[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə237/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   233   234   235   236   237   238   239   240   ...   258

 

483 


Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  dən  nəql  edilən  çoxsaylı  hədislərdir. 

Çünki  döyüş  və  fitnədəki  fəsad,  başçının  döyüş  və  fitnəsiz  hasil  olmuş 

zülmündən  daha  böyükdür.  İki  fəsadlı  işin  daha  böyük  sayılanı  isə  ondan 

kiçik  sayılandan  irəli  keçirilə  bilməz.  Başçıya  qarşı  çıxması  ilə  əvvəlkindən 

daha böyük bir fəsada səbəb olmayan bir dəstə, bəlkə də heç yoxdur»

1440


. Başqa 

bir yerdə o,  demişdir: «Nadir  hallar  istisna edilməklə,  başçıya  qarşı çıxan  hər 

bir  şəxsin  bu  əməli  xeyrindən  qat-qat  artıq  şərlə  nəticələnmişdir...  Bütün  bu 

deyilənlər, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in başçıların haqsızlıqlarına 

səbr  etməyi,  onlarla  döyüş  aparmamağı  və  onlara  qarşı  qiyam  qaldırmamağı 

nə  üçün  əmr  etdiyinə  aydınlıq  gətirir.  Bu,  bəndə  üçün  daha  xeyirli  bir  işdir. 

Hər  hansı  bir şəxs  bununla qəsdən və  ya səhvən  razılaşmazsa, onun  tutacağı 

işdə xeyirdən daha çox dağıdıcılıq halları baş verəcəkdir»

1441

. Fitnələr baş verən 



zaman,  bir  pisliyi  yox  etmək  istəyən,  ondan  daha  böyük  olanına  qapı 

açmamalıdır.  

Hətta  Əli  - radıyallahu anhu – və Müaviyə  - radıyallahu anhu – arasında  belə 

bir fitnə düşdü. Osman  - radıyallahu anhu – isə, məhz bu səbəbdən öldürüldü. 

Çox saylı səhabələr və digərləri açıq-aşkar şəkildə etiraz edildiyinə və eyiblər 

car  çəkildiyinə  görə  qətlə  yetrildi.  İnsanlar  bu  hadisələrdən  sonra  öz 

başçılarına  nifrət  edərək  onları  öldürdülər.  Allahdan  bağışlanma  diləyirik

1442


Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: «Deyilənlərdən məqsəd budur ki, 

Xəvariclər  İslamda  bədnam  bir  yol  qoyaraq,  müsəlmanların  başçılarına  qarşı 

itaətsizlik  göstərməyi  əsrlər  boyu  özlərinin  –  dini  -  məqsədinə  çevirmişlər. 

Baxmayaraq  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  çoxsaylı  hədislərdə 

onlara  qarşı  ehtiyatlı  davranmağı  tapşırmışdır.  Belə  rəvayətlərdən  biri  - 



Xəvariclər  Cəhənnəmin  itləridir  -  hədisidir.  Əslində,  onlar  öz  başçılarını,  açıq-

aşkar  (yəni,  insanı  İslam  dinindən  çıxaran)  küfr  etdiklərinə  görə  deyil, 

zülmkarlıq, günah və fasiqlik etdiklərinə görə təkfir edirdilər. Bu gün, İslamın 

müqəddəs  ilahi  prinsipləri ilə  səthi  tanış olmuş bir  dəstə  müsəlman  gənc,  bir 

çox  hakimlərin  Allahın  endirdiyi  ilə  hökm  etmədiyini  görərək,  elm,  fiqh  və 

hikmət sahibləri ilə məsləhətləşmədən itaətsizlik göstərməyə çalışırlar. Onların 

bu  məsələni  özbaşına  həll  etməsi,  Misirdə,  Suriyada  və  Əlcəzairdə  nahaq 

qanların  tökülməsi  ilə  nəticələnən  ümumi  bir  fitnəyə  səbəb  olmuşdur.  Bu 

yerlərdən  də  öncə  Məkkədə  (son  dərəcə  ağır  nəticələr  vermiş)  fitnə-fəsad 

törədilmişdir.  Onlar  belə  əməlləri  ilə  Xəvariclər  istisna  olmaqla,  Sələf  və 

Xələflərdən ibarət müsəlmanların riayət etdiyi bu səhih hədisə (Allah yanında 

sübutunuz  olacaq  açıq-aşkar  bir  küfr  görməyincə)  müxalif  olmuşlar.  (Səhih 

                                                

1440


 Minhəcus-Sünnə 3/390. 

1441


 Minhəcus-Sünnə 4/527-532. 

1442


 Ələqatu Beynəl-Hakim vəl-Məhkum səh. 23. 


 

484 


Hədislər  Silsiləsi).  Şeyx  əl-Albani  –  rahmətullahi  aleyhi  –  demişdir:  «Yazı  və 

mühazirələrində  başçıya  qarşı  çıxmağı  elan  edən  bu  adamlar,  mənim  tənqidi 

baxışlarıma görə, əvvəla şəriət hökmlərindən xəbərsizdilər. Çünki Peyğəmbər– 

sallallahu  aleyhi  və  səlləm  –  dən  asiliklər  istisna  olmaqla  rəhbərə  itaət  barədə 

çoxsaylı hədislər rəvayət olunmuşdur. (Səhih 179). Başqa hədislərdə isə, açıq-

aşkar  küfr  görməyincə  sənə  zülm  etsələr  və  ya  döysələr  belə  onlara  itaət 

etməyin vacibliyi bildirilmişdir. «Fiqh üsulu» elminə görə, əgər müsəlman və 

ya  müsəlmanlar  hər  ikisi  fəsadlı,  lakin  təhlükə  baxımından  biri  digərindən 

daha qorxulu bir işlə üzləşərlərsə, kiçiklə böyüyün qarşısını almalıdırlar. Başqa 

sözlə  desək,  xoşumuza  gəlməsə  də  kiçik  fəsadla  razılaşaraq  özümüzü  daha 

böyüyündən  qoruyuruq.  Üsul  və  fiqh  alimləri  arasında  bu  hədislərə  şamil 

etdiyim  «fiqh  üsulu»  qaydası  barədə  heç  bir  ixtilaf  yoxdur.  Çünki  hakimlərə 

qarşı çıxmaq daha böyük bir fitnəyə səbəb olur. Hansısa bir hakimin zülm və 

ya  haqsızlıq  etməsi,  yaxud  da  bəzi  şəriət  hökmlərinə  əhəmiyyət  verməməsi 

işin  bir  tərəfidir.  Məsələnin  digər  tərəfi  isə,  mən  bunu  öz  düşüncəmlə,  lakin 

irəlidə  qeyd  etdiyim  şəriət  dəlillərinə  əsaslanaraq  deyirəm:  Əgər  müsəlman 

hakimlərə  qarşı  çıxmağın  icazəli  olduğunu  fərz  etsək  belə  bunun  icrası 

yolverilməzdir.  Çünki  təəsüflər  olsun  ki,  biz  bu  gün  kafir  müşriklərin 

müsəlman  ölkələrinə  qarşı  düşmənçiliyindən  şikayətlənirik.  Əgər  bu 

qiyamçılar  bizi  müsəlman  hakimlərə  qarşı  çıxmaq  istəyirlərsə,  elə  qoy  kafir 

müşriklərə qarşı çıxsınlarda. Lakin onlar fitnəni müsəlmanlar arasında səpmək 

istəyirlər.  Bu  səbəbdən  mən,  iki  şeydən  çox  şübhələnirəm.  Birincisi,  bu 

adamların həqiqətən İslamı qəbul etməsi, yəni qorxuram ki, bunlar müsəlman 

cildinə  girmiş  düşmənlər  olsun.  İkincisi  isə,  onların  əməllərində  müsəlman 

olmalarına  baxmayaraq  nadanlığın  kökündə  dayanmış  cahillər  olmasıdır. 

Deməli bu gün qiyamdan danışılması heç bir vəchlə yolverilməzdir. Buna görə 

də  biz,  qiyamçıları  və  ya  qiyama  qalxmağa  çağıranları  ya  çirkin  niyyətlərlə 

İslama daxil olanlar, ya da Allahın Muhəmməd – sallallahu aleyhi və səlləm – in 

qəlbinə endirdiyi İslamdan xəbəri olmayan və nadanlığın (cəhalətin) kökündə 

dayanan müsəlmanlar olması fikrindəyik»

1443


. İbn Qeyyim – rahmətullahi aleyhi 

–  deyir  ki:  “Münkəri  düzəltmək  daha  çox  şərrin  gəlməsinə,  Allah  və 

Rəsulundan  uzaqlaşmağa  səbəb  olacaqsa  bu  münkəri  dəyişmək  qadağandır. 

Bu  münkəri  düzəltməyə  aiddi  müsəlman  rəhbərə  qarşı  çıxmaqdır.  Həqiqətən 

bu şərrin başlanğıcı və fitnələrin yayılmasıdır Qiyamət saatına qədər”

1444

. Şeyx 


əl-Albani – rahmətullahi aleyhi – deyir ki: “Müsəlman rəhbərlərə qarşı çıxmaq – 

şərdir.  Necə  ki,  bunu  şəriətdə  və  gerçəklikdə  sübutunu  tapmışdır”

1445

.  İbn 


                                                

1443


 Fətəva əl-Uləmə əl-Əkəbir səh. 91. 

1444


 “İləmul Muvakkin” 3/15.  

1445


 “Madariku Nazar Fi əs-Siyasa” 204.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə