1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə165/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   161   162   163   164   165   166   167   168   ...   181

442     

H Ü M A Y İ - Ə R Ş

xətri sayılacaq dərəcədə böyükdür, 25-30 dirhəmlik tütün alır). Təbii ki, 

Xocanı da Vergi idarəsinə götürmüşlər və qəlyanı da idarə müdirinin önü-

nə buraxmışlar.

İdarə müdiri xocaya xitabən: 

-  Xoca əfəndi, bu qəlyandakı nədir?

-  Heç, qara bir duman ilə quru imanımız vardı, ona da əl qoydunuz, 

əfəndim – deyə ciddi və olduqca təbii bir cavab vermişdir. 

Xoca (6 səfər, 1377; 19 avqust 1373); 1 sentyabr 1957-ci il bazar günü 

Haqqın rəhmətinə qovuşmuşdur”. 

NƏCİB BƏY

F

ələklə bəşəriyyət bir-birinə zidd bir heysiyyətin, əks bir vəziyyətin, 



inadkar bir mahiyyətin, bir-birinə bağlı bir nəticənin amili olduq-

larını – ta kiçik yaşımdan bəri- müşahidə etməkdəyəm. Məsə lən, 

çərxi-fələk hər zaman cahil, axmaq, əxlaqsız, vicdansızlara zahir; bəşəriyyət 

aləmi isə vicdanının sədalarına uymayaraq hər an bu hərəkətlərə –istər-

istəməz- itaət göstərirlər kimi çalışırlar. 

Yəni qəlb əhli, fəzilət və vicdan əhli, hər yerdə, hər zaman məğlub, 

töh mətli, dərdli, danlaqlı, borclu olurlar. Nəcib bəy deyə yazdığım bu zat 

da bunlardandır. 

Özü Gümüşhacı kəndinin Obruq kəndində doğulmuş, fitri istedadı 

sayəsində elm və irfan kəsb etdikdən sonra sürgünə göndərilənlər fəqirlik 

və səfalət, qürbət, sürgün kimi taqəti tükədən hallarla həyatının ən şirin 

dəqiqələrini acı, kədərli, fəlakətlərlə keçirmiş olan bir zatdır. Əliaçıq, 

dostpərvər, vəfakar, fəqirlərə mehriban, ədib, dindar bir kimsə olmaqla 

bərabər hər il məruz qaldığı müsibət və bəlalar üzündən yorulmuş. Bu 

hala baxmayaraq səmimi, dindaranə etiqadı üzündən bunların hamısına 

təvəkkül edərək səbr və sükutla müqabilə etmiş, şəxsi, özünəməxsus bir 

məchuliyyət içərisində keçməkdə olan bu vəfakar dostumun da gələ-

cəkdə ruhən bərabər yaşamağımıza səbəb olması üçün bizdən sonraya 

qalacaq olan bu əbədiyyət abidəsinə adını qeyd etməyi bir qədrşünaslıq 

addımı hesab etdim. Nə də olsa bir həmşəhərlim, bir fikir yoldaşımdır. 

Məlumatını ömrünün səviyyəsinə qədər qaldıran, əxlaqını öyrəndiklərilə 

saflaşdıran, əməllərini vicdanına tətbiq etmiş olan bu zat heç şübhə yox 

ki, bu gün də sabah da axtarılacaqdır. Məhz bunun üçün bu sətrləri də 

mən qaraladım. 

Hələ də Vəqflər müdiridir. Məclisi-ümumi üzvlüyündə, Əncüməni-

daimidə (şura), Muhasibə müdirliyində çalışmışdır. Gözəl xasiyyəti səadə-

ti nə bir neçə yerdə əngəl olmuşsa da yenə Cənabı-Haqqın yardımı ilə na-

mərdə möhtac olmayacaq bir həyat ilə ömrünü keçirməkdədir. Şirin, səlis 

ifadəsi vardır. Ədəbi qiyməti çox yaxşıdır. Ruhi, mənəvi inkişafı maddi 

səadətindən üstün tutur. Həm ruhi qəbul, həm əxlaqi fəziləti və həm də 

şeirdəki ədəbi məharətini göstərən və Həzrəti Pirin (q.s) səhifələr dolusu 

söylənilməklə ifadə edilə bilməyən mürşidanə vəsfini parlaq bir surətdə 

canlandıran aşağıdakı şeiri iddiama bir həqiqi sənəd olaraq qeyd etdim. 



H Ü M A Y İ - Ə R Ş

    443

Vacibi-taala həzrətləri ixlasını etiqadına zahir və yardımçı qılsın. Amin bi-

hörməti-seyyidil-mürsəlin.

Töhfeyi-təzim… Həzrəti-Nigarinin ruhuna



Yüksəlir getdikcə qədrin, izzətin, şanın sənin,

İğtirab etmiş deyildir nəcmi-tabanın sənin,

Nuru-taqət-suz Haqqın bir təcəlligahıdır,

Cəzbədən xali deyilmiş tövri-vicdanın sənin.

Hangi səhradan mürur etmişsə ehya eyləmiş,

Bir müəzzəm nəhrə bənzər feyzi-cuşanın sənin.

Əhlinin hifzində, yaxud dəsti-təzimindədir,

Bir ilahi töhfədir aləmdə Divanın sənin.

Sən səxa taxtında bir sultan imişsən, adəta,

Rəşki-Xatəmmiş mühəqqəq cudü ehsanın sənin.

Əhli-beytin hübbü, ruhun mənliyini qərq eyləmiş, 

Ruhu-peyğəmbər bu yüzdən afərin-xanın sənin.

Mənəvi bir səltənət qurdun ki, ixlas əhli həp,

Canü dildən oldular münqadi-fərmanın sənin.

Şəhpəri-Cibrilə bənzərmiş mübarək lihyəniz,

Bir müşəxxəs nur imiş simayi-rəxşanın sənin.

Yadı afaqında hala çalxanır pək çox yerin,

Gərçi keçmiş səfhayi-tarixə dövranın sənin.

Tabdar etmiş mühitin sahnı dövra dövrüni,

Feyzi-irşadınla həmpa fəzlü irfanın sənin.

Bir nəzər kafi gəlirmiş müzmiratın kəşfinə,

Lövhi-qüdrətdən oxurmuş çeşmi-im’anın sənin.

RƏNCUR XANIM

241

A

ğstafa qəzasından Bayraqdarzadələrdən Abdullah bəyin qızıdır. 



Bu zatın oğlu Ağabəy rus jandarma komandanlarındandır. 

1305-ci il [m. 1887/88] tarixlərində Rəncur xanım həyatda imiş. 

241

 Ravi Hacı Xəlilzadə Əhməd əfəndidir. Gələcəkdə özündən və ailəsindən bəhs 



ediləcəkdir. 


444     

H Ü M A Y İ - Ə R Ş

Ağstafa şəhərinin Ağgömlək məhəlləsindədir. 1305-ci il tarixlərində qırx 

yaşlarında olduğuna görə 1265-ci il [m. 1848/49] təvəllüdlüdür. 

Həzrəti Piri Hacı Mahmud əfəndi vasitəsilə tanımışdır. Qaibanə məhəb-

bət edən bu Leylayi-ərş Şahnigar adlı bir xanım idi. Şeirdə Rəncur təxəllüs 

etmişdir. Doğulduğu yerdə də vəfat etmiş və Ağgömlək məzarlığında tor-

pağa tapşırılmışdır. 

Bu xanım evli ikən gənc yaşında zövcünün vəfatından sonra bir 

daha izdivac etməmiş. Sonra Hacı Mahmud əfəndiyə bağlanaraq fitri is-

te dadı sayəsində az bir zamanda irfani feyz kəsb etmiş və Həzrəti Pirin 

mürşidanə ruhaniyyətindən feyz almağa müqtədir olmuş Firdövsi-İlliyyin 

cənnətinin bir hurisi imiş. Qəlbində daşıdığı məhəbbət atəşinin nümunəsi 

olaraq, öz əlilə bir səccadə toxumuş və üzərinə özünün yazdığı bir beyti 

işləmiş və kərəmli mürşidin rəşadət hüzuruna göndərərək, qəbul etməsini 

rica edən ədibanə bir məktub da təqdim etmişdir. Ravi (Hacı Xəlilzadə 

Əhməd əfəndidir. İrəlidə özü və ailəsindən bəhs ediləcəkdir. F.Ağabali) 

səccadə üzərindəki beytlə məktubun məzmununu bilmədiyini, xatırlaya 

bilmədiyini əlavə etmişdir. Həzrəti Pirin həyatı boyunca bütün namazlarını 

bu səccadə üzərində qıldığını, vəfatından sonra Həzrəti Pirin xanımı 

Lütfiyə xanım tərəfindən Trabzonda saray xanımlardan birinə hədiyyə 

edildiyini söyləmişdir. Həzrəti Pir bu ilahi rizaya uyğun hədiyyədən çox 

təsirlənərək aşağıdakı beytləri söyləmişdir. 11 beytdən ibarət olan şeirin 

hamısı yazılmadı. Yalnız səccadənin göndərilməsindən Həzrəti Pirin 

təsirləndiyini ifadə edən bir-iki beytlə səccadəyə işarə edən beyt yazılmışdır. 

Nigarı-nazəninim fərşi-bəzm-arayə göndərmiş,

Nigariş eyləmiş rəngi-tərin şeydayə göndərmiş. 

Məgər, şuridəsin yad eyləmiş kim, Şahnigarım tək,

Fərah-əfzavü dil-ara töhfeyi-rənayə göndərmiş.

Degil biməna bu ikramı-ziba, ol sənəm-sima,

Əmir Həmzəyə, əlbəttə, bir mənayə göndərmiş.

Əcəb xoşnud olurmu iltifatımdan deyü sovqat,

Kərəm qılmış Nigaranə bəni-rüsvayə göndərmiş.

Rəncur xanımın aşiqanə qəzəllərindən əlimə keçən qismi tamamən 

aşağıya dərc edilmişdir. Şəxsən öz əlyazmasından iqtibas edilib. Eynən:

Bismillahir-rəhmanir-rəhim

Kimdi fəryad-rəs, ey dil, Rəbbi-ə’ladan qeyri,

Nə deyim birliyinə həmdü sənadan qeyri.

Bəndeyi-ruyi-siyaham, qəddin aləmdə nigar,

Qeyrə nisbət deməzəm, nəxli-Tubadan qeyri.



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə