2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə212/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   208   209   210   211   212   213   214   215   ...   231

 

418 


zülm edilməz». (Yunus 54). «Onlar heç bir zülm, haqsızlıq görmədən Cənnətə daxil 

olacaqlar». (Məryəm 60). «Bu gün heç kəsə heç bir zülm edilməyəcəkdir. Siz ancaq 

etdiyiniz  əməllərin  cəzasını  çəkəcəksiniz».  (Yasin  54)

1658


.  Əbu  Zərr  əl-Ğifari  

radıyallahu  anhu 

  ,  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 



  Uca  və  Böyük  olan 

Allahdan  belə  buyurmuşdu:  «Ey  mənim  qullarım!  Mən  zülümü  özümə  haram  etdim. 

Onu sizin aranızda da haram edirəm. Buna görə də bir-birinizə zülm  etməyin»

1659

. İbn 


Abbas, Ubadə b. Samit və Zeyd b. Sabit – Allah Onlardan Razı Olsun - yolu ilə gələn 

rəvayətdə Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 buyurdu:  «Heç şübhəsiz  ki, əgər 

Allah  aləmlərdə  olan  hər  bir  şeyi  cəzalandırmaq  istəsə  onlara  zülm  etmədən 

cəzalandırar.  Əgər  onlara  rəhmət  diləməli  olsa  əlbətdəki  Onun  rəhməti  onlar  üçün  öz 

əməllərindən  də  xeyirli  olar»

1660


.  İbn  Məsud  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki, 



Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  Hüneyn  günü  hərbdən  sonra  qənimətləri 

bölüşdürdükdə  bəzi  inanları  bu  bölüşdə  üstün  tutdu.  Əqra  b.  Xabisa  yüz  dəvə  verdi, 

Uyeynə (b. Hisnu) də bu qədərini verdi. Ərəb əşrəflərindən bəzilərinə də bu sayda dəvə 

verərək  başqalarından  üstün  etdi.  (Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  in  bu 

işinə)  bir  nəfər  etiraz  edərək  dedi:  «Vallahi  bu  bölüm  ədalətli  olmadı  və  Allah 



 



subhənəhu və təalə 



 nin razılığı bu işdə gözlənilmədi». İbn Məsud: «Vallahi! Mən bu 

sözləri  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  ə  çatdıracağam  dedim.  Və 

Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  ə  gedib  eşitdiklərimi  ona  xəbər  verdim». 

Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 in üzü dəyişdi. Qıpqırmızı boya kimi  oldu. 

Əgər  Allah  və  Rəsulu  da  ədalətli  olmasa  onda  kim  ədalətli  ola  bilər!  deyə  buyurdu. 

Sonra  da:  «Allah  Musa 



  əleyhissəlam 

  a  rəhmət  eləsin.  O,  bundan  da  əziyyətli 



sözlərlə qarşılaşdı lakin səbr etdi

1661


«De ki: «Allah ədaləti əmr etdi



». (əl-Əraf 29).  

 

ALLAH

 



 Subhənəhu Və Təalə 

 NİN QƏDƏRİ İLƏ 



RAZILAŞMAQ 

 

Allahın  istədiyi  hər  bir  şey  baş  verir,  istəmədiyi  isə  olmur.  Yerlərdə  və  göylərdə 



Allahın istədiyindən kənarda heç bir şey baş vermir. Baş verən hər bir şey də Allahın 

hikmətinə  uyğundur.  Allah  istədiyinə  hidayət  verir  öz  rəhməti  və  fəzilətilə.  İstədiyini 

də zəlalətə salır öz hikmətilə. Allahın istədiyindən başqa heç bir şey baş vermir. Hər bir 

şey  Allahın  istəyi  və  iradəsilədir.  Kiminsə  mömin  və  kimnsə  kafir  olması  Allahın 

istəməsilədir.  Allahın  istəyi  olmasa  bir  yarpaq  belə  ağacdan  düşə  bilməz.  Allah  etdiyi 

heç  bir  şey  haqqında  soruşulmaz,  lakin  insanlar  isə  soruşulacaqlar.  Allahın  istədiyi 

kimsələrdən  başqa  heç  kəs  iman  gətirə  bilməz.  Müşriklər  Peyğəmbər 



  sallallahu 



aleyhi və səlləm 

 in möcüzələrini görürdülər. Lakin yenə də iman gətirmirdilər. Bütün 



kainatda baş verən hər bir şey istər Allahın felləri olsun, istər insanların felləri Allahın 

istəyi ilə olur. Allah yaradır öz istəyilə, gecənin 3/1 göy səmasına enir öz istəyilə, rəhm 

edir öz istəyilə, gülür, qəzəblənir öz istəyilə. Məxluqatların istəyi də Allahın istəyilədir. 

Məscidə  getməyimiz,  məsciddə  toplanmağımız  və  s.  Allahın  istəyilədir.  Allahın 

istədiyi  bir  şey  baş  verməyə  bilməz.  Baş  verməyən  şey  isə  ona  görə  baş  vermir  ki, 

                                                

1658

 Həmçinin  Bəqərə  279,281,  Nisa  40,49,124,  Ənam  160,  Ənfal  51,  Tövbə  70,  Yunus  44,47,  Hud  101,  Nəhl 



33,111,118, İsra 71, Məryəm 60, Ənbiya 47, Həcc 10, Muminun 62, Ənkəbut 40, Rum 9, Yasin 54, Kəhf 49, Zumər 69, 

Zuxruf 76, Casiyə 22, Əhqaf 19, Qaf 29, Fussilət 46 və s. ayələr dəlildir ki, Allah zülm edən deyildir.  

1659

 Müslim 2577, Əhməd «Musnəd 5/160.  



1660

 Əbu Davud 4699, İbn Məcə 77. 

1661

 Buxari 3150, Müslim 1061.  




 

419 


Allah  istəmir.  «Əgər  Allah  istəsəydi  onlar  müşrik  olmazdılar.  Biz  səni  onların 

üzərində  gözətçi  qoymamışıq  və  sən  onların  vəkili  də  deyilsən».  (əl-Ənam  107). 

«Allah istəsəydi onları doğru yola yığardı». (əl-Ənam 35).  

İnsan  hər  hansısa  bir  şeyi  düzəldir,  Allahın  istəyi,  iradəsi  altında.  Bizim  özümüzü 

də,  əməllərimizi  də  Allah  yaratmışdır.  Bütün  hərəkət  edənləri  və  hərəkətlərinidə,  hər 

bir  yerində  duran  və  onun  sükunətdə  durmasını  da  Allah  yaratmışdır.  Bununla  yanaşı 

Allah  insana  qüdrət  və  ixtiyar  vermişdir  ki,  insan  da  bununla  hərəkət  edir.  İnsan 

hidayəti  də,  zəlaləti  də  öz  ixtiyarı  ilə  seçir.  Heç  şübhəsiz  ki,  Allah  öncədən  bilirdi  sən 

kim olacaqsan. Sən bu yolu  öz ixtiyarınla seçmisən. Firon  kafir idi. Allah bunu  bilirdi. 

Lakin  buna  baxmayaraq  ona  dəvətçilərini  göndərir  ki,  onunla  yumşaq  danışaraq  ona 

haqqı  bəyan  etsinlər.  «Fironun  yanına  yollanın.  O,  (Allahlıq  iddiasına  düşməklə) 

həqiqətən azğınlaşıb  həddini  azmışdır.  Onunla  yumşaq  danışın.  Bəlkə  öyüd-nəsihət 

qəbul  etsin,  yaxud  (Rəbbindən)  qorxsun»  (Ta  ha  43-44).  Hər  bir  şey  Lövhi 

Məhfuzdakı  kimi  olacaqdır.  Allah  əzəli  elmi  ilə  hər  bir  şeyi  bilir  və  hər  bir  şeydən  də 

xəbərdardır.  Allahın  elmi  nə  artır,  nə  də  azalır.  Allah  bilir  ki,  yaratdıqdan  sonra  kim 

necə  olacaqdır.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Allah  Zəkəriyyə 

oğlu  Yəhyə  -  əleyhissəlam  -  anasının  bətnində  ikən  mömin  olaraq  yaratmışdı,  Fironu 

isə anasının bətnində ikən kafir olaraq yaratmışdır"

1662



 



Allahın  Qədəri  ilə  razılaşmaq  hər  bir  müsəlmana  vacibdir.  Çünki  qədər  ilə 

razılaşmaq  Allahın  Rububiyyəti  ilə  razılaşmağın  kamilliyin-dəndir.  Kim  qədər  ilə 

razılaşarsa  deməli  o,  kimsə  Allahın  Rububiyyətilə  razıdır.  Allah  Qada  edir.  Qada 

Allahın  felidir.  Məqdi 

  isə  baş  vermiş  deməkdir.  Qada  ilə  hər  bir  mömin  razı 



qalmalıdır.  Qadaya  qarşı  çıxmaq  olmaz.  Məqdinin  isə  təfsilatına  varmaq  lazımdır. 

Çünki məqdinin bir neçə növü vardır.  

1. Onunla insanın razı qalması vacibdir. Bu da Allahın bizə şəriət etdiyi əmrlərilə və 

qadağaları  ilə  razı  qalmaqdır.  Burada  həm  qada  tərəfdən  razı  qalmaq  lazımdır, 

həmçinin də məqdi tərəfdən də razı qalmaq lazımdır.  

2.  Haramdır  onunla  razı  qalmaq.  Günahlar,  asiliklər  və  s.  Zinakarın  zina  etməsi, 

oğrunun  oğurluq  etməsi,  şərik  qoşanın  şirki  və  s.  Bununla  razı  qalmaq  olmaz.  Qada 

tərəfdən razıyıq. Çünki  Allah bunu belə təqdir edib. Lakin  məqdi tərəfdən isə biz razı 

deyilik,  inkar  edirik  və  aradan  qaldırmaq  üçün  çalışırıq.  Allah  bu  işi  Qada  etməklə 

yanaşı bu işi sevmir və razı da deyildir. Nə üçün biz Qadadan razı qalmalıyıq? Çünki 

bu  Allahın  hikmətindəndir  və  qədərindəndir.  Nə  üçün  inkar  etməliyik?  Çünki  Allhın 

xoşuna gəlmir.  

3. Müstəhəbdir onunla razı qalmaq. Onlarla razı qalmaq  müstəhəb, səbr etmək  isə 

vacibdir.  Bunlarda  Allahın  göndərdiyi  müsibətlər  və  bəlalardır.  İnsana  vacibdir  ki, 

başına  gələnlərə  səbr  etsin,  razı  qalmaq  isə  bu  məsələdə  müstəhəbdir.  Məs:  Zəlzələ 

nəticəsində  yaxınlarını  itirir.  Bu  Allahın  göndərdiyi  müsibətdir.  Buna  səbr  etməsi 

vacibdir. Çünki Allahın  qədəri belə  idi. Razı qalması  isə  müstəhəbdir. Lakin yaxşıdır 

ki, insan Allahın Qadası ilə razı qalsın. Bu da imanın kamilliyi və əcrin qazanılmasıdır. 

Əbu Səid əl-Xudri və Əbu Hureyrə - radıyallahu anhum 

 rəvayət edir ki, Peyğəmbər 





 sallallahu aleyhi və səlləm 

 buyurdu: «Mömini  nə  yorğunluq, nə xəstəlik, nə əzab-



əziyyət,  nə  rahatsızlıq,  nə  kədər,  nə  də  bədəninə  batan  tikan  maraqlandırır.  Onu 

maraqlandıran Allahın bunlara səbr etdiyinə görə günahlarını təmizləməsidir»

1663

.  


                                                

1662


 İbn Adi "Kamilə",  Təbərani "Mucəmul  Vasit", əl-Albani  "Səhih  Cəmi" 3232.  

1663


 Buxari, Müslim.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə