Elmi-fəlsəfi həyat
- 139 -
“İnsanın özünə qayıdışı”
mövzusunda elmi-fəlsəfi seminar
19 mart, 2011-ci il, Bakı.
Mart ayının 19-da Fəlsəfə Dünyasında “İnsanın özünə qayıdışı” möv-
zusunda elmi-fəlsəfi seminar keçirildi.
Tədbirdə Prof. Dr. Səlahəddin Xəlilov, Prof. Dr. Fərman İsmayılov,
Prof. Dr. Cahangir Məmmədli, Prof. Dr. Aydın Şirinov, Prof. Dr. Könül
Bünyadzadə, Dos. Dr. Lətafət Hümmətova, aspirant və magistrlər, jurnalist-
lər iştirak edirdilər.
“Heraklit " təbiətə uyğunlaşmaq", sufilər " mənəvi kamillik", Marks
" cəmiyyəti dəyişmək" prinsiplərini irəli sürmüşdülər. Bəs müasir dövrün
prinsipi necə olmalıdır?” Seminarı giriş sözü ilə açan Prof. Dr. Səlahəddin
Xəlilov qeyd etdi ki, bugünkü seminarın mövzusu – “İnsanın özünə
qayıdışı” bu sual əsasında formalaşmışdır.
İnsanın özünə qayıdışı zamanın ən aktual vəzifələrindən biri kimi qar-
şıda durur ki, insan özündən ayrılmış, uzaq düşmüş, özgələşmişdir. Bunun
ilk səbəbi isə neçə yüz illər ərzində insanın əvvəlcə təbiətdən ayrılması, özü-
nü təbiətə qarşı qoyması, ona uyğunlaşmaq deyil, onu dəyişdirmək mövqe-
yindən çıxış etməsidir. Yəni insan təbiətdən ayrılarkən müəyyən mənada
özündən də ayrıldığının fərqinə varmamışdır. İkinci səbəb “mənəvi kamil-
lik” axtaran insanın kamilliyə çatmaq üçün öz bədənindən, instinktlərindən,
adi insani ehtiyaclarından bir növ imtina etməsi və bununla yenə də özündən
ayrılmasıdır. Düzdür, burada insan öz ruhani mahiyyətinə çatmağa çalışır,
təsəvvüf fəlsəfəsinin müəyyən etdiyi pillələrlə ardıcıl surətdə kamil insan
məqamına yetişməyə cəhd göstərir. Amma bu zaman seçilən metod – nəfsin
boğulması insanın ahəngdar inkişafı üçün heç də məqbul metod sayıla bil-
məz. Burada daha düzgün yol ruh, əql, nəfs və bədənin vəhdətindən, bir-bi-
rini qarşılıqlı surətdə tamamlaması prinsipindən çıxış etməkdir. Lakin elm
adamı daha çox əqlə, sənət adamı – daha çox hissə, fiziki əmək sahəsində
çalışanlar – bədənin sağlamlığına üstünlük verməklə, bütün bu ixtisaslaşmış
fəaliyyət sahələrinin insanın bütövlüyünə xələl gətirdiyini nəzərə almırlar.
Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
- 140 -
İnsanın maddi təminatını, iqtisadi həyatını önə çəkən marksizmdə cəmiyyəti
məhz bu fərqli modelə uyğun surətdə qurmaq yolunu seçir. Amma əvvəlcə
mənəviyyat, onunla birlikdə ümumiyyətlə insan özü arxa plana keçir. Gö-
ründüyü kimi, bütün hallarda insan öz ilkin sinkretik statusundan ayrılır,
özündən ayrı düşür. Ona görə də yeni mərhələdə əsas problemlərdən biri
insanın özünə qayıdışını təmin etməkdir.
Prof. Aydın Şirinov müasir dövrdə elm və texnologiya ilə yanaşı, mə-
dəniyyətin böyük rolundan bəhs etdi və insanın özünə qayıdışı üçün daxili
mədəniyyətə nail olmaq zərurətini vurğuladı. Bu məsələdə S.Xəlilov əslində
“daxili mədəniyyət” deyilən hadisənin də bütün mədəniyyət formaları kimi,
insana yad olduğunu və onu özünə yaxınlaşdırmaqdansa, başqa bir formada
özgələşdirməyə vəsilə olduğunu göstərdi.
Prof.Dr. Könül Bünyadzadə müəyyən şərtlərin, təhsilin, cəmiyyətin
formalaşdırdığı insanın yenidən özünə qayıtmasının heç də həmişə müsbət
nəticələnmədiyini bildirdi. Onun fikrinə görə, insanlar müxtəlif olduğundan,
onların ilkin halı, yəni mədəniyyətə qədərki genetik yönü cəmiyyət üçün
ziyanlı da ola bilər. S.Xəlilov əlavə etdi ki, mədəniyyətin əsas funksiyası ha-
mını məhz ictimai meyarlar baxımından müəyyən standartlar səviyyəsinə
qaldırmaqdır. Ona görə də biz insanın özünə qayıtması dedikdə, elmi-texni-
ki nailiyyətlərdən, mədəniyyətdən imtina etməyi nəzərdə tutmuruq. Sadəcə
olaraq, insanlığın təməl prinsipləri ilə ictimai funksiya arasında bir harmoni-
ya əldə edilməlidir.
Prof. Dr. Fərman Ismayılov da daxili mədəniyyət və sosial normativ-
lər haqqında çıxış etdi. O, cəmiyyətin inkişaf səviyyəsinə uyğun olaraq ya-
ratdığı normal insan stereotiplərindən kənara çıxmalar və bu kontekstdə
dahilik və dəlilik fenomenindən bəhs etdi.
Prof. Dr. Cahangır Məmmədli diqqəti insanın fərdiyyəti və şəxsiyyəti,
irsi keyfiyyətlər və sosial tərbiyə arasında münasibətə və qarşılıqlı əlaqəyə
yönəltdi. O, insanın sosiallaşması və özündən ayrılmaqla əslində cəmiyyətə
yaxınlaşması və bu zaman ortaya çıxan daxili ziddiyyətlərdən bəhs etdi.
Tədbirin sonunda Prof. Dr. Fərman Ismayılov fəlsəfənin təbliğində
göstərdiyi əməyə görə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosia-
Elmi-fəlsəfi həyat
siyasının Diplomu ilə təltif edildi. Fərman İsmayılov göstərilən xüsusi diq-
qətə və qayğıya görə dərin təşəkkürünü bildirdi.
Tədbirin sonunda Fəlsəfi Diskursun qalibləri mükafatlandırıldı, xatirə
şəkilləri çəkildi.
Fəlsəfə Dünyasında tanınmış filosoflar
“Elmiliyin meyarları”nı müzakirə etdilər!
9 aprel, 2011-ci il, Bakı.
Aprel ayının 9-da Fəlsəfə Dünyasında “Elmiliyin meyarı” mövzusun-
da elmi-fəlsəfi seminar keçirildi. Seminarda Azərbaycan filosof və alimləri
ilə yanaşı xarici ölkələrin tanınmış filosofları – Türkiyənin Vatikandakı səfi-
ri Prof. Dr. Kənan Gürsoy, Rusiyanın Fəlsəfə Cəmiyyətinin I vitse-preziden-
ti, “Vek qlobalizasii” jurnalının baş redaktoru Prof. Dr. Aleksandr Çuma-
kov, Qazaxıstan Fəlsəfə İnstitutunun direktoru, “Adam aləmi” jurnalının baş
redaktoru akademik, Prof. Dr. Abdumalik Nısanbayev, Avstriya İnnsbruq
Universitetinin Siyasi fəlsəfə kafedrasının müdiri, Prof. Dr. Hans Köxler də
iştirak edirdilər.
Seminarı giriş sözü ilə Prof. Dr. Səlahəddin Xəlilov açdı.
Səlahəddin Xəlilov:
Bugünkü seminarın mövzusu Fəlsəfə Dünyası-
nın keçirdiyi müsabiqədə qoyulmuş sualla sıx surətdə
bağlıdır. Sual belə idi: Tarix elmdirmi? Bəs riyaziy-
yat, bəs ədəbiyyat, bəs fəlsəfə? Hardan gəlir bu sual?
Riyaziyyatla bağlı mübahisələr həmişə olub, riyaziy-
yat metoddurmu, elmdirmi, yəni elm deyəndə əsasən
təbiətşünaslıq nəzərdə tutulur, Avropada da science
sözü dar mənada – dəqiq elmlər kimi başa düşülür. Elmin məna tutumu son-
ralar genişlənir: humanitar elmlər, ictimai elmlər, texniki elmlər və s. də bu-
ra əlavə olunur. Elmi dərəcə verilməsi proseduru çətin olmasın deyə Ali At-
- 141 -
Dostları ilə paylaş: |