H Ü M A Y İ - Ə R Ş
93
könülaçan türbənin inşasında könüllü xidmət etmişdirlər. Paşa həzrətləri
Həzrəti Pir üçün də Mehmed paşa məhəlləsində geniş bir ərazi alaraq
hədiyyə etmişdir. Bu böyük ərazinin iki müstəqil axar suyu vardı. Hərəm
[evdə naməhrəmlərin girməsinə icazə verilməyən, əsasən qadınlara
məxsus hissə/otaq] və salamlıq dairəsi [böyük evlərə "qonaq" deyilir, bunlar
iki hissədən ibarət olur: ev əhalisinin yaşayış yerlərinə "hərəm", qonaqlara
ayrılan hissə "salamlıq" adlanırdı.] olmaqla geniş altlı-üstlü dörd salondan
ibarət olub on beş otaq, iki axur, bir mağazanı (qida anbarı) ehtiva edən
üç mərtəbəli bir bina inşa etdirmiş və bu məsrəf tamamilə Paşa həzrətləri
tərəfindən qarşılanmışdır. Vida mərasimini yaddan çıxarmamaq kimi bir
nəzakət də nümayiş etdirərək, son olaraq şəfqət göstərməyi də unutmamış.
Həzrəti Pir dünyadan köçdükdən sonra otuz ilə yaxın bura fəqir və
miskinlərə sığınacaq olmuş və demək olar ki, bir qonaq evi vəzifəsini ifa
etmişdir. Heç şübhə yox ki, yay və qışın əngəllərindən qorunmağa imkan
verən bu xanəgahın inşasından qonaq qəbul etdiyi zamanlara qədər həyata
keçmiş xeyriyyə əməllərindən irəli gələn yaxşılığın yüzdə doxsanı, bu
kərəmli zata aiddir. Cənabi-Qadiri-mütləq xeyirlərin ən kamili ilə əcrləndirsin.
Amin.
Paşa həzrətləri Amasiyaya təşrif etdiyində Saraydüzü adlanan mövqedə
indiki hərbi qışlanın bir qədər yuxarısında Barsamın evini icarə edərək
yerləşmişdir.
Səkkiz ay sonra Paşa həzrətləri gələn dəvət üzərinə İstanbula səfər
etmişdir. Və qaldığı evin icarə müddəti bitmədiyi üçün açarını Həzrəti Pirə
göndərərək oraya təşrif etməsini rica etmişdir. Paşa həzrətlərini Pirin dün ya
gözünün nuru Siracəddin əfəndi həzrətləri onu Samsuna qədər müşayiət
etmişdir. Paroxodda Siracəddin əfəndiyə bəxşişlər verilmişdir. Lakin o,
atasının bu məsələ ilə bağlı əmri olduğunu irəli sürərək əfv buyurulmasını
rica etmişsə də, Paşa həzrətləri verdiyi hədiyyələri qəbul etmədiyi təqdirdə
bunu özünə qarşı böyük bir günah hesab edəcəyini və bu günahı qətiyyən
əfv etməyəcəyini bəyan edərək almağa məcbur etmişdir.
39
1290-cı ildə
[m.1873/74] Asəf əxlaqlı, ali mən -
qibəli möhtərəm zatın inşa et-
dir diyi malikanə tamamlanaraq
Bar samın evindən o malikanəyə
köç müşlər.
Barsamın evində ikən
Siracəd din əfəndi ilə ana-ataları
bir, yəni Əminə xanımın qızı
Həsna xanım Taha əfəndi ilə
bə ra bər bir ulaq üzərində o evə
ge dərkən Pir İlyas həzrətlərinin
mübarək türbəsinin önündə yıxı-
laraq vəfat etmişdir. Uşaq beş-altı
yaşları içərisində imiş.
39
Taha əfəndinin rəvayətindən.
Şeyx İsmayıl Şirvaninin
türbəsinin yanındakı
qonaq evi
94
H Ü M A Y İ - Ə R Ş
BARSAMIN EVİNDƏ ƏRBƏİN
40
B
arsamın evində ikən Həzrəti Pir, qırx gün sübh namazında
ustadı Həzrəti Mövlanənin [İsmayıl Siracəddin Şirvani] mübarək
türbəsinə getmiş və bu qırx gün içərisində Nəqşibəndiyyə ədəbinə
müvafiq ərbəini təkbaşına icra və ikmal etmişdir.
Xədicə xanımla izdivacı
Mübarək mürşid adına bağışlanan evə köçdüyü il Havzanın Xurdaz
kəndindən Xədicə adlı mələk-xislət bir xanımla izdivac bağlasa da, yaranan
uzlaşmazlıq səbəbilə evlərinə göndərilməsinə məcbur qalınmışdır.
Şeyx Qasım Şəkəvinin hicrəti
1290-cı il [m.1873/74] içərisində Rusiyanın Şəki qəzasından və Həzrəti
Mövlanənin [İsmayıl Siracəddin Şirvani] tələbə və müridlərindən Şeyx
Qasım Şəkəvi Rusiyadan ailəsi ilə hicrət edərək Həzrəti Pirin evinə gəlmişlər.
İki ay qədər qonaq qaldıqdan sonra başqa evə köçmüşlər. Evdə qaldığı
müddətdə ondan heç bir xidmət əsirgənməmişdir və kərəmlə hər lütf və
şəfqət göstərilmişdir.
Şeyx Qasımın məktubu
Şeyx Qasım əfəndi başqa evə köçdükdən sonra mümkün olan yardım
göstərilsə də necə olubsa onun fikrində gizli əsrara vaqif olmaq mümkün
olmadığından kədərlənmiş və iki ay sonra aşağıda dərc olunduğu tərzdə
bir məktub yazıb göndərmişdir.
Məktubun məzmunu
Sərlövhəsində:
Keçmişdə mana atmış müjgan oxunu ol Pir,
Etmiş məni pabəstə almış canımı ol tir-
beytləri ilə başlayan bu məktub mündəricatında Həzrəti Pirlə şərik və
aralarında bir pirə mürid olduqlarından dolayı qardaşlıq olduğundan, buna
riayət etmənin lüzum dərəcəsindən, bu vaxta qədər laqeydlik göstərildiyindən,
halbuki, hökumət tərəfindən səbəbləri aydınlaşdırılaraq indiyə qədər ya
elmiyyə və yaxud duagu (dua oxuyan) təxsisatından kafi miqdarda maaş
təmininə işarə etmək lazım gəldiyindən, bu kimi mühüm məsələləri yazmadan
özünün anlaması gərəkdiyindən, fəqət təəssüf ki, indiyə qədər bu xüsusa aid
bir təşəbbüsü belə görülmədiyindən bəhs edilmiş və bu məktub Həzrəti Pirə
digər bir şəxs ilə göndərilmişdir. Məktubun cavabında:
Dəysəydi sana müjgan, ey pür xətər dana,
Xunab ilə oynardıq, qəsd eylər idik cana-
beytilə cavab verilmiş və başqa da heç bir şey yazılmamışdır.
40
Xoca Bəhaəddin əfəndinin rəvayətindən.
Saraydüzü qışlası
H Ü M A Y İ - Ə R Ş
95
NƏLEYNİ-SƏADƏT
13
səfərül-xeyr 1289-cu il, 10 nisan 1288-ci ildə [m.22 aprel 1872]
Van vilayətinin Hakkari sancağında seyid övladından bir zatdan
alınaraq İstanbula aparılan nəleyni-səadətin (peyğəmbər başmağı) təşrifi
zamanı Sırabuçukluğa qədər piyada olaraq Həzrəti Pir qarşılamağa
çıxmışdır.
Nəleyni-səadət qeyd edilən məkana təşrif edər-etməz günəşə və aya
belə baş əyməyən bu ulu sərv yerə qapanaraq hörmət və itaətini göstər-
mişdir. Nəleyni-səadəti müşayiət edərək gələn məmur müqəddəs əmanəti
Həzrəti Pirə vermiş və şeyx həzrətləri də mübarək, səadətli başına alaraq
Halvaçıya qədər piyada aparmış, orada Dəhnəli Mahmud əfəndi miniyini
altına çəkərək ata mindirmişdir.
Şəhərə qədər at üstündə başında aparıb mübarək Sultan Bəyazid ca-
me sinin minbərinə müsafir edilmiş və ətrafı mühafizəçilər tərəfindən
əhatə edilmişdir. Sübh tezdən yenə müşayiət ədəbinə layiqli şəkildə riayət
edilərək Amasiyadan Havzaya aparılmışdır. Həzrəti Pir, mübarək Sultan
Bəyazid camesində nəleyni-səadəti ziyarət etmişdir.
Türkcə divanında:
Başımda qərar eylədi ol sərvi-dilara,
Damənim öpərsə yeridir ərşi-müəlla-
beyti buna işarədir.
41
Hal-hazırda kitabxana məmuru məşhur fazil Müfti Hafiz
Kamil əfəndinin fəzilətli oğlu Xoca Səbri əfəndi tərəfindən
əski bir kitab içərisində tapılaraq lütf edilmiş əski əlyazısı bir
vərəqdən eynən istinsax (üzü köçürülmüşdür) edilmişdir. 22
ramazan 1355, 7 təşrini-sani 1352 [m.1936/1937]
Səlləllahu taala əleyhi və səlləm.
Əfəndimiz həzrətlərinin mübarək nəleyninin [başmağının]
Amasiya sancağına təşrif buyurması bu şəkildə olmuşdur ki,
bu min iki yüz səksən doqquzuncu il [m.1872/73] Diyarbəkir
vilayətinə tabe Kavi məmləkətində iki cahan sərvəri Məhəmməd
Mustafa sallə Allahu taala əleyhi və səlləm əfəndimiz həzrətlərinin
əmisi oğlu Həzrəti-Abbas radiyallahu anhu əfəndimiz həzrətlərinin
övladlarından biri mərhum olur. Oğullarına vəsiyyətdən sonra
ikisinə mal, birinə bu mübarək başmağı əmanət kimi təslim edib
“daraldığın zaman Ali-Osman padşahına götürüb verərsən,
tamamən mala nail olarsan” - deyə yaxşıca tənbeh edib vermiş
idi. O, da kimsəyə xəbər verməmiş, ataları mərhum olduqdan
sonra bu iki qardaş razı olmayıb “bu malı sən al, o şərəfli əmanəti bizə ver”
demişlər. Əsla uzlaşmamışlar. İran padşahı dəxi xəbər göndərmiş ki, bir
milyon axça on iki qaimməqamlıq verim, mənə verin demiş. Qardaşın biri
razı olub vermək istəmiş, böyük qardaş gəlib Diyarbəkir valisinə xəbər vermiş.
41
İstanbul Fatih Ali Əmiri mənzum qismində 1407 nömrədə Şirinzadə Sədəddinin
qüdsiyyət-məabın nəqlinin Eləzizdən (Elazığ) İstanbula qədər təşrifini mənzum olaraq
nəql edən əlyazma bir əsəri vardır.
Nəleyni-səadət
Nəleyni-səadətin
qoyulduğu Bəyazid
camesinin minbəri
Dostları ilə paylaş: |