96
H Ü M A Y İ - Ə R Ş
Diyarbəkirdən Bağdada xəbər çatmış, eyni saatda Bağdad valisi İstanbula tel
vurub “kainatın fəxri əleyhi əkməlüt-təhiyyat əfəndimiz (beyt: Şəfii-muta nəbiyyi-
kərim, Qasimi, Cəsimi, Vəsimi, Bəsim) həzrətlərinin mübarək qədəmlərinin
şərəfli başmağı, yəni səadətli əmanəti tapıldı. Nə cavab buyurursunuz” - deyə
elan olunduqda “o tərəfdən dəxi təcili bu tərəfə Şeyx və bir neçə zabitlə
göndərin” şəklində cənab sədrəzəm tərəfindən əmr və fərman buyurulmuş.
Sonra bunlar bu minvalla vilayətdən-vilayətə, şəhərdən-şəhərə və qəzadan-
qə zaya, xülasə, yol üzərində olan məmləkətlərin hamısına dəyərək, ziyarət
etməyənlərə ziyarət etdirərək və cümlə şəhərdə istiqbal edərək Amasiya
san cağına təşrif buyururlar. Qeyd olunan ilin səfər ayının on üçüncü günü
[m.1872, 22 aprel] saat on radələrində və bundan öncə ümumən istiqbala
çıxdıqlarında Amasiyada yaşayan dövlətli Şeyx Hacı Həmzə əfəndi həzrətləri
müridləri bərabərində olduğu halda iki saat mənzili piyada yol gedib mübarək
başmağa qovuşdular. Hamı birlikdə torpaq üzərinə səcdəyə varıb Uca Allaha
şükr etdilər. Sonra Şeyx Hacı Həmzə əfəndi ziyarət etmək üçün təzə ata
minib səadətli nəleyni başına alıb ta şəhərədək apardı. Və gələrkən Həlvacı
boğazı önündə əzəmətli, dövlətli Mehmed Rüşdü paşa həzrətləri və Amasiya
mütəsərrifi səadətli Asif paşa həzrətləri iki tərəflərində tam təchiz olunmuş
Hümayun ordusu bölük olub orta yerində peyğəmbərimiz Məhəmməd
Mustafa səlləllahu taala əleyhi və səlləm əfəndimiz həzrətlərinin mübarək qədə-
minin, rəvayətə görə, sol başmağı təşrif edər. Amasiya şeyxlərindən Hacı
Kamil əfəndi və Hacı Ömər əfəndi və Mövlanə şeyxi Safvət və Xatuniyə şeyxi
İzzət əfəndi həzrətləri bütün müridlərilə adı çəkilən boğaz önündə sancaqları
dalğalanaraq və Hu ismi-şərifini oxuyaraq toplaşmışlar. Bu şəhərin kənarında
Hacılar meydanına o qədər insan gəlib ordu kimi izdiham cəm olmuş ki,
hesabını Allahu taala həzrətlərindən başqa bir kimsə bilməz. Qeyd edilənlər
ta şəhərə gəlincəyə qədər iki tərəfdə Hümayun ordusu mühafizə etmiş və
digər tərəfdə yenə qoşun əl pəncə divan durmuşlar. Bu minval üzərinə
şəhərin mərkəzinə gəldikdə Sultan Bəyazid Xan Vəli Allah qəbrini nura qərq
etsin həzrətlərinin camesinin hərimində qurbanlar kəsillmiş, məscidin içində
Hümayun minbəri önündə kürsü üzərinə qoyulub amin dedikdən sonra
bü tün insanlar dua və həmdü sənalar ilə məşğul olmuşlar. Sonra “Əs-səlatu
vəssəlam əleykə, ya rəsulallah, Əs-səlatu vəssəlam əleykə, ya həbiballah, Əs-səlatu
vəssəlam əleykə, ya seyyidəl-əvvəlin vəl-axərin” [Bütün salatu salam sənədir, ey
Allahın rəsulu; Bütün salatu salam sənədir, ey Allahın həbibi; Bütün salatu
salam sənədir, ey bütün gəlib-keçmiş və gələcək insanların əfəndisi] duaları və
sələvati-şərifə ilə minbərin yuxarısında mübarək saqqalın yanına qoymuşlar.
Nəleyn o gecə minbərdə qərar edib ertəsi günü saat on ikidən axşamadək
həm kişilər, həm də qadınlara ziyarət etdirilmişdir. Ziyarət bu şəkildə olur
ki, səadətli Asif paşa həzrətləri Hümayun ordusunu ta minbər önündən orta
qapıya gəlincəyə qədər bəzəmiş, xalq da bir tərəfindən gəlmişdir. O, ordu
arasından keçmiş və xalq tamam olduqdan sonra Şeyx Hacı Həmzə əfəndi
həzrətləri də mütəsərrif paşa ilə yenə səadətli minbəri gətirmişdir. O gecə
də orada qərar tutmuş, mövludi-şərif qiraət olunmuşdur. Rəvayətə görə,
əfəndimiz, sultanımız səlləllahu taala əleyhi və səlləm meraca təşrif buyurduğunda
dövlətli qədəmində həmin bu başmaq var imiş. (Sallu əleyhi və səllimu təslimən)
Və həmin bu sancaqdan (mahal) təşrif etməsi çərşənbə axşamı günü və yenə
H Ü M A Y İ - Ə R Ş
97
əvvəlki kimi məktəblərdən toplanan gənclər dəxi hamısı amin dedikdən sonra
qiyamətdə şəfaətçimiz və rəsuli-kibriya Məhəmməd Mustafa sallə alə seyidinə
Muhammədin və alə alihi və əshabihi əcmain həzrətlərinin mübarək başmaqlarını
Şeyx Hacı Həmzə əfəndinin başına verib və Sultan Bəyazidin həyətində beş
bölük qoşun ilə qala düzəldib bu qoşunun içində Şeyx Hacı Kamil əfəndinin
müridləri sancağın önündə çəkilib. Bəzi müridlər huvə ismi-şərifini zikr edir və
kimisi Əs-səlatu vəs-səlam əleykə, ya nuru-ərşillah, Əs-səlatu vəs-səlam əleykə, ya nuru-
xəlqillah, Əs-səlatu vəs-səlam əleykə, ya seyyidəl-əvvəlin vəl-axərin, vəl-həmdü lillahi
rəbbil-aləmin [Bütün xeyir-dualar sənədir, ey Allah ərşinin nuru; Bütün xeyir-
dualar sənədir, ey Allahın yaratdıqlarının nuru; Bütün xeyir-dualar sənədir,
ey bütün gəlib-keçmiş və gələcək insanların əfəndisi; Aləmlərin rəbbinə
həmd olsun] zikrini təlqin edirmişlər. Bir tərəfdən də ilahi oxuyanlar sancaq
önündə dövlətli Rüşdü paşa ilə Asif paşa həzrətlərinə Allahdan bağışlanma
diləyirmişlər. Hər kəs cəm olub Güglüs təpəsinə qədər bərabər gedib Güglüs
boğazı önündə dua edir, əhali amin dedikdən sonra Hacı Həmzə əfəndi
başından götürüb məmur Yüzbaşı ağa başına alıb gedir. Və Hümayun ordusu
dəxi boğaz önündə cəm olub rahatlandıqdan sonra yenə boru çalınaraq şəhərə
gəlib bütün insanlar yerli-yerində qərar tuturlar. Cənabı-Haqq və Fəyyazı-
mütləq və Rəbbül-fələq həzrətləri iki cahan sərvəri Muhammədul-Mustafa
səlləllahu taala əleyhi və səlləm əfəndimiz həzrətlərinin dünyada ziyarətindən
axirətdə şəfaətindən məhrum eyləməyə, amin. Vallahi, şanlı Həzrət Məkkəyi-
mükərrəmə hörmətinə, Mədineyi-münəvvərə hörmətinə, sidreyi-müntəha
(son cənnət ağacı) hörmətinə, övliyalar hörmətinə, peyğəmbərlər hörmətinə,
müəlləq daşı hörmətinə, ərşi-müəzzəm hörmətinə cümləmizin dualarını
dərgahı-izzətində qəbula qərin eyləyə, amin.
Yola düşmə 9 şaban il 1288 [m.4 oktyabr 1871], 12 səfər il 1289 [m.21
aprel 1872]
Qayıdış 12 şaban il 1288, 15 səfər il 1289 saat 2
10 bazar ertəsi günü Amasiyada saat 5-2
Həzrəti Pirə məktub yazan Əhməd Tayyib əfəndinin atası Nemətullah əfəndinin
qeydlərini ehtiva edən cildli dəftərdə yazılı olub, Tayyib əfəndinin oğlu Əli əfəndi
tərəfindən verilmiş dəftərdə görülüb üzü eynən köçürülmüş qeyd: 1 təmmuz [iyul] 1938
cümə günü min iki yüz səksən doqquzuncu il səfərül-xeyrin on üçüncü bazar günü
[m.22 aprel 1872] həzrəti peyğəmbərin səadətli başmağını təşrif etmək üzrə rastı olan
Amasiya bölgəsindən keçərkən və gün boyunca bütün ərkan və əhali ziyarət etdiyi əsnada
hələ də şəhərimizdə qüdsi şəriətin səccadə-nişini (şeyxi) olan Nasuhizadə “Vaqayi” katibi
İbrahim əfəndinin nəvəsi möhtərəm əfəndilərdən fəzilətli Əs-Seyyid Mehmed Samih
əfəndinin bədahətən söylədiyi qitədir.
14 səfər 1289-cu il [m.23 aprel 1872]
Qitə:
Eylə istiqbalinə yalın ayaq, Samih, şitab,
Nəli-paki-Həzrəti fəxri-risalətdir gələn.
Qoy güzərgahı-şəriətdə mürur etsün sərin,
İzzü iqbal eylə kim nəli-səadətdir gələn.