1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə26/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   22   23   24   25   26   27   28   29   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
65
geopolitik əhəmiyyətini itirən Türkiyə, bu boşluğu Qərblə Cənubi Qafqaz ölkələri 
arasında oynaya biləcəyi rol ilə doldurmağa çalışdı. 1990-cı illərin əvvəllərində 
ABŞ  Türkiyənin  üzərindən  Cənubi  Qafqaz  regionunda  mövqelər  əldə  etməyə 
çalışdı. 1990-cı illərin sonlarında əsası qoyulan BTC və BTƏ-nin 2000-ci illərdə 
həyata keçməsi ilə Türkiyənin Cənubi Qafqazda mövqeyi möhkəmləndi. 2002-ci 
ildə Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətə gəlməsi ilə birlikdə 
Türkiyənin Cənubi Qafqaz siyasəti dəyişdi. AKP hökuməti əvvəlki hökumətlərin 
xarici siyasətini “soyuq müharibə”nin şərtləri ilə davam edən siyasət” kimi gördü 
və Türkiyənin xarici siyasətini yeni şərtlərə görə qurmağa çalışdı. Türkiyə Rusi-
ya  və  İranla  qarşıdurman  deyil,  əməkdaşlığı  seçdi  və  bu  da  Türkiyənin  soyuq 
müharibə müttəfiqi ABŞ-ın narazılığına səbəb oldu. Azərbaycanın Cənubi Qafqaz 
siyasətinin mərkəzində dayandığını görən AKP hökuməti 2007-ci ildən etibarən 
Ermənistanla  münasibətləri  normallaşdırmaq  üçün  diplomatik  müzakirələr 
prosesinə başladı. Lakin bu proses Türkiyə-Azərbaycan münasibətlərinə və Qara-
bağ məsələsinin həllinə mənfi təsir etdi. Bu gün Türkiyənin xarici siyasəti “Cənubi 
Qafqaz ikinci planda”  tənqidləri ilə qarşı-qarşıyadır. 
Sovet  İttifaqının  dağılmasından  sonra  Cənubi  Qafqazda  meydana  gələn 
güc boşluğundan istifadə edən İran öz rejimi-
ni yaymaq üçün regionu əlverişli bir sahə kimi 
gördü.  Qərb  şirkətlərinin  Azərbaycanın  neft 
yataqlarına  sərmayə  qoymasını  əngəlləmək 
üçün  tarixi  rəqibi  Rusiya  ilə  müttəfiq  olan 
İran,    Azərbaycana  qarşı  bir  tərəfdən  Xəzərin 
bölüşdürülməsi  problemini  gündəliyə  gətirdi. 
Digər  tərəfdən  isə  Ermənistanı  dəstəklədi. 
Qısaca  Sovet  İttifaqından  sonra  İran  Cənubi 
Qafqaz  siyasətini  din  qardaşlığı  deyil,  maraq 
qardaşlığı üstündə qurmağa çalışdı. Lakin İran 
üçün ən böyük təhlükə daxilində yaşayan milyonlarla azərbaycanlı oldu. İranın 
siyasətində bu narahatlığı hər zaman özünü büruzə verdi. Azərbaycanı Qərb 
dövlətlərini  regiona  gətirərək  ixtişaşlar  təhlükəsi  yaratmaqda  günahlandırdı, 
özü isə Qərbin regiondakı ən güclü müttəfiqi Gürcüstana təbii qaz satdı. “İş-
ğalçı dövlət” olması səbəbindən “İsraili yer üzündən silmə” şüarları səsləndirdi 
, digər tərəfdən regiondakı işğalçı dövlət Ermənistanı dəstəklədi. Ermənistanı 
dəstəkləmək  yolu  ilə  həm  Azərbaycana  qarşı  təzyiqləri  artırmağa,  ABŞ  və 
yəhudi  lobbisinə  qarşı  erməni  diasporunun  dəstəyini  almağa  və  regionda 
mövqeyini  möhkəmləndirməyə  çalışdı.  İran  xarici  siyasətindəki  ikili  standart 
onun Azərbaycandakı mövqeyinə mənfi təsir göstərdi. 
Soyuq  müharibənin  sona  çatmasını  Qərbin  ideoloji  zəfəri  olaraq 
qiymətləndirən  ABŞ,  Sovet  İttifaqı  ölkələrini  qərb  mərkəzli  dünya  sisteminə 
inteqrasiya  etdirməyə  çalışdı.    Həm  qlobal  hakimiyyətini  möhkəmləndirən 
NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu, həm 
ikitərəfli münasibətlər, həm də  QHT və  çoxmillətli  şirkətlər vasitəsilə  Cənubi 
Qafqaz ölkələrini ABŞ mərkəzli dünya sisteminə inteqrasiya etməyə çalışdı. 
Türkiyə-Azərbaycan ara-
sında tarixi və etnik ya-
xınlığın ortaq maraqlarla 
möhkəmlənməsi Ankaranın 
Cənubi Qafqazda özünə 
qısa müddətdə yer tapması-
na səbəb oldu. 


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
66 
Regional qütbləşmələr
Qafqaz regionu soyuq müharibədən sonrakı dövrdə Müstəqil Dövlətlər Birli-
yi (MDB) xaricində yeni regional əməkdaşlıqların rüşeymlərinin qoyulduğu əsas 
yer  oldu.  Regiona  beynəlxalq  marağın  artması  bölgə  siyasətində  qütbləşmə 
meyillərini  artırdı.  Milli  maraqların  qarşıdurması  dövlətlərin  fərqli  təhlükəsizlik 
təşkilatları  ilə  əməkdaşlıq  qurmasına  gətirib  çıxardı.  Regional  səviyyədə 
təhlükəsizlik strukturu olmasa da, region xarici güclər tərəfindən qurulan və re-
gion dövlətlərinin də qatıldığı və ya əməkdaşlıq etdiyi təhlükəsizlik strukturu re-
gional təhlükəsizlik baxımından əhəmiyyətli rola malikdir. Bu baxımdan Kollektiv 
Təhlükəsizlik Təşkilatı (KTMT), GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldo-
va), Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və NATO ilə əməkdaşlıq 
dövlətlərin təhlükəsizlik siyasətlərində ön plana çıxan strukturlardır. 
SSRİ-dən müstəqilliklərini əldə etdikdən sonra hər üç Cənubi Qafqaz dövləti 
fərqli xarici və təhlükəsizlik siyasəti apardılar. Hər üç dövlətdə hakimiyyətdə olan 
liderlərin dünya görüşü o dövlətlərin xarici və 
təhlükəsizlik  siyasətinə  ciddi  təsir  göstərdi. 
Ermənistanın Qarabağ işğalı və Türkiyəyə qarşı 
tələbləri ilə Rusiyanın “əsirinə” çevrildi. Gürcüs-
tan Rusiyaya qarşı ərazi bütövlüyünü və suve-
renliyini təminetmənin yolunun Qərb mərkəzli 
xarici  və  təhlükəsizlik  siyasəti  aparmaqdan 
keçdiyini  düşünür.  Azərbaycan  isə  tarazlaşdı-
rılmış xarici siyasət izlədi və milli maraqlarına 
təsir  edən  addımlara  müsbət  və  mənfi  cavab 
verməkdən çəkinmədi. Ermənistandan fərqli olaraq Qarabağ məsələsinin həlli 
xarici siyasətin prioriteti oldu, lakin xarici siyasət tamamilə Qarabağ məsələsinə 
həsr olunmadı. 
Cənubi Qafqazın ən böyük ərazisinə və əhalisinə sahib olan Azərbaycan, 
eyni zamanda, enerjinin şaxələndirilməsində körpü rolunu oynaya biləcək bir 
Xəzər hövzəsi ölkəsidir. Gürcüstan üzərindən Qara dənizə, Gürcüstan-Türkiyə 
üzərindən Aralıq dənizinə fəal çıxışı vardır. Şimal-Cənub və Şərq-Qərb arasında 
dəhliz rolunu oynaya bilməsi onun geopolitik  dəyərini artırır. Bu dəyər onun 
üzərində xarici təzyiqləri artırdığı kimi diplomatik müzakirələrdə də gücünü ar-
tırmağa imkan yaradır. Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycan 
xarici siyasətində balans strategiyası izləməsi onun geopolitik dəyərlərinə fərqli 
bir görünüş verir. Qafqazda davam edən qlobal geopolitik mübarizəni  xarici 
siyasət hədəfləri üçün istifadə etməyə çalışan Azərbaycanı öz tərəfinə çəkmək 
istəyən tərəf, bəzən Azərbaycana daha çox güzəştə getmək, bəzən də daha 
çox təzyiq etmək  məcburiyyətində qalmışdır.
Ermənistan qapalı, quru dövlətidir. Birbaşa heç bir dənizə çıxışı olmadığı kimi, 
enerji qaynaqlarına da sahib ölkə deyildir. Ermənistan Gürcüstan vastəsilə Qara 
dənizə çıxış əldə etmişdir. Coğrafi mənada Ermənistanın iki üstün cəhəti möv-
cuddur. Enerjisi cəhətdən Gürcüstana alternativ olması və coğrafi mövqeyinin 
Azərbaycan isə tarazlaşdı-
rılmış xarici siyasət izlədi 
və milli maraqlarına təsir 
edən addımlara müsbət və 
mənfi cavab verməkdən 
çəkinmədi. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə