STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
50
Qərb dövlətlərinin özlərini inandırdıqları bu fikirlər gerçəkliyə uyğun olmam-
aqla yanaşı, onların strateji maraqlarına da zərər vururdu. Barak Obamanın
Mübarəkin gedişini “Berlin divarının çökməsi” ilə müqayisə etmişdir. Bu cür
münasibət əslində Misir prezidentinə olan nifrətin ifadəsi idi. Bu münasibət
qısa müddətdə formalaşa bilməzdi və konkret olaraq, Hüsni Mübarəkin re-
gionda oynadığı mənfi rolu aydın şəkildə ifadə edrdi.
Beləliklə, beynəlxalq münasibətlər sisteminin strukturunda baş verən
dəyişikliklər Yaxın Şərqin beynəlxalq əhəmiyyətini artırmaqla bərabər, bu re-
gionda funksional-struktur dəyişikliklərin aparılmasını siyasi cəhətdən faydalı
və daha az riskli etdi. Regionda status-kvonun saxlanması zamanı Qərb
dövlətlərinin itirdikləri status-kvo dəyişdikdən sonra itirdiklərindən daha
böyük olduğu üçün sonuncu ssenariyə üstünlük verildi. Qısamüddətli dövrdə
bu dəyişikliklər qeyri-sabitliyə səbəb olsa da, uzunmüddətli perspektivdə
gerçəkləşdirilən siyasi dəyişikliklər Qərbin regionda və beynəlxalq sistemdə
mövqelərini gücləndirəcəkdir.
Liviyada qərb dövlətlərinin müdaxiləsi aşkar xarakter daşıdığı üçün bu
faktın ciddi sübuta ehtiyacı yoxdur. Hələ 1990-cı illərdə Qəddafiyə yaxın
olan zabitlər tərəfindən çevrilişə cəhd edilmişdir. Liviyada xalq üsyanının ilk
əlamətləri ortaya çıxdığı zaman (hansı ki,
istənilən ölkədə müxtəlif səbəblərdən bu
cür narazılıqlar mövcud ola bilər) BMT TŞ-
də tələm-tələsik 1973-cü saylı qətnaməni
qəbul etdirən ABŞ, Fransa və diqər qərb
dövlətləri sənədin mürəkkəbi qurumamış
Liviyaya hərbi müdaxiləni həyata keçirdilər.
Nə 1973 saylı qətnamə, nə də üsyançılara
verilən birbaşa hərbi dəstək Liviya ilə Av-
ropa dövlətləri arasında enerji sahəsində
əməkdaşlığa dair imzalanmış milyardlarla
dollar həcmində razılaşmaların ruhuna uyğun
deyildi. Qərb dövlətlərinin üsyançılara birbaşa
dəstək vermələri, Liviyanın daxili işlərinə
birbaşa qarışmaları beynəlxalq hüquqa və etikaya zidd davranış idi. 1973 saylı
qətnamədə Liviya üzərində uçuşdan azad sahənin yaradılması nəzərdə tutu-
lurdu (22). Lakin bu qətnamə quruda qedən əməliyyatlara müdaxiləni nəzərdə
tutmurdu...
2011-ci ilin fevralında ABŞ senatında keçirilən dinləmələr zamanı MKİ-nin
nümayəndəsi S.Salliven bəyan etmişdir ki, 2010-cu ilin sonunda kəşfiyyat mərkəzi
administrasiyanı xəbərdar etmişdir ki, Misirdə qeyri-sabitliyin yaranması qorxusu
var və Mübarəkin hakimiyyəti zəifləyə bilər. Lakin kəşfiyyatçının sözlərinə görə
“qığılcım rolunu nəyin oynayacağı bilinmirdi” (4, 16). Bu fikirlər Misirdəki pros-
esin ABŞ-ın və Qərbin ciddi nəzarəti altında təkamül etdiyini sübut edir. Misirə
ABŞ-ın “müdaxiləsi” hələ soyuq müharibə illərində başlamışdır. Misir hərbi elitası
demək olar ki, tamamilə ABŞ-ın nəzarətində idi. Yüksək və orta rütbəli zabitlərin
Qərbdə (əsasən ABŞ və İngiltərədə təhsil alması və ABŞ-ın ciddi maliyyə dəstəyi
hesabına modernləşməsi) Mübarəkin hakimiyyəti illərində ABŞ tərəfindən hər il
Yüksək və orta rütbəli
zabitlərin Qərbdə (əsasən
ABŞ və İngiltərədə təhsil
alması və ABŞ-ın ciddi
maliyyə dəstəyi hesabına
modernləşməsi) Mübarəkin
hakimiyyəti illərində ABŞ
tərəfindən hər il 1,3 mlrd.
dollar yardım edilmişdir.
Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
51
1,3 mlrd. dollar yardım edilmişdir. Misir Yaxın Şərqdə ABŞ-ın ən çox yardım et-
diyi dörd ölkədən biridir. Digər üç ölkə İsrail, İordaniya, Mərakeşdir (2, 44) vacib
amillər idi. Məhz hərbçilər Mübarəkin hakimiyyətdən getməsində həlledici rol
oynamışdılar. Misirdə üsyan zamanı, yəni ixtişaşlar başlayandan bir neçə gün
sonra Misir silahlı qüvvələrinin baş qərargah rəisi ABŞ-a dəvət olundu və orada
böyük ehtimalla, Mübarəkin hakimiyyətdən getmə ssenarisi işlənib hazırlandı.
Belə ki, özünün son çıxışında Mübarək hakimiyyətdən getməyəcəyini ifadə
etmişdir, lakin bir gün sonra onun qəflətən hakimiyyətdən getməsi ümumi üsy-
an fonunda saray çevrilişinin baş verdiyini göstərir.
İkincisi, mövcud elmi ədəbiyyatda özünə geniş dəstək qazanan izahlardan
biri xalq üsyanlarında savadlı, lakin işsiz qalan gənclərin rolu ilə bağlıdır. Belə
ki, məhz bu gənclər üsyanların əsas hərəkətverici qüvvəsi kimi çıxış etmişdir.
Əhalinin gənclərdən ibarət təbəqəsinin üsyanlardakı rolunu inkar etməyərək,
eyni zamanda əlavə etmək istəyirik ki, bu rol sosial-iqtisadi aspektdən daha çox
sosial-psixoloji xarakter daşımışdır. Fransız sosioloqu və politoloqu B.Qutula
görə gənclər aqressiyaya və kriminal davranışlara daha çox meyillidir. Fransız
aliminin fikrincə, əhalinin içərisində gənclərin çoxluq təşkil etdiyi halda milli
iqtisadiyyat onların ləyaqətli mövcudluğunu təmin edə bilmirsə, müharibə və
ekspansiya üçün ilkin zəmin yaranır (10, 79). Alman alimi G.Haynsona görə,
əgər bu və ya digər ölkədə əhalinin 30 faizdən çoxu 15-29 yaş kateqoriyasına
aiddirsə, əminliklə həmin ölkədə ən qısa zamanda zorakılığın tüğyan etməsini
proqnozlaşdırmaq olar (10, 80). Dünyada ən çox gənc əhaliyə malik dövlətlər
sırasında ərəb ölkələri ilk yerləri tuturlar. Yaxın Şərqin ərəb dövlətlərində
əhalinin ümumi artım tempi il ərzində 1 faizdən– 2 faizədək təşkil edir (21,
map 55); əhalinin 40 fa izə yaxınını 15 yaşdan aşağı gənclər təşkil edir(21, map
58). Eyni zamanda, bu dövlətlərdə 15-29 yaşında olan gənclər əhalinin ümumi
sayının 41-50 faizini təşkil edir (21, map 69). Daha bir vacib amil bu gənclərin
böyük hissəsinin ali təhsilli olmasıdır.
Deməli, Yaxın Şərqin ərəb dövlətlərində daxili münaqişə üçün ciddi de-
moqrafik zəmin mövcud olmuşdur. Sosial-siyasi və sosial-iqtisadi şərtlər
uyğun olduqda (bax: yuxarıda) “ovqat demokratiyası” adlandırdığımız pros-
es hərəkətə başlayır: ilk öncə əhalinin kiçik qrupları etiraza başlayır, daha
sonra bu qruplar tərəddüd edən və bitərəf insanları da öz arxasınca aparır və
kütlə psixologiyası işə düşür; proses qarşısıalınmaz xarakter alır.
Beləliklə, Yaxın Şərqdəki üsyanlar bir anda, qısa zaman hüdudunda baş
verməmişdir. Uzun zaman ərzində formalaşan narazılıq elementləri çoxluğun
əhval-ruhiyyəsinin ifadə olunduğu əlverişli şəraitdə kütləvi xarakter almışdır.
Əhalinin məhz gənclərdən ibarət savadlı hissəsi demokratik davranışın əsas
hərəkətverici qüvvəsi olmuşdur. Yaxın Şərqdə hadisələr başlıca olaraq təsvir
etdiyimiz nəzəri sxem üzrə hərəkət ermişdir.
2007-2008-ci illərdə Misirdə 580 tətil olmuşdur (15, 57). Əlcəzairdə 2010-
cu ilin noyabrında gündəlik tələbat mallarının qiymətlərinin qalxmasına reak-
siya olaraq (Tunisdən öncə) ilk özünüyandırma hadisəsi baş verdi. 2011-ci ilin
yanvarında bu ölkədə 4 insan özünü yandırmış və müxalifətin təşkil etdiyi
hökumət əleyhinə nümayiş keçirilmişdir. Daha sonra Tunisdə hadisələr cərəyan
etməyə başlayır və sonrakı proseslər artıq məlumdur...