101
İnfeksion xəstələnməyə sosial amillərin təsirini MDB və
Baltika ölkələrində SSRİ dağıldıqdan sonra sifilislə
xəstələn mənin artması timsalında görmək olar.
Ölkə
İllər
Xəstələnmə
səviyyəsinin artım tempi
Azərbaycan
1990-93
2,9 dəfə
Belarusiya
1992-95
12,4 dəfə
Qazaxıstan
1990-95
87,8 dəfə
Qırğızıstan
1990-95
36,0 dəfə
Latviya
1990-96
26,0 dəfə
Litva
1990-95
36,0 dəfə
Moldova
1990-95
11,0 dəfə
Rusiya
1990-95
33,4 dəfə
Tacikistan
1990-95
12,0 dəfə
Türkmənistan
1990-96
8,1 dəfə
Ukrayna
1990-95
9,4 dəfə
Özbəkistan
1990-95
13,9 dəfə
Estoniya
1991-94
8,0 dəfə
Epidemik prosesin xarakterinə sosial amillərin təsirini şəhər
və kənd yerində bağırsaq infeksiyalarının qeyri-bərabər yayılma-
sının timsalında izləmək olar: şəhərlərdə kəskin bağırsaq infeksi-
yaları ilə xəstələnmə kənd sakinləri ilə müqayisədə, demək olar
ki, 1,5-2 dəfə yüksəkdir. Kənd yerlərində mək tə bə qədər müəs si-
sələrə gedən uşaqların xəstələnmə faizi aşağıdır. Uşaq mü ə s si sə-
lə ri nə gedən uşaqlar arasında dizenteriya ilə x ə s tə lən mə nin
intensivlik göstəriciləri şəhər üzrə olan göstəricidən 5-6 dəfə, o
cümlədən yaşlılarla gedənlər arasında – 10-15 dəfə y ü k sək dir.
Qidalanmanın xarakterinin əhali arasında invaziyaların y a-
yıl masına təsirini Ob-İrtış hövzəsində opistorxozun təbii ocağı-
nın üzərində aydın görmək olar. Həmin regionda karp balıqları-
nın opistorxoz ilə invaziyalaşması yaxın keçmişdə 7-47%-ə
çat mışdır. Yerli əhali hələ uşaqlıqdan buraya gələn şəxslərdə çiy
balığı stroqanina şəklində, bir neçə saat ərzində duzda qalmış
balıqdan istifadə edirlər ki, bu da paraziti tam məhv etmir. N ə-
ticədə bu ocağın bəzi rayonlarının yerli əhalisinin 90%-i opistor-
xoz ilə yoluxurlar.
102
İnsanın istehsalat fəaliyyəti nəticəsində bir çox regionlarda
t ex nogen biogeokimyəvi əyalətlər formalaşmışdır. Buna misal
40 ilə qədər fəaliyyətdə olan Semipalatinsk nüvə sınaq poliqo-
nunu göstərmək olar. Regionda ekoloji vəziyyət əhaliyə düşən
çoxillik şüa yüklənməsi ilə müəyyən olunur. Nəticədə əhalinin
təqribən yarısında immunçatışmazlıq, onkoloji xəstələnmənin
y ük sək səviyyəsi, psixi pozğunluqlar, yenidoğulmuşların ölümü-
nün artması, orqanizmin vaxtından əvvəl qocalması və s. kimi
ə la mətlər qeydə alınmışdır.
Biolojiamillər.Epidemik prosesə təsir edən bioloji və biotik
amillərə aşağıdakılar aiddir:
• İnsanın sağlamlığına təsir edən amillər: cins, yaş, fiziki v ə-
ziy yəti, genetik amillər, növ və fərdi rezistentlik, immunitetin
vəziyyəti; əvvəllər keçirilmiş və yanaşı gedən xəstəliklərin inter-
ferensiyası, şəxsi və davranış xüsusiyyətləri; onların d ə yiş kən-
li yi. Makro or qa niz min bioloji amillərindən, onun patogen a g en-
tə qarşı reak siyasından asılı olaraq bir halda daxil olma yerində
törədicinin məhv olması baş verir, digər hallarda isə t ö rə di gəz di-
rən lik əmələ gəlir, üçüncü halda – gizli, subklinik, atipik və ya
silinmiş forma inkişaf edir və ya bu əlaqə manifest xəstəliklə
(yüngül, orta, ağır) və xronik forma ilə nəticələnir;
• Patogen agentin təbii mənşəli amilləri: məsələn, patogenlik
(xəs təliktörətmə qabiliyyəti), invazivlik (sahibin orqanizminə
daxil ol maq, onun müdafiə baryerlərini dəf etmək qabiliyyəti,
fib rino lizin, hialuronidaza, musinaza, kollagenazanın sayə sində
toxu ma larda yayılma xüsusiyyəti), toksigenlik (ekzo- və endo-
toksinləri hasil etmək qabiliyyəti), kapsu ləmələgətirmək q a bi li y-
yəti, makro orqanizmdə çoxalmaq qabiliyyəti, virulent lik (pato-
genliyin növ daxilində dəyişən kəmiyyət ölçüsü), kontagiozluq
(törədicinin bir orqanizmdən digərinə zəncirvari ötürülmə q a bi-
li y yəti), immuno genlik (insan orqanizmində im munitet yarat-
maq qabiliyyəti), dəyişkənlik, genetik materialla növdaxili m ü-
ba dilə, antibiotiklərə qarşı davamlılıq xü susiyyəti və s.
103
Epidemik prosesin təzahürləri
Epidemik prosesin təzahürləri bunlardır: sporadik xəs tə lən-
mə, epidemik alovlanma, epidemiyalar, pandemiyalar, epidemik
alov lanma, ekzotik xəstələnmə, epidemik ocaq.
Sporadik xəstələnmə.Müəyyən ərazidə müəyyən xəstəlikdə
e pi demik prosesin adi qeyd olunan səviyyəsidir. Bir və ya bir
n e çə illər ərzində yoluxucu xəstəliklərin tək-tək hallarına təsadüf
edilir.
Epidemikocaq – yoluxucu xəstəliyin aşkar edildiyi kollektiv
olub, onun üzvləri arasında həmin infeksiyanın yayılma təh lü-
kə si vardır. Epidemik ocağın sərhədləri yoluxucu xəstəlik törə di-
ci lərinin yoluxma mexanizminin xüsusiyyətləri və təbii-sosial
mühitin konkret şəraitləri (hansı ki, bu mexanizmin realizasiya-
sının miqyasını müəyyən edir) ilə bağlıdır. Məsələn, antroponoz-
larda epidemik ocaq epidemik prosesin başlıca halqası sayılır.
Bil diyimiz kimi, epidemik proses bir-biri ilə bağlı və biri
digərindən törənən epidemik ocaqlardan ibarətdir. Belə ki, qızılca
zamanı xəstənin yaşadığı mənzil epidemik ocaq sayıla bilər.
Zoonozlarda isə, əksinə, xəstə şəxsin yaşadığı yer epidemik
ocaq deyildir, belə ki, insan bəzi hallar istisna olunmaqla (taun,
sarı qızdırma) infeksiya mənbəyi sayılmır. Ona görə də zoonoz-
larda epidemik ocaq ayrı-ayrı, bir-biri ilə bağlı olmayan xəs tə-
lik lərlə səciyyələnir ki, onların sayı ocaqla olan əlaqənin inten-
sivliyi ilə müəyyən edilir. Zoonoz infeksiyada epidemik ocağın
mövcud olması insanın epizootik ocaqla əlaqəsi kəsilən kimi d a-
yanır.
Epidemik ocaq müəyyən zaman müddətində fəaliyyət g ö s tə-
rir ki, onun davametmə müddəti xəstənin təcrid edilməsi anından
və yekun dezinfeksiyanın aparılmasından sonra xəs tə li yin maksi-
mal inku basiya müddəti sayılır. Bu dövrdə ocaqda yeni xəs -
tələrin yoluxması mümkündür.
Nozoareal – əvvəllər də yoluxucu xəstəliklərin aktiv ocaqla-
rının qeydə alındığı ərazilərdir.
Epidemik alovlanma – qrupşəkilli xəstəlik olub, ailədən, kol-
lektivdən, yaşayış məntəqəsinin sərhəddindən kənara çıxmır və