1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə27/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   23   24   25   26   27   28   29   30   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
67
digər  iki  Cənubi  Qafqaz  dövlətinə  qarşı  istifadə  etmək  üçün  əlverişli  olması. 
Türkiyəyə qarşı tələbləri və Azərbaycan torpaqlarını işğal etməsi Ermənistanın 
alternativ enerji mənbəli mövqeyini Gürcüstana verərək geopolitik əhəmiyyətini 
itirməsinə səbəb olmuşdur. Regionun əhəmiyyətini artıran bütün layihələr  BTC, 
BTƏ və BTAQ hətta Ermənistanın müttəfiqləri Rusiya və İranın daxilində yer aldığı 
şimal-cənub dəmir yolu layihəsi Ermənistandan yan keçir. Təktərəfli asılılığı artı-
ran bu vəziyyət Ermənistanda tez-tez təhlükəsizlik və xarici siyasət mövzularında 
mübahisələrə səbəb olur və bu aslılıq Ermənistanın digər dövlətlər tərəfindən 
Gürcüstan və Azərbaycana qarşı istifadəsini asanlaşdırır. Lakin ən böyük müttəfiqi 
Rusiyanın  birbaşa  Ermənistanla  quru  əlaqəsi  olmaması  kimi  digər  müttəfiqi 
olan İranın özü də dünyadan təcrid olduğu üçün Ermənistan geopolitik təcrid 
vəziyyətindən yaxa qurtara bilmir. Türkiyə və Azərbaycan arasında sıxılıb qalan 
Ermənistan beləliklə, öz geopolitik üstünlüyünü Gürcüstana verib, eyni zamanda 
Gürcüstandan da asılı vəziyyətə düşmüşdür. 
Ermənistan  Rusiya,  ABŞ,  Aİ  və  Türkiyə  ilə  ticarət  əlaqələrini  Gürcüstan 
üzərindən həyata keçirir. Ermənistan bu mövzuda ən ciddi problemi 2008-ci 
ildə baş verən Rusiya-Gürcüstan müharibəsində yaşamışdır. Müharibəyə  görə 
Rusiya və Qərb ilə ünsiyyəti pozulan Ermənistan iqtisadiyyatı 680 milyon dollar 
ziyan etmişdir ki, bu rəqəm 2.5 milyard dollarlıq dövlət büdcəsinə sahib olan 
Ermənistan üçün çox böyük rəqəmdir. Ermənistanın bu geopolitik məngənədən 
çıxış yolu Türkiyə və Azərbaycanla əlaqələrini təmin etməkdir.
Cənubi  Qafqazın    açıq  dənizlərə  çıxışı  olan  ölkəsi  Gürcüstan,  Qara  dəniz 
hövzəsidir. Heç bir enerji qaynağı olmayan Gürcüstanın geosiyasi dəyəri Cənubi 
Qafqazın  giriş və çıxış qapısı olmasıdır. Buna görə də Qərb ilə Rusiya arasında 
mübarizə sahəsidir və Gürcüstanın qəbul etdiyi qərarlar bu mübarizədə onu 
çətin vəziyyətə salmışdır. 
Cənubi Qafqazın çıxış qapısı olması Gürcüstan, Ermənistan və Azərbaycan 
üçün çox böyük əhəmiyyət kəsb edir. Ermənistan-Azərbaycan müharibəsindən 
geosiyasi mənada ən çox qazanan tərəflərdən biri Gürcüstandır. Ermənistanın 
iki strateji müttəfiq olan Türkiyə ilə Azərbaycanın arasında yerləşməsi və bu iki 
dövlətin  Ermənistanla  münasibətlərinin  olmaması  onları  Gürcüstana  möhtac 
etmişdir.  Bu qazancın fərqində olan Gürcüstan üstün mövqeyini BTC və BTAQ 
layihələrində Türkiyə və Azərbaycana qarşı istifadə edərək, maksimal səviyyədə 
güzəştlər əldə etdi. Ermənistanın Türkiyə və Azərbaycan ilə münasibətlərinin 
yaxşılaşması tərəflərin Gürcüstandan asılılığını azaldan kimi Gürcüstanın geo-
siyasi dəyəri də regional və qlobal güclər üçün  azalacaqdır.
Nəticə
Regional  və  qlobal  güclər  arasında  rəqabət  artdığı  müddətdə  bölgədə 
gərginlik  və  qarşıdurmalar  artmaqda,  regional  və  qlobal  əməkdaşlıq  təmin 
edildiyi  zaman  regionda  sakit  bir  dövr  yaşanmaqdadır.  Məsələn,  2008-ci  ilə 
qədərki müddətdə ABŞ-ın rəngli inqilabları yayma və NATO-nun genişlənmə 
cəhdləri bölgədə rus-gürcü müharibəsi ilə nəticələnmişdir. Müharibədən sonra 


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
68 
Türkiyə-Rusiya və Rusiya-ABŞ arasında qismən əməkdaşlıq təmin edildiyi üçün 
Cənubi Qafqazda ciddi qarşıdurmadan bəhs edə bilmərik. 
Region dövlətləri üçün suverenliyini, milli maraqlarını və azadlığını qorumaq 
mübarizəsi olan bu oyun regional güclər üçün varlıq və xarici yardımların səbəbi, 
qlobal güclər üçün isə hakimiyyətini genişləndirməmə sahəsi olmuşdur. Region 
dövlətləri qlobal və regional dövlətlər arasında rəqabətdən istifadə edərək bö-
yük güclər arasında tarazlığı təmin etməyə çalışdılar. Qlobal və regional dövlətlər 
isə  kiçik  dövlətlərin  bu  ehtiyacını  onları  özlərindən  asılı  etmək  üçün  istifadə 
etdilər. Bu mübarizə bir növ soyuq müharibə dövründən qalan liberal dünya ilə 
milli dövlət anlayışı arasında davam edən mübarizə nümunəsidir. 
Sahib  olduğu  imkanlar  çərçivəsində  qiymətləndirdiyimz  zaman  regional 
qütbləşmədə  Azərbaycan-Gürcüstan-Türkiyə  məhvəri  artıq  öz  imkanları  ilə 
irəliləməkdədir. Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu layihəsinə ABŞ və Aİ-
nin qarşı çıxmasına baxmayaraq, region dövlətlərinin özləri tərəfindən həyata 
keçirilməsi nümunə olaraq göstərilə bilər. Rusiya-Ermənistan-İran isə status-
kvonu  qorumağa  çalışsa  da  bunu  bacarmadı.  Gürcüstan,  sonra  isə  Rusiya 
bölgədə mövqeyini gücləndirmiş kimi görünsə də, əslində daha uzunmüddətli 
prosesdə  nəticənin  Rusiya  üçün  arzuedilən  olmadığı  görünür.  Putinin 
hakimiyyətə  gəlməyi  də  bunu  dəyişdirməyəcəkdir.  Region  dövlətlərindən 
sadəcə  Ermənistan  Rusiyanın  region  siyasətinə  və  təşkilatlarına  ciddi  dəstək 
verir.  Gürcüstan  MDB-dən  çıxdı,  Azərbaycan  isə  Kollektiv  Təhlükəsizlik 
Təşkilatının  (KTT)  üzvü  deyil.  Sadəcə  Ermənistan  MDB  və  KTT  fəal  dəstək 
versə də, onun özü regionda təklənmiş vəziyyətdədir. Ermənistanın regiondakı 
hərəkət sahəsinin dar olmağı müttəfiqləri olan Rusiyaya və İrana da təsir edir. 
İstifadə edilmiş ədəbiyyat
1.  Çelikpala,  Mitat,  “Türkiyə  ve  Kafkasya:  Reaksyiner  Dış  Politikadan  Proaktiv  Ritmik 
Diplomasiya Geçiş”, Uluslararası İlişkiler, Cilt 7, Sayı 25, Bahar 2010. SS. 93-126.
2.  Kasım, Kamer, Soğuk Savaş Sonrası Kafkasya, USAK, Ankara 2009. 
3.  Nye, S. Joseph, Dünya Siyasetinde Başarının Rolu: Yumuşaq Güc, Elips, Ekim 2005. 
4.  Reynolds, A. Michael, Shattering Empires, The Clash and Collapse of The Ottoman 
and Russian Empires 1908-1918. Cambridge, 2011.
5.  Veliev, Cavid ve Aslanlı, Araz, Güney Kafkasya: Toprak Bütünlüğü, Jeopolitik Müca-
deleler ve Enerji, Berikan Yayınlaır, Ankara 2011.
Javid Valiyev
The struggle for geopolitical influence in the South Caucasus
The notions such as “black hole”, “geopolitical vacuum”, “power vacuum” 
emerged after the dissolution of Soviet Union are used to indicate the lack of 
power in the region to provide authority. Not only great powers, but also regi-
onal powers were involved into struggle to gain geopolitical preponderance in 
the In the South Caucasus where power vacuum emerged and horizontal and 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə