2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


sözsüz  ki,  onların  başlarına  göydən  və  yerdən  bərəkət  yağdırardıq



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə211/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   207   208   209   210   211   212   213   214   ...   231

 

416 


sözsüz  ki,  onların  başlarına  göydən  və  yerdən  bərəkət  yağdırardıq  (göyün  və  yerin 

bərəkət  qapılarını  onların  üzünə  açardıq).  Lakin  onlar  (öz  Peyğəmbərlərini)  yalançı 

hesab  etdilər,  Biz  də  onları  qazandıqları  günahlara  görə  məhv  etdik».  (əl-Əraf  96). 

«Bu (dünyada) öz əllərinlə etdiyin günahların cəzasıdır, yoxsa Allah bəndələrinə əsla 

zülm edən deyildir». (əl-Həcc 10). Mucahid 



 rahmətullahi aleyhi 



 deyir ki, əgər hər 

hansı  bir  zalım  yer  üzərində  zülümkarlıq  edərsə  Allah  onun  günahı  ucundan  yağışı 

saxlayar,  meyvələr  barını  verməz,  günahlar  çoxaldıqca  Allah  da  öz  dərgahında  əzabı 

çoxaldar.  Günahların  çoxalmasından  günəşin  tutulması,  zəlzələlər  və  yer  üzündən 

bərəkətin  qalxması  olur.  Ömər  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





 

sallallahu aleyhi və səlləm 



 hicrət vaxtı üzünü bizə tərəf çevirib buyurdu:  «Ey hicrət 

edənlər 5 şey vardır ki, ondan Allaha sığının. 1) Hər hansı bir qövmdə zinakarlıq açıq-

aydın  yayılarsa  Allah  onları  taunla  və  başqa  xəstəliklə  cəzalandırar  ki,  bundan  qabaq 

bu xəstəlik haqqında eşitməyiblər. 2) Hər hansı qövmdə çəkidə və ölçüdə aldadarlarsa 

Allah da onları aclıqla və qəddar sultanla sınağa çəkər. 3) Hər hansı bir qövmdə zəkat 

verilməzsə Allah da onları quraqlıqla sınağa cəkər və əgər heyvanlar olmasaydı onlara 

heç yağış da yağmazdı. 4) Hər hansı bir qövm Allahla əhdini pozarsa Allah da onların 

üzərinə düşmənlərini salar və əllərində olan şeyləri də onlardan alarlar. 5) Hər hansı bir 

qövmün  (əmirləri)  Allahın  hökm  etdiyi  ilə  əməl  etməzlərsə  Allah  da  onları  zəlil  edər 

(aralarında düşmənçilik salar)»

1655


. Abdullah b. Ömər - radıyallahu anhu 

 rəvayət edir 



ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  ilə  birlikdə  Səmud  qövmünün  ərazisi 

olan  Hicr  ərazisinə  gəldik.  Oranın  quyularından  su  aldıq  və  xəmir  yoğurduq. 

Peyğəmbər 

– 

sallallahu  aleyhi  və  səlləm 



  aldığımız  suları  boşaltmağımızı  və 

yoğurduğumuz  xəmirləri  isə  dəvələrə  yedirtməyimizi  əmr  etdi.  Peyğəmbər: 

«Ağlayanlar müstəsna olmaqla (ağlamayanlar) nəbadə əzaba uğramış olan bu qövmün 

yurduna  girsinlər.  Əgər  ağlamasanız  onlara  toxunan  əzabın  bir  bənzəri  sizlərə  də 

toxunmasından  qorunmaq  üçün  onların  yurdlarına  girməyin.  Sonra  Peyğəmbər 



 



sallallahu aleyhi və səlləm 



 vaxtıilə Saleh 



 əleyhissəlam 

 ın dişi dəvəsinin su içdiyi 



quyudan su almalarını onlara əmr etdi»

1656


Şərrin özü Allaha nisbət edilmir. Yəni Allah şər etmir. Əgər o, şərdə heç bir xeyir 

yoxdursa o, Allaha aid edilmir. Allahı təqdir etdiyi şərrin sonu xeyirlə, böyük hikmətlə 

olur. O, işin sonunda xeyir yoxdursa şərdirsə o, Allaha nisbət edilmir. Ola bilər ki, şər 

hansısa müəyyən bir insanlar üçün şər olsun. Lakin ümumi cəmaat üçün görürsən  ki, 

xeyirdir. Məs:  Allah  İblisi  yaradıb  öz  bəndələrini  imtahana  çəkmək  üçün.  İblis  şərdir. 

Bəndələrinin  bir  qismi  onu  özünə  düşmən  tutar,  bir  qismi  isə  dost  tutar.  Həmçinin 

zinakarın daş-qalaq edilməsi, oğrunun əlinin kəsilməsi şərdir. Lakin onlar üçün xeyirdi 

çünki  günahlarına  kəffarədir.  İkinci  tərəfdən  isə  oğrunun  cəzalandırılması  insanların 

mallarının  qorunması  deməkdir,  zinakarın  daş-qalaq  olunması  qeyrət-namusun 

qorunması deməkdir. Həmçinin Allah güclü leysan yağış yağdırır. Bu yağış kimlərəsə 

ziyan olduğu halda, görürsən ki, hansısa bir kəndin cəmaatı çoxdan bəri idi ki, belə bir 

yağışı  öz  əkin  sahələri  üçün  gözləyirdilər.  Görürsən  ki,  zəlzələlərdən  sonra  bir  çox 

insanlar  tövbə  edirlər,  bədbəxt  hadisələrdən  sonra  insanların  bir  çoxları  qəflətdən 

                                                

1655


 İbn Məcə, İmam Əhməd, əl-Albani «Səhih Silsilə» 106.  

1656


 Müslim  2980  –  Hicr  –  Mədinə  ilə  Şam  arasında  bir  vadinin  adıdır.  Bura  Saleh  –  əleyhissəlam  –  ın  qövmü  olan 

Səmudun mərkəzi idi. Allah bu qövmü Peyğəmbərinə itaət etmədiklərinə görə məhv etmişdir. Tarixçilər Səmudu Nuh – 



əleyhissəlam  –  ın  nəslindən  sayırlar.  Səmud  b.  Cabir  b.  İram  b.  Şam  b.  Nuh.  Saleh  –  əleyhissəlam  –  İbrahim  – 

əleyhissəlam  –  dan  əvvəl  yaşamışdır.  Quran  surələrinin  adlarından  da  biri  əl-Hicr  surəsidir.  Maraqlananlar  bu  surəyə 

baxa bilərlər. 




 

417 


ayılaraq  tövbə  edib  xeyirli  işlər  görməyə  başlayırlar  və  s.  İkinci  tərəfdən  də  o  şər  ki, 

Allah  onu  təqdir  edir  o,  insan  üçün  xeyirlidir.  Əgər  insan  səbr  edib  əcrini  Allahdan 

diləyərsə,  o  şər  sənin  doğru  yolu  tapmağına,  Allahın  sənə  verdiyi  nemətin  qədrini 

bilməyə səbəb olur. İnsan xəstələndikdə, kasıbladıqda digər xəstə insanların, kasıbların 

nələr çəkdiyini də fikirləşir. Bu da Allaha şükr etməyi yaradır. «Biz bilmirik ki, yerdə 

olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir». (əl-

Cinn 10). Bu ayədə xeyir Allaha, şər isə Ona izafə edilməmişdir. Allahın rəhmətinin və 

hikmətinin  kamilliyindən  şər  Ona  izafə  edilməz.  Ona  görə  də  deyilir  ki:  “Allahın 

Qadasında  şə  yoxdur,  şər  yalnız  Qədərdə  və  Məqdidədir”.  «Əgər  siz  şükr  etsəniz  və 

iman gətirsəniz sizə əzab vermək Allahın nəyinə lazımdır? Allah şükrə qiymət verən 

və hər şeyi Biləndir!». (ən-Nisa 147). «Əgər Allaha ibadət edirsinizsə Onun nemətinə 

şükr  edin!».  (ən-Nəhl  114).  «Allah  sizi  analarınızın  bətnlərindən  heç  bir  şey 

bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, 

bəlkə şükr edəsiniz!» (ən-Nəhl 78). «Əgər şükr etsəniz sizin şükrünüz Ona xoş gələr. 

Heç  bir  günahkar  başqasının  günahını  daşımaz



».  (əz-Zumər  7).  «Biz  ona  haqq 



yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor». (Dəhr 3). «(Ya 

Peyğəmbər!)  De  ki:  «Sizi  yoxdan  yaradan,  sizə  qulaq,  göz  və  qəlb  verən  Odur. 

(Allahın nemətlərinə) nə az şükr edirsiniz!» (əl-Mulk 23). «(Ey Cəmaatım!) Yadınıza 

salın  ki,  o,  zaman  Rabbiniz  bunu  bildirmişdir.  Əgər  Mənə  şükr  etsəniz  sizə  olan 

nemətimi  artıracağam.  Yox  əgər  nankorluq  etsəniz,  (unutmayın  ki,)  Mənim  əzabım 

həqiqətən şiddətlidir!». (İbrahim 7).  

Şər  Allahın  felində  (əməllərində)  deyildir.  O,  şərri  və  ya  xeyiri  də  yaratdıqlarının 

əməllərində  edir.  «Yaratdıqlarının  (insanların,  cinlərin,  vəhşi  heyvanların) 

şərrindən». (əl-Fələq 2). Allah 



 subhənəhu və təalə 



 nin əməli (feli) xeyirdir və heç 

kəsə əsla zülm

1657

 etməz. Uca Allah zülümdən münəzzəhdir. O, ədalət sifətinə sahibdir. 



Kimsəyə zərrə ağırlığında zülm etməz. Onun bütün əməlləri ədalətdir və rəhmdir. «(Ey 

insan!) sənə yetişən hər bir yaxşılıq Allahdandır



». (ən-Nisa 79). Allah 



 subhənəhu 

və təalə 



 əsla heç kəsə zülm etməz. Əksinə Allah ədalətlidir. Buna Quran və Sünnədən 

bir çox dəlilləri misal gətirmək olar. «Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi 

təmamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz». (əl-Bəqərə 272). «Allah onlara 

zülm etmədi, lakin onlar öz özlərinə zülm etdilər». (Ali-İmran 117). «Bu əzab sizin öz 

əllərinizlə  törətdiyiniz  işlərə  görədir,  yoxsa  Allah  bəndələrinə  əsla  zülm  edən 

deyildir».  (Ali-İmran  182).  «Sizə  xurma  çərdəyində  olan  nazik  tel  qədər  belə  zülm 

olunmayacaqdır».  (ən-Nisa  77).  «İnsanlar  arasında  ədalətlə  hökm  olunar,  onlara 

                                                

1657

 Zülm – hər hansı bir şeyi qoyulması lazım olan yerdən başqa bir yerə qoymaqdır. Zülm üç növdür. 1) Allaha qarşı 



olan  zülmdür  –  «(Ya  Muhəmməd!)  Yadında  olsun  ki,  bir  zaman  Loğman  öz  oğluna  nəsihət  edərək  belə  demişdir: 

«Oğlum! Allaha şərik qoşma. Doğurdan da Allaha şərik qoşmaq ən böyük zülmdür». (Loğman 13). 2) İnsanlara qarşı 

olan zülm. 3) İnsanın özü özünə etdiyi zülm. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 



və  səlləm  –  buyurdu:  «Zülmdən  çəkinin,  çünki  zülm  qiyamət  günü  zülmətdir»  Müslim  şərhi  5/441.  Əbu  Umamə  

radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən iki sinif vardır 

ki, mənim şəfaətimə əsla nail olmayacaqdır. Zalım və gözü zülmdən başqa bir şey görməyən başçı ilə haqdan uzaqlaşan 

və oğurluq  edən  hər kəs»  Səhih Cəmi 3692. Əbu  Musa  - radıyallahu anhu  – rəvayət edir ki,  Peyğəmbər – sallallahu 

aleyhi  və  səlləm  –  buyurdu:  «Allah  zalıma  möhlət  verər.  Nəhayət  onu  yaxaladımı  artıq  buraxmaz»  Buxari  5/214, 

Müslim  şərhi  5/444.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Qardaşınız  istər  zalım  olsun,  istərsə  də 

məzlum ona yardım edin». Səhabələrdən: «Ey Allahın Rəsulu! Məzluma yardım etdik, zalıma necə yardım edək?» deyə 

sorudular. Peyğəmbər: «Onu zülm etməkdən çəkindirməkdir» Buxari 3/98. Peyğəmbər – sallallahu aleyhi və səlləm – 

buyurdu:  «İnsanlar  zalımı  görüb  onun  əllərini  zülmdən  çəkməzlərsə  (Başqa  rəvayətdə:  «Yaxşılığı  əmr  edib  pislikdən 

çəkindirməzlərsə») aradan çox vaxt keçməz ki, Allah onları bir cəza ilə hamısını məhv edər (Başqa rəvayətdə: «Sonra 

ona dua etsəniz də O, sizin duanızı qəbul etməz»)» Səhihul Cəmi 1969, 6947.  



Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə