[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə233/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   229   230   231   232   233   234   235   236   ...   258

 

475 


lazımdır.  Lakin  onlara  qarşı  çıxmaq  və  onlara  qarşı  mübarizə  aparmaq 

müsəlman  alimlərin  icması  ilə  haramdır.  Hətta  əmir  böyük  günahkar  və 

diktator olsa  da  belə.  Bu haqda  əvvəl  qeyd  etdiyimiz  hədislər  dəlildir.  Sünnə 

əhli  həmfikirdilər  ki,  əmir  günahlarına  görə  hakimiyyətdən  uzaqlaşdırıla 

bilməz.  Səbəb  də  odur  ki,  bu  cür  əməllər  müsəlmanlar  arasında  fitnələrə, 

müsəlmanların  parçalanmalarına  və  nahaq  qanların  axıdılmasına  gətirib 

çıxardır.  Buna  görə  də  günahkarın  hakimiyyətdən  uzaqlaşdırmağın  zərəri 

xeyrindən  daha  çoxdur»

1412

.  Bir  məsələdə  ayrılıq,  ixtilaf  varsa  məyyən  bir 



insanı  küfrdə  ittiham  etməyə  maneədir.  İbn  Abdul  Bərr  – rahmətullahi aleyhi – 

deyir  ki:  “Küfrdə  ittiham  edilməz,  üzərində  (alimlər  arasında)  heç  bir  ixtilaf 

olmayan bir şeyə görə küfrdə ittiham edilir”

1413


. Əmirlərdən açıq-aydın  Kufru 

Bavah  görmədikcə.  İmam  Nəvəvi  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Bavah  – 

açıq-aydın,  zahirdə olan  küfrdü.  O,  qədər  açıqdır  ki,  bunu  başqa  cür  yozmaq 

olmaz”

1414


.  “...İslamı  qəbul  etdikdən  sonra  kafir  olmuş...”.  (ət-Tövbə  74). 

“Sözsüz  ki,  iman  gətirdikdən  sonra  kafir  olan  və  küfrlərini  bir  daha  artıran 

kimsələrin tövbəsi qəbul olunmayacaq. Məhz onlar doğru yoldan azanlardır”. 

(Ali  İmran  90).  Şeyx Useymin  – rahmətullahi aleyhi – deyir  ki:  “Kufru Bavah – 

bu elə bir küfrdür ki, günəş kimi aydın olan, heç bir şübhə doğurmayan aydın 

bir elm üzərində bilinən küfrdür”

1415


. Şeyx Racihidən – hafizahullah - soruşurlar: 

Kufru  Bavah  –  şərtləri  nədir?”  deyə  soruşurlar.  Şeyx:  “Bavah  –  açıq,  aydın 

küfrdür.  Hansında  ki,  heç  bir  şübhə yoxdur.  O, ki  qaldı şübhəli olana,  aydın 

olmayana bu küfr Bavah sayılmaz”

1416

. İbn Bazz – rahmətullahi aleyhi – deyir ki: 



“Kafir olmuş Əmirə qarşı çıxmaqda heç bir problem yoxdur, əgər buna imkan 

varsa. Yox əgər imkan yoxdursa bu zaman çıxmaq olmaz və həmçinin əgər bu 

usyan  daha  çox  zərərin  baş  verməsinə  səbəb  olacaqsa  ümumi  xeyirə  görə 

çıxmaq olamaz. Buna şəriət qanunları dəlildir: “Ardınca daha çox zülm gətirən 

bir  zülmdən  xilas  olmaq  olmaz.  Əksinə,  zülmdən  elə  bir  yolla  xilas  olmaq 

lazımdır ki, ya bütünlüklə getsin, ya da yüngülləşsin. O ki, qaldı ardınca daha 

çox zülm gətirən zülmdən xilas olmağa bütün müsəlman alimlərinin icmasıyla 

qadağandır...”

1417

. Şeyx Useymin  – rahmətullahi aleyhi – deyir ki: “Əgər biz onu 



devirmək  gücünə  sahibiksə  bu  zaman  ona  qarşı  çıxılır,  yox  əgər  bunu  etmək 

iqtidarında deyiliksə - çünki şəriətin bütün vacibatlarını etmək üçün qüdrətin 

olması  lazımdır.  Əksinə  çıxdığımız  zaman  bu  rəhbərin  zamanında  olan 

zərərdən daha çox şər ola bilər. Ona qarşı çıxsaq və o bizdən güclü olsa bu o 

                                                

1412


 «Müslimin şərhi» 12/299.  

1413


 “Təmhid” 17/22. 

1414


 “Riyadus Salihin”.  

1415


 “Fataya Akabir Fi Nazilə əl-Cəzair”.  

1416


 “Acibə Mufida ən-Asilə”.  

1417


 “Fətava İbn Bazz” 8/203.  


 

476 


deməkdir  ki,  bundan  sonra  daha  çox  alçaldılar  və  bundan  sonra  öz  küfr  və 

diktatorluğunda  daha  çox  inadkarlıq  edəcəkdir.  Belə  bir  suallar  şəriət 

çərçivəsində  ağılla  yoluna  qoymaq  lazımdır.  Belə  suallarda  biz  öz 

hissiyatlarımızdan  əl  çəkinməliyik.  Şəriətin  çərçivəsində  olmayan  hisslər  bizi 

məhvə  apara  bilər”

1418


.  Şeyx  Useymin  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Bidət 

əhlini  Əhli  Sünnətdən  ayırd  edən  əlamətlərdən  biri  də  əmirlərə  qarşı 

çıxmaqdır.  Əhli  Sünnə  deyir  ki:  Bizlər  əmirlərə  hansı  günahı,  fasiqliyi  edirsə 

etsin itaət etməliyik o vaxta qədər ki, onlardan Kufru Bavah – açıq aydın küfr 

edənə  qədər.  Peyğəmbər  – sallallahu aleyhi və səlləm ––  əmirlərə  qarşı  çıxmağı 

qadağan  edərək  buyurdu:  “Ancaq  əmir  sahibində  açıq  bir  küfr  görməniz 

müstəsnadır  ki,  bu halda onun  küfrü haqqında yanınızda  Allahın  kitabından 

qüvvətli  bir  dəliliniz  olmalıdır»  deyə  buyurdu

1419

.  Birinci  Şərt:  Açıq  bir  küfr 



görməniz.... – öz gözlərinizlə və ya bunu elmlə bilməkdir, eşitməklə yox. İkinci 

Şərt: Onun günahı Küfr olsun, fasiqlik yox. Əgər o zina edər, oğruluq edər, bu 

onu İslamdan xaric eməz. Bu halda ona qarşı çıxmaq qadağandır. Üçüncü Şərt

Onun  Küfrü  Bavah  –  açıq-aydın  olsun.  Təvil  olmadan,  əgər  onun  əməlində 

təvil  olarsa  küfrdə  ittiham  etmək  və  ona  qarşı  çıxmaq  olmaz.  Dördüncü  Şərt

yanınızda Allah kitabından qüvvətli bir dəliliniz olmalıdır – Fərziyələr, qiyas, 

şübhələr olmamalıdır. Bu açıq küfr olmalıdır və Allahdan dəlil olmalıdır. Yəni: 

Quran  və  Sünnədən.  Bu  dörd  şərt.  Beşinci  Şərt  isə:  Quran  və  Sünnədən 

götürülən digər dəlillər. Bu da odur ki, bizdə güc qüvvət olmalıdır kafir olan 

və  açıq  küfr  edən  əmiri  devirmək  üçün.  Əgər  bizdə  güc  olmazsa  döyüşdən 

sonra  əvvəlki  haldan  daha  çox  şər  gələcəkdir.  Belə  bir  halda  bizlər  başqa  bir 

yolla özümüzü düzəltməyə çalışmalıyıq”

1420


. İbn Teymiyyə – rahmətullahi aleyhi 

– deyir  ki:  “Müsəlman  rəhbərlərə  qarşı  onların  etdiyi  günahlara  görə  çıxmaq 

doğru deyildir. Baxmayaraq ki, böyük günah sahibini zina və s. Böyük günah 

edənləri öldürmək lazımdır. Lakin bu cür günah edər rəhbərə qarşı çıxmaq isə 

qadağandır.  Çünki  rəhbərə  qarşı  çıxıldığı  zaman  baş  verən  hərci-mərcilik, 

əmirin günahları nəticəsində baş verən hərci-mərcilikdən daha çoxdur”

1421


. İbn 

Teymiyyə  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Rəhbərə  qarşı  çıxan  dəstə 

bilməlidirlər  ki,  onların  bu  çıxışında  olan  zərər  aradan  qaldırmaq  istədikləri 

zərərdən daha çox ola bilər”

1422

.  


2.  Müsəlmanların  namaz  qılmalarını  qadağan  etmək  (Allah  və  Rəsulunun 

gətirmiş  olduğu  şəriəti,  dini  dəyişdirmək  və  s).  Ummu  Sələmə  -  radıyallahu 



anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yaxın 

                                                

1418

 “Babul Məftuh” 3/126.  



1419

 Buxari 7056, Muslim 1709.  

1420

 “Babul Maftuh” 108.  



1421

 “Məcmuul Fətava” 22/61.  

1422

 “Minhəcus Sunnə” 3/391.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə