Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
49
siyasi islahatların dəstəklənməsini və genişləndirilməsini tələb edirdi. Ətrafda
qeyri-demokratik və iqtisadi cəhətdən geri qalmış dövlətlərin mövcud olması
Aİ-nin davamlı inkişafına təhlükələrin və təhdidlərin artmasına səbəb olurdu. Aİ
tərəfindən 2003-cü ildə irəli sürülmüş Aralıq dənizində yerləşən ərəb dövlətlərinin
də əhatə edildiyi Yeni Qonşuluq Siyasəti qarşıda duran problemin yumşaq güc
vasitəsilə həll edilməsinə yönəlmiş konsepsiya idi. 2007-ci ildə Fransa prezi-
denti Sarkozinin irəli sürdüyü və Aralıq dənizinin ətrafında yerləşən dövlətlərin
əməkdaşlığını nəzərdə tutan Aralıq dənizi ittifaqı layihəsi də eyni hədəfə - Şimali
Afrika və Qərbi Asiyada yerləşən dövlətlərin Aİ-nin cənub dövlətləri ilə sıx
əlaqələrini qurmaqla demokratik inkişafı dəstəkləməyə istiqamətlənmişdir.
Beynəlxalq münasibətlərin digər bir əsas aktoru ABŞ-ın yeni beynəlxalq
şəraitdə fərqli strategiya reallaşdırmağa başlamasıdır. Belə ki, soyuq müharibə
dövründə uzun müddət ABŞ demokratiyanı sabitliyə qurban verərək, Yaxın
Şərqdəki avtoritar rejimlərə göz yummuşdur. Soyuq müharibə bitdikdən
sonra ABŞ bu xarici siyasi yanaşmanı dəyişdi. 1990-cı illərdə ABŞ-da müxtəlif
səviyyələrdə irəli sürülən demokratiyanın genişləndirilməsi konsepsiyası
(bax: 23) yeni şəraitdə ölkənin xarici siyasətinin prioritetinə çevrildi. ABŞ və Aİ
tərəfindən ilk olaraq Şərqi Avropada və MDB
məkanında tətbiq olunan bu strategiya ci-
ddi irəliləyişlərə nail olmağa imkan verdi; Qara
dəniz demokratiya dənizinə çevrildi. Lakin
ABŞ və Avropa üçün böyük strateji əhəmiyyət
daşıyan Aralıq dənizi ətrafında yerləşən və
daha böyük müstəqil dövlətçilik tarixinə malik
olan dövlətlər soyuq müharibədən sonrakı 20 il
müddətində demokratik inkişaf istiqamətində
heç bir irəliləyişə nail olmamışdılar. Suri-
yada Hafiz Əsəd öldükdən sonra oğlu Bəşər
Əsəd hakimiyyətə gəlmişdir. Oxşar siyasi
prosesə Misirdə və digər ərəb dövlətlərində
də hazırlıq görülürdü. Hadisələrin bu minvalla inkişafı müsbət dəyişikliklər
üçün heç bir ümid yeri qoymurdu. Belə şəraitdə ABŞ real addımlar atmağa
başladı. 2002-ci ildə C.Buş tərəfindən irəli sürülmüş “Böyük Yaxın Şərq”
layihəsi regionun demokratikləşməsini hədəfə almışdır (5, 3). Yaxın Şərq
dövlətlərinin demokratikləşməsi həm regiondaxili əməkdaşlığın dərinləşməsi
və inteqrasiyanın yaranması nöqteyi-nəzərindən, həm də Qərb dövlətlərinin
enerjidaşıyıcıları mənbələrindən rəvan istifadəsi baxımından zəruri əhəmiyyət
daşıyırdı. Bu layihənin reallaşması istiqamətində ən böyük maneə nüfuzlu dikta-
tor – avtokratlar idi...
ABŞ-ın regiona strateji baxışında dəyişən daha bir vacib amil onun soyuq
müharibə dövründən fərqli olaraq, regionda daha çox hərbi bazaya və dayağa
malik olmasıdır. Birinci və İkinci Körfəz müharibələrindən sonra regionda öz
dayaqlarını möhkəmləndirən ABŞ-ın artıq diktatorlara olan ehtiyacı əhəmiyyətli
dərəcədə azalmışdır. Digər tərəfdən Qərbdə geniş yayılmış, Yaxın Şərqdən gələn
ekstremizm təhlükəsinin qarşısında duran başlıca maneə və sabitliyin əsas ami-
li dünyəvi xarakterə malik güclü avtoritar rejimlərdir fikri özünü doğrultmadı.
Qısamüddətli dövrdə bu
dəyişikliklər qeyri-sabitliyə
səbəb olsa da, uzunmüddətli
perspektivdə gerçəkləşdirilən
siyasi dəyişikliklər Qərbin
regionda və beynəlxalq
sistemdə mövqelərini
gücləndirəcəkdir.