1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə167/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   163   164   165   166   167   168   169   170   ...   181

448     

H Ü M A Y İ - Ə R Ş

buraxmış bir zat idi. Oğulları, atalarının bu xüsusdakı varlığını tamamən 

irs almış və Həzrəti Pirin çox hərarətli və səmimi sevənləri olmuşdur. O 

zaman Ağstafa qəzası idarəsində olan bütün Qaraqoyunlu əşirəti, oymağı 

arasında nüfuz sahibi olan bu zat, türbə adına verilmiş hədiyyələrin heç 

bir sui-istifadəyə məruz qalmaması ilə əmin əl, göstərdiyi sədaqət ilə bir 

fəzilət örnəyi və bir xilqət nəcibi olduğunu isbat etmişdir. 1312 rumi hicri 

[m.1896] ilində Rusiyadan [Qarabağdan] hicrət edərək Amasiyaya gəlmiş. 

Amasiyada mühacirətindən irəli gələn qürbətzədəliklə bərabər fəqirlik və 

ehtiyaca düçar olduğu halda bir an belə olsun kədərlənməmiş və hər zaman 

Rusiya hökumətindən qurtularaq islam ölkəsinə gəldiyini yad edərək şü-

kür etməsi və vətənindəki firavanlıq və səadətinə buradakı fəqirlik və zə-

rurətini üstün tutması onun islami imanının sadiq bir meyarıdır. 1321-ci 

hicri (m.1903/4) ilində Rəhmanın rəhmətinə qərq olmuşdur. Mərhumun 

xanımı olan Gülüstan xalanın şəxsimə göstərdiyi hörmət və məhəbbət bir 

vəsilə olmaqla hər ikisini də burada yad etməyi özümə borc bilirəm. Allah 

qəbirlərini nurlandırsın. Amin, bi-hörməti-seyyidil-mürsəlin. Əhməd əfən-

di bu atanın oğludur. Həzrəti Pir haqqındakı imanı, qənaəti, məhəb bəti, 

ta kiçik yaşından bəri yaşı ilə mütənasib bir surətdə irəliləyərək bu gün 

Həzrəti Pirin aşiqi deyilə biləcək bir səviyyəyə gəlmişdir. İndi həyatdadır. 

Altmış altı yaşında olduğunu özü ifadə etmişdir. 

Bu ailədən Hacı Həsən əfəndi adlı zat bir sərazad aşiq elmilə məhəbbəti 

bir-birinə nur saçmış bir mərifət günəşi olub hidayət yolunda səbata ayaq 

basaraq Həzrəti Pirdən feyz əxz etmiş və Nigari məhəbbətinin pərvanələri 

sırasına daxil olmuş sərfirazandandır. Həcc ziyarətini icra etmək üçün 

hərəmi-şərifə səfər etmiş, rövzeyi-mütəhhərəni ziyarət etdikdən sonra 

vaqe olan bir duayi-dindaranəsinin qəbul olması kimi fövqəladə bir halın 

tə sa düfi ilə 24 saatlıq ufaq bir xəstəlik nəticəsində rövzeyi-mütəhhərəyə 

yollanmışdır. Bu alikərəm zat türbə üçün bir dəfə 25 ədəd balalı sağmal 

inək hədiyyə etmişdir. Bu halı kərəminin ölçüsüdür. Allah qəni rəhmət 

eyləyə, amin.

Rəncur xanımın şeirləri (əlyazmasından iqtibas edilmişdir):

Aşiqin peyvəstə, şahım, biqərar olmaq nədən,

Gahi bihuş, gahi dərguş, gahi kar olmaq nədən?!

Gahi xəndan, gahi xürrəm, gahi pür-qəm, gahbegah,

Alışub başdan-ayağa küli-nar olmaq nədən?!

Guşeyi-firqətdə aşiq gah sərdi-ah ilə,

Gahi cismi-natəvani dağdar olmaq nədən?!

Söylə, ey müşkül-güşa, bin ah dili-suzan ilə,

Aşiqin aləmdə dərdi səd hezar olmaq nədən?!

Dəmbədəm dərdi-nihanı aşiqi-dilxəstənin,

Ey gözüm nuru, cahanda aşikar olmaq nədən?!



H Ü M A Y İ - Ə R Ş

    449

Ərzi-didar ilə can vermək dilərkən daima,

Hər zaman məşuqdan aşiq kənar olmaq nədən?!

Tövbə qıl min bəd deyirlər yoxdu hikmətdən sual,

Xəstə Rəncuri sualın munca var olmaq nədən?!

* * *


Sənsiz, ey şahım, xəyalin bir mədari yoxdu, yox,

Firqətin ahından özgə qeyri karı yoxdu, yox.

Sayeyi-mehrində bir qəm çəkməzəm dünya üçün,

Könlümün bir zərrə dərdi, bir fikarı yoxdu, yox.

Rövzeyi-kuyin dilər can mürgi aram eyləməz,

Ruzü şəb bir ləhzə səbri, bir qərarı yoxdu, yox.

Ah kim, aləmdə hər dəm tiğ bin hicran ilə,

Bir qulun səndən savayı tən nizarı yoxdu, yox.

Düşsə aşiqlər məzacı istiqamətdən dəxi,

Qeyri bir ümidgahı, ey Nigari, yoxdu, yox.

Xəstədir könlüm ki, sihhət vir meyi-sərşar ilə,

Səndən özgə bir həbibim, camı-cari yoxdu, yox.

Nicə səbr etsün bu dərdə aşiqi-biçarələr,

Nicə vəsf etsün ki dərdi-dil, şümarı yoxdu, yox.

Olma qafil, şimdi əl çək dari-dünyadan gönül,

Çünkü bildin bu fənanın etibarı yoxdu, yox.

Qıl təmaşa, xəstə Rəncuri, cihan bağında gör,

Hansı gülzar içrə bir gül var ki, xarı yoxdu, yox.

* * *


Bihəmdillah, mən də bir qulam, Pərvərdigarım var,

Nəbim muxtar Əhməddir, kənizəm çar-yarım var.

Günahım gərçi əksərdir, nə qəm vardır ki, haqda,

Əbubəkir, Ömər, Osman, Əli tək lütfkarım var.

Çehar yarə qarşı ol kəramət taxtı üstündə,

Həsən namında bir şahım, Hüseyn tək şəhriyarım var.

Dəri-dövlətdə Zeynəlabidin və Baqir və Sadiq,

Dəxi Musa ilə Kazım və Rıza tək şahsuvarım var.


450     

H Ü M A Y İ - Ə R Ş



Və pənahım ol Tağı, Əkbər, Nağı, Mehdi həm Əskər,

İmamı-on iki sərvərindən, ey dil, nizarım var.

Necə təqrir edim vəsfin kamalı aləmə məşhur,

Camalı haqq-nüma bir mürşidi-kamil Nigarım

245

  var.

Siyəh-ru xəstə Rəncuram əlim daməni-pakında,

Nə qəm Mahmud əfəndi tək bir ustadı-kibarım var.

246

Hacı Mahmud əfəndi tərəfindən Rəncur xanıma hədiyyə edilmiş 

Həzrəti Pirin divanına görə şairə tərəfindən təşəkkür mahiyyətində 

yazılan:


Kitabın ol şahənşahın bana kim qıldın ərzani,

Nidər min bə’d gönlüm, ey əzizim, mali-dünyani.

Dikərdi rahı-dərmana gözün dil bin niyaz ilə,

Bu gün əlhəmdü-lillah kim yetirdün dərdə dərmani.

Giriftar ola bin dərd içrə canım badəha xovfu

Əcəldən etməzəm, çün içirdün abi-heyvani.

Muqim olgil sərirində təriqi-Nəqşibənd üzrə,

Nazil olsun sana hərdəm Haqqın bin fəzlü ihsani.

Həbiba, dər cihan daim mütəhhər cismin içində, 

Ola ayineyi-könlün nəzərkərdeyi-Rəhmani.

Nə türfə mahu sal içrə nə xub gündür ki lütf etdin,

Firavan iltifat ilə bana, ey canımın cani.

Nə xoş saətdə yad etdin, nə ziba ərmağan ilə,

Anıbsan xəstə Rəncuri gibi bir kəlbi-ədnani.

* * *


Əla, ey məhşəri-xəstə, sana çox-çox duam olsun,

Və həm Şah Nigarinin salamı sübhü şam olsun.

Varub daim otur şöylə, anınla rubəru söylə,

Alub şevqilə nuş eylə, müdam dəstində cam olsun.

Otursun əldə camı-Cəm müridi çəkməsin bir qəm,

Müqabili-məclisə hər dəm həmişə pür-nizam olsun.

245


 Həzrəti Pirə işarə

246


 Xəlifə Aslanbəyli Hacı Mahmud əfəndi


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə