1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə29/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   25   26   27   28   29   30   31   32   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
74 
sının alınması üçün Beynəlxalq Mərkəz yaratmaq qərarına gəlmişdir [13]. 
Mövzu  ilə  əlaqədar  qeyd  etmək  lazımdır  ki,  Macarıstan  və  Sloveniya  ilə 
yanaşı, Şərqi Avropa qrupundan öz namizədliyini irəli sürmüş Azərbaycan ilk 
dəfə deyil ki, beynəlxalq təşkilatlara seçkilərdə bu ölkələrlə rəqib qismində çı-
xış etmişdir. Belə ki, 2006-cı ildə BMT İnsan Hüquqları Şurasına seçkilər zamanı 
Azərbaycan Şərqi Avropa qrupundan öz namizədliklərini irəli sürmüş Macarıs-
tan və Sloveniyaya artıq bir dəfə səs çoxluğu ilə qalib gəlməyə nail olmuşdur. 
Azərbaycan bu səsvermə zamanı 103, Macarıstan 48, Sloveniya isə 88 səs top-
lamışdır [17]. Təbii ki, bu amil ölkəmizin Təhlükəsizlik Şurasına seçkilərdə də 
qələbə qazanacağının təminatı ola bilməzdi. Təhlükəsizlik Şurasına seçkilərdə 
müvəffəqiyyəti şərtləndirən bir çox amillər var idi ki, onları nəzərdən keçirmək 
məqsədəuyğun olardı.     
İlk öncə qeyd etmək lazımdır ki, TŞ-nin 
qeyri-daimi  üzvlüyünə  namizədliyini  irəli 
sürmüş  ölkəmiz  bu  gün  beynəlxalq  sül-
hün və təhlükəsizliyin təmin olunmasına öz 
töhfəsini  verməkdədir.  Azərbaycanın  son 
illərdə  nail  olduğu  yüksək  iqtisadi  inkişaf 
tempi  və  uğurlu  xarici  siyasəti  onu  həm 
regionda,  həm  də  beynəlxalq  səviyyədə 
əhəmiyyətli  tərəfdaşa  çevirmişdir.  Ölkəmiz 
artıq bir neçə ildir ki, BMT-nin müxtəlif orqanlarına və ixtisaslaşmış qurumları-
nın idarə heyətlərinə üzv seçilir. Belə ki, Azərbaycan 1995-1997, 1998-2000-ci 
illərdə YUNİSEF-in İcraiyyə Şurasının, 2002-2004-cü  illərdə BMT-nin Davamlı 
İnkişaf üzrə Komissiyasının, 2003-2005-ci illərdə EKOSOK-un, 2000-2002, 2003-
2005, 2007-2009-cu illərdə BMT-nin Qadınların Statusu üzrə Komissiyasının, 
2005-2009-cu illərdə YUNESKO-nun İcraiyyə Şurasının, 2006-2009-cu illərdə 
Dünya Səhiyyə Təşkilatının İcraiyyə Şurasının, 2006-2009-cu illərdə BMT-nin 
İnsan Hüquqları Şurasının, 2008-2010-cu illərdə BMT-nin İnkişaf Proqramı və 
Əhali Fondunun İcraiyyə Şurasının və 2009-2011-ci illərdə Atom Enerjisi üzrə 
Beynəlxalq Agentliyin İcraiyyə Şurasının üzvü olmuşdur [18].  
Ölkəmiz, həmçinin BMT-nin qurumlarında beynəlxalq sülh və təhlükəsizlik 
məsələlərinin müxtəlif aspektlərini özündə əks etdirən qətnamələrin müəllifidir. 
Belə ki, silahlı münaqişələrdən əziyyət çəkən insanların problemlərinin daim 
BMT-nin gündəliyinə salınması üçün Azərbaycan tərəfindən bir neçə ildir ki, 
BMT Baş Assambleyasında “İtkin düşmüş şəxslər haqqında” və BMT-nin Qa-
dınların  Statusu  üzrə  Komissiyasında  “Hərbi  münaqişələr  zamanı,  sonradan 
həbs  edilənlər  də  daxil  olmaqla,  girov  götürülmüş  qadın  və  uşaqların  azad 
edilməsi  haqqında”  qətnamələr  irəli  sürülür.  Bundan  əlavə,  Azərbaycan  Baş 
Assambleyada “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM 
ərazisində  uzanmış  münaqişələr  və  onların  beynəlxalq  sülh,  təhlükəsizlik  və 
inkişaf üçün nəticələri” adlı bəndlər üzrə irəli sürülən qətnamələrin, eləcə də 
İnsan Hüquqları Şurasında “Silahlı münaqişələr zamanı mədəni hüquqların və 
mülkiyyətin qorunması” haqqında qətnamənin müəllifidir [18]. 
Qeyd etmək lazımdır ki, 1999-cu ildən indiyədək Azərbaycanın 2000-ə ya-
xın hərbçisi BMT-nin beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak etmişdir. 
Kosovo birtərəfli qayda-
da öz müstəqilliyini elan 
etdikdən sonra Milli Məclisin 
qərarına əsasən Azərbaycan 
sülhməramlıları bu ərazidən 
çıxarılmışdır. 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
75
Onlar əsasən Kosovo (KFOR), Əfqanıstan (ASAF) və İraqda sülhün qorunma-
sına öz töhfələrini vermiş [19] və Kosovo istisna olmaqla hələ də sülhməramlı 
xidmətlərini  göstərməkdədirlər.  Kosovo  birtərəfli  qaydada  öz  müstəqilliyini 
elan etdikdən sonra Milli Məclisin qərarına əsasən Azərbaycan sülhməramlıları 
bu ərazidən çıxarılmışdır [20]. 
Azərbaycan beynəlxalq birliyin terrorizmlə mübarizə sahəsindəki səylərinə 
də  öz  töhfəsini  verir  və  bu  istiqamətdə  bir  sıra  tədbirlər  həyata  keçirmişdir. 
Ölkəmiz beynəlxalq terrorizmlə mübarizə üzrə 13 beynəlxalq sənədə qoşulmuş 
və Təhlükəsizlik Şurasının terrorizmlə mübarizə sahəsində köməkçi orqanları 
ilə tam əməkdaşlıq etməkdədir [19].  
Ölkəmiz,  həmçinin  mina  təhlükəsi  sahəsində  bir  sıra  dövlətlərə  yardım 
göstərir.  Azərbaycan  Respublikasının  Ərazilərin  Minalardan  Təmizlənməsi 
üzrə Milli Agentliyi (ANAMA) son illərdə Əfqanıstan, İordaniya və Orta Asiya 
ölkələrinin  nümayəndələri  üçün  tədris  kursları  təşkil  etmiş  və  Türkiyə-Suriya 
sərhədində  ərazilərin  minalardan  təhlükəsizliyinin  monitorinqini  həyata  ke-
çirmiş və digər bu kimi fəaliyyətləri ilə mina təhlükəsinin aradan qaldırılması 
sahəsində beynəlxalq səviyyədə xidmət göstərmişlər [21].  
Qeyd  olunanlarla  yanaşı,  son  illərdə  ölkəmizdə  bir  sıra  hökumətlərarası 
təşkilatların  konfranslarının,  eləcə  də  Azərbaycanın  təşkilatçılığı  ilə  müxtəlif 
qlobal  mövzulara  həsr  olunmuş  beynəlxalq  tədbirlərin  keçirilməsi,  onun 
beynəlxalq  nüfuzunun  artmasına,  beynəlxalq  aləmdə  daha  yaxından  ta-
nınmasına  səbəb  olmuşdur.  Məsələn,  İslam  Əməkdaşlığı  Təşkilatının  (İslam 
Konfransı  Təşkilatının  adı  qurumun  Nazirlər  Şurasının  2011-ci  il  28-30  iyun 
tarixlərində Astanada keçirilən 38-ci sessiyasının 4/38-ORG saylı qətnaməsinə 
əsasən dəyişdirilərək İslam Əməkdaşlığı Təşkilatı adlandırılmışdır) Xarici İşlər 
Nazirlərinin  33-cü  konfransı  (2006),  “Mədəniyyətlərarası  dialoqun  inkişafın-
da  qadınların  rolu”  adlı  beynəlxalq  konfrans  (2008),  Avropa  Şurasının  Qa-
dınlar  və  Kişilər  arasında  bərabərlik  üzrə  Nazirlərinin  7-ci  konfransı  (2010), 
Mədəniyyətlərarası dialoq üzrə beynəlxalq Forum (2011) və s. [22]. Sözsüz ki, 
bu amil də seçkilər prosesinə müsbət təsirini göstərmişdir.  
Son  dövrlərdə  xaricdəki  səfirliklərin  sayı  da  sürətlə  artmışdır.  Hazırda 
Azərbaycanın  müxtəlif  ölkələrdə  70-dək  diplomatik  nümayəndəliyi  və  kon-
sulluğu fəaliyyət göstərir [23]. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq 
aləmdə tanınmasına və əlaqələrinin möhkəmlənməsinə xidmət etmişdir. 
Ölkəmizin  nail  olduğu  yüksək  iqtisadi  inkişaf  tempi  və  dünyanın  bir  çox 
ölkələrində  baş  verən  iqtisadi  böhranlara  baxmayaraq,  davamlı  inkişafa  nail 
olması, bir sıra ölkələrə və beynəlxalq qurumlara maliyyə yardımları etməyə 
imkan vermişdir. Məsələn, Azərbaycan 2011-ci ildə Yaponiyaya 1 mln. dollar 
[1], 2010-cu ildə Pakistana 2 mln. dollar və 600 000 min dollarlıq ərzaq, digər 
yardımlar [24], 2010-2011-ci illərdə Amerika Ölkələri Təşkilatının müxtəlif qu-
rumlarına 70 000 dollar [25] maliyyə yardımı ayırmışdır.  
Ölkəmizin  beynəlxalq  aləmdə  son  illərdə  artan  nüfuzu  və  beynəlxalq 
təhlükəsizliyin təşviqinə göstərdiyi töhfələr onun BMT TŞ-nin üzvlüyünə iddia 
etməsinə zəmin yaratmışdır. Lakin qeyd etmək lazımdır ki, müxtəlif beynəlxalq 
qurumlara  seçkilər  zamanı  qeyd  edilən  amillərlə  yanaşı,  ayrı-ayrı  regional 
qrupların və birliklərin bu və ya digər namizədə münasibətdə tutduğu mövqe 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə