Elmi-fəlsəfi həyat
- 133 -
yulan suala müvafiq olaraq soruşmaq olar ki, fərd cəmiyyətdə itsə yaxşıdır,
yoxsa öz fərdiyyətini qoruyub saxlasa yaxşıdır? Bu halda sanki fərdi azadlıq
və ictimai mütəşəkkillik, yaradıcı və normativ düşüncə, orijinallıq və ənənə-
vilik qarşılaşdırılmış olur. İki kənar hal var: ya tamamilə tərki-dünya olmaq,
asketlik, guşənişinlik, ya da tamamilə cəmiyyətdə itib-batmaq, “palaza bürü-
nüb, elnən sürünmək” – hər iki hal ifrat dərəcədə birtərəflidir. Məqsəd şəxsi
həyatla ictimai həyatın, fərdi yaradıcılıqla şablon təfəkkürün ortaq məxrəcə
gətirilməsi, “qızıl orta”nın tapılmasıdır.
Prof. Dr. Rəbiyyət Aslanova “palaza bürünüb, elnən sürünmək”, ya-
xud “el üçün ağlayan iki gözdən olar” və s. bu kimi kəlamların ziyanlı mə-
qamlarından bəhs etdi. Avropada fərdi azadlığa və yaradıcı düşüncəyə daha
çox önəm verildiyini və bizim düşüncə tərzimizə xas olan mühitə tez uyğun-
laşmaq, necə deyərlər “başını girləmək” kimi cəhətlərin yolverilməzliyini
vurğuladı.
Prof. Aydın Şirinov, Prof. Cahangir Məmmədli və Prof. Fərman İsma-
yılov da müzakirəyə qatılaraq öz mövqelərini bildirilər. Daha sonra gənclər
də çıxış edərək müasir dövr üçün aktual olan bir sıra məsələləri önə çəkdi-
lər. Dr. Samirə Həsənova, TEDx-n Bakı təmsilçisi İdris Heydərli, tələbə və
aspirantlardan Fəranək Bəvardeh, Xəyalə İbrahimova, Günay Piriyeva, Os-
man Hacıyev onları maraqlandıran məsələlərlə bağlı fikirlərini bildirdilər,
suallar verdilər, mövzu ətrafında geniş müzakirə aparıldı.
Seminarın sonunda Fəlsəfi Diskursun qaliblərinə diplomlar və müka-
fatlar verildi, xatirə şəkilləri çəkildi.
“Mənliyin hüdudları və azadlıq”
mövzusunda elmi-fəlsəfi seminar
19 fevral 2011-ci il, Bakı
Fevral ayının 19-da Fəlsəfə Dünyasında “ Mənliyin hüdudları və
azadlıq” mövzusunda elmi-fəlsəfi seminar keçirildi.
Tədbirdə Prof. Dr. Səlahəddin Xəlilov, Prof. Dr. Rəbiyyət Aslanova,
Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
- 134 -
Prof. Hamlet İsaxanlı, Prof. Dr. Fərman İsmayılov, Prof. Aydın Şirinov,
Prof. Dr. Könül Bünyadzadə, Dos. Dr. Lətafət Hümmətova, Dos. Dr. Qəmər
Mürşüdlü, Dr. Mehriban Qasımova, Dos. Dr. Nuridə Novruzova, Dr. Sevda
Sadıqova, Dr. Mətanət Abdullayeva, Türkiyə və İrandan gəlmiş qonaqlar,
aspirant və magistrlər, jurnalistlər iştirak edirdilər.
Seminarı giriş sözü ilə Prof. Dr. Səlahəddin Xəlilov açdı. O qeyd etdi
ki, bugünkü seminar Fəlsəfi Diskursda ərəb mühacir şairi Cübran Xəlil Cüb-
ranın “ Azad olmaq üçün qırıb atmaq istədikləriniz məgər sizin mənliyini-
zin parçaları deyilmi?” sualından yaranmış “Mənliyin hüdudları və azad-
lıq” mövzusuna həsr edilmişdir. İlk növbədə maddi və mənəvi azadlığın bir-
birindən fərqləndirilməyinin zəruriliyini vurğulayan S.Xəlilov onu da bil-
dirdi ki, hazırda bir çox xarici amillər insan azadlığına mənfi təsir göstərir
və maddi azadlığın əhəmiyyəti mənəvi azadlığı üstələyir.
S.Xəlilov göstərdi ki, bəzən maddi azadlığı maddi cəhətdən təmin
olunmaq kimi bağa düşürlər. Lakin tamamilə mümkündür ki, çox varlı bir
adam maddi cəhətdən varlı olmasın və əksinə, ondan xeyli kasıb adam azad
olsun. Belə ki, maddi azadlıq insanın maddi təminat səviyyəsi ilə maddi tə-
ləbat səviyyəsi arasında nisbətdən doğur. Minimal maddi ehtiyaclarını ödə-
miş olan bir adam maddi iddiaları az olduğundan, gözü tox olduğundan,
maddi cəhətdən də azad olacaqdır. Zəngin isə, əgər iddiaları imkanlarını üs-
tələyirsə, həm öz maddi hərisliyinin ucbatından, həm də başqaları ilə qurdu-
ğu öz imkanlarına adekvat olmayan münasibətlərdən dolayı öz azadlığını
itirəcəkdir.
Cəmiyyətin mənəvi həyatı ilə əlaqədar formalaşmış meyarlar sistemi
də azadlığa təsirə edən mühüm amillər sırasındadır. Stereotiplərin, adət-ənə-
nənin möhkəm kök atdığı konservativ cəmiyyətlərdə fərdin mənəvi azadlıq
dərəcəsi də təbii ki, aşağı olur. Fikir sahəsində də şablonlar insanı sərbəst
düşünməyə qoymur. Əslində “paradiqma” da azadlığı məhdudlaşdıran bir
amil kimi götürülə bilər. Lakin ən önəmli olan insanın könüllü surətdə öz
azadlıqlarını məhdudlaşdırmasıdır.
Prof. Dr.Rəbiyyət Aslanova Qərb modelinin azadlıq üçün daha düz-
gün olmasından bəhs etdi. Onun fikrinə görə, müasir Qərb dəyərləri əslində
azadlıq və demokratiya axtarışları üzərində formalaşmışdır. O cəmiyyət
Elmi-fəlsəfi həyat
- 135 -
azaddır ki, orada insan haqları təmin olunur.
Prof. Dr. Hamlet İsaxanlı da bu fikirlə razılaşdığını və Qərbin müsbət
deyil, mənfi tərəflərini mənimsəməkdə özümüzün günahkar olduğumuzu
bildirdi. Qərb sivilizasiyasına nə isə sabit dəyişilməz bir şey kimi baxmaq
olmaz. Zaman keçdikcə, o da inkişaf edir və həm də başqa ölkələrə yayılır.
Məsələn, müasir Yaponiya əslində Şərq olmaqdan daha çox, Qərb mədə-
niyyətini mənimsəmişdir.
Müzakirəyə qoşulan Aydın Şirinov, Fərman İsmayılov, Qəmər Mür-
şüdlü və başqaları azadlıq probleminin müxtəlif aspektlərindən bəhs etdilər.
Mənən azad olmağın daha əhəmiyyətli olduğunu bildirən Dr. Sevda Sadı-
qova Nəsimidən, Füzulidən, Caviddən gətirdiyi şeir nümunələrilə öz fikrini
təsdiqlədi. XXI əsr poeziyasına nümunə olaraq Hamlet İsaxanlının azad ru-
hun ifadəsi olan şeirləri dinlənildi.
Gənclərdən Dr. Mehriban Qasımova, Faiq Xudanlı, Osman Hacıyev
və başqaları müzakirədə fəal iştirak etdilər.
Tədbirin sonunda Fəlsəfi Diskursun qalibləri elan olundu, diplom və
mükafatlar təqdim edildi, xatirə şəkilləri çəkildi.
Prof. Aydın Şirinov, Prof. Cahangir Məmmədli və Prof. Fərman İsma-
yılov da müzakirəyə qatılaraq öz mövqelərini bildirilər. Daha sonra gənclər
də çıxış edərək müasir dövr üçün aktual olan bir sıra məsələləri önə çəkdi-
lər. Dr. Samirə Həsənova, TEDx-n Bakı təmsilçisi İdris Heydərli, tələbə və
aspirantlardan Fəranək Bəvardeh, Xəyalə İbrahimova, Günay Piriyeva, Os-
man Hacıyev onları maraqlandıran məsələlərlə bağlı fikirlərini bildirdilər,
suallar verdilər, mövzu ətrafında geniş müzakirə aparıldı.
Seminarın sonunda Fəlsəfi Diskursun qaliblərinə diplomlar və müka-
fatlar verildi, xatirə şəkilləri çəkildi.
“Fəlsəfədə subyektivlik və obyektivlik”
mövzusunda elmi-fəlsəfi seminar
5 mart, 2011-ci il
Mart ayının 5-də Fəlsəfə Dünyasında “Fəlsəfədə subyektivlik və ob-
Dostları ilə paylaş: |