397
QƏDƏRƏ İMANIN DÖRD MƏRTƏBƏSİ
Əhli Sünnə vəl Cəmaat deyirlər ki, qədərə iman ancaq dörd xüsus ilə tamamlanır.
Bunlara da qədərin mərtəbələri və ya əsasları adı verilir. Bu xüsuslar qədər məsələsini
başa düşməyin yoludur. Qədərə iman isə, bütün bu əsasları həyata keçirmədikcə tamam
olmaz. Çünki bunların bir qismi digərinə bağlıdır. Bunların hamısını qəbul edən bir
kimsənin qədərə imanı tamamlanır. Bunların birinə və ya digərinə inanmayan bir
kimsənin imanında sarsıntılar meydana gəlir. «(Ya Rəsulum!) Məgər bilmirsənmi ki,
Allah göydə və yerdə nə varsa, hamsını bilir? Həqiqətən bu (lövhi-məhfuz deyilən) bir
kitabdadır. Şübhəsiz ki, bu Allah üçün asandır». (əl-Həcc 70).
1. Uca Allah olmuş, olacaq hər bir şeyi təfsilatı ilə və incəliyinə qədər bildiyinə
iman etmək. O, qullarının nələr etdiyini onları yarat-mamışdan əvvəl bildiyi kimi,
onların ruzilərini, əcəllərini, sözlərini, əməllərini, bütün hərəkətlərini, gizlətdiklərini,
üzə vurduqlarını, kimilərin Cənnət əhli, kimilərinin də Cəhənnəm əhli olduğunu,
kimilərinin xoşbəxt və ya bədbəxt olduğunu da əzəldən bəri bilir. İmran b. Hüseyn -
radıyallahu anhu – rəvayət edir ki: «Bir nəfər Ya Rəsulullah! Cənnət əhli atəş əhlindən
(ayırd edilib) bilindi mi?» deyə soruşdu. Peyğəmbər: «Bəli, (ayırd edilib bilinmişdir)
deyə buyurdu. Həmən şəxs: «Elə isə (yəni Cənnətlik, Cəhənnəmlik əzəldən bəri bəlli
olduğu halda) çalışıb əməl edənlər nəyə əməl edirlər?» dedi. Peyğəmbər: «Hər kəs nə
üçün yaradıl-mışsa onun yolları onun üçün asantlaşdırılacaqdır» deyə buyurdu
1606
. Hər
bir kəs onun təyin etdiyi əcəl ilə dünyasını dəyişəcəkdir. Allahın təyin etdiyi əcəli isə
keçə bilən və ya ondan geri qala bilən heç bir şey yoxdur. «Hər bir ümmətin (əzəldən
müəyyən edilmiş) əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə nə
yubanır, nə də tələsərlər». (əl-Əraf 34). «Biz heç bir məmləkəti əcəli gəlib çatmamış
məhv etmədik. Heç bir ümmət əcəlini nə qabağa çəkə bilər, nə də yubandıra bilər».
(əl-Hicr 4,5).
Allah hər bir şeyi yaratmazdan əvvəl bildiyi kimi, hal-hazırda da hər şeyi
bilməkdədir. «Qeybin açarları Allahın yanındadır. Onları ancaq Allah bilir. Allah
suda və quruda nə varsa bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah onu bilməsin.
Yerin zülmətləri içində elə bir şey yoxdur ki, məhz açıq-aydın kitabda olmasın». (əl-
Ənam 59). «O, özündən başqa heç bir ilah olmayan, gizlini də, aşkarı da bilən
Allahdır. O, rəhimli və mərhəmətlidir». (əl-Həşr 22). O, iman əhlini, şirk və küfr
əhlini, salehləri, talehləri (saleh olmayanları) hər şeyi yaratmazdan əvvəl bilirdi.
«Həqiqətən sənin Rəbbin öz yolundan çıxanları da, doğru yolda olanları da ən gözəl
tanıyandır». (Nun 7).
Hansı gün, vaxt və harada onların başına nə gələcəyini də bilir. Yaratdıqlarından
heç bir şey ondan gizli qalmaz. «…Heç kəs səhər nə əldə edəcəyini (savab və ya
günah qazanacağını), heç kəs harda öləcəyini bilməz. Allah isə şübhəsiz ki, (hər şeyi)
biləndir və (hər şeydən) xəbərdardır». (Loğman 34). Əli - radıyallahu anhu – rəvayət
edir ki, Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Sizdən heç bir kimsə və
yaradılmışlardan heç bir nəfs müstəsna olmaq üzərə şübhəsiz ki, Cənnətdəki və
Cəhənnəmdəki yerini Allah yazmış (təqdir və təyin) etmişdir. Hər kəsin xoşbəxt və ya
bədbəxt olduğu şübhəsiz ki, yazılmış-dır». Səhabələrdən biri: «Ya Rəsulallah! O, halda
nə üçün əməl edib çalışırıq? Hər şey bilindiyi halda (əməlin faydası nədir?) dedi.
Peyğəmbər: «Xoşbəxt olanlardan olan kimsə, xoşbəxt kimsələrin əməli ilə əməl
1606
Buxari, Müslim.
398
edəcəkdir. Bədbəxt olanlar da, bədbəxt olan kimsələrin əməli ilə əməl edəcəkdir. Xeyr,
siz o bilinmiş olan yazıya görə dayanmayın, əməl edib çalışın. Çünki hər kəs nə üçün
yaradılıbsa o da onun üçün asantlaşdırıla-caqdır. Xoşbəxt olan kimsələrə, xoşbəxt
kimsələrin əməllərini etmək asantlaşdırılacaqdır. Bədbəxt olan kimsələrə də, bədbəxt
olan kimsələrin əməlini etmək asantlaşdırılacaqdır». Sonra bu ayəni oxudu: «Kim
(malını Allah yolunda) versə, (Allahdan) qorxsa və ən gözəl sözü təsdiq etsə biz ona
Cənnəti müyəssər edəcəyik. Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik
etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa və ən gözəl sözü yalan
saysa biz onu Cəhənnəm üçün hazırlayacağıq» (əl-Leyl 5-10)
1607
.
2. Bu da Uca Allahın məxluqatın qədəri ilə əlaqədər olaraq əzəldən bildiyini Lövhi-
Məhfuzda yazmış olduğuna iman etməkdir. Lövhi-Məhfuz isə hər bir şeyin qədəri
yazılmış kitabdır. Meydana gəlmiş, gələcək və qiyamət gününə qədər olacaq hər şey
Uca Allahın dərgahında Ummul Kitabda yazılmışdır. Buna həmçinin əz-Zikr, əl-
Kitabul Mubin adları da verilmişdir. «Biz hər şeyi hesaba alıb İmami Mubində
yazmışıq». (Yəsin 12). «Allah sizi (atanız Adəmi) torpaqdan, sonra nütfə-dən xəlq
etmiş, sonra da sizi (kişi və qadın olmaqla) cüt-cüt yaratmışdır. O, bilmədən heç bir
qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun
ömür sürməsi də, onun ömrünün qısaldıl-ması da ancaq kitabda (Lövhi-Məhfuzda)
yazılmışdır. Həqiqətən bu Allah üçün çox asandır». (Fatir 11).
Bu mərtəbə bir neçə yerə bölünür.
1) Əzəli Qədər
«Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, biz
onu yaratmamışdan əvvəl o, bir kitabda (Lövhi-Məhfuzda) yazılmış olmasın. Bu
Allah üçün çox asandır». (əl-Hədid 22). Abdullah b. Amr b. əl-As
- radıyallahu anhu
–
rəvayət edir ki, Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Allah
məxluqatın (qəza və qədərini) göyləri və yeri yaratmamışdan əlli min il əvvəl
yazmışdır. Ərşi də suyun üzərində idi»
1608
. Ubadə b. Samit - radıyallahu anhu
–
dan
soruşurlar ki: "Ey Allahın Rəsulunun səhabəsi! Atan ölümündən qabaq sənə hansı
vəsiyyəti edib". Atam məni yanına çağıraraq dedi: "Oğlum! Allahdan qorx və bil ki,
Ona iman etmədikcə, xeyir və şərrin qədərdən olduğuna iman etmədikcə ondan
qorxmazsan. Bu şeylərə iman etmədən ölsən atəşə düşərsən. Mən Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
belə buyurduğunu eşitdim: «Heç şübhəsiz ki, Allahın ilk
yaratdığı şey qələmdir». Ona: «Yaz!» deyə buyurdu. Qələm: «Ya Rəbbim! Nə yazım»
dedi. Allah: «Qiyamətin qopacağı vaxta qədər hər bir şeyin qədərini yaz!» deyə
buyurdu
1609
.
2) Ömürlük Qədər
«(Ey Peyğəmbər!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən
(gələcək) nəsillərini çıxardıb onları özlərinə (bir-birinə) şahid tutaraq: «Mən sizin
Rəbbiniz deyiləmmi?» soruşmuş, onlar da: «Bəli, Rəbbimizsən!» deyə cavab
vermişdilər. (Belə bir şahidliyin səbəbi) Qiyamət günü: «Biz bundan qafil idik». (əl-
Əraf 172). İshaq b. Rahuyenin rəvayət etdiyinə görə bir nəfər Peyğəmbər
–
sallallahu
aleyhi və səlləm
–
dən Qəza və Qədər haqqında soruşur. Peyğəmbər
–
sallallahu aleyhi
və səlləm
–
buyurdu: «Uca Allah Adəmin belindən zurruyətini çıxardıb onları özlərinə
1607
Buxari, Müslim.
1608
Müslim.
1609
Tirmizi 2155, Əbu Davud 4/225,226, Musnəd 5/317, əl-Albani "Səhih" 2\228.