Siyasi elmlər
Cədvəl-qrafik 2.3. Təkqütblü sistemin formalaşması – 1990-2000
Ölkə
ÜDM
Ordu
COW
ABŞ
40
50
28
Fransa
6 9 5
Yaponiya
22
8
10
Rusiya
3 13 12
Çin
21
7
33
Britaniya
6 6 4
Almaniya
9
7
6
Ümumi müharibə qabiliyyəti – COW göstəricilərini
təhlil etsək belə bir
nəticə ortaya çıxar ki, Britaniyanın bu indeks üzrə ən yüksək göstəricisi 1870-
ci ildə özünün ilkin sənaye müəssisələrinin (dəmir istehsalının və daş kömür
çıxarılmasının yüksək səviyyəyə qalxması) qurulması dövrü ilə üst-üstə
düşür. Rusiyanın (Sovet İttifaqının) COW indeksi üzrə dominantlığı isə
Soyuq müharibənin sonunda silah istehsalı və ağır sənayenin inkişafı ilə izah
olunur. Çinin yüksək göstəricilərinin əsasında isə çoxmilyonlu əhali və onun
sayəsində formalaşan çoxsaylı silahlı qüvələr, nəhəng polad sənayesi dururdu.
“Britaniyanın müvafiq istiqamət üzrə qüdrəti 36%-ə çatmaqla 1860-cı ildə
zirvəyə yüksəlib. Həmin il Böyük Britaniya 50% əlavə enerji və 35% -dən
çox dəmir istehsal edərək digər güc mərkəzlərini geridə qoymuşdur. Ölkənin
şəhər əhalisi digər böyük dövlətlərə nisbətən iki dəfə artmışdır” [23, s. 46].
Əslində, K.Leyn də "təkqütblülük illuziyası" ifadəsini əvvəlcə Britaniyanın
təkqütblü güc mərkəzi statusunu təsvir edərkən istifadə etmişdir.
“Cədvəl - 3”dən isə aydındır ki, ABŞ hal-hazırda ölkə əhalisinin və
hərbi personalın sayı istisna olmaqla digər bütün göstəricilərdə dominantlıq
nümayiş etdirir. O, "informasiya əsrinin" bütün
komponentlərində həlledici
üstünlüyə malikdir (Cədvəl 3). Yeni minilliyin başlanğıcında dünya miqya-
sında texnologiyanın inkişafına yönələn ümumi xərclərin 35,8%-ni Amerika
Cədvəl 3. Əsas güc mərkəzləri arasında COW indikatorları (%-lə)* [7]
Ölkələr
Əhali
(1996)
%-lə
Adambaşına
ÜDM
(1997, PPP)
Manufaktur
istehsal
(1995)
Enerji
istehlakı
(1996)
Hərbi
xərclər
(1996)
Hərbi
personal
(1996)
ABŞ
13 30,2 37
41 52 18
Çin
62
3,5
8
21
7
36
Yaponiya
6 24,5 27 10 6 3
Almaniya
4
20,8
14
7
7
5
Rusiya
7 4,7 m.y. 12 13 30
Britaniya
3
21,2
6
5
6
3
Fransa
3 22,7 7
5
9 5
- 121 -
Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
Birləşmiş Ştatları ayırmışdır. Sonrakı yerləri Yaponiya-17,6%, Almaniya -
6,6%, Böyük Britaniya 5,7%, Fransa- 5,1%, Çin-1,6%-lə bülüşmüşdür.
ABŞ-ın elmi tədqiqatlara və ölkənin inkişafına ayırdığı ümumi vəsait təxmi-
nən dünyanın yeddi ən zəngin ölkəsinin xərclərinə bərabərdir.
Dünya miq-
yasında bu istiqamətdə ayrılan xərclərin 90%-i Böyük Yeddilərə (G-7) məx-
susdur.
ABŞ-ın maliyyə və texnoloji üstünlüklərinin kəmiyyət və keyfiyyət
vəhdəti görünməmiş səviyyədədir və o, zaman keçdikcə qlobal geosiyasi
mövqeyə transfer edir.
Cədvəl 4. Güc mərkəzlərinin “İnformasiya əsri” göstəriciləri – 1995-2000
(%-lə)* [6]
Dövlətlər
Yüksək
texnologi-
ya isteh-
salı (%)
Ümumi təd-
qiqat xərclə-
ri (%)
Müdafiə
tədqiqatları
xərcləri (%)
İxtira
patent-
ləri
(min)
Kompüter
sayı (min
nəfərə)
İnternet isti-
fadəçilər
(min nəfərə)
Alim və
mühəndis
sayı (mln.
nəfərə gö-
rə)
ABŞ
41 53 80 61
407 976 976
Britaniya
6
6
7
2
242
201
201
Yaponiya
30 22 2
23
202 107 107
Fransa
5
8
8 m.y.
174
73
73
Almaniya
10 11 3
6,8
255 141 141
Çin
8 m.y.
m.y. m.y.
6
0,16
0,16
Rusiya
m.y. m.y. m.y. m.y.
32 9
9
Birqütblülüyün əsas təbiəti də iki nəzəriyyəyə əsaslanır. Onlardan biri
qüvvələr nisbətini öz xeyrinə həll edib üstünlüyü əlində saxlamaqdırsa, ikin-
cisi bu nisbəti balanslaşdırmaq məqsədi güdür.
Hər iki nəzəriyyənin nəticə-
sini ümumi olaraq belə qiymətləndirmək mümkündür ki, təkqütblü sistem
sülhün dayağı olmalıdır. Tədqiqatçı M.Şitz qeyd edir ki, güc mərkəzləri ara-
sında üstünlüyü özündə ehtiva edən təkqütblülük
nəzəriyyəsi beynəlxalq
arenada Soyuq müharibədən sonrakı beynəlxalq sistemin təbiəti ilə bağlı
müzakirələrə son qoydu [20, s. 170]. Lakin təkqütblü sistemin sakit təbiətə
malik olduğunu vurğulayan mütəxəssislərin yanaşmalarına əks arqumentlər
qoymaq üçün kifayət qədər əsaslar mövcuddur. Çünki qlobal sistemi tən-
zimləmək imkanı olan böyük dövlətlər yalnız güc sektorunda fərqlilik orta-
ya çıxana qədər stabil görüntü nümayiş etdirirlər. Əslində,
onlar öz imkanla-
- 122 -
Siyasi elmlər
- 123 -
rına əsaslanaraq liderliyə can atan digər bir qüdrətli dövlətin ortaya çıxma-
sından da məmnun deyildirlər.
Nəticə
Təkqütblü sistemdə təhlükəsizlik məsələləri iki səbəbdən özünü daha
qabarıq surətdə biruzə verir: birincisi, aparıcı dövlətin güc imkanı dünya
siyasətində də stimullaşdırıcı rol oynayaraq rəqabət üstünlüyündən doğan
problemi dəyişir. İkincisi, o digər dövlətlərin təsir gücünü azaldaraq böyük
güc mərkəzləri arasında cərəyan edən siyasi rəqabət zamanı qüvvələr balan-
sı problemini aradan qaldırmış olur.
Yuxarıda qeyd olunan göstəriciləri təhlil
edərək belə bir nəticəyə gəl-
mək mümkündür ki, ABŞ qlobal güc imkanlarına və dünyanı vahid mərkəz-
dən idarə etmək potensialına malik olan yeganə fövqəldövlətdir. O, dünya-
nın ən böyük hərbi-dəniz və hava qüvvələrinə, kosmosa nəzarət,
digər güc
mərkəzlərinə birinci olaraq nüvə zərbəsi endirmək gücünə sahibdir. Bununla
yanaşı, bütün sahələrdə ən yüksək maddi-texniki bazaya, təkmil idarəetmə
sisteminə, informasiya-kommunikasiya texnologiyalarının intensiv inkişafı
nəticəsində informasiya üzərində nəzarət gücünə malikdir. O, dünyanın qa-
lan bütün dövlətlərinin hərbi sahəyə ayırdığı xərclər qədər hərbi büdcəyə
ayırmalar edir.
Bütün bunlara baxmayaraq, təkqütblülük heç də qlobal
sabitliyi təmin etmir və bütün konfliktlərin aradan qalxmasına gətirib çıxar-
mır. O, sadəcə iki böyük problemin yoxluğu deməkdir. Bu problemlərdən
biri hegemonluq uğrunda qızışan mübarizənin zəifləməsi, digəri isə qüvvə-
lər balansının təmin olunması “probleminin” ortadan qalxmasıdır.
Beləliklə, təkqütblü sistemin ümumi təbiəti yalnız
böyük güclər ara-
sında sülhün qorunmasına, nüfuz və yaxud təhlükəsizlik uğrunda rəqabətin
azalmasına gətirib çıxarır. O, regional və lokal münaqişələr ehtimalını ara-
dan qaldırmır, əksinə bir çox hallarda onları gücləndirir.
*Qeydlər: “m.d” və “m.y” – müvafiq olaraq “məlum deyil” və “məlumat
yoxdur” kimi oxunmalıdır. Müxtəlif səbəblər üzündən bəzi dövlətlərin göstəriciləri
dəqiq məlum olmadığından cədvəldə qeyd olunmayıb;
- “PPP” – purchasing power parity - valyutanın alıcılıq qabiliyyətinin pariteti