Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə36/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   32   33   34   35   36   37   38   39   ...   234

110

Buna əsaslanaraq L.V.Qromaşevski ilk dəfə olaraq, yoluxucu 

x əs təliklərin  təkamül  qaydasını  yaratmağa  cəhd  göstərdi.  Bu 

q  ay  danın üstünlüyü ondadır ki, xəstəlik törədicisi onun patoge-

nezi və yoluxma mexanizmi arasında təbii əlaqə yaratmışdı. L. V.

Q ro ma şevskinin təsnifatı həm epidemioloqlar, həm də kli ni sis t-

lər  arasında  geniş  yayıldı  və  Ümumdünya  Səhiyyə  Təşkilatı 

(ÜST) tərəfindən qəbul edildi.

İnsanın yoluxucu xəstəliklərini L.V.Qromaşevski 5 qrupa b ö-

lür:  I  qrup  –  bağırsaq  yoluxucu  xəstəlikləri  (törədicinin  bağır-

saqda  və  ətraf  orqanlarında  lokalizasiyası),  II  qrup  –  tənəffüs 

yo l  larının  yoluxucu  xəstəlikləri  (törədicinin  tənəffüs  yollarının 

selikli qişasında və ağciyərlərdə lokalizasiyası), III qrup – qan sis-

teminin yoluxucu xəstəlikləri (törədicinin qan və limfada lokaliza-

siyası), IV qrup – xarici örtüyün yoluxucu xəstəlikləri (t ö rə di ci nin 

əsasən xarici örtükdə – dəridə və selikli qişalarda l o kalizasiyası), 

V  qrup  –  müxtəlif  yoluxma  mexanizminə  malik  olan  yoluxucu 

x əs təliklər.

Yoluxucu xəstəliklərin müxtəlif qrupları üçün infeksiyanın 

yoluxma mexanizmləri, yolları və amilləri (L.V.Qromaşevski)

Orqanizmdə 

tö rədicinin 

lokalizasiyası

Yoluxma 


mexanizmi

Yoluxma yolları

Yoluxma amilləri

Mədə-bağırsaq 

yolu

Fekal-oral



Alimentar

Qida


Su

Su

Təmas-məişət



Çirkli əllər

Qab-qacaq və s.

Respirator yol Aerogen 

(respirator)

Hava-damcı

Hava


Hava-toz

Toz


Qan

Transmissiv

Qansoran 

keçiricilərin 

dişləməsi ilə

Ektoparazitlər

 Qan

Şprislər 



cərrahi alətlər

İnfuziya məhlulları və s.

Parenteral

cinsi


Xarici örtüklər Təmas

Yara


Güllə və s.

Məişət-cinsi

Kəsici əşyalar və s.

Rüşeym 


hüceyrələri

Vertikal



111

Sonralar  bu  təsnifat  daha  bir  qrupla  tamamlanmışdır  –  bir 

n e çə  yoluxma  mexanizmi  olan  infeksiyalar  əlavə  edilmişdir. 

Çox güman ki, yalnız hemo-kontakt yoluxma mexanizminə ma -

lik nozoloji formalar xüsusi qrupa aid ediləcək, lakin bu, heç də 

özünü  doğrultmur.  Belə  ki,  belə  yoluxma  mexanizminə  malik 

x əs  təliklər (B, C, D viruslu hepatitlər, İİV-infeksiya, sitomeqa lo-

virus infeksiyası və s.) bir neçə yoluxma mexanizmli xəstəliklər 

qrupuna  daxil  edilə  bilər,  çünki  onların  vertikal  və  ya  hemo-

kontakt mexanizmlə yanaşı, digər yoluxma yolları da vardır.

L.V.Qromaşevski  və  onun  tələbələrinin  apardığı  tədqiqatlar 

nəticəsində yoluxucu xəstəliklərin təsnifatının elmi əsasları y a-

ra dıldı.  Tədqi qat lar  bu  sahədə  gələcək  elmi  işlərin  aparılması 

üçün  əsas  oldu. Təsnifatın  əsa sını  törədicinin  spesifik  yoluxma 

m e xanizminin onun orqanizmdə loka lizasiyası uyğunluğu müd-

də ası  təşkil  edirdi.  Onun  əsasında  antro po noz ların  təsnifatı 

verildi. Lakin bu əsaslarla zoonozların təsnifat laş dırılması ç ə tin-

lik lərə rast gəldi.

O da aydındır ki, törədicinin lokalizasiyası və yoluxucu xəs-

tə liklərin  belə  yoluxma  mexanizmi  təsadüfü  ola  bilər.  Belə  ki, 

haçansa bir dəfə siçovul dişləməsindən sonra insanda taun x əs-

təliyi baş verdiyinə görə biz taunu “dişləmə” xəstəliyinə aid edə 

bilmərik.  Qeyd  etmək  lazımdır  ki,  zoonozlarda  (tulyaremiya, 

bruselyoz,  gənə  ensefaliti  və  s.)  insan,  ümumiyyətlə,  yoluxucu 

xəs təlik  törədicilərinin  mənbəyi  deyil  və  ya  yoluxucu  xəs təlik 

törədicilərinin  mənbəyi  kimi  müəyyən  əhəmiyyətə  malikdir 

(məsələn,  ağciyər  taununda).  Bir-birindən  tamamilə  fərqlənən 

bir  neçə  yoluxma  mexanizminə  malik  olan  (məsələn,  opistor-

xoz) çoxüzvlü parazitar xəstəliklərin təsnifatını yoluxma mexa-

nizminin  əsasında  qurmaq  çoxlu  çətinliklərlə  qarşılaş dı.  B e lə-

lik lə,  L.V.Qromaşevskinin  insanın  yoluxucu  xəstəliklərinin 

t  ə  s   ni fatında  aparıcı  yer  tutan  nəzəriyyəsi,  antroponozlar  istisna 

olmaq la, digər xəstəliklərin təsnifatı üçün təzədən baxılmalıdır, 

çünki  bu  nəzəriyyədə  parazitzmin  müxtəlif  halları  lazımi  də rə-

cədə qiymətlən dirilməmiş, orada təsadüfi və yalançı parazitizm  



112

haqqında  məlumat,  qurdların  biologiyasının  xüsusiyyətləri  və 

onların epidemiologiyası öz əksini tapmamışdır.

Yoluxucu  xəstəliklərin  təsnifatının  digər  əsaslarda  qurul-

masının  çoxlu  cəhdləri  olmuşdur.  Onlardan  ən  əhəmiyyətlisi 

yoluxucu  xəs təlik lərin  törədicilərinin  müxtəlif  təbiətli  olmasını 

nəzərə almaq idi. Bu cəhətdən infeksiya mənbəyinin təhlili çox 

maraqlıdır. Epidemioloqlar müşahidə etmişlər ki, bir halda yolu-

xucu  xəstəlik lərin  törədicilərinin  mənbəyi  insan,  digər  halda 

heyvandır. Ona görə də Virxovun təklif etdiyi zoonozlar termini 

qəbul  edildi.  Bu,  heyvanların  yoluxucu  xəstəlik  törədicilərinin 

insanlara  keçmək  qabiliyyətinə  malik  olmasıdır.  Sonralar  zoo-

nozların  əksinə,  insan ların  yoluxucu  xəstəlikləri  antroponoz 

xəstəliklər adlandırıldı.

L.V.Qromaşevskinin  təsnifatını  təkmilləşdirmək  məqsədilə 

İ.N.Yol kin  təsnifatın  əsas  müddəalarını  saxlayaraq,  yoluxucu 

xəst əlikləri  2  qrupa  –  an troponozlar  və  zoonozlara  ayırdı.  Bu 

t əs nifat  sonradan  tamamilə  V.M.Jda  novun  təsnifatına  daxil 

edildi. Qeyd etmək lazımdır ki, para zi tiz min müxtəlif növləri ilə 

yoluxucu xəstəliklərin törədicilərinin müx təlifliyi, bu və ya baş-

qa nozoloji növlərin epidemik prosesin polimorf inkişafı, nozo-

loji  xəstəliklərin  ancaq  bir  əlamətə  əsasən  (infeksiya  mən bəyi) 

antroponoz  və  zoonoz  xəstəliklərə  ayrılması  ciddi  çətinlik  t ö-

rədir. Məsələn, taun xəstəliyinin bubon və ağciyər formasını an -

caq bir əlamətə görə (infeksiya mənbəyi) antroponozlara və zoo-

nozlara  aid  etmək  olmaz,  hərçənd  xəstəliyin  ilk  mənbəyi 

hey  vanlardır. Teniyaların inkişafının növbə ilə insan və heyvan 

orqanizmində keçməsinə baxmayaraq, teniozları zoonozlara aid 

e t mək lazımdır. Bir sıra başqa xəstəliklərin təsnifatında da (den-

qe qızdırması, gənə qayıdan yatalağı, difillobotrioz və s.) ç ə tin-

liklər yaranır.

Bunu  asanlaşdırmaq  məqsədilə  İ.N.Yolkin  və  V.K.Yaşkul 

(1963,  1964, 1965) parazitizmin təbiəti əsasında və parazitlərlə 

i n sanların əlaqəsini nəzərə alaraq insanın yoluxucu xəstəliklərini 

3 qrupa – antroponozlar, zoonozlar və antropozoonozlara ayırır.



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə