[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə235/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   231   232   233   234   235   236   237   238   ...   258

 

479 


olar».  Daha  sonra  Əli  -  radıyallahu  anhu  –  Bəsrəlilərin  təkbir  gətirərək:  «Qan 

yerdə qalmayacaqdır» qışqırtısını eşitdikdə dedi: «Allahım Osman - radıyallahu 



anhu  –  nun  qatillərini  üzüqoylu  (Cəhənnəmə)  at».  Abdullah  b.  Şəddaf  b.  əl-

Hadi rəvayət edir ki: «Xəvariclər Əli - radıyallahu anhu – dan ayrıldıqdan sonra 

Əli  onlara  İbn  Abbas  -  radıyallahu  anhu  –  göndərdi.  Bunlar  da  İbn  Abbas  ilə 

Allahın kitabı üzərində üç gün mübahisə etdilər. Nəhayət onlardan dörd min 

kişi  geri  döndü»

1432


.  Xülasə  budur  ki,  xaricilər  (üsyançılar)  itaət  etməyib  geri 

dönməyi  qəbul  etməzlərsə  onlara  nəsihət  edəcək  və  onları  döyüşlə 

hədələyəcəkdir  (yəni  döyüşə  həmin  an  başlamayacaqdır).  Çünki  məqsəd 

onları  öldürmək  deyildir,  onları  bu  hərəkətlərindən  çəkindirib  şərlərini  dəff 

etməkdir.  Bu  da  sözlə  həll  edilə  bilərsə  döyüşməkdən  daha  yaxşı  olur.  Əgər 

onlar  möhlət  istəyərlərsə  xəlifə  onların  vəziyyətlərinə  baxacaq  və  onlar 

haqqında  araşdırma  apardıqdan  sonra  onların  məqsədlərinin  təkrar  itaətə 

dönmək  və  həqiqəti  başa  düşmək  olduğuna  əmin  olarsa  onlara  möhlət 

verəcəkdir.  İbn  Munzir  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Elm  aldığım  bütün 

alimlərin hər biri bu açıqlamalarda ittifaq etmişlər»

1433

.  


Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Günümüzdə bir çox insanları 

görmək olar ki, özlərini dinə nisbət edirlər və dinin qeyrətini çəkirlər. Allah və 

Rəsulunu  küfrdə  ittiham  etmədiyi  kimsələri  küfrdə  ittiham  edirlər.  Hətta 

bəziləri müsəlman rəhbərlərə qarşı çıxaraq onları küfrdə ittiham edir ona görə 

ki, bu əmirlər qadağan olunmuş şeyləri edirlər. Lakin ola bilər ki, bu məsələdə 

fikir  ayrılığı  olsun,  ola  bilər  ki  bu  rəhbərlər  üzürləri  vardır  cahilliklərinə  və 

                                                

1432


 Sayı  12  minə  yaxın,  qəlbində  mərəz  olan  xəvariclər  Rəsulullah  –  sallallahu  aleyhi  və  səlləm  –  in  yolu  ilə 

gedən Əlinin başçılıq etdiyi cəmaatdan ayrılıb, ona qarşı çıxdılar və Əli - radıyallahu anhu – nu kafir saydılar. 

Əli - radıyallahu anhu – nəsihət etmək üçün İbn Abbas - radıyallahu anhu – nu onların yanına göndərdi. Onlar 

Əli - radıyallahu anhu – nun günahkar saydılar və üç məsələdə onu ittiham etdilər: 1. Nə üçün Əli - radıyallahu 



anhu – Muaviyə  - radıyallahu anhu –  ilə  sülh  başladıqda  – Əmir əl-Möminin –  ifadəsini  qeyd  etmədi?  2.  Nə 

üçün  Əli  -  radıyallahu  anhu  –  Muaviyə  -  radıyallahu  anhu  –    tərəfdən  cariyə  götürmədi?  3.  Nə  üçün  Əli  



radıyallahu anhu – Quran və Sünnə ilə yox, iki nəfərin danışığı nəticəsində əldə edilən razılıq ilə sülh bağladı? 

İbn Abbas - radıyallahu anhu – onların etirazlarını dinlədikdən sonra dedi: 1. Peyğəmbər – sallallahu aleyhi və 



səlləm – Hudeybiyyə zamanı müşriklərlə sülh müqaviləsi bağladıqda – Rəsulullah (Allahın elçisi) – ifadəsini 

qeyd  etmədi.  Həmçinin  Əli  -  radıyallahu  anhu  –  nun  etdiyi  bu  əməl  Sünnəyə  müvafiqdir.  2.  Deyin  görək 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  zövcəsi  və  möminlərin  anası  sayılan  qadından  (Aişə)  cariyə 

olarmı? 3. Həqiqətən də Əli - radıyallahu anhu – Quran ilə hökm vermişdir. «(Ey möminlər!) Əgər onların (ər-



arvad  və  s.)  arasında  ixtilaf  olacağından  qorsanız,  o  zaman  hər  tərəfdən  bir  münsif  (vasitəçi)  təyin  edib 

göndərin.  Onları barışdırmaq istəsə Allah da onların köməyi olar.  Həqiqətən Allah (hər şeyi) bilən və (hər 

şeydən) xəbərdardır». (ən-Nisa 35). Bu cavablardan sonra onların əksəriyyəti düz yola qayıtdı. Yerdə qalanı 

isə  fitnə-fəsad  törətməkdə  davam  etdilər.  Onlar  Abdullah  b.  Xabbəb  -  radıyallahu  anhu  –  nu,  zövcəsini  və 

onlarla olan üç qadını da öldürdülər. Bu hadisə Əli - radıyallahu anhu – ya çox təsir etdi. Bu dəfə o, əl-Hərb b. 

Murranı  - radıyallahu anhu –  nu  onların  yanına  göndərdi.  Onlar  Əli  - radıyallahu anhu – nun  bu  elçisini  də 

öldürdülər.  Əli  -  radıyallahu  anhu  –  onlardan  öldürülənlərin  qatillərini  tələb  etdikdə,  onlar  qatilləri  Əli  

radıyallahu anhu – ya  verməkdən imtina etdilər  və: Biz hamımız  qatilik –  dedilər. Səbri tükənmiş Əli  qoşun 

hazırlayıb  onların  üzərinə  hücum  etdi  və  Bağdad  şəhərinin  cənub-şərqində  yerləşən  Nəhrəvan  adlı  yerdə 

onların hamısını məhv etdi. İbn Kəsir «əl-Bidayə vən Nihayə» 4/289.  

1433


 İbn Qudamə «əl-Muğni» 8/108.  


 

480 


elmsiz olduqları üçün. Əmiri yaxşı insanlar müşaəət etdikləri kimi pis insanlar 

da müşaəət edə bilər. Məs: Əmirin yanına yaxşı insanlar gəlib: Bu qadağandır, 

belə  etmək olmaz”  deyildiyi  kimi pis insanlarda gəlib:  “Bu halaldır,  belə  et!” 

deyə  bilərlər.  Çünki  müsəlman  rəhbərlərinin  əksəriyəti  şəriətdən  xəbərsiz-

dirlər, mən bunu ona görə deyirəm ki, sizə bunun nə qədər təhlükəli olduğunu 

və təkfirin şərtləri və maneləri olduğunu açıqlayım”

1434

. 90-cı illərdə Əlcəzairdə 



baş verənlər bunun əyani sübutudur. O, zaman ki, rəhbər kafir elan olunaraq 

ona  qarşı  çıxmağa  başladılar.  Şeyx  Fovzan  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 

“Şübhə  yoxdur  ki,  təhlükəsizlik  (əmin-amanlıq) insanlar üçün  cəmiyyət üçün 

onlara  su  və  yeməklərindən  daha  çox  lazımdır.  Buna  görə  də  İbrahim  ilk 

olaraq  Allahdan  təhlüksizlik  sonra  isə  ruzi  dilədi.  “Bir  zaman  İbrahim  dedi: 

"Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha 

və  Axirət  gününə  iman  gətirənlərə  –  hər  növ  məhsullardan  ruzi  ver!"  Allah 

dedi: "Mən kafir olanlara bir qədər zövq almağa izin verərəm, sonra da onları 

Cəhənnəm  əzabına  düçar  edərəm.  Ora  necə  də  pis  dönüş  yeridir!".  (əl-Bəqərə 

126).  Qorxu  zamanı  insanın  yemək  içmək  də  belə  yadına  düşmür,  buna 

ehtiyacı  belə  azalır.  Qorxu  zamanı  sərhədlər  bağlanılır,  ölkələrdən  gətirilən 

ərzaq  yoları  bağlanır,  buna  görə  də  Allah  quldurluq  və  yol  kəsməyə  görə 

şiddətli  bir  cəza  tətbiq  etmişdir.  İslam  isə  beş  vacib  olan  şeyi  qorumaq  üçün 

gəlmişdir. Zərurətul Xams – Din, həyat, ağıl, qeyrət (namus) və malı. Şiddətli 

bir  cəza  vardır  bu  beş  şeydən  birinə  təcavüz  edən  kimsə  üçün.  Fərq  etməsə 

təcavüz edilən müsəlmandır, yoxsa kafir. Kafirə hansı ki müsəlman ilə bir yola 

çıxıb Muahəd – müsəlmana qadağan olunanlar ona da qadağandır. Peyğəmbər 



– sallallahu aleyhi və səlləm – buyurdu: “Kim Muahədi öldürərsə Cənnətin iyini 

hiss etməz”. Kim ki, əminliyi pozursa onlar ya Xəvaricdirlər, ya quldur, ya da 

üsyançı.  Bu  üç  qrupa  da  şiddətli  cəza  vermək  lazımdır”

1435


.  İbn  Teymiyyə  – 

rahmətullahi aleyhi – Bəni Umeyyə hakimiyyətinə qarşı çıxan İbn əl-Əşas və İbn 

əl-Muhəlləbə  haqqında  deyir  ki:  “Onlar  məğlubiyyətə  uğradılar,  necə  ki 

onunla  olanlar  da  məğlubiyyətə  uğradılar.  Nə  Allahın  dinini  bərqərar  edə 

bildilər nə də onu yaxşı edə bildilər. Çünki Uca Allah Din və dünya üçün heç 

bir xeyir gətirməyən işlərin edilməsini əmr etmir. Hətta onu edən kimsə Allaha 

yaxın  olan,  Cənnətlə  müjdələnmiş  təqva  əhli  olsa  da  belə.  Onlar  Əli,  Aişə, 

Təlhə, Zubeyr – Allah onlardan razı olsun - və s. Yaxşı deyildirlər. Halbuki onlar 

belə  fitnələr  zamanı  baş  verən  hadisələrə  görə  tərif  olunmamışlar.  Baxmayaq 

ki, onlar Allah dərgahında yüksək bir məqama sahibdirlər və onların niyyətləri 

isə  hər  bir  kəsin  niyyətindən  də  yaxşı  idi”

1436

.  İbn  Ömər  -  radıyallahu  anhu  – 



                                                

1434


 “Şərh Qavaidul Musla” 77.  

1435


 “Fətava Şəriə Fil Qadaya əl-Əsriya” 125.  

1436


 “Minhəcus Sunnə” 4/528.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə