Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə34/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   30   31   32   33   34   35   36   37   ...   234

104

bir-bi ri ilə vahid infeksiya mənbəyi, yoluxma yolları və amilləri 

ilə bağlıdır.

Epidemiya – sporadik xəstələnmə səviyyəsindən yüksək olan 

(məsələn, qrip üçün adi səviyyədən 5-10 dəfə çox) və ya onun 

qeydə alınmadığı yerdə baş verən xəstələnmədir.

Epidemiyalar başvermə vaxtına, yayılma ərazisinə, inten siv-

li  yi nə,  inkişaf  mexanizminə  görə  təsnif  edilir.  Kəskin  bağırsaq 

infek siyalarının  epidemiyalarının  diferensiasiyası  təsnifat  m e-

ya rı sayıla bilər.

Müasir  kəskin  bağırsaq  infeksiyaları  üçün  80-95%  halda 

xəstələnmənin sporadik səviyyəsi səciyyəvidir, lakin bu xəs tə lik-

lə rin epidemik alovlanmaları da qeydə alınır. V.P.Serqiev və baş-

qa.  (2000)  KBİ-nin  tiplərinin  unifikasiya  edilmiş  təsnifatını  və 

o n ların aşağıdakı əlamətlərini vermişlər:

• ərazi prinsipinə görə lokal (müəyyən əraziyə və ya əhali qru-

puna uyğunlaşmış) və yayılmış (qonşu əraziləri və əhali qrupla-

rını əhatə edən) epidemiyalar ayırd edilir;

•   zaman  əlamətinə  görə  –  kəskin  (törədicinin  ötürülməsinin 

son amillərinin bir dəfə yoluxması və maksimal inkubasiya dövrü 

ərzində  inkişaf  edən)  və  xronik  epidemiyalar  (törədicinin  ö tü-

rülməsinin son amillərinin dövri və ya sistematik şəkildə infeksi-

yalaşması ilə şərtlənən və bir neçə inkubasiya dövrünə m ü vafiq 

gələn zaman intervalında qeydə alınan) ayırd edilir;

•  İnsanların yoluxma yerinə görə – məişətdə (ev tipi), m ü a li-

cə-profilaktika  müəssisələrinin  stasionarlarında  (hospital  tipi), 

m ü təşəkkil  kollektivlərdə  (idarə  tipi),  istirahət  zamanı  (rekrea-

sion tip) və s.

•  Törədicinin başlıca yoluxma yoluna görə – qida, su və m ə i-

şə t  epidemiyaları;

•  Törədicinin son yoluxma amilinə görə – qida, su və məişət e p i-

demiyaları;

•   Törədicinin  son  yoluxma  amilinin  infeksiyalaşması  m e xa-

niz minə  görə  –  qida  epidemiyaları  (qida  məhsularının  b i rin  cili 

və ikincili çirklənməsi ilə bağlıdır), su epidemiyaları (s u bu raxıcı 

qurğularda  suyun  təmizlənməsi  və  dezinfeksiyası  qaydalarının 

göz lənil məməsi; torpağın üst qatlarından çirklənmiş suların z ə-




105

də lənmiş su kəmərləri şəbəkəsinə və ya su quyularına sızması; 

təsərrüfat  və  kanalizasiya  sularının  açıq  su  mənbələrinə  axıdıl-

ması;  kiçik  su  çənlərində  içməli  suyun  zərərsizləşdirilməsi  və 

saxlanması qaydalarına riayət edilməməsi ilə bağlıdır);

•   İnfeksiya  mənbəyindən  asılı  olaraq,  KBİ  antroponozlara 

(şigel yozlar, eşerixiozlar, stafilokokkozlar, virus bağırsaq infek-

siya ları,  amöbiaz,  ləmblioz),  zoonozlara  (salmo nelyozlar,  k a m-

pi lo bak terioz, kriptosporidioz) və sapro nozlara (vəba, potensial 

patogen enterobakteriyalarla şərtlənən bağırsaq infeksiyaları, b a-

ğırsaq  klostridiozları,  psevdomonaz,  halofil  vibriozlar,  yersi ni-

ozlar)  bölünür.  KBİ  epidemiyalarında  insanlar  (antropo noz la r-

 da),  heyvanlar  (zoonozlarda)  və  ətraf  mühit  (sapronozlarda) 

i n feksiya mənbəyi ola bilər.



Pandemiya  –  yoluxucu  xəstəliklərin  ölkənin  bütün  ə r a zi-

sində, qonşu dövlətlərdə, bəzən isə dünyanın bir çox ölkələrində 

yayılması  ilə  xarakterizə  olunur.  Yəni  pandemiya  yoluxucu 

xəstəliyin bir neçə ölkə və ya qitə arasında kütləvi yayılması ilə 

s ə ciyyələnən  epidemik  prosesin  intensivliyinin  bir  formasıdır. 

Keçən  əsrdə  dəfələrlə  qrip,  vəba  pandemiyaları  olmuş,  İİV-in-

fek siyanın pandemiyası başlan mışdır.

Endemiya – müəyyən ərazi üçün xas olan və ya daim rast g ə-

li nən xəstələnmə səviyyəsi olub, konkret ərazidə epidemik pro-

se sə  təsir  göstərən  təbii,  bioloji  və  sosial  amillərdən  asılıdır 

(məsələn, təbii-ocaqlı xəstəliklər).



Ekzotik xəstəliklər  –  həmin  ərazi  üçün  xas  olmayan  (orada 

epi demik prosesin saxlanması üçün lazımi şəraitin olmaması ilə 

əla qə dar)  yoluxucu  və  parazitar  xəstəliklərdir.  Ekzotik  x ə s tə-

lən mə bu infeksiyanın rast gəlmədiyi əraziyə törədicinin x a ri c-

dən  gətirilməsi  hesabına  inkişaf  edir. Yoluxma  həmin  ərazidən 

kənarda baş verir. Yoluxucu xəstəliyin ekzotik yoluxma hadisəsi 

h ə mişə gətirilmə sayılır, lakin heç də gətirilmə xəstəliklər hamısı 

ekzotik deyildirlər. MDB hüdudlarında dəri leyşmaniozu halları 

gətirilmədir, lakin ekzotik deyildir, sarı qızdırma halları isə eyni 

zamanda həm gətirilmə, həm də ekzotikdir.

 



106

Ocaqda aparılan əksepidemik tədbirlər

Ocaqda əksepidemik tədbirlər üç istiqamətdə aparılır: infek-

siya  mənbəyinə  (xəstə  və  törədicigəzdirən);  yoluxma  m e xa niz-

mi nə;  təmasda  olan  sağlam  şəxslərə  (ehtimal  olunan  infeksiya 

m ənbəyi kimi) qarşı. Xəstə və törədicigəzdirənlərə qarşı aparılan 

t ə dbirlər,  onların  erkən  aşkar  edilməsi,  təcrid  olunması  (onu 

ə hatə edən şəxslərdən ayırmaq) və müalicəyə cəlb olunmasından 

ibarətdir.

Xəstələrin aşkar edilməsi passiv (xəstənin tibbi yardım üçün 

m  ü  r aciət etməsi zamanı) və aktiv şəkildə (tibb müəssi sələrində 

profilaktik müayinə və sorğu zamanı, həyətyanı yoxla malar v a-

sitə silə) həyata keçirilir. Xəstəliyin erkən diaqnozu həkim və ya  

feldşer  tərəfindən  kliniki  əlamətlərə  əsasən  qoyulur.  Onu  təs diq 

etmək üçün epidemioloji məlumatlardan, laborator m ü a yi nə lər-

dən və allergik sınağın nəticələrindən istifadə olunur.

Göstərilən diaqnostik üsullar müxtəlif yoluxucu xəstəlik lərdə 

eyni əhəmiyyətə malik deyildir. Belə ki, karantin və təbii-o c aqlı 

xəstəliklərin (taun, vəba, sarı qızdırma, gənə ensefaliti, tul ya re mi-

 ya, Kü- qızdırması və s.) aşkar edilməsində epidemioloji an amnez 

xüsusi əhəmiyyət daşıyır. Xəstənin karantin xəs təlik lə rinin qeydə 

alındığı ölkələrdə və ya epidemik ərazilərdə (təbii-ocaqlı xəs tə-

lik lərdə) olması klinik və başqa məlumatlarla yanaşı, diaqnozun 

qoyulmasında da böyük rol oynayır.

Erkən diaqnostika üçün aşağıdakı laborator üsullardan geniş 

istifadə etmək lazımdır: bakterioloji, seroloji, allergik, antitoksik 

dəri reak siyaları, mikroskopiya (malyariya, qayıdan yatalaq), h e-

m o k ultura (qarın yatalağı) və s. Son zamanlar bir çox xəs tə lik lə-

rin  (bağırsaq  xəstəlikləri,  rikketsiozlar,  tulyaremiya,  bruselyoz, 

taun, arbovirus xəs təlikləri və s.) ekspress diaqnostikasında flüo-

ressensiya  edən  əks-cisimlər  üsulu  və  dolayı  hemaqlütinasiya 

reaksiyasından istifadə edilir.

Baş  verən  yoluxucu  xəstəlik  hadisələri  müalicə-profilaktika 

ida rə ləri  tərəfindən  mütləq  qeydiyyata  alınır.  Qrip,  angina,  y u-

xa rı  tənəffüs  yollarının  kəskin  iltihabı  xəstəlikləri  aşkar  ed il-

dik də həkim və ya feldşer statistik talonu doldurur. Səpgili, qayı-



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə