Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə32/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   28   29   30   31   32   33   34   35   ...   67

Sosial fəlsəfə 
 
 
- 97 -
mını yaşayır.  
 Əlbəttə, biz bu modeli mütləqləşdirmək fikrində deyilik. Çünki mü-
hitlər bir-birindən çox fərqlənir və müxtəlif mühitlərdə dünyaya gələn insan-
lar da sanki fərqli əcdadların həyatını davam etdirirlər. Vurğulamaq istədiyi-
miz budur ki, mədəniyyət məkanca yayılmış, müəyyən bir məkanda qərar-
laşmış hadisə olmayıb, zaman oxunda mövcuddur, inkişafda olan bir pro-
sesdir. Hər bir mədəniyyətin keçmişi vardır. Keçmişi, bu günü və gələcəyi 
vardır. Və bu zaman oxu insan ömründən daha böyükdür.  
 Buna görə də mədəniyyətin mənasını bir insan timsalında həmin insa-
nın öz mühiti ilə əks-əlaqə proseslərində açmaq mümkün deyil.  
 Mədəniyyətin nə olduğunu izah etmək üçün ən azı iki fərqli model 
qurulmalıdır. İnsanların özünüifadəsinin, əməli fəaliyyətinin nəticəsi olaraq 
yaranmış sosial kosmos, maddiləşmiş intellekt, hansı ki bir tərəfdən “ikinci 
təbiət” dediyimiz maddi mədəniyyət sistemlərini, digər tərəfdən də insanla-
rın bilik və vərdişlərinin saxlanmasına və ötürülməsinə xidmət edən hadisə-
lər (kitablar, təlimatlar, təhsil, təlim-tərbiyə prosesləri, kütləvi informasiya 
vasitələri və s.) kompleksini əhatə edir. 
 Biliklərin məhz bilik şəklində ötürülməsi və bunun üçün simvollar va-
sitəsilə maddiləşməsi bir şeydir, biliklərin tətbiq olunaraq təbiətlə, materiya 
ilə sintez halında bu biliyin layihəsinin maddi mühitə köçürülməsi halında 
saxlanması başqa şeydir. Maddi mədəniyyət dedikdə bir qayda olaraq insa-
nın öz düşüncəsini, əldə etdiyi yeni bilikləri və bu biliklər əsasında quraşdır-
dığı layihələri maddiləşdirməsi, realizasiyası, maddi yaradıcılığı nəzərdə tu-
tulur. Lakin insan öz biliklərini, layihələrini təkcə təbiətə deyil, cəmiyyətə, 
ictimai mühitə də tətbiq edir. Yəni ictimai material üzərində qurulmuş yeni 
sistemlər, mexanizmlər, yeni sosial strukturlar, şəbəkələr və s. – bütün bun-
lar da insan düşüncəsinin məhsuludur. Lakin bunlar “ikinci təbiətə” deyil, 
cəmiyyətə aiddir. Burada simmetriklik olsun deyə, “ikinci cəmiyyət” anlayı-
şından istifadə etmək yerinə düşərdi. Yəni hər bir fərdin öz subyektiv müda-
xiləsi olmadan qərarlaşmış, oturuşmuş  cəmiyyət, ictimai mühit onun üçün 
sanki ilkin cəmiyyət, birinci cəmiyyət sayıla bilər. Həmin insanın müdaxilə-
si, onun ideyalarının ictimai materiala transferi və gerçəkləşməsi yeni bir 
ictimai gerçəklik yaranmasına gətirə bilər ki, bu yeni sosial varlıq artıq ilkin 


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 98 -
cəmiyyətdən fərqli olaraq “ikinci cəmiyyət” adlandırılsa, daha məqsədəuy-
ğun olar.  
 Lakin burada yenə də simmetriya alınmır. Belə ki, “ikinci təbiət” bir 
adamın yox, bütün bəşəriyyətin yaradıcılığının məhsulu olduğu halda, bizim 
təklif etdiyimiz variantda “ikinci təbiət” ya bir adamın, ya da onun müasirlə-
rinin birgə  səylərinin nəticəsi kimi yaranır. Yəni ilkin cəmiyyət özü artıq 
insanlar tərəfindən,  əvvəlki nəsillər tərəfindən yaradılmış  mədəniyyət 
hadisəsidir.  
 Əslində “ikinci təbiət” dediyimiz hadisə də diferensiallaşmalıdır. Belə 
ki, əvvəlki nəsillərin yaratmış olduğu maddi mədəniyyət yeni nəsil tərəfin-
dən sadəcə olaraq mənimsənilmir. Yeni nəsil özü də bu yaradıcılıq prosesinə 
qatılır və maddi gerçəkliyə, maddi mühitə əlavələr və dəyişikliklər edir. Bə-
zən bu dəyişikliklər çox önəmli ola bilər. Buna görə  də subyekti bütün 
nəsillər olan “ikinci təbiət”dən fərqli olaraq, subyekti məhz yeni nəsil (bizim 
müasirlərimiz) olan və  məhz bizimlə  əlaqədə, bizim intellektimizin maddi 
realizasiyası şəklində ortaya çıxan yeni mədəniyyət mütləq fərqləndirilməli-
dir. Çünki bu, artıq yeni keyfiyyətli bir hadisədir. O mənada yenidir ki, ki-
minsə əqli fəaliyyətinin, yüksək intellektinin məhsulu olan konstruksiyalar, 
texnika və s. hələ geniş kütlə üçün anlaşılmazdır; kütlə onun istifadə qayda-
larını, təyinatını hələ mənimsəməmişdir. Hər bir belə texniki yenilik mədə-
niyyət hadisəsinə çevrilmək üçün onun mənimsənilməsi prosesi lazımdır. 
Həm də bu prosesin qaydaları, texnologiyalar, metodlar və s. bizim gözümü-
zün qabağında və ya bizim iştirakımızla hazırlanır. Buraya təhsil sistemi də, 
İKT də, KİV də – hamısı  cəlb olunur. Biz bu mədəniyyətin formalaşması 
prosesinin iştirakçısı oluruq. Əvvəlki nəsillər üçün (məsələn,  əgər onların 
hansısa nümayəndələri hələ sağdırsa) bu yenilik çox vaxt əlçatmaz olur. 
Yeni nəsil isə bu yeni mədəniyyətlə birgə böyüyür. Və bu yeni mədəniyyət 
yeni nəslin simasına çevrilir. Mədəniyyət dönüb onun daşıyıcılarına əks təsir 
göstərir və düşüncə tərzinin özünün dəyişməsinə səbəb olur.  
 Əvvəlki nəslin düşüncə tərzi, həyat tərzi, ictimai normalar və s. bizə 
valideynlərimiz və müəllimlərimiz tərəfindən bilavasitə ötürülür. Yəni biz 
əvvəlki nəslin varisləri olaraq tərbiyə  və  təhsil vasitəsilə  əvvəlki maddi 
mədəniyyətə adekvat olan bir mənəvi mədəniyyəti mənimsəyirik. Amma bu, 


Sosial fəlsəfə 
 
 
- 99 -
öz həyatımızda yaranan maddi mədəniyyət və ona adekvat olan yeni mənəvi 
mədəniyyətlə bir araya sığmır. Nəticədə təhsil və tərbiyənin konservatizmi 
ilə yeni mədəniyyətin modernizmi arasında bir ziddiyyət yaranır. 
  
Salahaddin Khalilov 
 
Culture: genesis and essence 
(summary) 
 
The paper claims that as far as the role of culture in the social life and the 
number of investigations of culture grows, the scatteredness and ambiguity in the 
exploration of its problems also increase. For this reason it is necessary to articulate 
the essence of this notion in the philosophical context. The author revisiting the 
origins and the genesis of culture has tried on the basis of comparative analysis to 
determine the intersection points and spheres of culture, science, technology etc., 
and to reveal the genuine content of the very culture. The paper also proposes the 
new philosophical model of the world and defines culture’s place and function in it. 
 
Keywords:  culture, dialogue, “the second nature”, culture of thought, 
science.  
 
Салахаддин Халилов 
 
Культура: генезис и сущность 
(резюме) 
 
В статье отмечается, что по мере увеличения роли культуры в общест-
венной жизни и роста, соответственно, числа исследований по культуре рас-
тет и разрозненность и  неопределенность в разработке ее проблем. Поэтому 
существует настоятельная необходимость в разработке философской сущнос-
ти этого понятия.  
Вернувшись  к  истокам  и  пересмотрев  генезис  культуры,  автор  пред-
принял попытку на основе сравнительного анализа определить точки и сферы 
пересечения  культуры  и  науки,  техники,  искусства  и  т.д.,  выявить  реальное 
содержание  именно  культуры.  В  статье  также  дана  новая  философская  мо-
дель мира и определены в ней место и функции культуры.  
 
Ключевые  слова:  культура,  диалог, «вторая  природа»,  культура 
мышления, наука.  


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə