[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə234/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   230   231   232   233   234   235   236   237   ...   258

 

477 


zamanlarda  bir  çox  əmirlər  olacaqdır  ki,  sizlər  onların  işlərindən  bəzisini 

məruf  və  gözəl  görəcəksiniz,  bəzilərini  isə  inkar  edəcəksiniz  Onlardan  yaxşı 

hərəkətlərdə  görəcəksiniz,  pis  hərəkətlərdə).  Artıq  munkəri  munkər  kimi 

tanıyan  və  bu  xüsusda  şübhəyə  düşməyərək  onu  düzəltməyə  çalışan  onun 

günahı  və  cəzasından  uzaqdır.  Əli  və  dili  ilə  munkəri  dəyişdirməyə  gücü 

çatmadığından yalnız qəlbi ilə onu inkar edən və ondan nifrət edən kimsə də 

o,  munkər  işə  ortaq  olmaq  günahından  uzaq  olur.  Lakin  çirkin  iş  edənlərə 

qəlbi ilə razı olan və o, işi etməkdə onlara tabe olan isə həm o, günahdan uzaq 

olmaz,  həm  də  (bu  əməllərə)  ortaq  olmaqdan  canını  qurtara  bilməz». 

Səhabələr:  «Bu  kimi  əmirlərlə  mübarizə  aparaqmı?»  deyə  soruşdular. 

Peyğəmbər:  «Namaz  qıldıqları  müddətdə  yox!»  deyə  buyurdu

1423


.  İmam 

Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: «Bu hədisdən başa düşülür ki, Xəlifələr 

İslamın  qaydalarını  dəyişmədikcə  (şəriəti  dəyişdirən  bidətlərə,  küfrə  yol 

vermədikcə), sadəcə fasiq  və  zalım olduqlarına görə onlara qarşı çıxmaq caiz 

deyildir»

1424


.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Ən  fəzilətli 

Cihad zalım hökmdarın qarşısında haqq sözü söyləməkdir”

1425

.  


Bunu  da  bilin  ki,  hər  kim  xəlifəlik  vəzifəsinə  gəlir,  insanlar  da  ətrafında 

toplanırlarsa,  onun  xəlifəliyinə  razı  olurlarsa  ona  itaət  fərz  olur,  ona  qarşı 

çıxmaq  isə  haram  olur.  İmam  Əhməd  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Digər 

əmirlərə  xəlifə  olana  qədər  qılıncı  ilə  qalib  gələn  və  əmirul-muminin  deyə 

adlandırılan bir kimsəyə qarşı Allaha və axirət gününə iman edən bir kimsənin 

istər yaxşı, istər pis bir kimsə olsun onun imam görməyib bir gecəni keçirməsi 

o, kimsəyə halal olmaz». Yəni bir kimsənin: Mən ona yalnız Allaha itaət olan 

məsələlərdə  itaət  edəcəyəm  –  deməsi  düzgün  deyildir.  Çünki  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  – yalnız  asilik  olan  şeyləri  əmr  edən  rəhbərlərə  itaət 

etməməyi  buyurmuşdur.  Alimlər  arasında  icma  vardır  ki,  əgər  bir  kəs 

hakimiyyəti  zorla  ələ  keçirərsə  müsəlmanların  əmiri  sayılır.  Muhəmməd  İbn 

AbdulVahhab  – rahmətullahi aleyhi – deyir  ki:  “Bütün  məzhəb  imamları ittifaq 

etmişlər  ki,  əgər  bir  kimsə  şəhəri  və  ya  şəhərləri  zəbt  edərsə,  onun  üzəinə 

əmirlik səlahiyyətləri düşür”

1426

. İmam Əhməd – rahmətullahi aleyhi –, Vasix İbn 



Mutasimə  qarşı  çıxmaq  istəyən  bir  qrupun  qarşısını  alaraq  demişdir: 

“Etirazınızı  qəlbinizdə  bildirin  və  itaətdən  də  əl  çəkməyin.  Asilik  (üsyan) 

etməklə  müsəlmanlara  əziyyət  verib  onların  qanlarını  axıdmayın”

1427


Bilirsinizmi  əl-Vasix  kim  olub?  Quranın  məxluq  olduğunu  söyləyən,  bu 

ideyaya görə insanları öldürən, Umara İbn Xuzaini öldürən bir kimsə. İcma ilə 

                                                

1423

 Müslim 1854.  



1424

 Müslimin şərhi 12/243.  

1425

 əl-Albani “Səhih Cəmi” 1100.  



1426

 “Durarus Saniya” 7/239.  

1427

 “Tabaqat İbn Abu Yala” 1/144.  




 

478 


bu  etiqadın  küfr  olduğunu  bildiyi  halda  İmam  Əhməd  – rahmətullahi aleyhi  – 

müsəlmanların  qanlarının  axıdılmasından,  zülmə  məruz  qalmalarından 

qorxduğu  üçün ona  qarşı çıxmağı  qadağan  edir.  İtaət  -  güc  və qüvvətə  sahib 

olan əmirə olur. Gücü və qüvvəsi olmayan əslən əmir sayılmaz

1428

.

  



İmam  Nəvəvi  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Vacibdir  Xəvaric  və 

üsyançılara  qarşı  döyüşmək  və  alimlər  bunda  ittifaqdırlar”

1429

.  İbn  Bazzın  – 



rahmətullahi  aleyhi  –  başçılığı  ilə  1988-ci  ildə  İslam  ölkələrində  və  digər 

ölkələrdə olan terror aktlarına qarşı belə bir fətva vermişdilər: “Əgər şəriət ilə 

məlum olsa ki, bir kimsə yer üzündə fitnə fəsad törədərək insanların canlarına 

və  mallarına  qəsb  edərək  evlərin,  məscidlərin,  məktəb,  xəstəxana,  zavod, 

körpü, silah və su anbarları, neft kəmərlərini, təyyarələrin partladılması və ələ 

keçrilməsi  və  s.  Buna  bənzər  partylayışlar  törədərək  cəmiyyətdə  qorxu 

yaratmışsa belə bir kimsə öldürülməlidir. Buna dəlil: “Allaha və Onun Elçisinə 

qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin 

cəzası  ancaq  öldürülmək,  və  ya  çarmıxa  çəkilmək,  ya  əl  və  ayaqlarını 

çarpazvari  kəsmək  və  yaxud  da  yaşadıqları  yerdən  sürgün  edilməkdir.  Bu, 

onlar  üçün  dünyada  bir  rüsvayçılıqdır.  Axirətdə  isə  onları  böyük  bir  əzab 

gözləyir”.  (əl-Maidə  33).  Belə  bir  kimsələr  bu  əməlləri  ilə  quldurlardan  daha 

çox  ziyan  vururlar.  Əgər  bir  quldur  bir  insanı  öldürərsə  və  ya  malını  qəsb 

edərsə  bu  ayə  ona  aid  edilmişdir,  onda  bir  çox  insanların  həyatına  qəsd 

edənlər necə?”

1430

. İbn Qudamə əl-Hənbəli – rahmətullahi aleyhi – deyir ki: «Kim 



xəlifəliyi sabit olan birinə qarşı çıxarsa ona qarşı savaş açmaq vacib olur. Lakin 

xəlifə  bu  cür  bağilərlə

1431

 həmin  an  döyüşməz  və  onlara  nə  üçün  üsyan 



etdiklərini  soruşar,  işin  həqiqətini  və  doğru  olanı  onlara  başa  salmaq  üçün 

birini onlara göndərər. Onlara doğrunu söyləmək imkanı taparsa bunu edər və 

onların dilə gətirdikləri haqsızlıqları aradan qaldıracaq və onların bəhanələrini 

də  aradan  qaldıracaqdır.  Əgər  bundan  sonra  da  fikirlərindən  dönməzlərsə 

onlara qarşı döyüşəcəkdir. Allah bu haqda ilk olaraq sülhü, sonra isə döyüşü 

əmr  edərək  buyurur  ki:  «Əgər  möminlərdən  iki  dəstə  bir-biri  ilə  vuruşsa, 



onları dərhal  barışdırın.  Əgər onlardan biri  təcəvüzkarlıq  etsə,  təcəvüzkarlıq 

edənlə  Allahın  əmrinə  (itaətinə)  qayıdana  qədər  vuruşun.  Təcəvüzkarlıq  edən 

(Allahın  əmrinə)  qayıtsa  hər  iki dəstənin  arasını  ədalətlə  düzəldin və  insafla 

hərəkət  edin.  Şübhəsiz  ki,  Allah  insaflıları  sevər».  (əl-Hucurat  9).  Məs:  Əli  

radıyallahu anhu – Cəməl döyüşündən əvvəl Bəsrəlilərlə məktublaşdı. Sonra da 

öz tərəfdarlarına döyüşü birinci başlamamaları əmrini verdi. Daha sonra dedi: 

«Bu gün elə bir gündür ki, kim bu gün qurtularsa Qiyamət günü də qurtulmuş 

                                                

1428

 “Minhəc Sunna” 1/115.  



1429

 “Şərh Səhih Muslim” 3/138.  

1430

 “Fətava Şəriə” 21.  



1431

 Bağilər – xəlifəyə qarşı çıxanlara verilən addır. 




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə