2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə210/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   206   207   208   209   210   211   212   213   ...   231

 

414 


gələn hər bir müsibətdə qədəri dəlil gətirməsində bir xətər yoxdur. Məs: Qulun gözünü, 

qulağını  və  s.  orqanlarını  itirməsi,  xəstələnməsi,  doğuşdan  şikəst  çıxması  və  s.  buna 

bənzər  xüsuslarda  qədəri  dəlil  gətirməsində  bir  xətər  yoxdur.  Çünkü  müsibətlərdə 

qulun seçimi yoxdur. «Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət 



yoxdur  ki,  biz  onu  yaratmamışdan  əvvəl  o,  bir  kitabda  (Lövhi-Məhfuzda)  yazılmış 

olmasın. Bu Allah üçün çox asandır». (əl-Hədid 22). Günahlara gəlincə isə qulun içki 

içməsi,  zina  etməsi,  oğurluq  və  s.  kimi  günahları  işləməsində  qədəri  misal  çəkməsi 

düzgün  deyildir.  Çünkü  o,  bütün  bunları  öz  iradəsi  ilə  seçərək  edir.  İbn  Qeyyim  – 

rahmətullahi aleyhi – «Şifaul Alil» isimli kitabında deyir ki: "İnsan bir günaha batdığı 

zaman  dərhal  tövbə  edərsə  Allah  da  tövbəsini  qəbul  edərsə  bu  vəziyyətdə  qədəri  dəlil 

gətirə  bilər.  Əgər  günah  edər  və  günahında  davam  edərsə  bu  vaxtı  qədəri  dəlil 

gətirməsi  batildir.  Kafirlərin  və  müşriklərin  vəziyyəti  belədir.  Adəm  –  əleyhissəlam  – 

da  olmuş  və  bitmiş,  təkrarlanmamış  bir  vəziyyəti  dəlil  gətirdi

1649


.  Allahın  əmrinə  və 

iradəsinə təslim olduğu üçün gətirdi. Allahın əmrinə və iradəsinə təslim olunduğu üçün 

belə vəziyyətlərdə qədəri dəlil gətirmək olar. Lakin  Allahın əmr etdiyi tövhid və iman 

mövzusunda  qədərə  qarşı  çıxdıqları  və  davamlı  şirk  içində  olduqları  halda  ondan 

qaçmadıqları üçün müşriklərin qədəri dəlil gətirmələri batil bir şeydir. Müşriklər belə 

deyəcəklər:  «Əgər  Allah  istəsəydı,  nə  biz,  nə  də  atalarımız  müşrik  olar  və  nə  də  biz 

bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz Peyğəmbərlərini) belə təkzib 

etmişlər. Nəhayət əzabımızı daddılar». Onlara de ki: «Bizim qarşımıza çıxara biləcək 

bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz». (əl-Ənam 148). 

Əgər qədər onların leyhinə dəlil təşkil etsəydı, Allah onlara əzabını daddırmazdı".  

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Babamız  Adəm  – 

əleyhissəlam  –  ın  dəlili  daha  güclü  idi».  Babamız  Adəm  –  əleyhissəlam  –  ın  dəlilinin 

gücü nədə idi? Çünki Adəm – əleyhissəlam – ın başına gələn hər bir şey Allahın təqdir 

etdiyi  qədər  ilə  olmuşdu.  Bütün  bu  dəlillər  Allahın  Qədərini  inkar  edən  Qədərilər  və 

Mötəzilə  əqidəsində  olanlara  rədddir.  Allah  Tövratı  Öz  əli  ilə  Adəm  xəlq  etməmişdən 



40  il  əvvəl  yazmışdır.  Bu  da  Tövratın  möhtəşəmliyinə  dəlildir.  Abdullah  b.  Amr  

radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: 

«Allah üç şeyi əli ilə yaratmışdır. Adəmı, Tövratı əli ilə yazmışdı və Ədn Cənnətindəki 

(ağacları da) əli ilə əkmişdi»

1650


. Həsənul Bəsri – rahmətullahi aleyhi – Bəsrə əhlindən 

olan,  insanın  seçimini  inkar  edənlərə  məktub  yazaraq  deyir:  "Kim  Qəza  və  Qədərə 

iman  etməzsə  kafirdir.  Kim  edilmiş  günaha  görə  məsuliyyəti  Allahın  üzərinə  atarsa  o, 

da  kafirdir.  Heç  kəs  Allahın  iradəsinə  zidd  olaraq  Ona  itaət  edə  bilməz,  heç  kəs  də 

Onun iradəsinə zidd gedərək Ona asi ola bilməz..."

1651


.  

Allah şərrindən qorusun İblis, Adəm – əleyhissəlam – ın yanına ixlaslı bir nəsihətçi 

şəkilində gəldi və ağacın meyvəsindən yeyərsə ona bir zərərin toxunmayacağını, əksinə 

faydası  olacağını,  Cənnətdə  əbədi  qalacağını,  mələklərdən  olacağını  və  buna  bənzər 

Adəmlə  zövcəsini  aldatan  bir  çox  şeyi  nəsihət  olsun  deyə  Allahın  adından  and  içdi. 

Adəm  –  əleyhissəlam  –  isə  fitrətinin  təmizliyi  və  nəfsinin  hiylədən  uzaq  olması 

səbəbiylə İblisin sözlərinin haqq olduğunda şübhə etmədi. Çünkü o, Allah adına yalan 

yerə  and  içə  biləcəyini  zənn  etmədi.  Adəm  və  zövcəsi  Allah  adına  içilən  anda  sayğı 

                                                

1649


 Həmçinin Qədəri günaha sübut kimi bu halda da gətirmək olar: Bağışlanmış bir günah. Əgər tövbə etmisənsə və o, 

günahdan uzaqsansa. O, günahı edə-edə Qədəri dəlil gətirmək isə doğru deyildir.  

1650

 Darakutni «əs-Sifət» s 45, Beyhəqi «əl-Əsmə və əs-Sifət» s 403 Mərfu hədis. 



1651

 əs-Səədi "Təfsir" s. 232.

  



 

415 


duydular.  Lakin  İblis  bu  andın  dəyərini  doğrultmadı.  Buna  görə  də  Allah  da  onu 

kiçiltdi  və  lənətlədi.  Adəm  və  zövcəsini  tövbə  etməyə  müvəffəq  etdi.  Ayrıca  Adəmi 

Peyğəmbər olaraq seçdi və hidayətə yönəltdi, hidayət rəhbəri etdi.  

 

XEYİR VƏ ŞƏR 

 

İmam  Tahavi 





  rahmətullahi  aleyhi 



  deyir  ki,  xeyrilə,  şərrilə,  acısı  və  sevinci  ilə 

qədərə  (Allahın  dilədiyinə)  iman  etmək  sözlərinə  gəlincə:  Peyğəmbər 



  sallallahu 



aleyhi  və  səlləm 

  məşhur  Cəbrail 





  əleyhissəlam 

 



ın  hədisində  buyurmuşdur  ki, 

xeyrilə şərrilə qədərə iman etməkdir. «Allahın bizim üçün yazdığından başqa bizə heç 



bir şey üz verməz



». (ət-Tövbə 51). «Onlara bolluq qismət olduğu zaman Bu bizim 



haqqımızdır  deyirlər.  Bir  pislik  üz  verdikdə  isə  bunu  (bir  uğursuzluq,  nəhslik  kimi) 

Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn (bəla və 

müsibətlər)  Allahdandır



».  (əl-Əraf  131).  «Onlara  bir  xeyir  yetişdikdə  bu 



Allahdandır deyərlər. Bir pislik üz verdikdə isə bu səndəndir söyləyirlər. Onlara de 

ki: «Hamısı Allah tərəfindəndir». Bu cəmaata nə olub ki, az qala söz də anlamır! (Ey 

insan!)  sənə  yetişən  hər  bir  yaxşılıq  Allahdandır,  sənə  üz  verən  hər  bir  pislik  isə 

özündəndir



».  (ən-Nisa  78-79).  Onlara  de  ki:  «Hamısı  Allah  tərəfindəndir» 

buyuruğu  o,  deməkdir  ki,  bolluq,  qıtlıq,  zəfər  və  yenmək  hamısı  Allah  tərəfindəndir. 

«Sənə  üz  verən  hər  bir  pislik  isə  özündəndir»  buyuruğu  isə  sənə  nisbət  edilən 

Allahdan  gələn  hər  bir  pislik  sənin  etdiyin  günah  səbəbilə  sənə  verilən  cəzadır.  «Sizə 



üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır». (əş-

Şura  30).  İbn  Abbas  -  radıyallahu  anhu 

 



deyir  ki,  sənin  başına  gələn  hər  bir  pislik 

sənin özündəndir

1652

. Çünki yaxşılıq Uca Allaha izafə edilir. Çünki hər bir baxımdanda 



bu yaxşılığı  ehsan  edən Odur. Hansı tərəfdən baxılırsa-baxılsın yaxşılığın  mütləq  ona 

izafə  edilməsi  lazımdır.  Pisliyə  gəlincə  isə  O,  pisliyi  ancaq  bir  hikmət  olaraq  yaradır. 

Çünki  Uca  Allah  əsla  heç  bir  pislik  etməz.  Əksinə  Onun  bütün  əməlləri  (felləri) 

xeyirdir və gözəldir. Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

 



də istiftah duasında

1653


 

buyurur ki, xeyir bütünlüklə sənin əlindədir, pislik (şər) isə Sənə aid deyildir

1654

. Yəni 


Sən  bir  pislik  və  şər  yaratmazsan.  Əksinə  bütün  yaratdıqlarında  bir  hikmət  vardır.  O, 

hikmət etibarı ilə şər kimi görünən bir xeyirdir. Ancaq bəzi insanlar üçün onda bir şər 

ola bilər. Bu isə cüzi bir şərdir. Külli və mütləq bir şər yaratmaqdan isə Şanı Uca Allah 

münəzzəhdir.  Belə  bir  şər  ona  nisbət  edilə  bilməz.  Əksinə  Ona  nisbət  edilən  hər  şey 

xeyirdir.  

Xeyir 

 insanın mənfəətləndiyi hər bir xeyirli elm, ailə, var-dövlət və s.  



Şər 

 bunun əksi olaraq xəstəlik, cahillik, kasıblıq, ailənin dağılması.  



Allah  xeyiri  hansısa  bir  hikmətə  görə  təqdir  edir.  Həmçinin  şərridə.  İnsanın 

nəzərində  şər  olan  bir  əməlin  arxasında  böyük  bir  xeyir,  hikmət  vardır.  «İnsanlar  öz 



əlləri ilə etdikləri pis əməllər (öz günahları) üzündən suda və quruda fəsad, pozuntu 

əmələ  gələr  (bəzi  yerlərdə  quraqlıq,  qıtlıq  olar,  bəzilərində  zərərli  yağışlar  yağar, 

zəlzələ  baş  verər,  dənizlərdə  gəmilər  batar)  ki,  Allah  (bununla)  onlara  etdikləri  bəzi 

günahların cəzasını daddırsın və bəlkə onlar (tövbə edib pis yoldan) qayıtsınlar». (ər-

Rum 41). «Əgər o, məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, 

                                                

1652

 Suyuti «Durrul Mənsur» 2/185. 



1653

 Namaza giriş təkbirindən sonra edilən dua.  

1654

 Müslim 771, Əbu Davud 760, Tirmizi 3422, Nəsai 2/130. 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə