Siyasi elmlər
- 81 -
Xəzərin hüquqi statusu ilə bağlı 1921-ci il Rusiya-İran
müqaviləsi
SSRİ yaradılandan sonra da, 1931-ci ilə qədər öz hüquqi qüvvəsini olduğu
kimi saxlamış və müvafiq olaraq SSRİ – İran razılaşması kimi fəaliyyət gös-
tərmişdir. 27 oktyabr 1931-ci ildə iki xəzəryanı ölkə olan SSRİ və İran ara-
sında
“Xəzər dənizinə daxil olma, ticarət və gəmiçilik” haqqında yeni bir
sənəd – Konvensiya imzalanmışdır. Konvensiyanın 16-cı maddəsində qeyd
edilir ki, Xəzər dənizi yalnız onun sahillərində yerləşən SSRİ və İrana məx-
sus olduğuna görə, onun sularına da yalnız bu ölkələrə məxsus,
yaxud onla-
rın bayrağı altında üzən gəmilər daxil ola bilər. Konvensiyanın şərtlərinə
görə hər iki ölkə onun sahil sərhədlərindən dənizin içinə doğru 10 dəniz mili
məsafəsində balıqçılıqla sərbəst məşğul olmaq hüququna malik idi [4, s.84].
Təxminən eyni məzmunlu hüquqi müqavilə 1935 və 1940-cı illərdə
iki ölkə rəsmilərinin imzaladığı iki hökumətlərarası müqavilədə öz əksini
tapmışdır. 1940-cı ildə İkinci dünya müharibəsi təhlükəsi hər iki ölkənin
astanasında dayanan zaman,
SSRİ-nin təşəbbüsü ilə İranla Xəzər hövzəsinin
hüquqi statusu və iki ölkə arasındakı münasibətlərlə bağlı müqaviləyə
yenidən baxılmışdır. Bu müqavilələrdə qeyd olunmasa da, SSRİ və İran
arasında öz sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə
Xəzər
dənizi faktiki olaraq iki hissəyə (milli sektorlara) bölünmüşdü. İranın sahil
sərhədlətindən dənizin orta xəttinə qədər olan hissə (təxminən bütün dəniz
səthinin 14 faizi İrana, 86 faizi isə Sovet İttifaqına düşmüşdü) İranın, qalan
hissə isə SSRİ-nin ərazisi hesab olunurdu. Yuxarıda
qeyd olunduğu kimi,
sahildən 10 dəniz mili məsafəsində hər ölkə sərbəst balıqçılıqla, qalan
ərazilərdə isə qarşılıqlı razılaşma əsasında gəmiçilik və s. iqtisadi fəaliyyətlə
məşğul olmaq olardı [2, s.324].
İki ölkə arasında 1954, 1956 və 1957-ci illərdə həyata keçirilmiş sər-
həd demarkasiyası zamanı da yuxarıda göstərilən bölgü əsas götürülmüş və
İranın Xəzər sərhədlərinin başlanğıcı Azərbaycanın Astara - Türkmənistanın
Həsənqulu yaşayış məntəqələrindən – dənizin orta xəttinə qədər – düz xətt
üzrə müəyyən edilmişdir. O dövrün bütün siyasi xəritələrində bu bölgü prin-
sipial olaraq sərhəd hüdudu olaraq göstərilmişdir. SSRİ isə öz daxili qayda-
larına müvafiq olaraq ( eyni orta xətt prinsipi üzrə) Xəzər dənizinin ona aid
olan 86%-lik ərazisini milli təsərrüfat işləri aparmaq və s. məqsədlərlə 1970-
Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
- 82 -
ci ildə dörd xəzərətrafı respublika arasında – Rusiya (19%), Qazaxıstan
(29%), Azərbaycan (21%) və Türkmənistan (16%) olmaqla milli sektorlara
bölmüş, hər bir müttəfiq respublikanın dəniz ərazilərini (sektorlarını)
müəyyən etmişdir.
1992-ci ildə SSRİ dağılır və Xəzər ətrafında SSRİ-nin tərkibindən çıx-
mış 4 yeni müstəqil dövlət meydana gəlir. Xəzər
hövzəsi öz geosiyasi və
geoiqtisadi xarakteristikasına görə nəinki təkcə bölgə ölkələri üçün həyati
əhəmiyyətli məkana, eyni zamanda mühüm planetar bir faktora çevrilir. Xə-
zər dənizinin yeni geosiyasi statusu onun karbohidrogen yataqlarının mən-
subiyyətini, su hövzəsində iş aparmaq hüququnu və üstün mövqe haqqını,
dənizin xəzərətrafı ölkələr arasında bölüşdürülməsini və bu bölüşdürmənin
metodikasını və s. kimi çoxsaylı dövlətlərarası geosiyasi məsələlərin həllini
də gündəmə gətirdi. Əlbəttə, Xəzərin zəngin mineral və bioresurslarının ef-
fektiv istifadəsi, unikal təbii balansının saxlanması, dənizin bölgə ölkələrinə
sülh və təhlükəsiz həyat, burada yaşayan insanlara rifah gətirməsini planlaş-
dırmaq və həyata
keçirmək həm bölgə ölkələrinin, həm də regionda marağı
olan kənar güclərin maraq dairələrinin müxtəlifliyi ucbatından o qədər də
asan məsələ deyildi. Odur ki, həm keçmişdə dənizdə hökmran mövqedə
olan Rusiya və daim bunu arzu edən İran, həm bölgənin digər böyük və ki-
çik ölkələri, həm də beynəlxalq güclər qısa müddətdə Xəzər hövzəsində öz-
lərinin geosiyasi strategiyasını formalaşdırmağa başlayırlar.
Bundan başqa, Xəzər hövzəsinin gələcək dünya siyasətindəki geosiya-
si yeri və mövqeyi, dənizin təbii enerji qaynaqlarının, bioresurslarının
istifa-
dəsi, hovzədə dövlətlərarası münasibətlərin qurulması və idarə olunması və
bu kimi digər mühüm geostrateji məsələlərdə bölgə ölkələrinin fərqli təklif
və mülahizələri ortaya çıxmağa başlayır. Əsas fikir ayrılığı İran, Rusiya və
Azərbaycan arasında müşahidə olunduğuna görə, ilkin fərqli təkliflər və bir-
birini təkzib edən mövqelər də də məhz bu üç ölkə rəsmilərindən gəlirdi.
Məsələn, həmin 1992-ci ildə İran Tehranda keçirilən Xəzərətrafı ölkələrin
birgə konfransında belə bir təşəbbüslə çıxış edir ki, xəzərətrafı ölkələr arala-
rında birgə əməkdaşlıq haqqında yeni müqavilə hazırlansın və hövzədəki
hər hansı iqtisadi fəaliyyətlə bağlı bütün ətraf ölkələr ümumi razılığa gəlsin-
lər. Bu təklif o dövrdə Xəzərdə ən aparıcı ölkə hesab olunan Rusiya tərəfin-
Siyasi elmlər
- 83 -
dən
dəstəklənmədiyinə görə, digər dövlətlər də ona ciddi maraq göstərmə-
dilər. Əslində, Azərbaycan istisna olmaqla həmin dövrdə Xəzərdə heç bir
ölkə hər hansı bir ciddi layihə reallaşdırmaq gücündə və imkanında deyildi
və belə bir fəaliyyətlə də məşğul olmurdu.
Xəzər hövzəsində transmilli enerji layihələri ilə bağlı ilk təklif Azər-
baycandan gəlmişdir. 1992-1993-cü illərdə Azərbaycanın Xəzər dənizində
xarici transmilli şirkətlərlə birgə enerji layihələri həyata keçimək istəyini bə-
yan edir və dərhal da bəzi bölgə ölkələrinin etirazı ilə qarşılanır. Azərbayca-
nın Xəzərlə bağlı gələcək geoiqtisadi niyyətləri açıqlanar-açıqlanmaz Rusi-
ya və İran buna etiraz etməyə və öz etirazlarını müxtəlif amillərlə əsaslan-
dırmağa cəhd göstərdilər. Onlar özlərinin milli
geoiqtisadi və geosiyasi
“maraqlarının” pozulması bəhanəsilə və Azərbaycanı “bu işdən çəkindir-
mək” məqsədilə Xəzərdən istifadə qaydalarına dair müxtəlif əsassız və zi-
yanlı təkliflər irəli sürməyə başlayırlar. Həmin ziyanlı və perspektivsiz tək-
liflərdən biri və ən mühümü məhz
“Xəzərin hüquqi statusu”, daha doğrusu
bu statusa yenidən baxılması məsələsi idi.
Əslində bu məsələnın “mühümlüyünü” şərtləndirən əsas amil, bütün
qüvvəsi ilə Azərbaycanın öz xarici tərəfdaşlarıyla dənizdə reallaşdırdığı və
həyata keçirmək istədiyi nəhəng enerji layihələrinə mane olmaq, xüsusən də
bu işə qoşulmaq istəyən ABŞ və Qərb ölkələrinin Xəzər hövzəsinə daxil
olmasının qarşısını almaq istəyən Rusiya və İranın bəzi dairələrinin bu prob-
lemi süni şəkildə şişirtmələri və təkidlə gündəmə gətirmələri idi.
Xəzərin
statusu və onun ətrafında cərəyan edən adi və gündəlik məsələlər həmin dai-
rələr tərəfindən əsassız olaraq
bölgənin gələcək geosiyasi taleyi və region
ölkələrinin fərqli inkişaf meylləri, fərqli inteqrasiya istiqamətləri ilə əlaqə-
ləndirilərək, beynəlxalq statuslu milli maraq mübarizələri hədəfinə çev-
rilmiş və regional münasibətləri gərginləşdirmişdir.
Xəzərin hüququ statusuna dair hövzə ölkələrinin müasir geosiyasi
yanaşmaları və beynəlxalq hüququn tələbləri
Xəzərin statusunun ciddi şəkildə ortaya atılması və onun ətrafında re-
gional və beynəlxalq münaqişə yaratmaq cəhdini ilk dəfə 1993-cü ildə Rusi-
yanın bəzi diplomatik dairələri göstərmişlər. Həmin vaxt Rusiya Xarici işlər