H Ü M A Y İ - Ə R Ş
457
17 - Vəchi-Haqqa hər daim müvazi bir zat vardı,
Rəxşan edərdi yüzün təcəlliyi-Gird-gar.
Haqda Haqq ilə qaim olmuşdu o kərəmvar,
İrfanı dərəcəsin bən eyləyəməm təzkar.
18 - Bu zat ilə birisi cinah-pərdaz olaraq,
Alayi-illiyyində olmuşlardı kamkar.
Gahi üruc edərlər fövqəs-səma bir yerə,
Bu hallarıyla onlar olmuşlardı payidar.
Hangi mənzil əshabı olsa bunların dəxi,
Görməklə yüzlərini duyarlardı iftixar.
19 - Bir şahsüvarı-irfan meyi-heyrətlə sərməst,
Heyrəti izdiyadla olmuş idi bərxurdar.
Hər vadiyi dolaşmış hər şeydən kəsmiş ümid,
Gər heyrəti azalsa dərhal olurdu bizar.
Tuhaflığın bir gör ki, diləkləri tərk etmiş,
Heyrət-fəza olmaqçün əlin səmayə açar.
20 - Bu şahbazın yanında bir məxmuri-əzəli,
Meyi-eşq ilə olmuş sərməsti-rüxi-dildar.
Sunmuş qədəhi buna saqiyi-əzəl əvvəl,
Bil ki, bunu içərkən yoxdu bir taku xammar.
Ta o gündən bəridir ayılmaq heç bilməmiş,
Fəqət saqi hər zaman olmuş ona şərabdar.
21 - Oturmuşdu bununla ərbabı-dirayətdən,
Bir xidivi-mərifət Kəbi, ali namdar.
Azadeyi-səkrdi halı-səhv ilə pabənd,
Olmuşdu, lakin əzmi kəndisinə pərdə-dar.
Bu pərdə deyil hicab; budur hali-müstətab,
Qibtə-keşi-ənbiya məqam budur, ey dildar.
22 - Bu aşiqi-dilsuzun yəminində muqimdi,
Ustadı-vəcdü ğaram, xeyrül-xalq vəl-əbrar.
Bu zatın eşqi idi Ruhi-Qüds ilə həmzad,
Məcnunü Kərəm, Fərhad bunun yanında şirxar.
23 - Bir arifi-rəbbani vardı bu zata həmsər,
Bunlar idi be hərhal bir-birindən bəxtiyar.
Lakin bu zatın hali bir dəryayi-ümmandı,
Bütün müqərrəbinə bu idi dürri-şəhvar.
24 - Bir qüdsi vəzifəylə həm mələi-əlada,
Məmur olan bir zat ki, sahibqıranı-ədvar.
Kamillikdə təmkini özünə adət etmiş,
Şərarəyi-eşqindən aləmi-əkvan yanar.
458
H Ü M A Y İ - Ə R Ş
25 - Hələ bir saliki-Haqq o məclisə şərəfza,
Olmuşdu, lakin onun hər hali idi muxtar.
Qüdsi məhabətiylə ərşi edərkən lərzan,
Təb’indəki lətafət tifli eylər cürətkar.
26 - Cəlilül-qədr bir zat kürsiyi-eşqdə yekta,
O mə’şəri-irfana o idi sipəhsalar.
Ol varisi-kəmalat əhrarı-ürəfayı
Əmvacı-tufanidən odur Nuhu-xilaskar.
Bir məqama ərmiş kim xəyalı belə muhal,
Onu ancaq ərdirən bilir Xudavəndigar.
Tamməyi-mübarəki Cövza ilə mütəvvəc,
Nəleyni-şərifi həm Süha ilə zinət-dar.
Budur beynəl-ürəfa isbatü həm iqrarın,
Sahibi-rüşdü fəzli, ey Haqqa pərəstişkar.
Qüdrətim daxilində gördüyüm etdim təsvir,
Mümkünmü ki, dadmayan zövqdən olsun xəbərdar.
Bu nurlar mənbələri mənim gördüklərimdir,
Heç şübhəsiz binlərcə vardı bəndeyi-Nigar.
Hər biri bir məqamın sahibi-yeganəsi,
Olmuş nicə arslanlar bunlar gibi səd həzar.
Bir təcəlliyə məzhər idi ki, ol şəhinşah,
Zülmətdə Zülqərneynə edərdi nəşri-ənvar.
Bən yazdığım məqamat ali-əbayi-qüdsün,
Sayəsində ərilmiş bir məqamı-feyz-ənvar.
Heç kimsəyə olmamış dünya olalı nəsib,
Böylə irfan ocağı, böylə mürşidi-əbrar.
Gər görsəydi Bəyazid bu piri-kümməlini,
Dərhal olurdu mürid canın eylərdi nisar.
Vəsfinə gücüm yetməz sən şu qədər anla ki,
Əsas mürşidi idi onun Heydəri-Kərrar.
Tinəti-Mürtəzayı əxlaqi-müctəbaya,
Məzc edərək olmuşdu piri-səadət-mədar.
Seyyidüş-şühədaya xeyrül-xələf olmaqçün,
Yədi-qüdrət etmişdi tərbiyəsin ixtiyar.
Ol sərvəri-kainat sayəsini hər zaman,
İbzal buyurmuş ona ta ki olmuş aləmdar.
Onun için demişdi: “Mən Məsiha nəfəsəm”
Həzrəti-fərdiyyətdə bulmuşdu cayi-qərar.
Gər anladınsa sözüm ruhani dərgahından,
Həman eylə təfəyyüz ol vasili-Gird-gar.
Demə saqın ölmüşdür naqisliyi bərtərəf
Eylə, dərhal et şitab ta olasın kamkar.
Bundan fazla əsrarı açmaya qüdrətim yox,
Sən ziyadə bilirsən eylə izahı-əsrar.
Bundan sonra qaldı bir nəfsimə dua etmək,
Əhli-hal isən sən də amin de, ey vəfakar.
H Ü M A Y İ - Ə R Ş
459
Ya Rəbb, zatına məxsus sirrül-əsrar haqqıyçün,
Ya Rəbb, sirri-rəsul Əhmədi-muxtar haqqıyçün,
Ya Rəbb, Xədicə, Fatimeyi-razdar haqqıyçün,
Ya Rəbb, Əli, Həsən sahibul-əsrar haqqıyçün,
Ya Rəbb, sirri-şəhadət Hüseyni-kamkar haqqıyçün,
Ya Rəbb, bəqayi-şər, ruzi-şümar haqqıyçün,
Ya Rəbb, nəsli-paki-rəsuli-Gird-gar haqqıyçün,
Ya Rəbb, mühacirini-əshabü ənsar haqqıyçün,
Ya Rəbb, ya Rəbb, ürəfayi-əbrar haqqıyçün,
Ya Rəbb, piranü salikanı-əxyar haqqıyçün,
Bu əbdi-həqiri etmə sən dər ruzi-şümar,
Əcdadına şeyn-avərü bimədar.
Ya Rəbb, zatını etdiyin səna haqqıyçün,
Qürbi-qabə qövseyn əv ədna haqqıyçün,
Ya Rəbb, həbibin Muhamməd Mustafa haqqıyçün,
Ya Rəbb, ərbabı-eşq və əhli-səfa haqqıyçün,
Ya Rəbb, firiştəganı-mələi-əla haqqıyçün,
Ya Rəbb, kərubi-la xəla la məla haqqıyçün,
Ya Rəbb, ənbiya, övliya, əsfiya haqqıyçün,
Ya Rəbb, şühəda, ürəfa, ətqiya haqqıyçün,
Ya Rəbb, hərimi-Qüds ilə bəzmi-üns haqqıyçün,
Səni zikr eyləyən afaq və ənfüs haqqıyçün,
Babam, anam dəxi cəddat və əcdad,
Həm fər və əslim nə ki var dəxi ustad,
Cümləsi olalar qərini-qüdsində dilşad,
Bi-hörmətin-nəbiyyil-kərim və alihil-əmcad.
Cənab Mühyiddin bəy tərəfindən
Siracəddin əfəndinin qəzəlinə yazılmış nəzirə
Mərhum Nigarizadə Sirac əfəndinin bir qəzəlinə Cənab Mühyiddinin
nəzirəsi
Ləb-təşneyi-füyuzam, lütf eylə badə, saqi,
Meyxaneyi-əməldə bən namuradə, saqi.
Səhranəvərdi-eşqəm yıllarca xəstə məhcur,
Bir şəhsüvar ikən bən düşdüm piyadə, saqi.
Sağər deyil əlindən hurmətlə aldığım cam,
Mişkatı-mənəvidir rahı-Xudadə, saqi.
Miyani-zövq edərlər Allahı Əhli-beytin,
Da’ ma kədərdə, saqi, xuz ma səfadə, saqi.
Allah ki anındır həp gönüllərdə, yerdə hər şey,
Bi-intəha meyanda təhtəs-sərada, saqi.
Məhbubu-qurəbayı təqdis için yetişməz,
Əqlama cümlə əşcar, dərya midadə, saqi.
Dostları ilə paylaş: |