[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə232/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   228   229   230   231   232   233   234   235   ...   258

 

473 


sizlərə biri gəlib birliyinizi parçalamaq və ya topluluğunuzu firqə-firqə bölmək 

istərsə onu öldürünüz)»

1404

. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir 



ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki dövlət başçısına beyət 

olunduğu zaman o, ikisindən birini öldürünüz»

1405

. Əbu Hureyrə  - radıyallahu 



anhu – rəvayət  edir  ki,  Rəsulullah  – sallallahu aleyhi və səlləm – buyurdu:  «Kim 

mənə itaət edərsə Allaha itaət etmiş olar, kim də mənə asi olarsa heç şübhəsiz 

ki, Allaha asi olmuş olar. Hər kim əmirə itaət edərsə, mənə itaət etmiş olar, hər 

kim də əmirə asi olarsa mənə asi olmuş olar»

1406

. İbn Abbas - radıyallahu anhu – 



rəvayət  edir  ki,  Rəsulullah  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Kim 

əmrindən xoşa gəlməyən bir hadisə ilə qarşılaşarsa buna səbr etsin. Çünki kim 

əmrinə qarşı üsyan edərək itaətdən bir qarış uzaqlaşarsa cahiliyyə dönəmində 

ölən kimi ölər»

1407

. İmam Qurtubi – rahmətullahi aleyhi – deyir ki: “Əksər alimlər 



hesab  edirlər  ki,  rəhbərin  zülmünə  səbr  etmək  vacibdir  nəinki  ona  qarşı 

çıxmaq.  Çünki  əmirə  qarşı  çıxmaq  və  onu  devirməkdə  əminliyi  qorxu  ilə  və 

qan axıtmaqla, həmçinin yer üzündə fitnələrin yayılmasıdır. O, kəslər ki, zalım 

idarəçilərə  qarşı  çıxmağı  doğru  görürlər  onlar  Mötəzilə  və  Xəvariclərdir”

1408



Yezid  əl-Fəqir  belə  rəvayət  edir:  “Xəvariclərin  fikirlərindən  bir  fikir  qəlbimə 



girmişdi. Bir neçə nəfərlik dəstə ilə həccə çıxdıq. Həcc edəndən sonra insanlara 

qarşı  çıxmağı  düşünürdük.  Mədinə  şəhərinə  gəldik.  Cabir  İbn  Abdullah  



radıyallahu  anhu  –  bir  dirəyə  söykənib  insanlara  Peyğəmbərdən  –  sallallahu 

aleyhi və səlləm – hədis  danışırdı.  Birdən Cəhənnəmlik olanları  xatırlatdı. Mən 

ona belə dedim: “Ey Peyğəmbərin – sallallahu aleyhi və səlləm – səhabəsi, sən nə 

danışırsan?  Məgər  Allah  buyurmur:  “Ey  Rəbbimiz!  Sən  Cəhənnəm  oduna 

atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!” (“Ali-

İmran”  /192)  və  “Onlar  hər  dəfə  oddan  çıxmaq  istədikdə  yenə  ora 

qaytarılacaq”  (“əs-Səcdə”  /120).  Bəs  sənin  danışdıqların  nədir?!”  O  məndən: 

“Sən  Quran  oxuyursan?”  deyə  soruşdu.  Mən:  “Bəli”  deyə  cavab  verdikdə,  o 

məndən  yenə  soruşdu:  “Muhəmmədin  –  sallallahu  aleyhi  və  səlləm  –  məqamı 

(yəni,  Allahın  onu  Qiyamət  günü  dirildəcəyi  yer)  haqda  eşitmisən?”  Mən: 

“Bəli”  deyə  cavab  verdikdə,  o  mənə  belə  dedi:  “Muhəmmədin  “Mahmud” 

məqamıdır  ki,  Allah  ona  görə  istədiyi  kimsələri  (Cəhənnəmdən)  çıxaracaq.” 

Sonra  Sirat  körpüsünün  qoyulmasından  və  insanların  onun  üzərindən 

keçməsini  vəsf  etməyə  başladı.  Qorxuram  ki,  o  yerini  əzbərləməmiş  olum, 

ancaq  bəzi  insanların  Cəhənnəmə  düşdükdən sonra  oradan çıxmalarını  iddia 

edərək  belə  dedi:  “Yəni  oradan  çıxdıqda  qaralmış  küncüt  çöplərinə 

                                                

1404


 Müslim 1852.  

1405


 Müslim 1853.  

1406


 Buxari 7137, Müslim 1835.  

1407


 Buxari 7143, Müslim 1849.  

1408


 “Təfsir Qurtubi” 2/109.  


 

474 


bənzəyəcəklər.  Cənnət  çaylarından  birinə  girib  oradan  kağız  səhifəsi  kimi  ağ 

çıxacaqlar.”  Biz  qayıtdıq  və  belə  dedik:  “Vay olsun sizə,  Şeyxin  Peyğəmbərin 

adından yalan danışdığını zənn edirsiniz. Biz fikrimizdən daşındıq. And olsun 

Allaha ki, bir kişidən başqa heç birimiz çıxmadı. Yaxud Əbu Nueymin dediyi 

kimi”

1409


.  Şeyx  Abdul  Muhsin  əl-Abbad  –  Hafizahullah  -  deyir  ki:  “Bu  hədis 

dəlildir ki, bu qrup böyük günah sahibləri olan müsəlmanları küfürdə ittiham 

etmək  və  Cəhənnəmdə  əbədi  qalmaq  xəstəliyinə  düçar  olmaqla  Xəvariclərin 

fikirlərilə  xəstələnmişlər.  Lakin  Cabir  -  radıyallahu  anhu  –  ilə  qarşılaşdıqdan 

sonra  onlar  haqqı  öyrəndikdən  sonra  bu  barədə  olan  fikirlərini  dəyişdilər, 

hətta  Həcc  edəndən  sonra  müsəlman  əmirlərə  qarşı  çıxmağı  da  tərk  etdilər. 

Burada mühüm bir fayda vardır ki: hər bir müsəlman alimə müraciət etməklə 

bunu əldə edə bilər”

1410

.  


 

PEYĞƏMBƏR – Sallallahu Aleyhi Vəs Səlləm – BU İKİ HAL 

MÜSTƏSNA OLMAQLA ƏMİRLƏRƏ QARŞI ÇIXMAĞI 

QADAĞAN ETMİŞDİR 

 

Allah Rəsulu idarəçilərə qarşı bu iki hal müstəsna olmaqla çıxmağı qadağan 



etmişdir. Bu iki hal bunlardır: 1. Onların sözlərində və əməllərində açıq-aydın 

bir  küfrün  ortaya  çıxması  və  (bu  küfrə  qarşı  yanımızda  Allahın  kitabından 

açıq-aydın  bir  dəlilin  olması).  Cunadətu  b.  Əbi  Umeyyə  deyir  ki,  bizlər 

Ubadətu  b.  Samit  -  radıyallahu  anhum  –  nun  yanına  gəldik.  Xəstə  idi.  Allah 

sənin halını yaxşılığa yönəltsin! Sən bizə Rəsulullah – sallallahu aleyhi və səlləm – 

dən eşitdiyin və Allahın da o, səbəblə mənfəət verəcəyi bir hədisi söylə» dedik. 

O:  «Rəsulullah  –  sallallahu  aleyhi  və  səlləm  ––  Əqabə  gecəsi  biz  ənsarı  beyət 

etmək  üçün  yanına  dəvət  etdi.  Biz  də  onunla  birlikdə  beyət  etdik. 

Sevincinizdə,  kədərinizdə, çətinlikdə,  asanlıqda, hətta  (əmir sizə  məxsus olan 

bir şeyi özünə aid etdiyi) durumda da əmirlərinizi dinləyib onlara itaət emək, 

əmarət  sahibi  olan  kimsələrə  əmirlik  xüsusunda  çəkişməmək.  Ancaq  əmir 

sahibində  açıq  bir  küfr  görməniz  müstəsnadır  ki,  bu  halda  onun  küfrü 

haqqında  yanınızda  Allah  kitabından  qüvvətli  bir  dəliliniz  olmalıdır»  deyə 

buyurdu


1411

. İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: «Küfrdən qəsd edilən 

Allahın  bizləri  çəkindirdiyi  günahlardır.  Bu  hədisdən  qəsd  olunan  odur  ki, 

əmirlərə  qarşı çıxmaq, onlarla  mübarizə  aparmaq olmaz  əgər  açıq-aydın  küfr 

etmirlərsə. Hansı ki, Allah bizlərə bu barədə xəbər vermişdir. Əgər əmir buna 

yol  verərsə onun  etdiyini  dəstəkləmək olmaz  və bu  haqda ona  nəsihət  etmək 

                                                

1409


 Muslim 191.  

1410


 “Bi ay Aqliyad Din Yəkunu Tafcir Ya Tadmir Cihadan” 14.  

1411


 Müslim 1840.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə