410
mələklər (əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli mələklər vardır.
Onlar sizin nə etdiklərinizi bilirlər». (əl-İnfitar 10-12). «Şübhəsiz ki, elçilərimiz
qurduğunuz hiylələri (əməl dəftərinizə) yazırlar». (Yunus 21). «Yoxsa onlar elə
güman edirlər ki, biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik! Xeyr,
yanlarında olan elçilərimiz yazırlar». (əz-Zuxruf 80). «İnsan üçün onu öndən və
arxadan təqib edən mələklər vardır. Onlar insanı Allahın əmri ilə qoruyurlar». (ər-
Rəd 11). Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Sizinlə birlikdə ayaq
yoluna girdiyiniz vaxt ilə cima halından başqa sizdən ayrılmayan mələklər vardır.
Onlardan həya edin və onlara ikramınız olsun»
1644
.
MUSA VƏ XIDIR
–
Əleyhimussəlam –
Bəzən insanlar Allahın qədəri ilə baş vermiş hadisələrdə olan hikməti anlaya bilmir
və ya görmürlər. Lakin hərdən Allah insanlara bu hikməti açaraq göstərir və insanlar
baş vermiş bədbəxtçiliyin, zülmün, fəlakətin onlar üçün fayda və xeyirlərlə dolu
olduğunu görürlər. Buna misal olaraq: Musa və Xıdır - əleyhimussəlam – ın hadisəsini
söyləmək kifayət edər.
Səid b. Cubeyr - radıyallahu anhu – deyir ki, İbn Abbas - radıyallahu anhu – ya
dedim: «Kufədə Noufa əl-Bikali adında bir nəfər vardır. İddia edir ki: Xızır –
əleyhissəlam – ilə olan Musa
– əleyhissəlam – İsrail Övladlarına göndərilən
(Peyğəmbər) olan Musa – əleyhissəlam – deyildir. İbn Abbas - radıyallahu anhu –
(qəzəblənərək) Allahın düşməni yalan söyləmişdir. Həqiqətən mənə Ubey b. Kəb -
radıyallahu anhu – belə rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –
buyurdu: «(Bir gün) Musa – əleyhissəlam – İsrail oğullarına xütbə ilə müraciət etdi.
Müraciətdən qəlblər yumşaldı və gözlər isə yaşardı. Sonra onlardan bir nəfər Musanın
arxasınca gedərək (və ya İsrail oğulları): «İnsanların ən elmlisi (alimi) kimdir?» deyə
soruşdular. Musa: «İnsanların ən elmlisi (alimi) mənəm? (Başqa rəvayətdə:
Bilmirəm)» deyə cavab verdi. Lakin bu xüsusda elmi: «Allah ən gözəl bilir!» deyərək
Allaha həvalə etmədiyindən ötrü Allah onun bu sözlərinə etiraz bildirərək: «Həqiqətən
iki dənizin qovuşduğu yerdə mənim qullarımdan biri vardır ki, o səndən də çox
elmlidir!» deyə ona vəhy etdi. Musa: «Ya Rəbbim! Mən onunla necə görüşə bilərəm?»
deyə soruşdu. Ona: «Zənbilin içinə bir balıq qoy və (səfərə çıx), harada balığı itirsən
mənim qulum orada olacaq! (Başqa rəvayətdə: Ölü balığı götür və onunla (Xızır) ilə
görüşəcəyin yerdə balığa can veriləcəkdir)» deyə buyrudu. Bundan sonra Musa,
yanında gənc xidmətçisi olan Yuşa b. Nun
1645
ilə birlikdə səfərə çıxdılar. Balığı
zənbilin içində (xidmətçisi) daşıyırdı.
Nəhayət (iki dənizin qovuşduğu yerdə) bir qayanın yanına çatdılar. (İstirahət üçün
qayanın yanında) Musa və yanındakı gənc xidmətçisi yuxuya daldılar. Bu an (zənbildə
gətirdikləri) balıq zənbildən sıçrayıb çıxaraq dənizdə bir yarğana tərəf üz tutdu. (Dəniz
içində belə bir yarğanın (yolun) açılması) Bu hal gənc xidmətçini çox təcübləndirdi.
Xidmətçi bu haqda Musa – əleyhissəlam – xəbər verməyi unutdu. (Oyandıqdan sonra)
onlar yollarına davam edərək bütün gecəni yol getdilər. Səhər açıldıqda, Musa öz
xidmətçisinə: «Nahar yeməyimizi gətir. Bu səfər bizi lap əldən salıbdır!» dedi. Halbuki
1644
Tirmizi 2800.
1645
İncildə: İsus Navin.
411
Musa (görüş üçün) əmr olunduğu yeri keçmədikcə heç bir yorğunluq hiss etməmişdir.
Xidmətçisi: «İş burasındadır ki, biz qayanın yanında olduğumuz vaxt mən balıq
haqqında təmamilə unutmuşdum. Doğrusu onu xatırlamağı mənə şeytandan başqası
unutdurmadı. Balıq (dirilib) əcaib bir şəkildə dənizə tərəf yollandı!» deyə cavab verdi.
Musa: «Elə bizim axtardığımız da budur!» deyə cavab verdi. Onlar öz izlərinə
(ləpirlərinin) izinə düşərək gəldikləri yoll geri qayıtdılar. Gənc xidmətçi balığın getdiyi
yeri ona göstərdi. Musa: «Mənə vəsf olunan yer elə buradır deyərək ətrafında o, şəxsi
axtarmağa başladı. Nəhayət qaynın yanına çatdıqda əbaya bürünərək arxası üstə yatmış
vəziyyətdə birisini – Xıdırı
1646
gördülər (Başqa rəvayətdə: Xızır – dənizin ortasında,
yaşıl xalçanın üzərində, əbasına bürünmüş olaraq gördük. Əbanın bir ucu ayaqlarının
altında, digər ucu isə başının altında idi)». Musa: «Əssələmu Aleykum!» deyə onu
salamladı. Xıdır üzünün örtüyünü açaraq: «Və Aleykuməs Salam! Sənin ölkəndə belə
bir salam haqqında haradan bilirlər?» deyə soruşdu. Musa: «Mən – Musayam!» deyə
cavab verdi. Xıdır: «İsrail oğullarından olan Musasan?» deyə soruşdu. Musa: «Bəli!»
deyə cavab verdi. Xıdır: «Sən Allahın sənə öyrətdiyi elə bir elm üzərindəsən ki, mən
onu bilmirəm. Mən də Allahın mənə öyrətdiyi elə bir elm üzərindəyəm ki, sən onu
bilmirsən!» dedi. Musa: «Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək
şərtilə sənə tabe olummu?» deyə soruşdu. Xıdır: «Doğrusu sən (məndən öyrənmək
üçün) mənimlə bir yerdə əsla səbr edib dözə bilməzsən. Axı sən (batininə, mahiyyətinə
bələd olmadığın) bilmədiyin bir şeyə necə səbr edib dözə bilərsən (Başqa rəvayətdə:
Məgər sənə əlində olan Tövrat və vəhyin gəlməsi kifayət deyilmi?). (Yəni – sənin
onlara səbrin çatmaz, çünki mən batini elmlə iş görürəm. Sənin bildiyin isə ancaq
zahiri elmdir)» deyə cavab verdi. Musa: «İnşəallah! Mənim səbrli olduğumu
görəcəksən və sənin heç bir əmrindən çıxmayacağam!» deyə cavab verdi. Xıdır: «Əgər
mənə tabe olacaqsansa, səbəbini sənə izah etmədikcə məndən heç bir şey haqqında
soruşma» deyə cavab verdi. Musa: «Bəli!» dedi. Xıdır ilə Musa – əleyhimussəlam –
gəmiləri olmadığı üçün dənizin sahili ilə getməyə başladılar. (Bir müddətdən sonra) bir
gəminin yanına çatdılar. Onları da gəmiyə götürmələri üçün (dənizçilərdən) xahiş
etdilər. Gəmiçilər Xıdır - əleyhissəlam – ı tanıdıqları üçün onlardan heç bir gediş haqqı
da tələb etmədilər. (Bir müddətdən sonra) bir sərçə uçub gələrək gəminin kənarına
qondu və dənizdən bir, iki dimdik su götürdü. (Bunu görəcək) Xıdır: «Ya Musa! Sənin
aldığın elm ilə, mənim aldığım elm Allahın elmindən bu sərçənin dənizdən əskiltdiyi
qədər belə əskiltməz!» dedi. (Bir müddətdən sonra) Xıdır gəminin (taxtalarından)
birinə əl atıb onu sökməyə başladı. Musa: «(Bu) insanlar bizi öz gəmilərinə heç bir
gediş haqqı tələb etmədən götürdülər. Sən isə bilə-bilə onların gəmilərini deşdin ki,
onları suya qərq edərək batırasan. Doğrusu olduqca məzəmmətə layiq bir iş gördün!»
dedi. Xıdır: «Mən sənə demədimmi ki, sən mənimlə bir yerdə (görəcəyim işlərə) görə
əsla səbr edib dözə bilməyəcəksən!» deyə cavab verdi. Musa: «Unutduğum bir şeydən
ötrü məni danlama və məni öz işimdə (sənə tabe olmaqda) çətinliyə salma!» dedi.
Beləliklə Musa – əleyhissəlam – (səfərin ilk başında) birinci dəfə unutqanlıq göstərdi.
Gəmidən düşdükdən sonra onlar yollarına davam etməyə başladılar. (Bir müddətdən
sonra) uşaqlarla oynayan gözəl (kafir) bir oğlan uşağını gördülər. Xıdır – əleyhissəlam
– dərhal (uşaqlarla oynayan) oğlan uşağının yanına yaxınlaşaraq əliylə onun başından
1646
Xıdır – yaşıl, yaşıllıq deməkdir. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və
səlləm – buyurdu: «Xıdıra – Xıdır deyilməsinin səbəbi budur: «Xıdır otsuz quru bir yerə oturduğu zaman o, otsuz yer
yaşıllıqa qərq olardı (bürünərdi)» Buxari 3402.