412
tutub yerində qopardı! (Başqa rəvayətdə: Yerə yıxaraq onu bıçaqla urdu)». Musa: «Heç
bir günah iş tutmayan, buna görə də qisasa layiq olmayan pak, məsum bir cana qəsd
etdin? Doğrusu olduqca məzəmmətə layiq bir iş gördün!» dedi. Xıdır: «Mən sənə
demədimmi ki, sən mənimlə bir yerdə (görəcəyim işlərə) görə əsla səbr edib dözə
bilməyəcəksən!» deyə cavab verdi. Musa: «Əgər bundan sonra səndən bir şey haqqında
xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. (Hərəkətlərinə etiraz etdiyim, səni
qınadığım üçün) sən artıq mənim tərəfimdən üzürlüsən (məni atıb getməyə haqqın
vardır) deyə cavab verdi. Sonra yenə də yollarına düzəlib getdilər. Axırda bir
məmləkətin əhalisinə yetişib, onlardan yeməyə bir şey istədilər. Məmləkətin əhalisi
onları qonaq (müsafir) etməkdən çəkindilər. Onlar o, məmləkətdə yıxılmaq (uçulmaq)
üzərə olan bir divar gördülər. (Xıdır) o, divarı əlilə düzəltdi. Musa: «Bunlar elə bir
qövümdür ki, biz onların yanına gəldik, lakin onlar bizi qonaq (müsafir) etməkdən
çəkindilər. İstəsəydin sözsüz ki, bu iş müqabilində onlardan (çörək pulu) alardın!»
dedi. Xıdır: «Bu o, deməkdir ki, artıq biz səninlə ayrılmalıyıq. Zahiri gördüyün və dözə
bilmədiyin şeylərin daxili mənasını (batinini, mahiyyətini) sənə xəbər verəcəyəm.
Belə ki, gəmiyə gəlincə o, dənizdə işləyən bir qurup yoxsula məxsusdur. Ona görə
mən onu xarab etdim ki, bu adamların arxasında hər bir yaxşı gəmini zorla (ədalətsiz
olaraq) ələ keçirən bir hökmdar (Hudad b. Budad adlı hökmüdar) vardır. Gəmini almaq
üçün gələn hökmüdar onun deşik olduğunu gördüyü zaman onu zorla ələ keçirməkdən
vaz keçdi. Sonra gəmi sahibləri o, gəmini taxta ilə düzəldib təmir etdilər. Oğlan
uşağına gəldikdə isə onun ata-anası mömin kimsələr idi. (Mən onun daxilinə baxıb)
gördüm ki, həddi-buluğa yetişdiyi zaman kafir olacaqdır. Böyüdükdə isə ata-anasını da
öz arxasınca azğınlığa, küfrə sürükləyəcəkdir. İstədim ki, Rəbbi onun əvəzində onlara
daha təmiz və ata-anasına qarşı daha mərhəmətli olan başqa bir övlad versin (Başqa
rəvayətdə: Qız övladları dünyaya gəlir). Divara gəldikdə isə o, məmləkətdə yaşayan iki
yetim oğlanındır. Altında onlara çatan bir xəzinə vardır. Onların atası əməlisaleh bir
adam idi. Allah onların həddi-buluğa çatmalarını və Rəbblərindən bir mərhəmət olaraq
öz xəzinələrini tapıb çıxarmalarını istədi. (Ya Musa!) Mən bunları öz-özümdən
etmədim. (Yalnız Allahın əmrini yerinə yetirdim). Sənin səbr edib dözə bilmədiyin
şeylərin daxili (batini) mənası budur!» dedi. Peyğəmbər: «Allah Musaya rəhmət etsin!
İstərdim ki, o, daha çox səbr edərdi və biz də onların aralarında baş verən hadisələrdən
daha çox xəbərdar olardıq!» deyə buyurdu
1647
.
Bu dünyada baş verən hadisələrdən danışdığımız zaman Allaha qarşı ədəb
formalarına diqqət etməliyik. Xıdır – əleyhissəlam – xeyirin (bərəkətin) Allahdan
olduğuna:
"Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət
olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi". (əl-Kəhf 82), Həmçinin Musa
–
əleyhissəlam – ın köməkçisi balıq barədə unutduqda demədi ki: "Bunu mənə Allah
unutdurdu". Əksinə bunu Şeytana nisbət etdi. "Doğrusu, onu xatırlamağı mənə yalnız
şeytan unutdurdu". (əl-Kəhf 63).
Şərrin və Xeyrin Allah tərəfindən yaradılması və
təqdir edilməsinə baxmayaraq şərr Allaha nisbət edilməz. Şeyx Useymin –
rahmətullahi aleyhi - "Əqidətl Vasitiyyə" 1/70,71 deyir ki: "Xeyir və Şərrin Qədərdən
olduğuna iman gətirmək – Şərdən qəsd – baş verən (təqdir edilən) hadisələrin şərr
olmasıdır, Qədərin özü isə şərr deyildir. Uca və böyük olan Allahın əməli şərr ola
bilməz. Çünki Onun əməli Xeyir və Hikmətlə doludur. Şərr Alahın təqdir etdiyi və
yaratdığındadır. Allahın əməlində isə şərr yoxdur. Peyğəmbər – sallallahu aleyhi və
1647
Buxari 1/169, H. 74, 1/174, H. 78, 1/217, H. 122, 4/445, H. 2267, 3278, 3400, 4726, Müslim 2380.
413
səlləm – buyurdu: "Şərr sənə nisbət edilməz...". Bizlər şərr olaraq təqdir olunanda və
yaradılanda görürük. Vəhşi heyvanlar, ilanlar, əqrəblər, quraqlıq, xəstəliklər, kasıblıq
və s. Bütün bunlar insanlar üçün şərdir. Çünki insan bunları qəbul edə bilmir.
Həmçinin asiliklər, günahlar, bədbəxtçilik, qətillər və s. şərdir. Lakin bütün bunlar
Allah üçün xeyirdir. Çünki Allah bunlarda böyük hikmətlər və faydalar təqdir etmişdir.
Allahın istədiyi kimsələr bu hikmətləri görür, diləmədiyi kimsələr isə bunları
görməzlər. Bizə şərr kimi görünən bir çox hadisələrdə faydalar ola bilər. "İnsanların
öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki,
Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar". (ər-
Rum 41).
ADƏM VƏ MUSA
–
Əleyhimussəlam –
Üsyankarlar etdikləri günahları, asiliklərini Allahın onlar üçün yazdığı qədərin bir
nəticəsi olaraq göstərməyə çalışırlar. Öz xətalarını, günahlarını qədərin üzərinə
yükləyirlər. Bu mövzuda dəlilləri isə Adəm ilə Musa – əleyhimussəlam – ın Allahın
dərgahında bir-birləri ilə mücadələ etmələri ilə əlaqədar olan hədisdir. Əbu Hureyrə -
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
«Adəm ilə Musa – əleyhimussəlam - Rəbbləri qatında bir-birləri ilə mücadələ etdilər.
Nəticədə Adəm, Musaya hüccətlə qələbə çaldı. Musa: «Sən, Allahın əli ilə yaratdığı, öz
ruhundan üfürdüyü, mələklərini sənə səcdə etdirdiyi, Cənnətdə yerləşdirdiyi, sonra da
etdiyin xətadan ötrü insanları yer üzünə endirən Adəm deyilsən?» deyə soruşdu. Adəm:
«Sən, Allahın Rəsulu və kəlimi olaraq seçdiyi, içində hər şeyin bəyanı olan Lövəhləri
verdiyi və səninlə (vasitəçisiz) danışmaq üçün Allahın özünə yaxınlaşdırdığı Musa
deyilsən? Səncə Mənim yaradılmağımdan neçə il əvvəl Allahın Tövratı yazdığını
bilirsən?» deyə soruşdu. Musa: «Qırx il əvvəl» deyə cavab verdi. Adəm: «Tövratın
içində: «Və Adəm Rəbbinə asi oldu …». (Ta ha 121) ayəsini oxudunmu?» deyə
soruşdu. Musa: «Bəli, oxudum» deyə cavab verdi. Adəm: «Elə isə Allahın məni
yaratmamışdan qırx il əvvəl üzərimə yazdığı və edəcəyim bir işdən ötrü məni
qınayırsan?» dedi. Peyğəmbər: «Beləcə Adəm, Musanı hüccətlə məğlub etdi!» deyə
buyurdu
1648
.
Buna belə cavab verilir. Bu hədis Peyğəmbər
– sallallahu aleyhi və səlləm – dən
səhih olaraq nəql edildiyi üçün biz onu qəbul edir, dinlər və itaət edərik. Qədəriyyənin
etdiyi kimi rədd ilə ravisini yalanlamaqla qarşılıq vermərik. Faydasız təvillərə də yol
vermərik. Səhih olan budur ki, Adəm – əleyhissəlam – Qəza və Qədəri günahına dəlil
göstərməmişdir. Çünkü o, Rəbbini də, günahını da çox gözəl bilən bir kimsə idi. Onun
mömin övladlarından da heç kimsə qədəri günahının əleyhinə dəlil göstərməz. Çünkü
bu batil bir şeydir. Musa – əleyhissəlam – da öz atasını çox gözəl tanıyırdı. Çünkü
atasını da Allah seçmiş, bəyənmiş və hidayətə yönəltmişdir. Bura da olan qınama
sadəcə Adəm övladlarını Cənnətdən çıxardan müsibətdir. Adəm – əleyhissəlam – ın
etdiyi xətaya və günaha görə deyil, müsibətə qədəri dəlil gətirmişdir. Çünkü müsibətlər
halında qədəri dəlil gətirmək olar. Ayıblamaq və qüsuru üzə çıxartmaq məqsədilə
qədər dəlil göstərilməz. İbn Teymiyyə – rahmətullahi aleyhi –
deyir ki, qədər
günahlarda deyil, müsibətlərdə dəlil gətrilir. Qulun öz istəyi və iradəsi olmadan başına
1648
Müslim 2652.