1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə20/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   16   17   18   19   20   21   22   23   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
52 
Ümumi  qanunauyğunluq  əsasında  baş  verən  üsyanlar  konkret  ölkələrdə 
fərqli ssenarilər üzrə (daxili xüsusiyyətlərdən asılı olaraq) inkişaf edə bilər. Əgər 
Tunisdə  üsyanın  qarşısı  alınsa  idi  (generallar  prezidenti  dəstəkləsə  idi),  proses 
digər dövlətlərdə bu qədər dərin kök ata bilməzdi. Misirdə hadisələr Tunis ssena-
risi üzrə inkişaf etdi. Liviyada xarici müdaxilə olmasaydı, Suriyada və Yəməndəki 
kimi üsyanların qarşısı zorla alınacaqdı. Əlcazairdə prosesin inkişafını daxili amillər 
əngəllədi. Bu ölkədə də əhalinin ümumi sayında gənclərin sayı kifayət qədər çox-
dur. Otuz yaşa qədər gənclərin içərisində işsizliyin həcmi 25 faiz  təşkil edir (14, 24). 
Lakin 1990-cı illərdə baş verən vətəndaş müharibəsində on minlərlə insanın həlak 
olması, habelə ölkədə terrorçuların fəaliyyət göstərməsi ciddi çəkindirici amil kimi 
qarşıya çıxır. Bəhreyində isə mövcud hakimiyyəti dəstəkləyən xarici müdaxilə (Livi-
yaya olan müdaxilənin tam əksi) prosesin inkişafının qarşısını aldı.
Sırasına görə üçüncü, lakin əhəmiyətinə görə öndə duran səbəblərdən biri 
də dövlətlərin siyasi sistemindəki problemlərlə bağlıdır. Yaxın Şərqin üsyanlar 
baş verən dövlətlərinin heç birində demokratik dəyərlərə uyğun idarə olunan 
siyasi sistem mövcud deyildir. Belə ki, bu dövlətlərdə hakim elitanın azad və 
ədalətli  seçkilər  əsasıında  formalaşmaması, 
hakimiyyətin  mənimsənilməsi,  əgər  belə 
demək  doğrudursa,  son  nəfəsə  qədər 
hakimiyyətdə  qalmaq  niyyəti,  siyasi  elitanın 
qocalması  hakimiyyətin  siyasi  iflicinə,  xalqın 
gözləntilərinə  uyğun  olmayan  qeyri-adekvat 
idarəetməyə və tədricən cəmiyyətdəki bütün 
problemlərin mənbəyinə çevrilməsinə gətirib 
çıxarır.  Dünya  iqtisadi  böhranı  Yunanıstana 
və  digər  Avropa  dövlətlərinə  də  ciddi  mənfi 
təsirlər  göstərdi.  Bu  dövlətlərdə  də  etirazlar, 
ixtişaşlar və üsyanlar oldu. Lakin bu, çevrilişə 
gətirib çıxarmadı. Deməli, xalq etirazlarınıın və hətta üsyanların sosial-iqtisadi 
səbəblərdən baş verməsi qanunauyğun haldır, lakin bu proseslərin hakimiyyətin 
devrilməsinə  gətirib  çıxarması  yalnız  siyasi  sistemdəki  problemlərdən, 
yəni  hakimiyyətin  qeyri-demokratik  yolla  formalaşması  və  müntəzəm 
dəyişməməsindən  qaynaqlanır.  Ölkə  daxilində  müxtəlif  səbəblərdən  -  ide-
oloji, sosial-iqtisadi, siyasi üsyanlar ola bilər. Lakin xalq kütlələri  hakimiyyətin 
dəyişməsini  o  zaman  tələb  edir  ki,  seçki  ilə  formalaşmalı  olan  dövlət 
strukturları səmərəli fəaliyyət göstərmir və xalq yuxarıların formalaşdırdığı si-
yasi hakimiyyətin legitimliyini tanımır...
Yaxın  Şərq  ölkələrində  dövlət  strukturlarının  səmərəsiz  fəaliyyəti  sosial-
iqtisadi məsələlərlə yanaşı, həm də siyasi ideologiyaya münasibətdə də özünü 
büruzə verir. Öncə ərəb birliyi ideyası qarşılıqlı ziddiyyətlər səbəbindən iflasa 
uğradı. Daha sonra islamçılara qarşı ciddi mübarizə aparıldı. İslamçılara qarşı 
Misirdə, Liviyada, Tunisdə və digər ərəb dövlətlərində aparılan mübarizə və bu 
mübarizənin Qərb tərəfindən ciddi dəstəklənməsi və stimullaşdırılması ciddi bir 
ideoloji boşluğun yaranmasına, habelə bu boşluğun yenə də Qərb tərəfindən 
doldurulmasına gətirib çıxarmışdır. Qloballaşma kontekstində qərbdən gələn 
informasiya axını (internet, peyk televiziyası və digər vasitələr) sosial-iqtisadi 
Yaxın Şərq ölkələrində 
dövlət strukturlarının 
səmərəsiz fəaliyyəti sosial-
iqtisadi məsələlərlə yanaşı, 
həm də siyasi ideologiya-
ya münasibətdə də özünü 
büruzə verir. 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
53
vəziyyət qənaətbəxş olsa belə, beyinləri yad elementlərlə doldurur (çox zaman 
antihökumət təbliğatı ilə) və ictimai şüurda hər zaman  partlamağa hazır olan 
mərmini formalaşdırır.
Beləliklə,  siyasi  sistemdəki  problemlər,  səmərəli  fəaliyyət  göstərən 
dövlət  aparatının  olmaması,  seçki  sisteminin  fəaliyyət  göstərməməsi,  siyasi 
hakimiyyətdə müntəzəm dəyişikliklərin/islahatların həyata keçirilməməsi ərəb 
dövlətlərinin  (yalnız  ərəb  dövlətlərinin  deyil)  inkişafının  əsas  problemlərindən 
biridir. Seçki sistemi normal işləməyən ölkələrdə dövlət strukturları xalqın əhval-
ruhiyyəsini, nəbzini tuta bilmir və kütlələrlə normal ünsiyyət qurmurlarNəticədə 
kütlənin bütün qəzəbi cəmiyyətdə baş verən irili-xırdalı bütün problemlərin əsas 
səbəbi və günahkarı kimi müəyyən edilən siyasi hakimiyyətə qarşı yönəlir.
Yaxın Şərqdə baş verən siyasi çevrilişlərin səbəblərinin tədqiqini ümumiləşdirərək 
belə  bir  elmi  nəticəyə  gələ  bilərik:    Konkret  dövlətdə  və  ya  regionda  siyasi 
üsyanların baş verməsi qısa (mənbə) və uzunmüddətli olmaqla iki qrup amillə 
şərtlənir. Uzunmüddətli səbəblərə dövlətin siyasi sistemindəki problemlər (seçki 
sisteminin  işləməməsi,  hakimiyyətin  müntəzəm  dəyişməməsi,  səmərəli  işləyən 
dövlət aparatının olmaması, ideoloji boşluqlar), demoqrafik strukturda gənclərin 
(xüsusilə savadlı hissəsinin) əhəmiyyətli üstünlüyə malik olması (sosial-psixoloji 
və sosial-iqtisadi amil, əhalinin sayının sürətlə artması), geosiyasi durumda ya-
ranan mühüm dəyişikliklər (bu dəyişikliklər böyük dövlətlərin region dövlətlərinin 
daxili işlərinə qarışmasını həyati vacib marağa çevirir), əhalinin əsas kütləsinin 
gəlirləri  ilə  varlı  azlıq  arasındakı  fərqin/uçurumun    böyük  olması  (yuxarılar  öz 
vəziyyətlərindən razıdırlar və heç nəyi dəyişmək istəmirlər, kütlə isə artıq əvvəlki 
kimi yoxsul və gələcəyə ümidsiz yaşamaq istəmir) daxildir. Uzun zaman ərzində 
formalaşan  bu  amillərin  yaratdığı  şəraitdə  qısamüddətli  səbəblərin  təsiretmə 
zamanından  asılı  olaraq,  konkret  tarixi  mərhələdə  ölkə  daxilindəki  nisbi  sabit-
lik  pozulur  və  üsyan  baş  verir.  Qısamüddətli  amillər  həm  daxili,  həm  də  xarici 
ola bilər. Yaxın Şərqdə qısamüddətli amillər kimi dünya iqtisadi böhranı, özünü 
yandıran gənclər, fəhlələrin müxtəlif səbəblərdən tətil etməsi və s. olmuşdur.
 
Yeni Yaxın Şərqə doğrumu?
Yaxın Şərqdəki siyasi təlatümlərün qısa, orta və uzunmüddətli perspektivdə 
regional  və  qlobal  sistemə  təsirlərinin  araşdırılması  elmi  və  siyasi  baxımdan 
xüsusi aktuallıq kəsb edir. 
Zənnimizcə, siyasi çevriliş edən dövlətlərin içərisində demokratiyaya ən tez 
və rahat keçid Tunisdə olacaqdır. Bu dövlət ərəb ölkələri içərisində Avropaya ən 
yaxın daxili şərtlərə malikdir. Şimali Afrikanın və Aralıq dənizinin mərkəzində 
strateji  mövqedə  yerləşən  Tunisə  Avropa  dəstək  verərsə,  ortamüddətli  za-
manda  liberal  demokratik  siyasi  sistemin  formalaşması  reallığa  çevrilə  bilər. 
Tunis Əlcəzairdə və digər Afrika dövlətlərində demokratiyanın yayılması üçün 
əlverişli meydan ola bilər.
Misirdə ilk dövrdə qeyri-liberal/məhdud demokratiya formalaşacaqdır. Bu 
seçim həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır. Demokratik dəyərlərin 
qısamüddətli  zamanda  tətbiqinə  cəhd  edilməsi  sabitliyin  pozulmasına  və 
sonu  hesablanmayan  nəticələrə  gətirib  çıxara  bilər.  Misirdə  ilk  növbədə, 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə