Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
- 136 -
yektivlik” mövzusunda elmi-fəlsəfi seminar keçirildi.
Tədbirdə Prof. Dr. Səlahəddin Xəlilov, Prof. Dr. Cahangir Məmmədli,
Prof. Dr. Könül Bünyadzadə, Dos. Dr. Lətafət Hümmətova, Dos. Dr. Qəmər
Mürşüdlü, Dr. Sevda Sadıqova, Dr. Mətanət Abdullayeva, aspirant və ma-
gistrlər, jurnalistlər iştirak edirdilər.
Seminarı giriş sözü ilə Prof. Dr. Səlahəddin Xəlilov açdı. O qeyd etdi
ki, bugünkü seminar Fəlsəfi Diskursda rus filosofu N.Berdyayevin “ Fəlsəfə
subyektiv olmaya bilərmi?” sualından yaranmış bir sıra mübahisə doğuran
məsələlərə aydınlıq gətirmək üçün “Fəlsəfədə subyektivlik və obyektivlik”
mövzusuna həsr edilmişdir. “Subyektivlik” adi danışıq dilində çox vaxt
mənfi mənada işlənir. Amma biz burada fəlsəfənin özünün nə dərəcədə ob-
yektiv gerçəkliklə və nə dərəcədə tədqiqatçının öz məni ilə bağlı olduğunu
aydınlaşdırmağa çalışırıq. Əslində sual “fəlsəfədə tam obyektivlik mümkün-
dürmü” kimi qoyulsaydı, daha çox yerinə düşərdi. Belə ki, fəlsəfə “Mən” ilə
“Qeyri-mən” arasında münasibəti öyrənərkən, “Mən”i tam kənarlaşdıra bil-
məz. Əslində belə bir cəhd də göstərilmir. Belə bir cəhdi göstərən elmdir.
Fəlsəfəni elmdən fərqləndirən ən mühüm cəhətlərdən biri də məhz “Mən”in
özünün tədqiqat obyektinə qatılmasıdır.
Prof. Dr. Cahangir Məmmədli şəxsi və milli maraqların fəlsəfi yaradı-
cılığa nə dərəcədə təsir etməsi, filosofun milli mənsubiyyətindən asılı olma-
dan ümumbəşəri mövqeyin mümkünlük dərəcəsi barədə çıxış etdi. “Yalnız
öyrənən, dünyanı izah etməyə çalışan insandan fərqli olaraq öz “mən”ini,
milli maraqlarını ortaya qoyan insanın mövqeyi nə dərəcədə fəlsəfi yanaşma
hesab oluna bilər”, – sualını qoyan professor subyektivlik və obyektivlik
mövzusu ilə millilik və ümumbəşərilik mövzusu arasında müəyyən paralel-
lər olduğunu qeyd etdi.
Dos.Dr. Qəmər Mürşüdlü isə fərdi “mən”lərin öz aralarında hansı isə
kosmik kanallarla əlaqəli olmalarından, onların kosmik şüura və ilahi ruha
çıxış imkanlarından bəhs etdi.
Dr. Mətanət Abdullayeva da söhbətə qoşularaq insan bədəninin quru-
luşunda, onurğa sütununda ilahi ruhla əlaqəni təmin edən, mənəvi inkişaf
səviyyəsindən asılı olaraq pillə-pillə açılan xüsusi məqamlardan bəhs etdi.
Mətanət xanım Nizaminin “Yeddi gözəl” poemasında əslində Bəhram Gu-
Elmi-fəlsəfi həyat
- 137 -
run ardıcıl olaraq yeddi mənəvi inkişaf səviyyəsindən keçməsi və sonda ba-
har fəslinə çatması ilə kamilliyin təsvir edilməsi ideyasını irəli sürdü. Belə
ki, fəlsəfi fikirlərin nəinki poetik tərənnümü, onların müxtəlif cür interpreta-
siya imkanları da subyektivlikdən xəbər verir.
Sonda S.Xəlilov seminara yekun vuraraq dedi:
– Özünü tanımaq, həyatını öz meyarlarına uyğun şəkildə qurmaq heç
də bütün insanlara qismət olmur. Neçə-neçə insan bu dünyada həyat sürüb,
başqaları ilə ünsiyyətdə olub, başqalarını tanıyıb, onlarla iş birliyi qurub,
amma bir dəfə də olsun özü ilə görüşmək, özünü tanımaq və öz seçimi ilə nə
isə bir iş görmək şansı olmayıb. Amma kimə ki, özü ilə görüşmək nəsib
olur, onun keçirdiyi ilk hiss heyrət və vahimə ilə müşayiət olunur. Başqası-
nın istəklərinə və düşüncələrinə soyuqqanlı yanaşmaq, onları tənqidi surətdə
nəzərdən keçirmək emosiyasız da mümkündür. Yaxın adamlarının mövqeyi-
nə, həyat tərzinə biganə qalmaq çətindir. Özünə qarşı biganəlik qeyri-müm-
kündür. (Düzdür, insan özünü heç tanımadan rahatca «yaşayır». Amma əs-
lində kimin həyatını yaşayır? Başqalarının həyatına əlavəyə çevrilmir ki?).
Hegel «Tarix fəlsəfəsi» əsərində diqqəti insanın özünün əslində nə ol-
ması haqqında fikirlərin tarixən dəyişilməsinə yönəldir. Misirlilərin bu haq-
da düşüncələrini ifadə etmək üçün Neyt ilahəsinin məbədində həkk olunmuş
məşhur yazını misal gətirir: «Mən o-yam ki, olmuşam, varam və olacağam:
heç kim mənim pərdəmi götürməmişdir». İnsanın özünə münasibəti, özü
haqqında bilgisi problemi daha yüksək inkişaf pilləsi olan yunan təfəkkü-
ründə daha aydın qoyulur və «özünü dərk et» şəklində konkretləşir. Hegel
bu fikri izah edərək yazır ki, burada söhbət heç də hər bir insanın öz müsbət
və mənfi, üstün və zəif cəhətlərini anlamasından getmir. Əsas məsələ ümu-
miyyətlə insanın özünü dərk etməsidir. Bu mənada özünüdərk öz-ün, fərdi
Mən-in yox, insan ümumisinin dərkidir və tarixi bir prosesdir. Lakin hər bir
insanın öz şəxsi həyatında məhz öz fərdi varlığını dərk etməsi problemi də
çox önəmlidir. Həm də bu zaman proses daha çox dərəcədə duyğu, hissiyyat
müstəvisində gedir, insan həyatının tərkib hissəsi kimi yaşanır.
Özünün əslində kim olduğunu, ürəyindən nələr keçdiyini bilmək im-
kanı insanı vahimələndirir. İnsanın özü ilə həqiqi görüşü onun özü haqqında
yaratdığı himsiz-bünövrəsiz, çox təxmini, ufaq obrazın, bəzən mifin dağıl-
Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
- 138 -
ması ilə nəticələnə bilər və insanın həqiqi siması özü üçün tam bir yenilik
ola bilər. Şopenhauer yazır ki, insandan başqa heç bir varlıq öz mövcudlu-
ğuna təəccüb və heyrətlə baxmır. İnsan öz şüurlu həyatını yaşayarkən, öz
mövcudluğuna izahat tələb etməyən bir reallıq kimi baxır. Lakin, insanın öz
Mən-inə kənardan baxmaq imkanı fəlsəfi düşüncələrin əsası olur və məlum
olur ki, insanın kortəbii fəaliyyəti çox vaxt onun öz maraqlarının əksinə
yönəlmişdir.
Bəzi adamlar öz qəlbini dinləməkdən məqsədyönlü surətdə çəkinirlər,
onlar öz həyat tərzini mövcud sosial normalara, mənəvi prinsiplərə, əxlaqi
dəyərlərə uyğun surətdə qurmağa çalışır və əslində nə kimi bir materialla iş-
lədiklərinin fərqinə varmırlar. Lakin bu material insanın istəyindən, arzu-
sundan asılı olmadan irəlicədən verilmiş, başqası tərəfindən yaradılmış bir
gerçəklikdir. Elə bir gerçəklik ki, onunla tanışlıq ya meditasiya, ya da fəlsəfi
reduksiya zamanı mümkün olur. Hər iki halda insan bütün kənar təsirlərdən,
sonradan əldə edilmiş keyfiyyətlərdən, cəmiyyətin, mühitin insana təlqin et-
diklərindən uzaqlaşmaq, «xilas olmaq» yolu ilə özünə yaxınlaşmağa çalışır.
Bu bir azadlıq məqamıdır və bundan sonrakı fəaliyyət ancaq insanın həqiqi
Mən-inin realizasiyası kimi həyata keçir.
Tədbirin sonunda Fəlsəfi Diskursun qalibləri mükafatlandırıldı, xatirə
şəkilləri şəkildi.
TEDxBakı Women-də
“Ən yeni İslam fəlsəfəsi”
5 mart, 2011-ci il, Bakı.
Mart ayının 5-də fəlsəfə elmləri doktoru Könül Bünyadzadə
TEDxBakı Women-də “Ən yeni İslam fəlsəfəsi” mövzusunda çıxış etdi. Bu
tədbir TEDWomen qlobal konfransının davamı olaraq Azərbaycan qadını-
nın dünya ilə paylaşa biləcək fikirlərini beynəlxalq dəyərlər sırasına daxil
etmək məqsədi ilə ART Garden-da keçirildi.
Dostları ilə paylaş: |