402
öz yerində saxlayardı. Sonra Biz günəşi (kölgəyə) bir əlamət etdik. (Əgər günəş
olmasaydı, kölgə bilinməzdi). Sonra onu (o kölgəni günəşin yüksəlməsi ilə) yavaş-
yavaş Özümüzə tərəf çəkdik. (Əgər kölgəni yerə birdən salıb, birdən çəksəydik,
insanlar vahiməyə düşərdilər)". (Furqan 45-46).
"Əgər Allah istədiyi, sizi (eyni
şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi
imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-
birinizlə yarışın). Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran
məsələlər barəsində sizə xəbər verəcəkdir!". (əl-Maiidə 48).
Qurani Kərimdə bu cür
ayələr çoxdur. Əgər bir şey baş vermirsə bu o, demək deyil ki, Allah buna qadir
olmadı. Əsla, Allah bunu belə istəyir. Allah hər bir şeyə qadirdi.
O, qulları üçün nəyi dilərsə o, da olur. Nəyi də diləməzsə, insanların hamsı bunun
olmasını diləsələr də belə onun olması mümkün deyildir. «Əgər Allah sənə bir zərər
yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyr
diləsə, heç kəs onun nemətinə maneçilik edə bilməz. Allah onu bəndələrindən
istədiyinə nəsib edər. O, bağışlayan və rəhm edəndir». (Yunus 107). «(Ey insanlar!
Onu da bilin ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz. Həqiqətən Allah (hər
şeyi) biləndir, hikmət sahibidir». (Dəhr 30). «Eləcə də sizdən doğru-düz (yolda)
olmaq istəyənlər üçün. (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz
(bunu) istəyə bilməzsiniz». (ət-Təkvir 28-29). İbn Abbas
- radıyallahu anhu
–
rəvayət
edir ki, Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
mənə bir neçə nəsihət verərək
buyurdu: «…Bunu da bil ki, əğər bütün insanlar sənə xeyir vermək üçün bir yerə
yığışsalar Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki,
əğər sənə zərər vermək üçün bir yerə yığışsalar yenə də Allahın yazdığından artıq sənə
zərər verə bilməzlər. (Çünkü) qələmlər qaldırılmış, səhifələr (in mürəkkəbi)
qurumuşdur»
1623
.
«Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ruziyə)
heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də özündən başqa heç kəs göndərə
bilməz. O, yenilməz qüvvət və hikmət sahibidir». (Fatir 2). «O, istədiyini edəndir».
(əl-Buruc 16). Abdullah b. Amr b. əl-As
-
radıyallahu anhu
–
rəvayət edir ki,
Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Adəm oğullarını qəlbləri
Rəhmanın barmaqlarından iki barmağı arasında bir tək qəlb kimidir. Rəhman onları
dilədiyi (istədiyi) yerə çevirib döndərir»
1624
. Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Uca Allah istədiyi vaxt ruhlarmızı aldı və istədiyi vaxt onları geri
qaytardı»
1625
. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «…Allah istəsə və
filan kişi istəsə deməyin. Yalnız Allah istəsə deyin»
1626
. O, etdiyi heç bir şeydən
soruşulmaz, yaratdıqları isə soruşulurlar. Heç bir şey onun istədiyindən kənara çıxa
bilməz. «Allah gördüyü işlər barəsində sorğu-sual olunmaz. Onlar (bütün bəndələr)
isə sorğu-sual ediləcəklər». (əl-Ənbiya 23). «
…
Əgər Allah istəsəydi, bu
peyğəmbərlərin ardınca gələn insanlar onlara göndərilən aşkar dəlillərdən sonra
bir-birləri ilə vuruşmazdılar. Fəqət (bununla belə yenə də) ixtilafa düşdülər.
Onlardan bəziləri Allaha iman gətirdilər, bəziləri isə kafir oldular. Əgər Allah istəsə
idi, onlar bir-birləri ilə vuruşmaz-dılar. Lakin Allah öz istədiyini edəndir». (əl-Bəqərə
253). «Anaların bətnində sizə istədiyi surəti verən odur. O, qüdrət və hikmət
1623
Tirmizi 2516, əl-Albani «Səhih əl-Cəmi» 7834-cü hədis.
1624
Müslim.
1625
Buxari, Müslim.
1626
Əbu Davud 4/295, Musnəd 5/384,394,398.
403
sahibindən başqa heç bir ilah yoxdur». (Ali İmran 6). «Beləcə biz hər bir Peyğəmbər
üçün insan və cin şeytanlardan düşmənlər yaratdıq. Onlar aldatmaq məqsədilə bir-
birinə təmtəraqlı sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi onlar bunu etməzdilər.
Onları uydurduqları yalanlarla boşla getsin». (əl-Ənam 112).
4. Uca Allah hər şeyin yaradıcısı olduğuna, göylərdə və yerdə onlar arasında olan
hər şeyi onun yaratdığına inanmaqdır. Ondan başqa bir yaradıcı, ondan başqa Rəbb
yoxdur. Ondan başqa hər nə varsa yaradıl-mışdır. O, əməldə olan hər kəsi və onun
əməlini, hərəkət edən hər bir varlığı və hərəkətini yaradandır. «Halbuki sizi də, sizin
düzəltdiklərinizi də Allah yaratmışdır». (əs-Saffat 96). «And olsun nəfsi (insanı və ya
insan nəfsini) yaradana». (əş-Şəms 7). «Sizi (yoxdan) yaradan, sonra sizə ruzi verən,
sizi öldürən və daha sonra (qiyamət günü) dirildən məhz Allahdır». (ər-Rum 40). «Bu
(gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də mənə Allahdan başqalarının nə
yaratdığını göstərin. Xeyr, zalimlər açıq-aşkar əyri yoldadırlar». (Loğman 11).
«
…
Lakin Allah imanı sizə sevdirmiş, onu ürəklərnizdə süsləmiş, küfrə, itaətdən
çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır
…
.». (əl-Hucurat 7).
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Şübhəsiz Allah bir işi edəni və
onun etdiyi işi yaradandır»
1627
.
Açıqladığımız şəkildə qədərə iman etmək, qulun ixtiyar sahibi olmasına (yəni pis və
yaxşını seçməsinə) və bu əməlləri etməsinə yetəcək qədər güc və qüvvəti olmasına
zidd deyildir. «Allahdan (Allahın əzabın-dan) bacardığınız qədər qorxun». (ət-
Təğabun 16). «Qadınlar sizin tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin.
Özünüz üçün qabaq-cadan yaxşı əməllər hazırlayın». (əl-Bəqərə 223). «Allah heç
kəsi qüvvəsi çatmayan işi (görməyə) vadar etməz. Hər kəsin qazandığı yaxşı əməl də,
pis əməl də özünə aiddir». (əl-Bəqərə 286).
Qədərə iman gətirmək kamil olmaz ta ki, insan bu dörd şeyə iman gətirmədikcə.
QƏDƏRİ DƏLİL GƏTİRMƏK
Buna görə də qulun fərzləri tərk edib, pis işləri görməklə qədəri dəlil gətirməsi
doğru deyildir.
1) Allah əzəli elmi ilə Adəm oğullarının Cənnətə və Cəhənnəmə girəcək olanların
hamsını bilir. Bunların saylarında artma və əskilmədə olmaz. Allah hər insanın ana
bətnində ikən iman əhli mi, yoxsa küfr əhli mi olduğunu bilir. Bu Lövhi Məhfuzda da
yazılmışdır. Allahın bu haqda elmi əsla dəyişməz.
Yenə də quların əməlləri onlar o, əməlləri etməzdən əvvəl də Allaha bəllidir. Bu
Allahın əzəli bir elmidir. Hər insan nə üçün yaradılmışsa ona uyğun əməl edər. Cənnət
əhli Cənnət əhlinin əməlləri ilə əməl edər, Cəhənnəm əhli Cəhənnəm əhlinin əməlini
işləyənlərdir. Bir kimsə pis əməldən sonra saleh əməl etmək yazılmışsa o, etdiyi pis
əməldən sonra Cənnətə girər. Bəzi kimsələr də vardır ki, daha əvvəl saleh əməl işlədiyi
halda həyatı Cəhənnəm əhlinin əməli ilə bitər və Cəhənnəm əhli olaraq yazılar.
Mühüm olan insanın son anda etdiyi əməldir. Mömin ancaq Allahın diləməsi ilə
mömindir, kafir də uca Allahın diləməsi ilə kafirdir. Səhl b. Sad - radıyallahu anhu
–
rəvayət edir ki, Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «İnsanlar arasında
elə kimsələr də vardır ki, insanlara görnüşünə (əməllərinə) görə Cənnət əhlinə yaraşan
xeyrli əməllər edər. Halbuki o, Cəhənnəmlikdir. Yenə insanlardan elələri də vardır ki,
1627
Buxari «Xalqu Əfalul İbad» s. 25, Beyhəqi «Əsməu və Sifət» s. 23.