Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə30/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   26   27   28   29   30   31   32   33   ...   67

Sosial fəlsəfə 
 
 
- 91 -
Dünyamız başqalarının hesabına böyüyür. 
Rasional rakursda dünya üçölçülüdür, birinci dünya isə çoxölçülüdür. 
Hətta müxtəlif insanlar da çox ölçülüdür. Bəli, rasional dünya üçölçülüdür. 
Fiziki dünya məhz rasional dünyadır. Fiziklər bu rasional dünyanı zaman 
oxunda götürməklə onu dördölçülü kimi təsəvvür etməyə nail olsalar da, 
bundan o tərəfə gedə bilməyiblər. Beşinci, altıncı və s. ölçülərdən xəbərsiz-
dirlər. Riyaziyyatçılar isə imkanlar dünyasını qiymətləndirmək üçün çoxöl-
çülü fəza modelindən istifadə etmək məcburiyyətində olmuşlar.  
Birinci dünya sadəcə fiziki reallıq olmadığından, burada həm də ruhun 
iştirakı olduğundan o, üçölçülü fəzaya sığmır. Üçüncü dünya isə rasional 
olmasına rəğmən burada zamanca geriyə qayıtmaya yol verildiyindən, sanki 
üçölçülü dünyaların misllərindən söhbət gedir.  
İmkanlar dünyasında (üçüncü dünya) hər bir düyün nöqtəsindən bir-
neçə üçölçülü dünyalar (fiziki reallıqlar) ayrılır.  
Riyaziyyat fizikaya nisbətən daha tutumludur. Fizika hər bir düyün 
nöqtəsindən sonra qət edilən müəyyən bir yolu ehtiva edir. Yəni fiziki dünya 
iki düyün nöqtəsi arasındakı dünyadır. Bizim sxemdə bu dünya həmin nöq-
tələri birləşdirən xətt kimi çəkilmişdir. Bu xətdə hadisələrin daxili determi-
nasiyası var. Konkret səbəb-nəticə  əlaqələri və qanunlar hökm sürür. Ta-a 
növbəti düyün nöqtəsinə qədər. Ondan sona hər şey dəyişə bilər... 
Başqalarının, habelə əvvəlki nəsillərin təcrübəsinin nəzərə alınması və 
onların saxlanması üçün ayrı-ayrı insanların beyinləri yetərli olmur, digər tə-
rəfdən də bir insanın hafizəsi başqaları üçün əlçatmaz olduğundan toplanma-
ya və hamılıqla istifadəyə imkan vermir. Buna görə də biliklərin ortaq sax-
lanma formaları tapılır. Elə formalar ki, onları kopiyalamaq, çoxaltmaq və 
bütün arzu edənlərə paylamaq mümkün olsun. 
Biliklərin toplanması və saxlanması, hər dəfə daha mükəmməl şəkildə 
strukturlaşması, elmi nəzəriyyələrin yaranması  və inteqrasiyası haqqında 
araşdırmalar ayrıca bir fəndə, xüsusi elm sahəsində  əhatə olunur ki, buna 
elmşünaslıq deyilir. Bu kontekstdə dünyanın elmi mənzərəsinin formalaşma-
sı  və  hər bir inkişaf mərhələsində yenidən çəkilməsindən də  bəhs olunur. 
Yəni əslində söhbət ikinci dünyanın daha optimal şəkildə modelləşdirilmə-


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 92 -
sindən, təsvirindən gedir. Bütün bu proseslər hansı isə bir təbii dil bazasın-
da, habelə riyaziyyatın köməyi həyata keçirilir. 
 
Biz dünyanın modelini qurarkən sanki bəşəriyyətin  ən öndə gedən 
qruplarının nailiyyətlərindən çıxış edirik. Lakin ortada gedənlər, yarı yolda 
olanlar və geridə qalanlar da vardır. Elm onları gözləmir. Elm bəşəri tərəqqi-
nin ön cəbhəsində formalaşır. Amma elmi nailiyyətlərin mənimsənilməsi, is-
tifadə olunması artıq fərqli bir prosesdir. Bir telefonu ixtira etmək çox yük-
sək bilik və yaradıcılıq tələb etsə də, ondan istifadə etməyi hamı bacara bilir. 
Bu mənada elm seçilmişlər üçün olsa da, onun məhsulları artıq başqa me-
yarlarla dəyərləndirilir və ola bilsin ki, yenə  də seçilmişlər üçün olsun. 
Amma meyar başqa olacaq. Sadəlik üçün bir misalla izah edək: ən yeni bir 
prinsiplə işləyən avtomobil yaxud televizor və s. elə baha ola bilər ki, onu 
kəşf edən adam onu ala bilməz. Amma onun quruluşundan heç anlayışı 
olmayan zəngin birisi ona hamıdan birinci sahib ola bilər. Maddiləşən hər 
şey başqa bir meyarla (bir qayda olaraq pulla). 
İnsanın həyatı onun dünyasının (1-ci dünya) 2-ci, 3-cü və 4-cü dünya-
larla əlaqəsi və əks- əlaqə proseslərindən ibarətdir. Necə ki, biologiyada da, 
həyat yaşamaq, mühitlə əlaqə, mübadilə prosesidir. Böyük mənada həyat da 
belədir. İnsanın fərdi dünyası öz mərtəbəsində tərəf müqabillərlə, yəni başqa 
adamların dünyaları ilə  əlaqədə olur, Və bu əlaqə üçün fəzada vasitələr
mühit formalaşır.  
2-ci dünya ilə, başqa sözlə, biliklər dünyası  və bu biliklərə adekvat 
virtual cismani dünya ilə əlaqə də hər bir insana özünü daha böyük məkanda 
hiss etmək, digər tərəfdən də  həmin böyük məkanla qarşılıqlı  əlaqəyə 
girmək şansı verir. Bu, həyatın rasional rakursudur.  
2-ci dünyada daha çox dərəcədə hissi təcrübələrdən gələn empirik bi-
liklər və onların ümumiləşdirilməsi, induktiv idrak metodunun nəticələri 
cəmlənir. Lakin əlbəttə, bu dünyanın nizama salınmasında xalis zəka da işti-
rak edir ki, bu da əslində 3-cü dünya ilə əks-əlaqə sayəsində mümkün olur.  
3-cü dünya ilə qarşılıqlı əlaqə təxəyyül və yaradıcı təfəkkür sayəsində 
mümkün olur. Deduktiv təfəkkür empirik bazaya, tarixə əsaslanmadığından 
burada ancaq olmuşlar deyil, mümkün olanların hamısı virtual reallığa 
çevrilir.  


Sosial fəlsəfə 
 
 
- 93 -
Bu dünyada olmuşlar yox, mümkün olanlar öyrənildiyindən 1-ci dün-
ya ilə əks-əlaqə insanın mövqeyindən olmalı olanları müəyyənləşdirmək önə 
çıxır. Yəni, bu dünya fəlsəfə dünyasıdır. Daha doğrusu, 1-ci ilə 3-cünün qar-
şılıqlı  əlaqəsi və  əks-əlaqəsi fəlsəfi səviyyədə  həyat və uya fəlsəfi yaradı-
cılıq prosesidir.  
4-cü dünya insan idrakı üçün deyil, ancaq inam üçün əlçatan olduğun-
dan 4-cünün 1-ci ilə əlaqəsi və əks-əlaqəsi insanın dini yaşantısı və ya, baş-
qa sözlə, dini təcrübə adlandırıla bilər. Lakin insanın 3-cü vasitəsilə 4-cüyə 
çıxmağa çalışması bir növ dini-fəlsəfi təcrübə  və ya dini dünyagörüşünün 
fəlsəfi terminologiya ilə anlaşılması cəhdləri kimi başa düşülə bilər.  
3-cü və 4-cü dünya ilə qarşılıqlı əlaqədə hansı vasitələnmələrdən isti-
fadə olunur? Və ya, başqa sözlə, fəlsəfi mədəniyyətdən yaxud dini mədəniy-
yətdən danışmaq mümkündürmü?  
Biz yuxarıda artıq qeyd etdik ki, mədəniyyət əsasən 1-ci dünyanın tə-
rəfləri arasında münasibətə və 1-ci dünya ilə 2-ci dünya arasındakı münasi-
bətə xidmət edən aralıq fəza, əlaqələndirici vasitədir. Yəni adamlar bir-biri 
ilə münasibət quranda aradakı fəza boş olsa, qarşılıqlı anlaşma alınmaz. Heç 
kim başqasını öz iç dünyasına buraxmır. Tərəflər məhz dialoq üçün hazır-
lanmış keçid mühitindən, onun ortaq dilindən istifadə edirlər. Mədəniyyət 
fərdin cəmiyyətə qatıla bilməsi üçün lazımdır. Bir fərd üçün mədəniyyət ol-
mur. Elə iki fərd üçün də. Ancaq müəyyən bir ictimai qrup, cəmiyyət üçün 
mədəniyyətdən danışmaq mümkündür.  
1-ci dünya yeganə real dünyadır. 2-ci, 3-cü və 4-cü dünyalar fərdin 
özündən kənara çıxması, özünü digər fərdlərlə, təbiətlə, virtual reallıqla, ha-
belə imkanlar dünyası  və sonsuz dünya ilə  əlaqələndirməsi məqamlarında 
müəyyən reallıq kəsb edirlər. Qalan hallarda biz həmin dünyaların varlığını 
ancaq inam sayəsində  qəbul edirik. Beləliklə, varlıq ya inam, ya da bilik 
üzərində qərar tutur. İnamın iradə ilə birləşməsi və biliyin iradə ilə birləşmə-
si müxtəlif statuslu varlıqlar “yaradır”.  
Məsələn, biz haradasa nəyinsə olduğuna inanırıq və onu öz dünya mo-
delimizin xəritəsinə daxil edirik. Amma bizə verilmiş informasiya tamamilə 
səhv ola bilər və ya qismən səhv, yarımçıq, yanlış ola bilər. Və biz həmin 
məkanda həmin şeyi tapmarıq və ya həmin məkanda tapdığımız şey bizim 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə