə 

itaət  etməli,  Allaha  üsyan  olan  məsələlərdə  isə  üsyan  etməməlidir.  Çünki 

yaradana üsyanda yaradılana itaət yoxdur». İbn Qeyyim  – rahmətullahi aleyhi – 

«Miftahu Darus Səadə» adlı əsərində qeyd edir ki: «Müsəlmanların cəmaatına 

bağlı  qalmaq»  sözü  qəlbi  saxtakarlıq  və  hiyləgarlıqdan  təmizləyən 

səbəblərdəndir. Çünki bu sifətə sahib olan kimsə sırf müsəlmanların cəmaatına 

bağlandığından ötrü öz nəfsi  üçün istədiyini  (sevdiyini) onlar üçün  də  sevər, 

öz nəfsi üçün xoş görmədiyini onlar üçün də xoş görməz. Onları üzən şey onu 

da  üzər,  onları  sevindirən  şey  onu  da  sevindirər.  Bütün  bu  sifətlər 

müsəlmanları  buraxaraq onları  tənə  etməklə  bərabər  eyibləri  ilə  əlləşən  bidət 

əhli, Xəvariclər, Mötəzilə və s. əməllərinin tam tərsidir. Çünki onların qəlbləri 

saxtakarlıq  və  kinlə  doludur».  İmam  Təhavi  –  rahmətullahi  aleyhi  –    deyir  ki: 

«Müsəlman  əmir  sahiblərinə  və  imamlarımıza  qarşı  haqsızlıq  etsələr  də  belə 

onlara qarşı çıxmağı uyğun görmərik və onların əleyhinə dua etməyin. Onlara 

itaətdən  də  əl  çəkməyin.  Onlar  bizlərə  günah  etməyi  əmr  etmədikcə  onlara 

itaəti  Allaha  itaət  dairəsində  fərz  görürük.  Allaha  qarşı  çıxmağı  bizə 

söyləmədikləri  müddətdə  onlara  xeyirlə  dua  edərik»

1439


.  İbn  Teymiyyə  – 

rahmətullahi aleyhi – demişdir:  «Əhli  Sünnənin  məşhur  nəzər  nöqtəsinə əsasən 

onlar  başçıya  qarşı  çıxmağı  və  onunla  qılınc  vasitəsilə  döyüşməyi  düzgün 

hesab  etmirlər  və  bu  başçının  zülm  etməsindən  asılı  deyildir.  Buna  dəlil 

                                                

1439

 «Şərhu Əqidətul Tahaviyyə» əl-Albaninin təhqiqi ilə səh 379. 




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə