[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə238/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   234   235   236   237   238   239   240   241   ...   258

 

485 


Mubarək  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Həqiqi  alim  halal  və  haram 

məsələlərindən  anlayışı olan  kimsə  deyildir, çünki  bu  məsələləri  çoxları  bilir. 

Həqiqi alim zərər və faydaları ayırd edən, anlayışı olan kimsədir”

1446


.  

Günümüzdə  bəzi  insanlar,  mən  bu  sözlərin  icraçısı  deyiləm,  sadəcə 

təbliğatçısıyam,  deyərək  cəmaat  arasında  şər  yayırlar.  Dahi  alim  İbn  Həcər  – 

rahmətullahi aleyhi – Xəvariclərin parçalandığı firqələrini sadalayaraq demişdir: 

«Qaidiyyə  -  başçılara  qarşı  qiyamı  bəzəyən,  lakin  eyni  zamanda  qiyama 

qoşulmayan firqəyə deyilir»

1447


. Abdullah İbn Ukayma deyir ki: “Heç vaxt heç 

kimə ölüm işində yardım etməyəcəyəm, Osmanın ölümündən sonra”. Ondan: 

“Sən  Osmanın  -  radıyallahu  anhu  –  qətlində  iştirak  etmisənmi?”  deyə 

soruşdular. O: “Mən hesab edirəm ki, onun xətaları barəsində söhbətlər onun 

öldürülməsinə  səbəbdir”

1448


.  Saleh  əl-Useymin  –  rahmətullahi  aleyhi  –  deyir: 

«İnsanı  təəccübləndirən  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  ə  tənə  etmə 

şəklidir.  Belə  ki,  Ona:  Ədalətli  ol!  Sən  bu  bölgünü  Allah  xatirinə  etmədin  - 

deyilmişdir.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  isə  buyurmuşdur:  Bu 

kişiyə  oxşayanlar  peyda  olacaq  ki,  sizin  namazınız  onların  namazları  ilə 

müqayisədə dəyərsiz sayılacaq

1449

. Bu, hakimlərə qarşı çıxmanın qılınc və sözlə 



ola bilməsinə ən böyük sübutdur. Çünki bu kişi, Peyğəmbər – sallallahu aleyhi 

və  səlləm  –  ə  qarşı  əlinə  qılınc  götürməmişdi.  Lakin  Ona  –  sallallahu  aleyhi  və 

səlləm  –  öz  etirazını  bildirdi.  Əhli  Sünnənin  bəzi  kitablarında  itaətsizliyin 

qılıncla  olmasına  gəlincə  bu,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in 

bildirdiyi kimi, ən son mərhələdəki üsyandır. Məsələn zina gözlə, qulaqla, əllə 

və ya ayaqla olur. Lakin bunların ən böyüyü və əsil zina sayılanı, övrət yeri ilə 

edilənidir. Buna görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyumuşdur: 

«Övrət  bu  işi  ya  təsdiqləyəcək  ya  da  yalanlayacaq»

1450

.  Bu,  belə  bir  ifadə 



işlətmiş  alimlərin  güddükləri  məqsəddir.  Biz  hadisələrin  cərəyan  etməsini 

müşahidə  edərək  tam  yəqinliklə  bilirik  ki,  qılıncla  qiyama  qalxmaq  üçün  ilk 

öncə təbliğat aparmaq lazımdır. İnsanların səbəbsiz yerə qılınc götürüb başçıya 

qarşı çıxması qeyri mümkündür. Təbii ki, onlar arasında söhbət aparılmalıdır. 

Deməli, sözlə hakimə  qarşı  çıxmaq  həqiqi  qiyam  sayılır.  Buna  sübut irəlidəki 

hədislər və baş verən hadisələrdir. Hədislərə gəlincə, artıq onları bildiniz. Baş 

verənlərə gəlincə biz tam yəqinliklə bildiririk ki, qılıncla qiyam sözlə qiyamın 

bir  hissəsidir.  Çünki  insanlar  «Ya  Allah,  get  qılıncı  götür»  deməklə  başçıya 

qarşı  çıxmırlar.  İlkin  olaraq  başçının  pislənməsi  və  yaxşı  işlərinin  ört-basdır 

                                                

1446

 “Aliyatu Nasr” 1/103.  



1447

 Hədyus-Səri 483, Ğarrasul-Əsəsi 373. 

1448

 İbn Əbi Şeybə “Tabaqat” 6/115.  



1449

 Buxari 6163, Müslim.  

1450

 Buxari 6343, Müslim 2657. 




 

486 


edilməsi kimi bir başlıq olmalıdır ki, insanların qəlbi nifrətlə dolsun. Məhz bu 

zaman insanlar bəlaya düçar olurlar»

1451

.  


Ənəs  b. Məlik  - radıyallahu anhu –  deyir  ki,  Peyğəmbər  – sallallahu aleyhi və 

səlləm – buyurdu: «İdarəçilərinizi söyməyin, onları aldatmayın və onlara nifrət 

etməyin.  Allahdan  qorxun  və  səbr  edin.  Həqiqətən  də  qurtuluş 

(idarəçilərinizin  zülmündən  qurtulmanız)  yaxındır»

1452


.  «Əbu  Bəkrə  

radıyallahu  anhu  –  deyir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

«Sultan Allahın yer  üzündəki  kölgəsidir.  Kim onu gözdən  salar  və  alçaldarsa 

Allah da onu gözdən salar və alçaldar. Kimidə sultanına hörmət etməzsə Allah 

da ona hörmət etməz»

1453

. Əbu Zərr - radıyallahu anhu – deyir ki, mən məscidə 



yatarkən  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  yanıma  gələrək  buyurdu: 

«Məsciddən  zorla  çıxarılsan  nə  edərsən?».  Dedim  ki:  «Şama  gedərəm». 

Peyğəmbər: «Bəs Şamdan da zorla çıxarılsan nə edərsən» deyə buyurdu. Mən: 

«Qılıncıma sarılır və onunla vuruşaram» dedim. Peyğəmbər: «Mən bundan da 

xeyirli və doğruya daha yaxın olanı sənə bildirimmi? Dinlər və itaət edərəm və 

səni necə güdərlərsə sən də elə güdülərsən (Başqa rəvayətdə: «Ey Əhli İslam! 

Mən  Peyğəmbər  – sallallahu  aleyhi  və  səlləm  –  in  belə  buyurduğunu  dinlədim: 

«Məndən sonra bir sultan gələcək. Sizlər onu ucaldırsınız. Lakin hər kim onu 

zəif və zəlil olmasını istərsə heç şübhəsiz ki, o kimsə İslamda bir dəlik açmışdır 

ki,  o  kimsənin  tövbəsi  İslamda  açdığı  bu  dəliyi  əvvəlki  (sağlam)  halına 

gətirməyincə  qəbul  da  olmaz

1454


1455


.  «Möminlər  arasında  pis  söz  yaymaq 

istəyənləri  dünyada  və  axirətdə  şiddətli  bir  əzab  gözləyir».  (ən-Nur  19).  İbn 

Ömər  -  radıyallahu  anhu  –  deyir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  «Bizi  aldadan  bizdən  deyildir,  bizə  qarşı  silah  qaldıran  bizdən 

deyildir»

1456

. Ubadə b. Sabit - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu 



aleyhi və səlləm – buyurdu: «Hər kim Allaha heç bir şeyi şirk qoşmadan ibadət 

edər,  namaz  qılar,  zəkat verər  və  (idarəçisini)  dinlər  və itaət  edərsə Cənnətin 

səkkiz  qapısından  istədiyi  hər  hansı  birisindən  girsin»

1457


.  Zeyd  b.  Sabit  

radıyallahu  anhu  –  deyir  ki,  Peyğəmbər–  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

«Üç  xislət  vardır  ki,  müsəlman  bir  kimsə  bunlara  sahib  olarsa  qəlbi  kin, 

xəyanət  və  düşmənçilik  bəsləməz.  Əməli  tam  bir  ixlasla  Allah  rizası  üçün 

etmək,  müsəlmanların  başındakı  idarəçilərə  xeyir  diləmək  və  müsəlmanların 

cəmaatından ayrılmamaq. Çünki müsəlman cəmaatının dəvəti arxadakıları da 

                                                

1451

 Bu  sözlər  Şeyx  Useyminin,  İmam  Şovkaninin  «Raful-Əsətin  fi  Hukmil-İttisal  Bisələtın»  kitabına  verdiyi 



açıqlamalardan götürülmüşdür. Həmçinin Fətəva əl-Uləmə əl-Kəbir səh. 95.  

1452


 Təbərani 7609, Beyhəqi “Şuab” 6/96, əl-Albani «Ziləlul Cənnə» hədis 1015.  

1453


 əl-Albani «Ziləlul Cənnə» hədis 1017, «Səhih Hədislər Silsiləsi» 2297.  

1454


 əl-Albani «Ziləlul Cənnə» hədis 1079.  

1455


 əl-Albani «Ziləlul Cənnə» hədis 1074.  

1456


 əl-Albani «Müxtəsər Səhih Müslim» hədis 1235, «Səhihul Cəmi» hədis 6217. 

1457


 əl-Albani «Ziləlul Cənnə» hədis 968, 1027.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə