Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə26/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   22   23   24   25   26   27   28   29   ...   67

 
 
 
 
Sosial fəlsəfə 
 
  
Mədəniyyət:  
genezisi və mahiyyəti  
 
 
Səlahəddin Xəlilov
 
 
 
Mədəniyyətin ontoloji mahiyyəti 
İlk klassik fəlsəfi təlimlər  insanın özünü təbiətdən ayırması  və 
özünü təbiətə qarşı qoyması ilə başlanır. Ona qədər ancaq təbiəti görən 
və onu dərk etməyə çalışan insan bundan sonra həm də özünü təbiətdən 
ayıran başlıca keyfiyyətin: ruhun dərk olunmasına və ruh ilə  təbiət ara-
sındakı münasibətin aydınlaşdırılmasına çalışır. İnsanın hissi, düşüncəsi, 
zövqü, mənəvi keyfiyyətləri – hamısı ruh və ya nəfs anlayışında ehtiva 
olunur. Dünya iki yerə bölünür: maddi olan hər  şey təbiət adı altında, 
maddi olmayan, yəni görə bilmədiyimiz, toxuna bilmədiyimiz hər şey ruh 
və ya ideya adı altında ümumiləşdirilir. Ruh ya fərdi ruh miqyasında, yə-
ni ayrıca götürülmüş bir insan miqyasında, ya da Mütləq ruh və ya Allah 
mənasında başa düşüldüyündən, sonralar bu ikili qarşılaşdırılma üç tərə-
fin münasibətinə keçir. Neçə  əsrlər  ərzində  fəlsəfənin problematikası 
məhz bu tərəflər arasında münasibətlə  məhdudlaşmışdır:  İnsan-Təbiət-
Allah.  
 
- 79 -
 Bu bölgü, qarşılaşdırılan tərəflər “Yerlər” və “Göylər” kimi də ifa-
də olunmuşdur. Amma maləsəf, Yerlərlə Göylər arasında olanlar fəlsəfə-
nin tədqiqat predmetindən kənarda qalmışdır. Təsadüfi deyil ki, Qurani-
Kərimdə Allahın yaratdıqları “Yerlər, Göylər və onların arasında olanlar” 
kimi qeyd edilir (Qurani Kərim 21/16). 


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 80 -
 Əbu Turxan fəlsəfəsində bütün cismani dünya məhz  arada olanlar 
kimi dəyərləndirilir, çünki Mütləq Ruh da, Mütləq materiya da insan idrakı 
üçün əlçatmazdır. Biz qütbləri deyil, onların arasında olan və bizə aşkarla-
nan, hansı isə vasitələrlə dərk edə biləcəyimiz bir varlığı real dünya kimi qə-
bul edirik. Zatən elm də həmişə məhz bu reallığı öyrənmişdir. Bu real cis-
mani dünyada hər şey ideya ilə maddiyyatın müəyyən bir təmasını, sintezini, 
“iş birliyini” ifadə edir. Heç şübhəsiz, insan özü də.  Əslində bu birlik ən 
yüksək səviyyədə insanda təcəssüm olunur; yəni o, həm maddi, həm ruhi-
mənəvidir. Lakin insanda ruhun təcəssümü başqa varlıqlarınkından xeyli də-
rəcədə fərqlidir. İnsan ruhu fəal, yaradıcı ruhdur, yəni insan xalis ruhun da-
şıyıcısıdır. Bütün qalan şeylərdə isə ruhun, ideyanın ancaq surəti, forması öz 
əksini tapmışdır. Əbu Turxan fəlsəfəsinə görə, şeylərin, hadisələrin dərki də 
məhz onların daşıdığı passiv ideya sayəsində mümkün olur. Hansı isə bir 
ideya ayırd edilə bilməyəndə obyekt qeyri-müəyyən olur ki, çox vaxt buna 
xaos da deyirlər.  
 Lakin insan özü aktiv ruh daşıyıcısı olduğundan, Allahın ilkin yarat-
dıqlarından fərqli olaraq onun da yaratdıqları bu dünyada özünə müəyyən 
yer tutur. Əlbəttə, insanın yaratdıqları haradasa isə Allahın iradəsindən kə-
narda həyata keçmir. Lakin bununla belə, insan yaradıcılığı ilkin yaranışın, 
yəni dünya ahənginin, təbiət kitabının pozulmasıdır. İnsan dünyaya sanki ni-
zam gətirir. Lakin o, buna böyük nizamı ayrı-ayrı lokal sahələrdə pozmaq 
sayəsində müyəssər olur. R.Taqor gözəl deyir: “Bizim yaradıcılığımız dün-
yanın Allah tərəfindən yaradılması prosesində kiçik variasiyalardan ibarət-
dir”. Bəli, insanın “düzəlişləri” kiçik miqyaslıdır, lakin unutmaq olmaz ki
hansı isə lokal miqyasda qurulan yeni nizam daha böyük miqyaslı bir niza-
mın pozulması deməkdir. Digər tərəfdən də, insan təbii quruluşun ancaq 
müəyyən səviyyələrinə bələd olduğundan, daha dərin qatlardakı incə qurulu-
şu nəzərə ala bilmir. Və onun yaradıcılığı istər-istəməz makrostrukturlar 
səviyyəsində müəyyən bir ideyanın təsdiqi, mikrostrukturlar səviyyəsində 
isə minlərcə ideyanın təhrifi kimi ortaya çıxır. Əbu Turxan belə deyir: Ağ 
lövhə təkcə Allaha məxsusdur; biz hamımız yazılmışların üzərində yazırıq”. 
Əslində insan özü də ağ lövhə deyil. O özü nə vaxtsa yazılmış ən maraqlı ki-
tablardan biridir. Həm də nə qədər insan varsa, bu kitabın da o qədər variasi-


Sosial fəlsəfə 
 
 
- 81 -
yaları var. Lakin insan üçün ən çətin olan öz kitabını oxuya bilməsi, özünü 
dərk etməsidir.  
 Bir var, ümumiyyətlə insan ruhunun missiyası və bu mənada insanın 
mahiyyəti, bir də var hər bir insan ruhunu digərlərindən fərqləndirən cəhət-
lər. Bu fərdi ruhlar fəlsəfi  ədəbiyyatda daha çox dərəcədə  nəfs anlayışı ilə 
ifadə olunurlar. Və insanın ruhi-mənəvi aləmi bütövlükdə bu anlayışla əhatə 
olunur. Yəni bura həm idraki qabiliyyəti, həm zövqü və hiss-həyəcanları, 
emosional-estetik yaşantıları, həm də mənəvi-əxlaqi keyfiyyətləri daxil edir-
lər. Bu üç müxtəlif en-kəsiyində gələcəkdə insan fəaliyyətinin məhsulu ola-
raq elm, incəsənət və mənəviyyat (din və əxlaq) formalaşır. Lakin insan öz 
mənəvi potensialını dərk olunmuş şəkildə reallaşdırana qədər böyük bir dövr 
ərzində kortəbii bir həyat yaşayır. Bu “kortəbii” sözündəki “təbii” anlamı 
xüsusi əhəmiyyətə malikdir. Yəni insanın kortəbii, instinktiv fəaliyyəti onun 
özünü hələ təbiətdən ayırmadığı və təbiətin öz qanunları ilə yaşadığı dövrə 
aiddir. Bu dövrdə hakim olan hələ ancaq təbiətin ruhudur. İnsanın kortəbii 
olmayan, düşünülmüş, ölçülüb-biçilmiş fəaliyyəti artıq təbiilikdən çıxmış bir 
fəaliyyətdir. İndi daha artıq insanın öz fərdi ruhu işə qarışmışdır. Və təbiətin 
ruhuna bir növ alternativ olmuşdur. Burada iki planda qarşıdurmalar ortaya 
çıxır. Birincisi, bütün fərdi ruhların təbiət ruhuna uyğunsuzluğu, ona alterna-
tiv olması, ikincisi, fərdi ruhların öz aralarındakı uyğunsuzluq və fərdi qarşı-
durmalar. Yəni fərdlərin fəaliyyəti vektorial kəmiyyət kimi götürüldükdə 
onlar eyni istiqamətdə olmadığından, yönəlmədiyindən, əvəzləyici vektor sı-
fıra bərabər olur. Paradoksal hal da budur ki, insanların şüursuz, instinktiv 
fəaliyyəti dövründə o, təbiətlə ziddiyyətdə olmadığı kimi, fərdi fəaliyyətlə-
rin də ziddiyyəti yox idi. Amma məhz  şüurlu fəaliyyət başladıqdan sonra, 
sanki hərə bir tərəfə çəkdiyinə görə, onlar bir-birinə zidd olmağa başladılar. 
Və məhz həmin dövrdə də bu ziddiyyətin aradan qaldırılması və istiqamətlə-
rin yaxınlaşdırılması bir zərurətə çevrildi. İnsanların içərisində daha güclü 
olanlar fəaliyyətin üstün istiqamətdə yönəldilməsinə çalışdılar. Bax, bu pro-
ses: fərdi fəaliyyət vektorlarının yönləndirilməsi,  üstün istiqamət sahəsinə 
daxil edilməsi və əvəzləyici vektorun qrup maraqlarına xidmət etməsi, qrup 
maraqlarının fərdi maraqlarla müqayisə oluna bilən və  hətta ondan üstün 
tutulan yeni bir amil kimi ortaya çıxması - bax, bütün bu yeni keyfiyyətli 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə